1. Bütün nöqtələri mərkəz nöqtədən bərabər uzaqlıqda olan qapalı, əyri həndəsi fiqur; çevrə. Dairə cızmaq. Dairə xətti.
2. riyaz. Həmin çevrənin daxilində qalan yuvarlaq səth. Dairənin səthi.
// Həmin şəkildə olan sahə, səth və s.
□ Dairə salmaq – dairə şəkli almaq, girdələnmək. Ay dairə salıb.
Dairə vurmaq – 1) dairə şəklində yığılmaq, düzülmək, dövrə vurmaq;
2) məc. az rəqs etmək, oynamaq.
3. Respublika, rayon, şəhər və b. sözlərdən sonra gələrək, həmin inzibati bölgünün bütün sahəsi mənasında işlənir. Respublika dairəsində. Rayon dairəsində. Şəhər dairəsindən çıxmaq.
4. Bir şeyin yayıldığı və təsir etdiyi sahə. Nüfuz dairəsi.
// məc. Hüdud, çərçivə.
5. Mühit, fəaliyyət sahəsi.
6. Dövlət sahəsinin inzibati, siyasi, təsərrüfat, hərbi və s. nöqteyi-nəzərindən bölgüsü. Seçki dairəsi. Hərbi dairə.
7. tar. 1917-ci il inqilabından qabaq və inqilabın ilk illərində inzibati-ərazi bölgüsü; rayon.
8. tar. Bəzi idarələrin adı. Məhkəmə dairəsi. Gömrük dairəsi.
9. Girdə şəkildə olan şeylərin ətrafı. Ayın dairəsi. Quyunun dairəsi.
10. məc. Yalnız cəm şəklində – hər hansı bir ictimai, ya həmkarlar qrupu, mühiti. Ədəbi dairələr. Ziyalı dairələri.
11. tib. Orqanizmin ayrıca hissəsi, bədənin hər hansı bir nahiyəsi. Ürək dairəsində ağrı. Döş dairəsi.