Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dalğalarda qadın (Kurbe)
Dalğalarda qadın (fr. La femme à la vague) — Qüstav Kurbenin 1868 ci ildə yağlı boya texnikası ilə nü janrında çəkmiş olduğu rəsm əsəri. Tablonun ölçüləri 65,4 × 54 sm-dir. Hal-hazırda əsər Nyu Yorkun Metropoliten muzeyində sərgilənir. == Süjeti == Tabloda Kurbe gənc bir qadını dalğalar qoynunda çimərək təsvir etmişdir. Əsər nü janrındadır. Onun yarıya qədər suya batmış bədənini yarım şəffaf dərisi çox işıqlı təsvir edilmişdir. Dalğalı şabalıdı rəngli və bir qədər də nəmli görünən saçları seyrək şəkildə üzünə tökülmüşdür. Qolları başı üzərinə çar-çarpaz qaldırılmışdır. Köpüklü xırda ləpələr sanki onun üzərinə canatır.