1. Suyun üzərində dalğa əmələ gəlmək; ləpələnmək, təlatüm etmək. Dəniz dalğalanır.
– Yağlanmış su dalğalandıqca, göy qurşağı kimi rəng verib rəng alırdı.
2. Küləyin təsiri ilə dalğa kimi tərpənmək, enib-qalxmaq; yellənmək. Bayraqlar dalğalanır.
– Göy yamacın ətəyində, kəndciyəz; Dörd yanında dalğalanır tarlalar.
3. məc. Hərəkətə gəlmək, həyəcana gəlmək, coşmaq.
Dalğalandı Sabirlərin ümman dünyası…
İnsan nərəsindən, yerin səsindən; Dalğalanır Bakı, çalxanır Xəzər.