DALĞALANMAQ

1. DALĞALANMAQ Sənin kimi dalğalanır ürəyimdə sözüm, dəniz! (S.Rüstəm); LƏPƏLƏNMƏK Günün axır şəfəqləri ahəstəcəsinə ləpələnən suya düşüb onda xüsusi gözəllik vücuda gətirirdi (T.Ş.Simürğ); MÖVCLƏNMƏK Düzlərdə əkilmiş taxıl nəsimin qabağında o yan-bu yana yatıb dəryatək mövclənirdi.. (Ə.Haqverdiyev); TƏLATÜMƏ GƏLMƏK “Ura!” sədası fırtınadan təlatümə gələn bir dərya kimi insan izdihamını titrətdi (M.İbrahimov).

2. DALĞALANMAQ Başında dalğalansa üç boyalı bayrağı; O zaman zənn edərəm bütün cahan mənimdir (A.İldırım); YELLƏNMƏK Yelləndikcə kiçik yüyrük; Gedib dəyir bu ulduzdan o ulduza (X.Rza).

DALĞADÖYƏN
DALĞAVURAN

Digər lüğətlərdə