Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Danlar
Danlar və ya Datlar Danimarka sakinləridir. İngiliscə Danish öz dillərində isə Danskere kimi səslənir. German xalqlarından olan danlar xristiandırlar və lüterandırlar. Dünyada 6 milyondan çox insan dan dilində danışır.
Danların əməlləri
"Danların əməlləri" (lat. Gesta Danorum), həmçinin "Saksonun Danimarka tarixi" (dan. Saxos Danmarkshistorie) və ya "Saksonun Danimarka salnaməsi" (dan. Saxos Danmarks Krønike) — XII əsr Danimarka tarixşünası Sakson Qrammatikin yazdığı yarı-əfsanəvi salnamə. Əsər Danimarkanın Sorö qəsəbəsindəki bir monastırda yazılmışdır. "Danların əməlləri" Sakson Qrammatikin müəllifi olduğu ən məşhur əsəridir. Salnamə Danimarka tarixinin ən əhəmiyyətli mənbəyi hesab edilir və millətin identikliyinin formalaşmasında böyük rolu olmuşdur. Əsər həmçinin Estoniya və Latviya tarixindən bəhs edən ən qədim sənəddir.Əsər Danimarka dini xadimi Lund yepiskopu Absalomun sifarişi ilə latın dilində yazılmış on altı kitabdan ibarətdir. "Danların əməlləri" əfsanəvi Kral Danın həyatından başlayaraq 1185-ci ilə qədər Danimarka tarixini, bir qədər də Skandinaviya tarixini təsvir edir. Salnamənin barəsində məlumat verdiyi son mövzu danların indiki Almaniyanın şimalında, Şlezviq-Holşteyn vilayətində yaşayan slavyan xalqı olan vendləri məğlub etməsidir.
Damla
== Havada rütubət == Havanın rütubəti dedikdə atmosferdə su buxarının miqdarı nəzərdə tutulur. Havanın rütubəti çox sürətlə dəyişməsi ilə səciyyələnib, ərazinin fiziki-coğrafi şəraitindən, fəsildən və başqa amillərdən asılıdır. Hava su buxarı ilə nə qədər doymuş olursa, deməli temperatur da bir o qədər yüksək olur. == Atmosferdə su damcıları == Atmosferdə həmişə müəyyən miqdarda su buxarı mövcuddur. Bununla belə atmosferdə su üç halda ola bilər: qazvari (su buxarı), maye (su), və bərk (buz). Bir şox tədqiqatlar göstərir ki,nisbi rütubət 100%-ə yaxınlaşanda su molekulları toplanaraq gələcək su damcılarının əsasını yaradır. Su buxarı ancaq soyuma nəticəsində doyma dərəcəsinə çata bilər. Şehin yaranması və atmosferdə su damcılarının əmələ gəlməsi isə əsasən 3 səbəbdən yaranır: Yer səthinin və havanın aşağı qatının şüa buraxma nəticəsində soyuması Havanın soyuq səthə toxunaraq soyuması Adiabatik qalxma nəticəsində havanın yuxarı qatlarda genişlənərəksoyuması.
Dana
Bos taurus taurus (lat. Bos taurus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin əsl öküz cinsinin bos taurus növünə aid heyvan yarımnövü. İnək təsərrüfatı ətraf mühit üçün çox böyük gərginlik yaradır. Bu barədə BMT-nin Elm və İctimai Maraqlar Mərkəzin məlumat verir. Birincisi, ət emalı sənayesinin mənfi nəticələrindən biri meşələrin məhv edilməsidir. Amazon cəngəlliklərində əvvəllər mövcud olan sahənin təqribən 70 faizi indi iribuynuzlu mal-qara üçün otlaq kimi istifadə edilir. ABŞ-də ət emalı məqsədilə heyvanların yemlənməsi üçün becərilən qarığdalının 80 faizi, soyanın 90 faizi və taxılın təqribən 70 faizə yaxını məsrəf olunur. İkincisi, kənd təsərrüfatı heyvanları planetdə bütün içməli suyun 58 faizini mənimsəyir, belə ki, bir litr südün istehsalı üçün 9 litrə yaxın su sərf edilir. Bu heyvanlar həmçinin eroziya hallarının 55 faizinə, pestisidlərdən istifadə hallarının 37 faizinə səbəb olur. İnəklər qlobal istiləşməyə gətirib çıxardan buxar qazlarından biri olan metan buraxır.
Annamari Dança
Annamari Dança (ukr. Данча Аннамарі Михайлівна; 26 mart 1990, Ujqorod) — Alpinist xizəkçilikdə ixtisaslaşan Ukraynalı xizəkçi.
Damla (ad)
Damla — ad. Damla (müğənni) — Azərbaycanlı müğənni, aktrisa. Damla Debre — Türk teleserial aktrisası. Damla Colbay — Türk aktrisası. Damla Sönməz — Türkiyə aktrisası.
Damla (müğənni)
Damla (doğum adı: Məsumə Qərib qızı Məmmədova 4 fevral 1988, Sumqayıt) — azərbaycanlı müğənni, aktrisa.
Damla Colbay
Damla Colbay — türk aktrisası. 14 yanvar 1993-cü ildə İzmirdə anadan olub. Dokuz Eylül Universitetinin Güzel Sanatlar fakültəsinin məzunudur. "Kara Para Aşk" serialında oynadığı Demet rolu ilə tanınmışdır. 2015-ci ildə "Hayat Mucizelere Gebe" serialında baş rolu – İnci obrazını canlandırıb. 2016-cı ildən Ay Yapın tərəfindən çəkilən "İçerde" serialında müxbir qız – Eylem rolunu oynayır.Hal-hazırda Dokuz Eylül Universitetində təhsilini davam etdirir.
Damla Sönməz
Damla Sönməz (3 may 1987)— Türkiyə aktrisası. == Həyatı == Damla Sönməz 3 may 1987-ci ildə İstanbulda anadan olub. Məktəbdə oxuyarkən "Müjdat Gezen Sənət Mərkəzi"ndə teatr kursuna gedən Sönməz, fransız məktəbinin məzunu olduqdan sonra Sarbonnada bir il dramaturgiya üzrə oxumuş, lakin o səhnədə olmaq istədiyi üçün oxuduğu bölməni buraxıb ölkəyə geri dönmüşdür. Bir neçə ay əvvəl də təqaüdlə oxuduğu Yeditepe Universitetinin teatr fakultəsinin məzunu olmuşdur. Hal-hazırda təhsilini Yeditepe Universiteti Teatr fakultəsində davam etdirməkdədir. Sönməzin təhsili bunlarla məhdud deyil. Damla Sönməz həm də Mimar Sinan Universiteti Dövlət Konservatoriyasında qiyabi olaraq 2 il skripka, 1 il piano təhsili almışdır. Dünyada məsləyi ilə əlaqədar nələr olub-olmadığıyla da maraqlanır, ABŞ və İngiltərədə də teatr işlərinə qatılır. Çünki ona görə bu peşə yeniliklərə açıq olmağı tələb edir, səbəblərini də belə açıqlayır: "Bir obrazı oynamağınız üçün onu çox yaxşı tanımış və başa düşmüş olmağınız lazımdır. İnsanları daha çox qəbul etməyə, kimin nəyi niyə etdiyini, həyatdakı seçimlərini anlamağa çalışıram." Bəs Sönməz hər kəslə asan ünsiyyət qurub dost olurmu?
Danca Vikipediya
Dan dilində Vikipediya və ya Danca Vikipediya — Vikipediyanın Dan dilində olan bölməsidir. Bu günə gədər 294.828 məqalə yaradılıb.
Danila Dyatlov
Danila Yevgenyeviç Dyatlov (rus. Данила Евгеньевич Дятлов; 26 may 1999-cu ildə anadan olub) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan Leninqrad klubunda müdafiəçi kimi çıxış edən Rusiyalı peşəkar futbolçudur. == Karyerası == Dyatlov öz peşəkar karyerasında debütünü 26 iyul 2018-ci ildə Leninqrad klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Dnepr Smolensk klubuna qarşı oyunda etmişdir.
Danila Manka
Danila Manka (18 may 1970) — İtaliyalı qadın ağır atlet. 48 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda İtaliyanı təmsil edir. Danila Manka dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 1998 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Danka Bartekova
Danka Bartekova (slovak. Danka Barteková; 19 oktyabr 1984, Trеnçin) — stend atıcılığında çıxış edən Slovakiya idmançısı. 2012 Olimpiya bürünc mükafatçısı, 9 qat dünya çempionu, 10 qat Avropa çempionu, 5 qat dünya kuboku mərhələlərinin qalibi, 2011 Universiada gümüş mükafatçısı. 2012-ci ildə 8 il müddətinə BOK Atletlər Komissiyasına seçilmişdir.Rio-de-Janeyroda keçirilən 2016 Olimpiya Oyunlarının açılış mərasimində Slovakiya bayrağını daşıyırdı. == Ailəsi == Danka Bartekovanın bacısı Lenka Kosteletska məşhur Çexiya atıcısı David Kosteletskinın həyat yoldaşıdır.
Danna Paola
Danna Paola (23 iyun 1995, Mexiko) — meksikalı aktrisa, müğənni və model. == İlk illəri == Danna Paola 23 iyun 1995-ci ildə Mexiko şəhərində Patrika Munquia və keçmiş müğənni Yuan Cos Rivera Arellanonun ikinci qızı olaraq dünyaya gəlmişdir. Uşaq yaşında valideynləri ayrılıb. Vania adlı böyük bacısı var. == Filmoqrafiya == == Teatr == == Diskoqrafiya == === Studio albomları === 2001: Mi globo azul 2004: Océano 2005: Chiquita pero picosa 2012: Danna Paola 2019: SIE7E + 2021: K.O === EP albomları === 2007: Danna Paola 2019: SIE7E == Qazandığı mükafatlar == 2010, 2012, 2013, 2014, 2015, 2016: Uşaqların seçimi mükafatı Meksika 2015: Shorty mükafatı 2020: MTV Musiqi mükafatı Avropa 2012, 2013, 2014: MTV Musiqi mükafatı İtaliya 2014, 2015: MTV Millennial mükafatı 2012, 2013, 2014: YouTube Musiqi mükafatı 2014: Universal mükafatı 2009, 2010: Premios Oye! 2014: Lunas del Auditorio 2006, 2008, 2009, 2010: Premios TVyNovelas 2014: E! Dəb mükafatı 2011: Yahoo!
Danna Qarsiya
Danna María García Osuna (4 fevral 1978, Medellin) — Kolumbiya'lı aktrisa və müğənni.
Luçio Dalla
Luçio Dalla (it. Lucio Dalla; 4 mart 1943[…], Boloniya – 1 mart 2012[…], Montrö[d], Vo kantonu) — italyan bəstəkar və müğənni. == Həyatı == Luçio Dalla 1943-cü ildə İtaliyanın Bolonya şəhərində doğulub. Əvvəl caz ifaçısı olub, klarnetdə çalıb. 1964-cü ildən mahnıları ilə tanınmağa başlayıb. Məşhur italyan müğənni Canni Morandi üçün mahnılar yazıb. Dallanın "Piazza Grande", "Luna all", "Anno che verra" mahnıları çox sevilir. == "Karuzonun xatirəsinə" == Onu dünyada ən çox tanıdan mahnı 1986-cı ildə əfsanəvi opera müğənnisi Enriko Karuzoya həsr etdiyi "Karuzonun xatirəsinə" (Caruso) mahnısıdır. Təsadüfən Neapoldakı otellərin birində qalan Luçio Dalla Karuzonun burada vəfat etdiyini öyrənir. Otelin sahibləri ona Karuzonun son günləri barədə danışırlar.
Mamadu Danfa
Mamadu Lamin Danfa (fr. Mamadou Lamine Danfa; 6 mart 2001, Seneqal) — Seneqal futbolçusu, "Şkupi" klubunun və Seneqal milli futbol komandasının yarımmüdafiəçisi. == Klub karyerası == "Kasa Sports" klubunun futbol akademiyasının yetirməsidir. 2018/19 mövsümündə Seneqal çempionatında "Kasa Sports"da oynamağa başlamışdır. 2020-ci ilin iyununda Kovalivkanın Ukraynanın "Kolos" klubu ilə müqavilə imzalamış və burada Afrikadan olan ilk futbolçu olmuşdur. O, Ukrayna Premyer Liqasında 14 iyun 2020-ci ildə "Şaxtyor" ilə matçda debüt etmişdir. Oyun 0:1 hesabı ilə bitmişdir.
Damla Çakıroğlu
Damla Çakıroğlu (22 iyun 1994, Ankara) — Damla 2018-ci ildə dünyasını dəyişən Türk Telekom komandasının keçmiş məşqçisi Merih Çakıroğlunun qızıdır. O, həmçinin Türkiyə 20 yaşadək qızlardan ibarət milli voleybol komandasının kapitanı olub. TVF Gözəl Sənətlər və İdman Liseyini (Türkiyə Voleybol Federasiyası Gözəl Sənətlər və İdman Liseyi) bitirdikdən sonra 2011–2012 mövsümündə İBA TED Ankara Kolleci komandasına transfer olunub və Qadın Voleybol üzrə Türkiyə 1-ci Liqasında oynamağa başladı. O, 2015-ci ilin yayında Eczacıbaşı Vitraya, 2017-ci ilin yayında isə Fənərbaxçaya transfer olunub.2019-cu ildə aldığı zədədən sonra 2021-ci ildə aktiv voleybol həyatına son qoyub. == Şəxsi həyat == Damla Çakıroğlu 10 sentyabr 2021-ci ildə idmançı (professional basketbolçu) olan Melih Mahmutoğlu ilə evləndi.
Betpak-Dala
Betpak-Dala, (qaz. Бетпақдала), eləcə də Şimali Mirzəçöl — Qazaxıstanın Karağandı vilayəti, Cənubi Qazaxıstan vilayəti və Cambul vilayətini əhatə edən səhra. Betpak-Dala Sarısu, Çu çayları və Balxaş gölü əhatəsində yerləşir. == Adının mənası == Betpak-Dala türk dilində «batnak» - bataqlıq və ya fars dilində bedbaxt - bədbəxt, kasıb; türk dilində «dala»- tala, düzənlik deməkdir. == Ümumi məlumat == Səhra 46°30' paralelində Qazaxıstan xırdatəpəliyi ilə həmsərhəddir. Sahəsi 75 min km²-dir. Səthi düz və dalğalı düzənliklərdən ibarətdir. Ərazinin hündürlüyü 300–500 m arasında dəyişir. Ərazinin meyilliyi cənub-qərb istiqamətindədir. Cənub-qərb hissəsində Jeltau yüksəkliyi(974 m) yerləşir.
Dana Baş
Dana Baş (ing. Dana Bash) tam adı (Dana Rut Şvarts ing. Dana Ruth Schwartz; d. 15 iyun 1971, Montvale, Nyu-Cersi, ABŞ) — ABŞ jurnalisti. CNN-in siyasi məsələlər üzrə baş müxbiri.
Dana Danilenko
Dana Danilenko (19 iyul 2001-ci ildə anadan olub) — İsraili təmsil edən qadın badmintonçu.
Dana Dileyni
Dana Dileyni(ing. Dana Welles Delany; 13 mart 1956) — ABŞ aktrisasıdır. == Həyatı == Dana Dileyni 13 mart 1956-cı ildə ABŞ-ən Nyu-York şəhərində anadan olub.İrland və İngilis mənşəlidir.Stemfordda böyüdü.1974-cü ildə Filipps Akademiyasını bitirdi.Sonra muzikldə iştirak etdi. 1978-ci ildə Vesleyan Universitetini tamamladı.Sonra Nyu-Yorka qayıdıb özünü çəkilişlərdə sınamaq istədi.
Dana International
Şaron Kohen (ivr. ‏ שרון כהן,‏‎ d. 2 fevral 1969, Tel-Əviv) ya da bilinən səhnə adıyla Dana International (דנה אינטרנשיונל) — İsrail müğənnisi, mahnı şairi, bəstəkar. Dana International Yaron Kohen (ירון כהן) adı ilə bioloji olaraq kişi cinsiyyəti ilə dünyaya gəlmişdir. 13 yaşındaykən homoseksual olduğunu kəşf etmişdir və 1993-cü ildə cinsiyyət dəyişdirmə əməliyyatı keçirərək qadın olmuş, Yaron olan adını Şaron olaraq dəyişdirmişdir. Birləşmiş Krallığın Birminhem şəhərində təşkil edilən 1998 Avroviziya Mahnı Müsabiqəsində İsraili təmsil eymiş və "Diva" adlı mahnıyla birinci yeri tutmuşdur. 2011 Avroviziya Mahnı Müsabiqəsində İsraili "Ding Dong" adlı mahnı ilə bir dəfə daha təmsil etmişdir. Ancaq finala çıxa bilməmişdir.
Dana Kugel
Dana Kugel (26 iyun 1997-ci ildə anadan olub) — İsraili təmsil edən qadın badmintonçu.
Dana Lombardi
Dana Lombardi (ing. Dana Lombardy) — ABŞ oyun dizayneri. Əsas olaraq masa oyunları üzərində işləmişdir . == Karyera == Dana Lombardi 1979-cu ildə ilk dəfə satışa çıxarılmasından bəri üç ayrı buraxılışla nəşr olunan "Streets of Stalingrad" masa döyüş oyununu dizayn etmişdir. O həmçinin, "History Channel" telekanalının "Silah nağılları" verilişi kimi müxtəlif televerilişlərdə çıxışları ilə tanınır. Lombardi bir çox kitab, oyun və jurnalda redaktor, kartoqraf, qrafika rəssamı və dizayner kimi işləmişdir. O, 1996-cı ildən 2000-ci ilə qədər "Napoleon Journal" jurnalının naşiri vəzifəsində çalışmışdır.
Dana Skott
Dana Styuart Skott (ing. Dana Stewart Scott; 11 oktyabr 1932, Berkli, Kaliforniya) — riyazi məntiq və kompüter elmləri sahəsindəki işləri ilə tanınan amerikalı riyaziyyatçı. Skottun araşdırması model nəzəriyyəsi, avtomatika nəzəriyyəsi, modal və intuisist məntiq, konstruktiv riyaziyyat və məntiqlə kateqoriya nəzəriyyəsi arasındakı birləşmə ilə əlaqədardır. Fəlsəfi maraqlar məntiq əsasları, riyaziyyat fəlsəfəsi və təbii dillərin semantik təhlili sahəsində işləmişdir. Riyazi hesablama nəzəriyyəsini inkişaf etdirərək kompüter elminin inkişafına böyük töhfə vermişdir. O, tipik bir λ-hesablama modelini hazırladı, bunun üçün əvvəlcə tam lattalarda xüsusi bir topologiyanı (daha sonra onun adı ilə) təqdim etdi və sonradan qismən sifariş edilmiş dəstləri tamamlamaq üçün ümumiləşdirdi. Bu model çərçivəsində hesablama nəzəriyyəsi və modellərini inkişaf etdirdi, proqramlaşdırma dillərinin denotasion semantikası prinsiplərini inkişaf etdirdi və hesablama anlayışını dərinləşdirdi. 2012-ci ilə kimi Berkli, Kaliforniya ştatında işləyib və yaşamışdır. == Əhəmiyyətli işləri == Scott D. S. Advice on modal logic. — Philosophical problems in logic.