DAMLA

su və digər mayelərin girdə şəklə düşmüş kiçik hissələri.
DALĞA
DANQIZ
OBASTAN VİKİ
Damla
== Havada rütubət == Havanın rütubəti dedikdə atmosferdə su buxarının miqdarı nəzərdə tutulur. Havanın rütubəti çox sürətlə dəyişməsi ilə səciyyələnib, ərazinin fiziki-coğrafi şəraitindən, fəsildən və başqa amillərdən asılıdır. Hava su buxarı ilə nə qədər doymuş olursa, deməli temperatur da bir o qədər yüksək olur. == Atmosferdə su damcıları == Atmosferdə həmişə müəyyən miqdarda su buxarı mövcuddur. Bununla belə atmosferdə su üç halda ola bilər: qazvari (su buxarı), maye (su), və bərk (buz). Bir şox tədqiqatlar göstərir ki,nisbi rütubət 100%-ə yaxınlaşanda su molekulları toplanaraq gələcək su damcılarının əsasını yaradır. Su buxarı ancaq soyuma nəticəsində doyma dərəcəsinə çata bilər. Şehin yaranması və atmosferdə su damcılarının əmələ gəlməsi isə əsasən 3 səbəbdən yaranır: Yer səthinin və havanın aşağı qatının şüa buraxma nəticəsində soyuması Havanın soyuq səthə toxunaraq soyuması Adiabatik qalxma nəticəsində havanın yuxarı qatlarda genişlənərək soyuması.
Damla (ad)
Damla — ad. Damla (müğənni) — Azərbaycanlı müğənni, aktrisa. Damla Debre — Türk teleserial aktrisası. Damla Colbay — Türk aktrisası. Damla Sönməz — Türkiyə aktrisası.
Damla (müğənni)
Damla Colbay
Damla Colbay — türk aktrisası. 14 yanvar 1993-cü ildə İzmirdə anadan olub. Dokuz Eylül Universitetinin Güzel Sanatlar fakültəsinin məzunudur. "Kara Para Aşk" serialında oynadığı Demet rolu ilə tanınmışdır. 2015-ci ildə "Hayat Mucizelere Gebe" serialında baş rolu – İnci obrazını canlandırıb. 2016-cı ildən Ay Yapın tərəfindən çəkilən "İçerde" serialında müxbir qız – Eylem rolunu oynayır. Hal-hazırda Dokuz Eylül Universitetində təhsilini davam etdirir.
Damla Sönməz
Damla Sönməz (3 may 1987, İstanbul) — Türkiyə aktrisası. == Həyatı == Damla Sönməz 3 may 1987-ci ildə İstanbulda anadan olub. Məktəbdə oxuyarkən "Müjdat Gezen Sənət Mərkəzi"ndə teatr kursuna gedən Sönməz, fransız məktəbinin məzunu olduqdan sonra Sarbonnada bir il dramaturgiya üzrə oxumuş, lakin o səhnədə olmaq istədiyi üçün oxuduğu bölməni buraxıb ölkəyə geri dönmüşdür. Bir neçə ay əvvəl də təqaüdlə oxuduğu Yeditepe Universitetinin teatr fakültəsinin məzunu olmuşdur. Hal-hazırda təhsilini Yeditepe Universiteti Teatr fakültəsində davam etdirməkdədir. Sönməzin təhsili bunlarla məhdud deyil. Damla Sönməz həm də Mimar Sinan Universiteti Dövlət Konservatoriyasında qiyabi olaraq 2 il skripka, 1 il piano təhsili almışdır. Dünyada məsləyi ilə əlaqədar nələr olub-olmadığıyla da maraqlanır, ABŞ və İngiltərədə də teatr işlərinə qatılır. Çünki ona görə bu peşə yeniliklərə açıq olmağı tələb edir, səbəblərini də belə açıqlayır: "Bir obrazı oynamağınız üçün onu çox yaxşı tanımış və başa düşmüş olmağınız lazımdır. İnsanları daha çox qəbul etməyə, kimin nəyi niyə etdiyini, həyatdakı seçimlərini anlamağa çalışıram." Bəs Sönməz hər kəslə asan ünsiyyət qurub dost olurmu?
Damla Çakıroğlu
Damla Çakıroğlu (22 iyun 1994, Ankara) — Damla 2018-ci ildə dünyasını dəyişən Türk Telekom komandasının keçmiş məşqçisi Merih Çakıroğlunun qızıdır. O, həmçinin Türkiyə 20 yaşadək qızlardan ibarət milli voleybol komandasının kapitanı olub. TVF Gözəl Sənətlər və İdman Liseyini (Türkiyə Voleybol Federasiyası Gözəl Sənətlər və İdman Liseyi) bitirdikdən sonra 2011–2012 mövsümündə İBA TED Ankara Kolleci komandasına transfer olunub və Qadın Voleybol üzrə Türkiyə 1-ci Liqasında oynamağa başladı. O, 2015-ci ilin yayında Eczacıbaşı Vitraya, 2017-ci ilin yayında isə Fənərbaxçaya transfer olunub.2019-cu ildə aldığı zədədən sonra 2021-ci ildə aktiv voleybol həyatına son qoyub. == Şəxsi həyat == Damla Çakıroğlu 10 sentyabr 2021-ci ildə idmançı (professional basketbolçu) olan Melih Mahmutoğlu ilə evləndi.
Biran Damla Yılmaz
Biran Damla Yılmaz (28 iyun 1997, İstanbul) Karyerasının dönüş nöqtəsi olan "Kırgın Çiçekler" serialında önəmli rol alıb. == Həyatı və kariyerası == 28 iyun 1997-ci ildə İstanbulda anadan olub. Yılmaz 2013-cü ildə aktyorluq karyerasına başlayıb və konservatoriyada təhsil alıb. 2014-cü ildə "Çılgın Dersane 4: Ada" filmində oynadı. O, ilk baş rolunu 2019-cu ildə "Mucize 2: Aşk" filmində oynayıb. O, "Kırgın Çiçekler", "Canevim" və "Baraj" seriallarında baş rolda olub. Nəhayət, 2021-2023-cü illər arasında FOX-da yayımlanan "Yasak Elma" serialında "Kumru Yıldırım" obrazını canlandırıb.
Fatma Damla Altın
Fatma Damla Altın (18 yanvar 2002) — türk paralimpiya idmançısı. O, uzunluğa tullanma, pentatlon və heptatlon yarışlarında mübarizə aparır. Müxtəlif para-atletika növləri üzrə bir çox dünya və Avropa çempionu titullarına sahibdir.
Bir damla qan (film, 1975)
Bir damla qan qısametrajlı sənədli filmi rejissor Nina Mustafayeva tərəfindən 1975-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film donorluğun təbliğinə həsr olunmuş və bu xeyirxah işin ümumxalq əhəmiyyətindən söhbət açmışdır. == Məzmun == Film donorluğun təbliğinə həsr olunmuş və bu xeyirxah işin ümumxalq əhəmiyyətindən söhbət açmışdır.
Damladaş mağarası
Damladaş (türk. Damlataş Mağarası) — Türkiyənin Alaniya şəhəri yaxınlığında mağara. Mağara Alaniya yarımadasının qərb qurtaracağında yerləşir. Aralıq dəniz yaxınlığında yerləşən mağaranın yaxınlığında məşhur Alaniya qalası yerləşir. Alaniya şəhərinin mərkəzindən mağaraya 3 km, Antaliyaya isə 124 km-dir. Mağara öz adını iki söz birləşməsindən götürmüş:(türk. damla — damla, damcı, taş — daş). Çox zaman "cilalanmamış qiymətli daş" və ya "stalaqtit" sözü mənasında işlənilir. == Kəşf olunması == Mağara ilk dəfə 1948-ci ildə aşkar edilmiş. Sahildə liman tikintisi zamanı daş əldə etmək üçün yaxınlıqdakı qayalıq ərazi partladılmış və nəticədə mağara girişi açılmışdır.
Damlamaca
Damlamaca — Azərbaycan Respublikasının Qobustan rayonunun Cəmcəmli kənd inzibati ərazi dairəsində kənd. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 0 nəfər əhali yaşayır.
Rupertin damlası
Şahzadə Rupert damlası (Bataviyanın şərəfinə — Hollandiyanın köhnə adı), həmçinin Bolonya şüşələri, Batavi göz yaşları (ing. Prince Rupert's drops) — son dərəcə yüksək daxili mexaniki gərginliyə malik temperli şüşənin dondurulmuş damcıları Temperatur aşağı düşdükdə, ərimiş şüşə kristallaşmır, əksinə şüşəli bir vəziyyətə çevrilir, yəni sərtləşən şüşənin atomları kristalda olduğu kimi "düzgün" yerlərini tutmağa vaxt tapmırlar, lakin bir quruluş meydana gətirirlər. mayenin quruluşuna bənzəyir. Qeyd etmək vacibdir ki, bu vəziyyətdə şüşənin xüsusiyyətləri, xüsusən də həcm ərimənin soyuma sürətindən əhəmiyyətli dərəcədə asılıdır. 400-600 °C temperaturda ərimiş şüşə damcısı suya düşəndə ​​onun xarici təbəqəsi o qədər tez soyuyur ki, şüşənin strukturunun özünü yenidən təşkil etməyə vaxtı olmur və həcmdə müvafiq dəyişiklik (azalma) az olur. . Digər tərəfdən, damlanın nüvəsi yavaş-yavaş soyuyur və buna görə də özək şüşəsinin strukturu xarici təbəqədəki şüşə ilə müqayisədə çox daha böyük dərəcədə dəyişir. Bununla belə, nüvənin həcmi struktur dəyişikliyinə görə dəyişə bilməz, çünki həcmdə belə bir dəyişikliyin qarşısını xarici təbəqə alır. Nəticədə, nüvə uzanır və xarici təbəqə sıxılır. Başqa sözlə desək, soyudulmuş damcının daxili hissəsində mexaniki dartılma gərginlikləri, xarici hissədə isə sıxıcı gərginliklər təsir göstərir. Sıxılmış qabıq çox güclüdür (məsələn, aerozol qutularının və ya beton metro tunellərinin dibləri eyni şəkildə qurulur), lakin qabıq məhv edilərsə, bütün gərginlik çıxarılır və damcı partlayır.
Şahzadə Rupert damlası

Damlaca (Silopi)
Damlaca — Türkiyənin Şırnak vilayətinin Silopi rayonunda kənd. == Tarixi == Kəndin köhnə adı 1929-cu il qeydlərində Silib kimi istinad edilir. 1994-cü ildə bölgədə baş verən PKK münaqişəsinə görə kənd boşaldılıb. 2004-cü ildə yenidən məskunlaşmağa açıldıqda Beşiktaş adlandırıldı. Əvvəllər Mardin vilayətinin Silopi rayonuna bağlı olan kənd 1990-cı ildə Şırnak vilayətinin yeni qurulan Silopi rayonuna birləşdirilib.

Digər lüğətlərdə