Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Davudlu
Davudlu (Qubadlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun inzibati ərazi vahidində kənd. Davudlu (Ağdaş) — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Davudlu (Əhər) — İranda kənd.
Davul
Davul — çəkiclər ilə çalınan böyük ikibaşlı təbil. Olduğu ölkələrdən asılı olaraq müxtəlif adlara malikdir. == Tarixi == Davul çubuqlarla səsləndirilən zərb alətidir. Onun adına «Kitabi-Dədə Qorqud» dastanında rast gəlinir. Dastanda təsvir olunan adət-ənənələr, bir sıra tarixi hadisələr III-IV əsrlərlə səsləşir. Lakin dastanın bəzi boylarının yaranması eramızdan əvvələ gedib çıxır. Elə davulun da bizim eradan əvvəl yarandığı ehtimal olunur. XIII əsrə aid «Dastani-Əhməd Hərami» poemasında da davulun adı çəkilir. Türk dünyasında davul çox zaman bayraq, xitbə, sikkə və s. məfhumlar kimi hakimiyyət rəmzi sayılıb, müqəddəs tutulub.
Cəmil Kavukçu
Cəmil Niftaliyev (türk. Naza Cəmil; 1951) — hekayə və roman yazarı. == Həyatı == 1951-ci ildə Türkiyədə anadan olub. == Yaradıcılığı == Yaradıcılığa 1980-ci illərdən başlayıb. "Bazar günəşi" adlanan ilk hekayələr kitabı 1983-cü ildə çap olunub. "Dönüş" və başqa romanların müəllifidir. Hekayələrində əsasən sadə insanların həyatından bəhs olunur.
Davudlu (Ağdaş)
Davudlu — Azərbaycan Respublikasının Ağdaş rayonunun Binələr kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 951-IIQ saylı Qərarı ilə Ağdaş rayonunun Davudlu kəndi Cüvəkənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Binələr kəndi mərkəz olmaqla, Binələr kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsinin Səfəvi hökmdarı I Şah Abbasın (1587-1629) vəziri Allahverdi xanın oğlu Qarabağ bəylərbəyisi Davuda məxsus ailələrin məskunlaşması nəticəsində yaranması ehtimal olunur. == Coğrafiyası və iqlimi == Kənd Şirvan düzündə yerləşir.
Davudlu (Hurand)
Davudlu (fars. داودلو‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd.
Davudlu (Qubadlı)
Davudlu — Azərbaycan Respublikasının Qubadlı rayonunun Novlu kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Davudlu kəndi Gorus çayının (Bərgüşad çayının qolu) dərəsində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsi Qarabağ bəylərbəyisi olmuş Davuda məxsus ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Sonralar burada sofulu tayfasına mənsub ailələrin də məskunlaşması haqqında məlumat verilir. == Əhalisi == "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, Davudlu kəndində 41 evdə 143 şiə türk yaşayırdı.
Tayfur Havutçu
Tayfur Havutçu (d. 23 aprel 1970-ci il, Almaniya) — Almaniya vətəndaşı olan, yarımmüdafiəçi mövqeyində çıxış edən keçmiş türk futbolçusu və məşqçisi. Futbol karyerasına Almaniyada başlayan Tayfur Havutçu SV Darmstadt 98 forması ilə meydanlara peşəkar addım atıb. 2. Bundesliqa komandası liqanın 7-ci həftəsində Darmstadtda ilk oyununu Vuppertaler SV ilə keçirib. Havutçu 10-cu həftədə bir daha əldə etdiyi formanı mövsümün sonuna qədər tərk etməyib və 35 matçda forma geyinib. SV Meppen və 1. FSV Mainz 05 hərəyə bir qol vurub. Bununla belə, onun komandası mövsümün sonunda liqada sonuncu yer kimi aşağı liqaya düşüb. Karyerasında ilk və sonuncu dəfə DFB-Pokal matçında da çıxış etdi, lakin 2-ci raundda mübarizədən kənarlaşdırıldılar.
Qavunçu (Şırnak)
Qavunçu — Türkiyənin Şırnak vilayətinin Mərkəz rayonunda kənd. == Tarixi == Kəndin köhnə adı 1865-ci ildə Nanib kimi qeyd olunur.
Davul (Qars)
Davul — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 19 nəfərdir (2022).
Davul (dəqiqləşdirmə)
Davul — çəkiclər ilə çalınan böyük ikibaşlı təbil. Olduğu ölkələrdən asılı olaraq müxtəlif adlara malikdir.
Təzəkənd-i Davudlu (Hurand)
Təzəkənd-i Davudlu (fars. تازه كندداودلو‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 128 nəfər yaşayır (23 ailə).