Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bayandur
Kəndlər Azərbaycanda Bayandur (Tərtər) — Azərbaycanın Tərtər rayonunda kənd. Ermənistanda Bayandur (Şörəyel) — Qərbi Azərbaycanın Şörəyel mahalında kənd. Bayandur (Gorus) — İrəvan quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda kənd. Digər Bayandur (tayfa) — oğuz tayfalarından birinin adı. Bayandur (çay) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda çay. Bayandur — Laçın rayonunda çay. Zabux çayının sağ qoludur. Bayandur — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda vağzal. Bayandur bulağı— Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda bulaq.
Bayandur (Gorus)
Bayandur — İrəvan quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 37 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Erməni mənbələrində kəndin adı həm də I Bayandur, II Bayandur formalarında qeyd edilir. Toponim bayandur türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 7.V.1969 - cu il fərmanı ilə adı dəyişdirilib Vağatur qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 101 nəfər, 1873-cü ildə 514 nəfər, 1886-cı ildə 869 nəfər, 1897-ci ildə 363 nəfər, 1904-cü ildə 830 nəfər, 1914-cü ildə 409 nəfər azərbaycanlı yaşamışdır.
Bayandur (Tərtər)
Bayandur — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Bayandur Tərtər rayonunun Səhlaabad inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Yaşayış məntəqəsi Laçın rayonunun keçmış Bayandur kəndindən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. 1933-cu ildə Bərdə rayonunun Xoruzlu və Güloğlular inzibati ərazi vahidilərində eyniadlı iki kənd qeydə alınmışdır. Ermənistanda Bayandur, Türkiyədə Baymdur yaşayış məntəqələri vardır. == Tarixi == Bayandur kəndi 1920-ci ildə Sovet Rusiyası Azərbaycanı işğal edəndən sonra Laçının Bayandur və Minkənd kəndlərindən köçüb gələn bayandur tayfasından olanlar tərəfindən salınmışdır. Amma bu tayfadan olanlar artıq 1905-ci ildən Tərtərə köçməyə başlamışdılar. 1920-ci ildəki köç zamanı tayfa təmsilçiləri içərisində yaranan bölünmə nəticəsində Tərtər çayının hər iki sahilində yurdlar salınmışdır.
Bayandur (tayfa)
Bayandur — oğuz tayfalarından birinin adıdır. Oğuz tayfa birliklərinin adları Mahmud Kaşğari, Fəzlullah Rəşidəddin, Yazıçı oğlu Əli və Əbülqazi Xan Xivəli tərəfindən qeydə alınmışdır. Türk Muntəhəb-i tavarixi-səlcuqiyyə nin məlumatına görə, Sultan Səncər oğuz-səlcuq qoşununda bayatlar daim sağ cinahda qayılarla birgə dururdular, sol cinahda -bayandurlar və peçeneqlər. == Bayandur adı tarixi mənbələrdə == Mahmud Kaşğari özünün "Divani-lüğət-it türk" adlı əsərində Oğuzun 22 boydan (qəbilə-tayfa birlikləri) ibarət olduğunu göstərir. Fəzlullah Rəşidəddinin "Cami-ət təvarix" (bütün tarixlər) əsərində Oğuzların 24 boydan ibarət olduğunu göstərir. Qeyd olunan müəlliflər Bayandur tayfa adını qeyd etmişlər. Mahmud Kaşğaridə Bayandur adı üçüncü, Rəşidəddində 13-cü çəkilir. Yazıçıoğlu Əlinin "Səlcuqnamə"sində və Əbulqazi xan Xivəlinin əsərində tayfanın adı Bayandur deyil, Bayandır kimi verilmişdir. Bayandur xan adı Orxon-Yenisey abidələrində yüksək titul, fəxri ad hesab olunurdu. Ağqoyunlu tayfa birləşmələrində bayandurlar tayfasının hakim rol oynaması və ağqoyunlu hökmdarlarının bu tayfadan çıxması faktı ilə səsləşir Tarixi mənbələrdə Bayandur həm antroponim, həm də etnonim kimi işlədilməsi məlumdur.
Bayandur (Şörəyel)
Bayandur — 1728-ci ildə İrəvan əyalətinin Şurəgəl nahiyəsində kənd adı İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 20 km, Gümrü şəhərindən 10 km şimal-qərbdə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tərkibində olmuşdur. "İrəvan əyalətinin icmal dəfətəri"ndə Bayandırlı formasında qeyd edilmişdir. == Toponimi == Toponim bayandur qədim türk tayfasının adı əsasında əmələ gəlib, "bayandur tayfasının yaşadığı kənd" mə'nasını bildirir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Bayandur tayfasının adındandır. == Əhalisi == 1828-ci ilə kimi azərbaycanlılar yaşamışdır. Ermənilər buraya 1828–30-cu illərdə Türkiyədən köçürülmüşdür.
Bayandur Mehdiyev
Bayandur Allahverdi oğlu Mehdiyev (15 yanvar 1942, Qaryagin – 23 aprel 2007) — sənətşünas, professor, sənətşünaslıq namizədi, Azərbaycan SSR əməkdar artisti (1989). == Həyatı == Bayandur Allahverdi oğlu Mehdiyev 1942-ci ilin yanvarın 15-də Füzuli rayonunda doğulub. Ü. Hacıbəyov adına Azəpbaycan Dövlət Konsertaiyasının skripka sinifi üzrə bitirmişdir (xalq artisti Azad Əliyevin sinfi). B. Mehdiyev Sankt-Peterburq konsevatoriyasında aspiranturanı Rusiyanın əməkdar incəsənət xadimi professor M. S. Vaytmanın sinfi üzrə bitirmişdir. B. Mehdiyev, həmçinin filoloq olmuşdur. 10 nəsr əsəri çap olunmuşdur, elmi işi vardır. 25-ci ildən artıq Azərbaycan dövlət simli kvartetini artisti olmuşdur. 20 il orta musiqi məktəbinə rəhbərlik etmişdir. Almaniya və Rusiya musiqi kurslarında dərs demişdir. О bir sıra Beynəlxalq və Respublika müsabiqələrdə münsifər heyətinin üzvü olmuşdur.
Bayandur Xan
Bayandur xan — türk əfsanələrində adı çəkilən əfsanəvi xaqan. Bayundur (Bayındır) Xan olaraq da bilinir. Türk xalqlarının qədim tarixi abidəsi olan Qorqud Ata (Dədə Qorqud) əhvalatlarında Xanlar Xanı olaraq təyin olunar. Lakin boylarda onun yalnız adı çəkilir. Əsərin əsas qəhrəmanı isə Qazan xan və onun ətrafında birləşən bahadırlardır. "Oğuz еli" dövlət quruluşunun başında durur. Göründüyü kimi, Azərbaycan-türk yazılı abidələrində Bayandurun adı antroponim, gah da etnonim kimi qeyd olunur. Bayandur tayfasının başçısıdır. Bayandur xan hökm etdiyi xalqa hər il böyük mərasim təşkil, yemək və içki yağma etdirər. Adının mənasını baxıldığında ölkəni dirlik və nizam içində tutan, inkişaf etdirən, sivilizasiyası yayan bir adam olduğu və bu adın bəlkə də bir ünvan olaraq verildiyi ağıla gəlir.
Bayandur bəy
Bayandur bəy — Bayandur tayfasından olan Ağqoyunlu sərkərdəsi və siyasi xadim. == Həyatı == Bayandur bəyin haqqında məlumat dövr mənbələrində ya azdır, ya da demək olarki yoxdur. Bayandur bəy 1469-cu ildəki Mahmudabad döyüşünün, 1471-ci ildəki Ağqoyunluların Gürcüstan yürüşünün və 1473-cü ildəki Otluqbeli döyüşünün fəal iştirakçılardan olmuşdur. Uzun Həsənin əmri ilə qiyam qaldırmış olan oğlu Bayandur bəyin əli ilə Ərzincanda öldürülmüşdür. Bayandur bəy Uğurlu Məhəmmədin ailəsini də əsir almaq istəsə də bunu bacara bilmədi. Belə ki, Ərzincanda bir şəxs onları qaçıraraq Osmanlı sarayına təhvil vermişdi Uzun Həsənin 1478-ci ildə ölümündən sonra Yaqub bəyin başçılığı altında Ağqoyunlu sərkərdələri, Bayandur bəy, Süleyman bəy və böyük din adamı Qazi İsa bəy birləşərək Sultan Xəlilə qarşı cəbhə əmələ gətirdilər. Belə vəziyyətdən narahatlıq keçirən Sultan Xəlil, Yaqub bəyə qarşı hərəkətə başladı. İki ordu Xoy çayı yaxınlığında üz-üzə gəldilər. Döyüşdə Sultan Xəlil qüvvələrinin üstünlüyünə baxmayaraq məğlub oldu Sultan Yaqub dövründə Ağqoyunluların ən böyük xarici təhlükələrindən biri də Məmlük dövləti idi. Məmlük sultanı Qayıtbəy Uzun Həsənin ölümündən istifadə edərək, Əmir Yaşbəyin başçılığı ilə 100 minlik ordunu Urfanı tutmaq üçün göndərdi.
Bayandur eli
== Bayandur adının mənası == Bayandur adının oğuz-Azərbaycan mənşəli еtnonim olması haqqında oğuz mənbələri tutarlı məlumat vеrir. Məşhur türkoloq M.Qaşğarinin "Divani lüğət-it-türk" əsərində oğüzların 22 boyu göstərilir. Bayandur tayfası da damğası ilə birlikdə adı çəkilir. Bayandur tayfasının adı həm ümümtürk abidələrində, M. Qaşğari, Rəşidəddin, Yazıcıoğlu Əli, Əbdülqazi xan Xivəlinin əsərlərində, həm də Azərbaycan xalqının ən qədim dil-tarix abidəsi olan "Kitadi-Dədə Qorqud" dastanlarında çəkilir. Yazıçı oğlu Əli Rəşidəddinə əsaslanaraq oğuzları 24 boya bölmüş və mənalarını səciyyələndirmişdir. Ona görə, Bayandur sözünün mənası nеmətli dеməkdir. F.Rəşidəddin Bayanduru üçoq tayfasına aid еdir və Göyxanın birinci oğlu olduğunu göstərir. Azərbaycan xalqının qədim tarixi abidəsi olan "Kitabi-Dədə Qorqud" da Bayandur xan xanlar xanıdır, "Oğuz еli" dövlət quruluşunun başında durur. Göründüyü kimi, Azərbaycan-türk yazılı abidələrində Bayandırın adı antroponim, gah da еtnonim kimi qеyd olunur. == Bayandur adının yayılması == "Dədə-Qorqud" toponimikası Azərbaycanla (ümumən Qafqazla) bağlı olduğu kimi, еtnonimiya da Azərbaycan-türk dili və xalqının formalaşmasında bilavasitə iştirak еdən tayfalardan ibarətdir.
Bayandur sultan
Bayandur sultan (XVIII əsr) — Toxmaqlı oymağının məşhur simalarından biri. 1701-ci ildən Şah Sultan Hüseynin fərmanı ilə Qaradağın hakimi. Mahmud sultanın oğlu, Məhəmmədqasım xanın atası. Dizmar mahalının Duzal kəndində doğulub. Mədrəsə təhsili alıb. == Mənbə == Ənvər Çingizoğlu. Qaradağlılar. Bakı, "Şuşa" nəşriyatı, 2008. – 160 səh.
Qulaməli Bayandur
Qulaməli Əliəkbər xan oğlu Bayandur (13 dekabr 1898-25 avqust 1941) — İran Dəniz Qüvvələrinin kontr-admiralı. Qulaməli xan Əliəkbər xan Bayandurun ikinci oğludur. 13 dekabr 1898-ci ildə Tehran şəhərində anadan olmuşdu. 1941-ci ildə SSRİ-nin təhlükəsizliyi və yerli əhaliyə "kömək göstərmək" məqsədilə Sovet qoşunları Güney Azərbaycana daxil oldu. İkinci dünya müharibəsinin əvvəllərindəki, habelə, 1941-ci ildə Sovet və Britaniya qoşunları İrana daxil olduqdan sonra ümumilikdə İranda və Güney Azərbaycanındakı siyasi proseslər, İranda SSRİ-ABŞ-Böyük Britaniya qarşıdurmasının gücləndi. Dünya müharibəsi ərəfəsində və müharibənin ilk vaxtlarında alman firmalarının nümayəndələri adı altında xüsusi xidmət orqanlarının işçiləri Təbriz, Maku, Xoy, Mianə, Mərənd kimi şəhərlərdə də yerləşdirilmişdi. 1941-ci ilin əvvəllərində Almaniya gizli yolla İrana 11.000 ton silah və sursat gətirmişdi. İranın "turist düşərgələrində" istirahət edənlərin çoxunun hərbçi olması barədə kəşfiyyat materialları var idi. 1941-ci ilin iyul-avqust aylarında minə qədər mülkü geyimli alman zabitlərinin Ərzurum yolu ilə İrana keçməsi müşahidə edilmişdi. Rusların köməyi ilə dövlət çevrilişi etmiş, ingilislərin köməyi ilə səltənəti ələ keçirmiş Rza şah Almaniya yardımı ilə XX əsri İranda "Pəhləvinin qızıl əsrinə" çevirmək ümidində idi.
Yədulla Bayandur
Yədulla Ələkbər xan oğlu Bayandur (1913, Tehran - 1942, Ənzəli) — İranın Hərbi-Dəniz qüvvələrinin zabiti. Yədulla Ələkbər xan oğlu Bayandur 1913-cü ildə Tehran şəhərində anadan olmuşdu. İbtidai və orta təhsilini doğma şəhərində almışdı. Sonra Hərbi-Dəniz qüvvələrinin məktəbində oxumuşdu. Məktəbi leytenant rütbəsi ilə tamamlayaraq Xəzər dənizində xidmətə başlamışdı. Vəzifəsində yüksələrək gəmi komandiri olmuşdu. Almaniya təyyarələri tez-tez İran səmasında görünür, bəzi yerləri bombalayırdılar. 1942-ci ildə baş verən belə hücumların birində Yədulla Bayandurun gəmisi sıradan çıxarıldı. Özü isə əbədi gözlərini yumdu.
Həmzə bəy Bayandur
Həmzə bəy Bayandur — Ağqoyunluların tayfa başçısı. Cəlaləddin Əli Bəyin kiçik qardaşı idi. Qara Yuluq Osman bəyin oğlu. == Hakimiyyəti == Həmzə bəy Bayandurun doğum tarixi ilə bağlı mənbələrdə məlumat yoxdur. O Ağqoyunlu tayfa başçısı Qara Yuluq Osman bəyin oğlanlarından biri idi. 1435-ci ildə atasının ölümündən sonra Teymuri Şahruxun oğlu Məhəmməd Cukinin qərargahında hakimiyyətin qardaşı Cəlaləddin Əli bəyə verilməsinə qarşılıq olaraq köçəri hərbi elitanın köməyi ilə paytaxtın təhlükəsizliyini təmin edə bilmişdi. Daha sonra 1436-cı ildə o Ərqanini ələ keçirmək üçün hazırlığa başlayır. Lakin onun hücumu Cəlaləddin Əli bəyin oğlu Cahangir Mirzə tərəfindən dəf edildi. 1437-ci il yayının əvvəlində Həmzə də qardaşı İsgəndər kimi öz bölgəsinin sərhədlərini genişləndirmək üçün Ağqoyunluların daxili çəkişmələrindən bəhrələnməyə ümid edirdi. O Bağdadın Qaraqoyunlu valisi İsfahan ibn Qara Yusifi məğlub edərək böyük hərbi nüfuz qazandı.
Həsən bəy Bayandur
Uzun Həsən (tam adı: Həsən ibn Əli ibn Qara Yuluq Osman Bayanduri; 1423, Diyarbəkir – 6 yanvar 1478, Təbriz) — Ağqoyunlu dövlətinin (1468–1503/1508) banisi, Azərbaycan padişahı, Ağqoyunluların IX hökmdarı və sülalənin ilk sultanı (padşah). Uzun Həsən 1453-cü ildən 1478-ci ilə qədər hökmdar olmuşdur, 1468-ci ildə müasir İraqı, Türkiyənin bir hissəsini, Cənubi Qafqazı, İranın böyük hissəsini və Suriyanın bir hissəsini əhatə edən Ağqoyunlu dövlətinin əsasını qoymuşdur. == Həyatı == 1423-cü ildə anadan olmuşdur. Əli bəy ibn Osman bəyin oğlu, Qara Yuluq Osman bəyin nəvəsidir. Kitab-i Diyarbəkriyyə kitabında babası Osman bəydən başlamaqla Bayandur xanın Uzun Həsənin 52-ci babası olması göstərilir. Uşaqlıq və gənclik illəri barədə heç nə məlum deyil. Bircə onu ehtimal etmək olar ki, o, yaxşı təhsil almış və yenicə yaranan Ağqoyunlu dövlətinin hərbi təlimlərində iştirak etmişdir. Uzun Həsənin sarayında səfir olmuş Venesiya diplomatı Ambrozio Kontarini Uzun Həsən haqqında yazır: == Ağqoyunlu dövlətinin yaradılması == 1453-cü il yanvarın 16-da Diyarbəkirə daxil olan Uzun Həsən qardaşı Cahangir Mirzənin qüvvələrini dağıtdı. Cahangir Mirzə Mardinə qaçdı, sonralar ağqoyunluların əsas rəqibi olan Qaraqoyunlu Cahanşahla ittifaqa girdi. Osmanlılar Qaraqoyunlu Cahanşah və teymurilərdən olan Əbu Səidi Uzun Həsənlə mübarizəyə təhrik edirlər.
Həsən padşah Bayandur
Uzun Həsən (tam adı: Həsən ibn Əli ibn Qara Yuluq Osman Bayanduri; 1423, Diyarbəkir – 6 yanvar 1478, Təbriz) — Ağqoyunlu dövlətinin (1468–1503/1508) banisi, Azərbaycan padişahı, Ağqoyunluların IX hökmdarı və sülalənin ilk sultanı (padşah). Uzun Həsən 1453-cü ildən 1478-ci ilə qədər hökmdar olmuşdur, 1468-ci ildə müasir İraqı, Türkiyənin bir hissəsini, Cənubi Qafqazı, İranın böyük hissəsini və Suriyanın bir hissəsini əhatə edən Ağqoyunlu dövlətinin əsasını qoymuşdur. == Həyatı == 1423-cü ildə anadan olmuşdur. Əli bəy ibn Osman bəyin oğlu, Qara Yuluq Osman bəyin nəvəsidir. Kitab-i Diyarbəkriyyə kitabında babası Osman bəydən başlamaqla Bayandur xanın Uzun Həsənin 52-ci babası olması göstərilir. Uşaqlıq və gənclik illəri barədə heç nə məlum deyil. Bircə onu ehtimal etmək olar ki, o, yaxşı təhsil almış və yenicə yaranan Ağqoyunlu dövlətinin hərbi təlimlərində iştirak etmişdir. Uzun Həsənin sarayında səfir olmuş Venesiya diplomatı Ambrozio Kontarini Uzun Həsən haqqında yazır: == Ağqoyunlu dövlətinin yaradılması == 1453-cü il yanvarın 16-da Diyarbəkirə daxil olan Uzun Həsən qardaşı Cahangir Mirzənin qüvvələrini dağıtdı. Cahangir Mirzə Mardinə qaçdı, sonralar ağqoyunluların əsas rəqibi olan Qaraqoyunlu Cahanşahla ittifaqa girdi. Osmanlılar Qaraqoyunlu Cahanşah və teymurilərdən olan Əbu Səidi Uzun Həsənlə mübarizəyə təhrik edirlər.
Nur Əli Bayandur
Nur Əli Bayandur — Ağqoyunlu bəyi, Tuncelinin Çəmişkəzək bölgəsində hakimlik edirdi. Pir Əli Bayandurun oğlu, Sara xatunun qardaşıdır. Cəlaləddin Əli bəyin seçildiyi qurultayda o da var idi.
Piltən bəy Bayandur
Piltən bəy Bayandur — Pir Əli Bayandurun oğlu, Bingölün Kiğı qalasının hakimi. Kiğı məscidini ucaltdırmış, Cəlaləddin Əli bəyin iki qızı zorla oğullarına aldırmışdı. Yerinə oğlu Xəlil bəy keçmişdir.
Pir Əli Bayandur
Pir Əli Bayandur bəy — Fəxrəddin Qutlu bəyin oğlu, Bingölün Kiğı kəndində hakimlik edirdi Piltən bəy, Musa bəy, Nur Əli Bayandur və Sara Xatunun atasıdır.
Pəhləvan bəy Bayandur
Pəhləvan bəy Bayandur — İdris bəy Bayandurun oğlu, Bayandur elinin başçısı. İlk dəfə onun dövründə Bayandur eli Diyarbəkir bölgəsində yerləşdi. Kitabi-Diyarbəkriyyə əsərində Əlincə qalasını ələ keçirdiyi, Çormoğun noyonu məğlub etdiyi və 1340-cı ildə Diyarbəkirdə öldüyü qeyd olunur.
Qılınc Arslan Bayandur
Qılınc Arslan Bayandur — Qara Yuluq Osman bəyin qardaşı Əhməd bəyin oğlu, Ağqoyunluların Palu hakimi Qara Yuluq Osman ölümündən sonra başlamış Ağqoyunlular arasındakı ara müharibələrində taxt uğrunda mübarizə aparmağa başladı. Bu məqsədlə Qara İsgəndər ilə müttəfiqlik etdi. Qılınc Arslan Qaraqoyunlu dəstəyi ilə Harputu ələ keçirməyi bacardı. O Məmlüklər və Osmanlılar ilə də müttəfiqlik qursa da Ağqoyunlu taxtını ələ keçirmək səyləri uğursuzluqla nəticələndi. 1453-cü ildə hakimiyyətə gələn Uzun Həsən Qılıç Arslanı məğlub etdi və müstəqil hakimiyyətinə son qoydu.
Zeynal bəy Bayandur
Zeynal bəy Bayandur ibn Həsən bəy — Uzun Həsənin oğlu, Ağqoyunlu şəhzadəsidir. Zeynal bəy Mahmudabad döyüşündə iştirak etmiş və Əbu Səidi əsir tutmuşdu. Otluqbeli döyüşündə Ağqoyunlu qoşunun cinahına başçılıq etmişdi. Həmin döyüşdə onun qəfil hücuma keçməsi və Osmanlı ordusuna qarşı etdiyi bu hücumda ağır yaralandığı, bir müddət sonra vəfat etməsi barədə məlumatlar var. Y.M.Mahmudov. Azərbaycanın Avropa ölkələri ilə əlaqələri. Ağqoyunlu dövrü (XV əsrin II yarısı). Bakı, «Təhsil», 2007. İ.H. Uzunçarşılı. Osmanlı tarixi.
Zeynalabdin bəy Bayandur
Zeynalabidin bəy Bayandur — Ağqoyunlu imperiyasının süqutu dövlərində Diyarbəkir və ətraf ərazilərə hökm etmiş Ağqoyunlu hökmdarı. Gödək Əhmədin oğlu idi. Zülqədəroğlu Əlaüddövlə Bozqurdun sarayında yaşamışdır. 1500-cü ildə Şərur döyüşündə məğlub olan Əlvənd mirzə Diyarbəkir və ətraf ərazilərin hakimliyini Qasım mirzədən alaraq 1505-ci ilə qədər burada hökm sürmüşdür. Onun ölümündən sonra Ağqoyunlu əyanları Zeynalabidin bəyi Bozqurd Zülqədərdən istədilər. Bozqurd Zülqədər bu təklifi qəbul etdi və Zeynalabidin bəyi qüvvə ilə Diyarbəkirə göndərdi. Zeynalabidin bəy uzun müddət Diyarbəkir hakimi olan Əmir bəy Mosullunu həbs etdirdi. Hasankeyfi ələ keçirib, Urfaya doğru irəlilədi. Urfaya hücumu vaxtı həbsdən çıxan Əmir bəy Zeynalabidin bəyi məğlub etdi. Döyüşdə Zeynalabidin bəy əsir düşdü.
Sultan Murad Bayandur
Əbül Müzəffər Sultan Murad (31 iyul 1490, Təbriz – 1518, Şanlıurfa) — Ağqoyunlu hökmdarı, Uzun Həsən və I Fərrux Yasarın nəvəsi, Sultan Yaqubun oğlu, Baysunqurun qardaşı. 31 iyul 1490-ci ildə Təbriz şəhərində dünyaya gəlmişdi. Həyatının ilk dövrləri Şirvanda gizlənərək keçmişdir. Eybə Sultanın qardaşları tərəfindən 9 yaşında Şirvandan gətirilib taxta oturdulmuş, Sultan Məhəmmədin ordularını məğlub, torpaqlarını isə işğal edərək sonuncunu öldürtmüşdü. Daha sonra Əlvəndlə sülh müqaviləsi bağlamış, əllərində olan torpaqları, Qızılüzən çayı sərhəd olmaqla iki yerə bölüb idarə etməyə üstünlük vermişdilər. Belə ki, Ərəb İraqı, Əcəm iraqı, Fars və Kirman Muradın hakimiyyətində qaldı. 21 iyun 1503-cü ildə Şah İsmayılla Sultan Murad, Həmədan yaxınlığında Alma Qulağı adlanan yerdə üz-üzə gəldi. Sayca üstün olmasına baxmayaraq Sultan Muradın qoşunu darmadağın edildi. Eybə Sultanın qardaşı əsir düşdü, özü isə qaçdı. Buna baxmayaraq o, hələ 5 il də Bağdad və ətrafında hakimiyyətini davam etdirdi.
Zeynalabidin bəy Bayandur
Zeynalabidin bəy Bayandur — Ağqoyunlu imperiyasının süqutu dövlərində Diyarbəkir və ətraf ərazilərə hökm etmiş Ağqoyunlu hökmdarı. Gödək Əhmədin oğlu idi. Zülqədəroğlu Əlaüddövlə Bozqurdun sarayında yaşamışdır. 1500-cü ildə Şərur döyüşündə məğlub olan Əlvənd mirzə Diyarbəkir və ətraf ərazilərin hakimliyini Qasım mirzədən alaraq 1505-ci ilə qədər burada hökm sürmüşdür. Onun ölümündən sonra Ağqoyunlu əyanları Zeynalabidin bəyi Bozqurd Zülqədərdən istədilər. Bozqurd Zülqədər bu təklifi qəbul etdi və Zeynalabidin bəyi qüvvə ilə Diyarbəkirə göndərdi. Zeynalabidin bəy uzun müddət Diyarbəkir hakimi olan Əmir bəy Mosullunu həbs etdirdi. Hasankeyfi ələ keçirib, Urfaya doğru irəlilədi. Urfaya hücumu vaxtı həbsdən çıxan Əmir bəy Zeynalabidin bəyi məğlub etdi. Döyüşdə Zeynalabidin bəy əsir düşdü.
Ələşrəf xan Bayandur
Ələşrəf xan Lütfəli xan oğlu Bayandur (?-?)—Qacarlar dövründə bir neçə şəhərin hakimi. Ələşrəf xan Lütfəli xan oğlu Cənubi Azərbaycanın Gərrus şəhərində anadan olmuşdu. Bayandur boyuna mənsubdur. Hələ Ağqoyunlular dövründən bəri Gərrusda məskunlaşmışdılar. Ulu babaları da bu bölgəni idarə edirdilər. O, mükəmməl mədrəsə təhsili almış, dövrünün savadlı şəxslərindən sayılırdı. Qacar şahlarına xidmət etmişdi. Əmir Müəzzi Gərrusi kimi tanınırdı. Ələşrəf xan Bayandur İsfahan, Kaşan, Kürdüstan əyalətlərinin, Ərdəbil vilayətinin və Gərrus bölgəsinin hakimi olmuşdu. Ələşrəf xan Bayandur Məhəmmədəli şah Qacarın hakimiyyəti dönəmində Ərdəbilin hakimi idi.
Bayandır
Bayandır və ya Bayandur — qədim türk adı. Qərbi Azərbaycanda (müasir Ermənistan) iki Bayandır kəndi olmuş; Axuryan rayonuna bağlı Bayandır 1918-ci ildə qırğın vaxtı dağıdılmış, Gorus rayonuna aid olan Bayandır kəndinin şöhrətli adı isə 1968-ci ildə Vaqatur adı ilə əvəz edilmişdir. == Bayandırlar == Bayandırlar tarixi qaynaqlarda həm şəcərə, həm də güclü türk qövmü adı olaraq rastlanır. Bayındırlar da Üçok qəbilə ocaqları olan Çepni. Eymur, İqdır, Kınık, Salur, Çavuldur kimi həmin qəbilənin qollarından biridir. Güclü Oğuz tayfası olan Bayandırlar Kiçik Asiyanın fəthində iştirak etmiş 24 böyük oğuz tayfasından biridir. Yurdumuza gəldikdə deməliyik ki, Bayandırlar Qarabağda və Göyçə gölü ətrafında yaşamışlar. Bayandırlar Azərbaycanın siyasi həyatında da vacib rol oynamış, ictimai-siyasi həyat səhnəsində fəal çıxış etmişlər. Belə ki, Ağqoyunlu hökuməti bayandırlar nəslindən idilər. Bayandırlarla bağlı yer adları Azərbaycanda Bərdə və Tərtər rayonunun Bayandırlı kəndləri, Laçın rayonunda Bayandırçay, Türkiyədə Bayandır şəhəri və İzmir elinə bağlı kənd adları...bu tayfanın çox geniş ərazilərdə yayılmasını göstərir.
Bayandır çayı
Bayandırçay — Laçın rayonu ərazisində çay. Zabuxçayın sağ qolu. Bu ad Tərtər rayonunda bir kəndə də verilmişdir. Qarabağ düzündədir. Yaşayış məntəqəsi Laçın rayonundakı keçmiş Bayandur kəndindən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Çayın adı türkdilli Bayandur eli (oğuz tayfalarından biri)in adı ilə əlaqədardır. Bayandurlar orta əsrlərdə Ön Asiyanın və Cənubi Qafqazın siyasi həyatında fəal iştirak etmişlər.
Haylandur boyu
Haylandur boyu – Hun boylarından biri. Türkmən tarixçisi Ovez Gündoğduyev bu boyun Qayı boyu ilə eyni boy olduğu qənaətindədir. Habelə, Atillanın da mənsub olduğu ve Avropa Hunlarını idarə edən Balamirlilər bu boydandır. == Haylandur Hunlarının Qafqaz Albaniyasına axını == Haylandur hunları 462-ci ildə Quzey Azərbaycanda mövcüd olmuş Albaniya Dövlətinə girdilər. Bu dönəm Qafqaz Albaniyasını Mehranilər sülaləsi idarə edirdi. Hunlarla birlikdə eyni anda Xəzərlər və Sabirlər kimi başqa türk boylarıda Albaniyaya axın edirdi. Sasani şahları bu axınlara qarşı nə qədər təhkimatlar tikdirsə də, keçişləri bağlasa da, bu axınları dayandıranmadı. Haylandurlar və onlarla birlikdə Qafqaza girən başqa Türk boyları Albanlarla birlikdə yaşamağa və qarışmağa başladılar. Sasanilər və Bizanslılar ilə 591-ci ildə edilmiş müqaviləyə görə Albaniya Girdiman, Tiflis və Dvin daxil olmaqla Sasanilər əlində qalacaq idi (262-ci ilidən Qafqaz Albaniyası Sasanilər tərəfindən işğal edilmiş idi.