Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kazale FK
ASD Kazale Futbol Klubu (əvvəllər AS Kazale Kalçio), italyanca adı "Il Football Club Casale A.S.D." olan futbol klubu. İtaliyanın Pyemont regionunda yerləşən, Kasale Monferrato şəhərini təmsil edir. Klub hal hazırda İtaliya D seriyasında çıxış edir. Komandanın qara rəngli formasının sinəsində ağ ulduz olduğuna görə komandanın ləqəbi "nerostellati"dir ("ulduzlu-qaralar"). == Tarixi == Klub 1909-cu ildə yaranıb. Komanda qurulanda, Kasale şəhəri İtaliyada yeni futbol hərəkatının coğrafi mərkəzində yerləşirdi. Ətrafda Cenoa, Pro Vercelli, Milan, Torino və Yuventus İtaliya futbol liqasında aparıcı klublar var idi və Kasale tezliklə onların sıralarına qoşulur. 1913-cü ilin mayında Kasale, "Riding" futbol klubunu 2–1 hesabı ilə məğlub edərək, İngilis peşəkar komandasını məğlub edən ilk İtalyan klubu oldu. İtaliyada turda olan "Riding" klubu, bu tur zamanı bütün digər oyunlarında qalib gələrək Cenoa, Milan, Pro Vercelli və hətta İtaliya millisini məğlub etmişdi. Növbəti mövsümdə Kasale ilk və yeganə milli titulunu qazanır.
Dick Dale
Riçard Entoni Monsur (4 may 1937, Boston, Massaçusets – 16 mart 2019) və ya sənət adı ilə Dik Deyl – Amerikalı rok gitara ifaçısı. O, sörf musiqisinin pioneri hesab olunur. Deyl "Sörf Gitara Kralı" kimi tanınırdı, hansı ki, bu da onun ikinci studiya albomunun adı idi. Deyl bütün zamanların və xüsusilə 1960-cı illərin əvvəllərinin ən nüfuzlu gitara ifaçılarından biri idi. The Beach Boys, Jan and Dean və The Trashmen kimi sörf musiqisində aparıcı qrupların əksəriyyəti Dale musiqisindən təsirlənmiş və tez-tez Dale mahnılarının səs qeydlərini albomlarına daxil etmişlər. Onun üslubu və musiqisi Cimi Hendriks, Pit Taunşend, Eddi Van Halen və Brayan Mey kimi gitaraçılara təsir göstərmişdir. Günümüzdə bir çox musiqi janrlarında (ekstremal metal, folk və s.) geniş istifadə olunan tremolo seçmə texnikasını populyar hala gətirməsi ilə tanınır. == Həyatı == Dik Deyl 4 may 1937-ci ildə Massaçusets ştatının Boston şəhərində anadan olub. Onun atası Ceyms Livan əsilli və anası Sofiya isə Polşa-Belarus əsilli idi. Ailəsi daha sonra Quincy Point məhəlləsində Livan əsilli əhalinin yaşadığı Massaçusets ştatının Quincy şəhərinə köçdü.
Dale (film, 2007)
Dale (film, 2007) — 2007-ci il ABŞ filmi.
Fazilə Səmədova
Fəzilə İbrahim qızı Səmədova (29 mart 1929, Şamaxı – 8 yanvar 2020, Bakı) — akademik, kimya üzrə mühəndis-texnoloq. == Həyatı == Fəzilə İbrahim qızı Səmədova 1929-cu ildə Şamaxıda, əslən indiki Ağsu rayonunun Bico kəndindən olan ailədə anadan olmuşdur. Babası bicolu Hacı Cəbi olmuşdur. Atası İbrahim Şamaxı peşə məktəbini bitirmişdir. Fəzilə kiçik yaşlarında olarkən atası Bakıya işləməyə göndərilir və ailəsi ilə birlikdə Şamaxıdan köçməli olur. Fəzilə 1946-cı ildə Bakının 132 nömrəli orta məktəbini qızıl medalla bitirir. Qardaşı kimi o da geoloq olmaq və ekspedisiyalara səyahət etmək istəsə də, məhz qardaşının təkidi ilə Azərbaycan Sənaye İnstitutuna (1992-ci ildən Azərbaycan Dövlət Neft Akademiyası adlanır) ərizə verərək, imtahansız instituta qəbul olunur. 1951-ci ildə institu bitirərək, kimya-texnoloq mühəndisi diplomu alır. Bir il Yeni Bakı Neftayırma zavodunda mühəndis işlədikdən sonra Azərbaycan sənaye İnstitutunun Elmi Şurasının qərarı ilə 1952-ci ilin dekabrında Qubkin adına Moskva Neft İnstitutunun aspiranturasına daxil olmuş və 1955-ci ildə aspiranturanı bitirmişdir. 1956-cı ildə Moskva Neft İnstitutunda "Sürtkü yağlarının kimyəvi tərkibinin onların istismar xassələrinə təsiri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir..
Mazələ (Soyuqbulaq)
Mazələ (fars. مازله‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 71 nəfər yaşayır (11 ailə).
Nazilə Səfərli
Nazilə İsgəndərova
Nazilə Telman qızı İsgəndərova (20 sentyabr 1975, Sumqayıt) — psixoterapiya və ilahiyyat elmləri doktoru, professor, yazıçı və ictimai xadim. Nazilə Telman qızı İsgəndərova 1975-ci il sentyabrın 20-də Azərbaycanın Sumqayıt şəhərində anadan olmuşdur. Ailəsi əslən Qərbi Azərbaycandandır. 1992-ci ildə Sumqayıt şəhəri 35 nömrəli orta məktəbi bitirmişdir. 1992–1997-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil almışdır. 2000-ci ildə din və psixoterapiya üzrə doktorantura təhsilinə Türkiyənin Mərmərə Universitetində başlamış, sonra 2011-ci ildə Kanadada Vilfrid Laurier Universitetində (Wilfrid Laurier University) davam etdirmişdir. Əmək fəaliyyətinə 1994-cü ildə "Millət" qəzetində jurnalist kimi başlamışdır. 2011-ci ildən Toronto Universitetinin nəzdindəki Emmaneul Kollecinin professordur. Nazilə İsgəndərova müsəlman qadınlara qarşı məişət zorakılığı mövzusunda apardığı araşdırmaya görə nüfuzlu İlahiyyat Tədqiqatları Forumu (Forum for Theological Exploration) tərəfindən mükafatlandırılmışdır. Eyni zamanda digər araşdırmalarına görə Kanada Mənəvi Danışmanlıq Assosiyasiyası (Canadian Association for Spiritual Care) və Pastoral Terapiya Cəmiyyəti (Society for Pastoral Counselling) professional və tədqiqat mərkəzlərinin mükafatlarına layiq görülmüşdür.