Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Decne.
Jozef Deken (fr. Joseph Decaisne, 7 mart 1807[…], Brüssel[d] və ya Brüssel – 8 fevral 1882[…], Paris) — Belçika mənşəli fransız botaniki. == Çap olunmuş əsas əsərləri == Maison rustique du XIX siècle. Encyclopédie d’horticulture pratique, cours de jardinage, rédigé sous la direction de M. Decaisne (1836). Recherches anatomiques et physiologiques sur la garance, sur le développement de la matière colorante dans cette plante, sur sa culture et sa préparation, suivies de l’examen botanique du genre Rubia et de ses espèces (1837). Histoire de la maladie des pommes de terre en 1845 (1846). Flore élémentaire des jardins et des champs, accompagnée de clefs analytiques et d’un vocabulaire des termes techniques, par Emmanuel Le Maout et J. Decaisne (2 volumes, 1855). Le Jardin fruitier du Muséum, ou Iconographie de toutes les espèces et variétés d’arbres fruitiers cultivés dans cet établissement avec leur description, leur histoire, leur synonymie (9 volumes, 1858–1875). Manuel de l’amateur des jardins, traité général d’horticulture, par MM. Jh Decaisne, Ch. Naudin (4 volumes, 1862–1871).
Deadline.com
Deadline.com (Deadline Hollywood kimi də tanınır) — Nikki Finke tərəfindən qurulan, televiziya və film haqqında onlayn xəbər jurnalı olan PMC şirkətinə məxsus amerika veb saytıdır. Sayt gündəlik eksklüziv əyləncə xəbərləri yayımlayır. Sayt, LA Weekly keçmiş müəllif tərəfindən Deadline Hollywood Daily olaraq 2006-cı ilin əvvəlində istifadəyə verilmişdir. Nikki Finke. 2009-cu ildə, mediada bildirildiyi kimi, PMC şirkətinin veb saytını yeddi fiqurlu bir məbləğə satdı, lakin müqaviləyə əsasən baş redaktor və müəllif olaraq qaldı. Mülkiyyət dəyişikliyindən sonra adı Deadline.com olaraq dəyişdirildi və genişlənmənin bir hissəsi olaraq yalnız Hollywood-a deyil, həm də Nyu-Yorkdan və Londondan da xəbərlər əlavə olunduTezliklə heyətə bir neçə yeni töhfəçi əlavə edildi, o cümlədən 2010-cu ilin martında jurnala qoşulan və televiziya xəbərlərini öz üzərinə götürən The Hollywood Reporter-dən Nelli Andreyeva.
Boris Delone
Boris Delone (3 (15) mart 1890, Sankt-Peterburq – 17 iyul 1980, Moskva) — Rusiyanın ilk alpinistlərindən biri, Sovet riyaziyyatçısı və Nikolay Borisoviç Delonenin atası. Delone sözü kril qrafikasından birbaşa tərcümədir və o, bunu tez-tez nəşrlərdə istifadə edirdi. Delaunay ləqəbini isə o, erkən fransız və alman nəşrlərində istifadə edirdi. == Həyatı == Boris Delone öz soyadını 1812-ci ildə Napoleonun Rusiyaya hücumu zamanı əsir götürülən fransız hərbi qüvvələrinin zabiti olan əcdadı De Launaydan götürmüşdür. De Launay Bastiliya qubernatorunun qardaşı oğlu olub. O, Tuxaçevskidən olan nəcib bir ailədən qadınla ailə həyatı qurur və Rusiyada qalır.Boris gənc yaşlarında olanda ailəsi yay aylarını Alp dağlarında keçirirdi və beləcə, o, alpinistliyi öyrənmişdir. 1913-cü ildə o, Rusiyanın ilk üç dağ alpinistlərindən biri olmuşdur. Rusiya inqilabından sonra, Qafqazda və Altayda dağları fəth edirdi. Beluxa yaxınlığında dağlardan biri (4300 m) onun şərəfinə adlandırılmışdır. 1930-cu ildə SSRİ ərazisində alpinistlik üzrə magistr dərəcəsi alalardan biri idi.
Celine (brend)
Celine (əvvəllər Céline olaraq yazılırdı) 1996-cı ildən LVMH qrupuna məxsus olan fransız geyim və dəbdəbəli dəri mallar brendidir. O, 1945-ci ildə Selin Vipiana (fr. Céline Vipiana) tərəfindən təsis edilmişdir.2015-ci ilin noyabr ayından etibarən qərargah Parisin 2-ci bölgəsində, Vivienne 16 ünvanında, "Fransız Tarixi Abidəsi təsnifatı"-na malik "Hôtel Colbert de Torcy" otelində yerləşir. Severin Merl (fr. Séverine Merle) 2017-ci ilin aprelindən Baş İcraçı Direktordur. 21 yanvar 2018-ci ildə LVMH (fr. Hedi Slimane) Edi Slimen-in Celine-də bədii, yaradıcılıq və imic direktoru vəzifəsini tutacağını elan etdi. == Brendin yaradılması == 1945-ci ildə Selin Vipiana (1915–1997) və əri Riçard sənayedə ilk lüks brendlərdən biri olan Celine adlı uşaq ayaqqabısı biznesini yaratdılar və Parisdə "52 rue Malte" ünvanında ilk butiklərini açdılar.Brend Raymond Peynet tərəfindən yaradılmış qırmızı fil loqosu ilə tanınıb. == Yeni mövqe == 1960-cı ildə brend fəaliyyətlərini idman geyimi anlayışına sahib bir qadın geyim markası olmaq üzrə dəyişməyə qərar verdi. Brend indi çantalar, loafers, əlcəklər və geyimlər kimi müxtəlif dəri məhsulları təklif edir.
Teline canariensis
Genista canariensis (lat. Genista canariensis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin naz cinsinə aid bitki növü.
Teline gomerae
Genista linifolia (lat. Genista linifolia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin naz cinsinə aid bitki növü. == Arealı == Aralıq dənizinin sahillərinə yaxın ərazilərdə yayılıb. == Sinonimləri == Cytisus linifolius (L.) Lam. Teline gomerae (P.E.Gibbs & Dingwall) Kunkel Teline linifolia (L.) Webb & Berthel. Teline linifolia subsp. rosmarinifolia (Webb & Berthel.) P.E.Gibbs & D Teline rosmarinifolia Webb & Berthel.
Teline linifolia
Genista linifolia (lat. Genista linifolia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin naz cinsinə aid bitki növü. == Arealı == Aralıq dənizinin sahillərinə yaxın ərazilərdə yayılıb. == Sinonimləri == Cytisus linifolius (L.) Lam. Teline gomerae (P.E.Gibbs & Dingwall) Kunkel Teline linifolia (L.) Webb & Berthel. Teline linifolia subsp. rosmarinifolia (Webb & Berthel.) P.E.Gibbs & D Teline rosmarinifolia Webb & Berthel.
Teline monospessulana
Genista monspessulana (lat. Genista monspessulana) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin naz cinsinə aid bitki növü. == Sinonimləri == Cytisus candicans (L.) DC. Cytisus candicans (L.) Lam. Cytisus kunzeanus Willk.
Teline monspessulana
Genista monspessulana (lat. Genista monspessulana) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin naz cinsinə aid bitki növü. == Sinonimləri == Cytisus candicans (L.) DC. Cytisus candicans (L.) Lam. Cytisus kunzeanus Willk.
Teline rosmarinifolia
Genista linifolia (lat. Genista linifolia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin naz cinsinə aid bitki növü. == Arealı == Aralıq dənizinin sahillərinə yaxın ərazilərdə yayılıb. == Sinonimləri == Cytisus linifolius (L.) Lam. Teline gomerae (P.E.Gibbs & Dingwall) Kunkel Teline linifolia (L.) Webb & Berthel. Teline linifolia subsp. rosmarinifolia (Webb & Berthel.) P.E.Gibbs & D Teline rosmarinifolia Webb & Berthel.
Teline linifolia subsp. rosmarinifolia
Genista linifolia (lat. Genista linifolia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin naz cinsinə aid bitki növü. == Arealı == Aralıq dənizinin sahillərinə yaxın ərazilərdə yayılıb. == Sinonimləri == Cytisus linifolius (L.) Lam. Teline gomerae (P.E.Gibbs & Dingwall) Kunkel Teline linifolia (L.) Webb & Berthel. Teline linifolia subsp. rosmarinifolia (Webb & Berthel.) P.E.Gibbs & D Teline rosmarinifolia Webb & Berthel.
Deçin
Deçin— Çexiya Respublikasının şimalında Usti nad Labem əyalətində olan bir kiçik şəhər. Deçin əyalətin vilayətdə ən böyük şəhəri olub, əyalətin mərkəzi şəhəri sayılır. == Coğrafiyası == Deçin Bohemiyanda Elba çayı (Çex: Labe) ilə Ploučnice çayının birləşdiyi ərzidə salınmışdır. Şəhər Elba çayı bölgədə olan yumşaq qumdaşından ibarət alçaq dağlıq bölgədən keçdikdən sonra Bohemiya İsveçrəsi və şimalda Luşatınya Dağları, cənubda Bohemiya Yüksək Sahələri kimi tanınan təpəlik ərazilərinə keçid bölgəsində yerləşir. Ərazi Elba çayının iki sahilində olub, tarixən iki dəyişik məskən meydana gəlmişdir: Elba çayının sağ sahilində olan ərazi köhnə Deçin şəhəridir və sol sahildəki ərazinin adı 1842-ci ildə bələdiyyəsi qurulan Podmokly (Alman dilində "Bodenbach") qəsəbəsidir. Şəhərin dəniz səviyyəsindən hündürlüyü 135 m olub, beləcə Çex Respublikasında ən aşağı hündürlüyə malik şəhərlərdən biridir. Şəhərin yaxınlığından Almaniyanın Drezden şəhəri ilə Praqanı birləşdirən çox əhəmiyyətli dəmiyolu olan "Elba Vadisi Dəmiryolu" keçir. Deçin stansiyası ilə Praqanın şimalı arasında qatarla təxminən 83 dəqiqəlik yol var. Bu dəmiryoluna paralel olaraq Elba çayı sahili boyu avtomobil yolu uzanır və bu yol üzərindəki "Bad Schandau" sərhəd qapısı 1938-ci ildə genişləndirilib qurulmuşdur. Bütün bu nəqliyyat yolları (dəmiryolu xətti, avtomobil yolu və şəhərdən keçən su yolu) Deçin şəhərini əhəmiyyətli coğrafi strateji mövqeyə çevirmişdir.
Dəclə
Dəclə (türk. Dicle, ərəb. دجلة‎ — Dijla) — Asiyada çay, uzunluğu 1900 km. Başlanğıcını Türkiyədə yerləşən Xəzər gölündən götürür və İraqın Bəsrə şəhəri yaxınlığında Fəratla qovuşaraq, Şəttül-Ərəb çayını əmələ gətirir. Türkiyə, Suriya və İraq ərazisindən keçir. Çayın 1 418 km-lik hissəsi İraq ərazisindən, təxminən 400 km-i Türkiyə ərazisindən, cəmi 44 km-i isə Suriyadan keçir. Ən böyük qolları Böyük və Kiçik Zəb, Diyalə, Kərhə və Əl-Üzəym çaylarıdır. Qısamüddətli qış zamanı burada leysan yağışlar yağır, torpaq keçilməz palçığa çevrilir. Yazda dağlarda qar əridikdən sonra çay daşaraq geniş sahələri basır və bataqlıq yaranır. Çayların lili ilə gübrələnmiş torpaq suvarıldıqda son dərəcə münbit olur.
Dəspinə xatun
Dəspinə xatun (yun. Θεοδώρα Μεγάλη Κομνηνή — Teodora Meqale Kominin; təq. 1438, Trabzon – 1507, Diyarbəkir) — Uzun Həsənin xanımı. Trabzon imperatoru olan Komnenoslardan IV İohannın qızı.Teodora IV İohannın türk əsilli cariyəsi, ikinci həyat yoldaşından olan qızı idi. Daha sonra əmisi David Komnini onu Ağqoyunlu hökmdarı Uzun Həsən ilə evləndirmişdir. Teodora adını dəyişərək Dəspinə xatun adını götürsə də, xristian dini inancını qoruyub saxlamışdı. Dəspinə xatun və Uzun Həsənin övladlarından olan Aləmşah bəyim Səfəvi hökmdarı Şah İsmayılın anasıdır. == Adı == Fransız orta əsr tarixçisi Şarl Dukanqdan başlayaraq Trabzon İmperiyasının tarixini öyrənən bir sıra tarixçilər onu Katerina adlandırmışdılar. Venesiyalı səyyah Bailo Domeniko Trevisano öz qeydlərində onu “Fiordispina”,Teodoranın qohumu Katerino Zeno isə "Kraliça Despina" adlandırmışdır. Bir qrup tarixçilər isə Teodoraya “Dəspinə xatun” da deyirdilər.
Dəspinə xatun (dəqiqləşdirmə)
Dəspinə xatun və ya Maria Paleoloqina — Elxanilərin xatunu, Bizans imperatoru VIII Mixailin qızı. Abaqa xanla evliliyindən. Dəspinə xatun və ya (Maria) Böyük Komnenos — Ağqoyunlu xatunu, Trabzon şahzadəsi. Trabzon imperatoru III Aleksiosun və Teodora Kantakuzenin qızıdır. Qara Yuluq Osman bəylə evlənmişdir. Dəspinə xatun və ya Teodora Böyük Komnenos — Ağqoyunlu xatunu, Trabzon şahzadəsi. Uzun Həsənin xanımı. Trabzon imperatoru olan Komnenoslardan IV İohannın qızı.
Heçliyə sıçrayış (roman)
Heçliyə sıçrayış (rus. Прыжок в ничто) - Aleksandr Belyayev tərəfindən elmi-fantastika janrında yazılmış roman. Əsərdə bir qrup qərbli kapitalistin kommunizm inqilabından qaçmaq macəralarından bəhs olunur. Kapitalistlər qəti qərar çıxarırlar ki, Yer planetində onlara xilas yoxdu. Odur ki, kapitallarının köməkliyi ilə kosmik gəmi - Nuhun gəmisi -ni tikdirərək kosmosa qaçırlar. Siolkovskinin ideyalarına əsaslanan və Venera planetində baş verən macəralar olduqca maraqlı və düşündürücüdür. Yazıçı bu əsəri nəşriyyata ona ad vermədən təqdim edib. Üzərində çox düşünsə də romanı adlandırmaqda çətinlik çəkib. Nəşriyyatda romanı adlandırmaq üçün hətta mükafat da təyin edilib. Buna baxmayaraq elə yazıçının özü əsəri adlandırmağa müvəffəq olub.
Dəclə çayı
Dəclə (türk. Dicle, ərəb. دجلة‎ — Dijla) — Asiyada çay, uzunluğu 1900 km. Başlanğıcını Türkiyədə yerləşən Xəzər gölündən götürür və İraqın Bəsrə şəhəri yaxınlığında Fəratla qovuşaraq, Şəttül-Ərəb çayını əmələ gətirir. Türkiyə, Suriya və İraq ərazisindən keçir. Çayın 1 418 km-lik hissəsi İraq ərazisindən, təxminən 400 km-i Türkiyə ərazisindən, cəmi 44 km-i isə Suriyadan keçir. Ən böyük qolları Böyük və Kiçik Zəb, Diyalə, Kərhə və Əl-Üzəym çaylarıdır. Qısamüddətli qış zamanı burada leysan yağışlar yağır, torpaq keçilməz palçığa çevrilir. Yazda dağlarda qar əridikdən sonra çay daşaraq geniş sahələri basır və bataqlıq yaranır. Çayların lili ilə gübrələnmiş torpaq suvarıldıqda son dərəcə münbit olur.
Dərinə axtarış alqoritmi
Dərinə axtarış alqoritmi - qraf və ya ağacda axtarış etmək üçündür. Başlanğıc (kök) nöqtəsindən başladıqdan sonra bir qol üzrə sona kimi axtarış edir, ondan sonra isə geri qayıdaraq digər qol üzrə axtarış etməyə başlayır.
Dəspinə xatun (Abaqa xan)
Dəspinə xatun və ya Maria Paleoloqina — Elxanilərin xatunu, Bizans imperatoru VIII Mixailin qızı. == Həyatı == XIII əsrdə doğulub. İmperator Mixailin qeyri-qanuni övladı idi.O Monqollara gəlin göndərilmək üçün şəxsən atası tərəfindən seçilmişdi. Bacısı Noğay xanla evli idi. 1265-ci ildə Konstantinopolu tərk edən Mariya yolüstü Hülakü xanın öldüyünü öyrəndi. Əvəzində oğlu Abaqa ilə evləndirildi. 1282-ci iləcən İranda yaşayan Mariyaya monqollar Dəspinə xatun ləqəbi vermişdilər. == Dul həyatı == Əhməd Təkudar xanın hakimiyyətə gəlməsindən sonra Konstantinopola qayıdan Mariyanı bu dəfə qardaşı II Andronik 1307-ci ildə Abaqa xanın nəvəsi Məhəmməd Olcaytu ilə evləndirmək istədi. Lakin Osmanlı ordusunun Kiçik Asiyadakı fəaliyyətləri buna imkan vermədi. Mariya bundan sonra "Qanlı Kilsə" olaraq bilinəcək Monqolların Müqəddəs Məryəm kilsəsində rahibə həyatı başladı.
Bibliyanın yapon dilinə tərcüməsi
Bibliyanın yapon dilinə tərcüməsi Frensis Xavierin Yaponiyaya gəlişindən bir il öncə — 1548-ci ildə başlamışdır. 1613-cü ildə Əhdi-Cədidin yapon dilinə tərcümə edilməsindən sonra qapalı ölkə siyasətinə görə 2 əsrdən çox müddətdə Bibliyanın yapon dilinə tərcümə işində irəliləyiş olmamışdır. Karl Gützlaff 1837-ci ildə İohann İncilini tərcümə edərək nəşr etdirmişdir. Bundan sonra XIX əsrdə Yaponiyada bir çox nəşrçi Bibliya kitablarının və hissələrinin yapon dilinə tərcüməsi ilə məşğul olmuş və komitələr yaratmışdırlar. Samuel Vilyams, Bernard Jan Bettelheym, Conatan Qobl, Ceyms Hepbörn, Samuel Braun, Natan Braun, Devid Tompson, Quido Verbek, Filip Fayson bu cür tərcüməçilərdən olmuşdurlar. Bibliyanı tərcümə etməyə başlayan ilk yapon isə 1873-cü ildə Naqata Hosey olmuşdur. == İlk dövrlər == Bibliyanın yapon dilinə tərcüməsi ilə bağlı işlər ilk dəfə 1548-ci ildə başlamışdır. Tərcümənin nüsxəsi müasir dövrə kimi gəlib çatmasa da, Kaqoşimadan olan qaçqın samuray Yaciro (və ya Anciro) Qoada Matfeya İncilini yapon dilinə "tərcümə etmişdir". Frensis Xavier Yaciro və iki yoldaşı ilə 1547-ci ildə Malay yarımadasında tanış olmuş və onları Qoadakı bir kollecə gətirmişdir. Yaciro öz doğma ölkəsi haqqında danışandan sonra Xavier həmin İncili yapon xalqına çatdırmaq istəmişdir.
Gəlinə-i Büzürg (Sərdəşt)
Gəlinə-i Büzürg (fars. گلينه بزرگ‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 68 nəfər yaşayır (14 ailə).
Gəlinə-i Kiçik (Sərdəşt)
Gəlinə-i Kiçik (fars. گلينه كوچك‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 33 nəfər yaşayır (6 ailə).
Soyadların Azərbaycan dilinə uyğunlaşdırılması
Soyadların azərbaycan dilinə uyğunlaşdırılması Azərbaycan müstəqil olduqdan sonra irəli sürülən siyasətdir. 1993-cü ildə Milli Məclisin qəbul etdiyi qərara görə "-ov" "-yev", sonluqlu soyadlarını "-lı" (sözün kökündən asılı olaraq "-li", "-lu", "-lü"), "-zadə", "-oğlu", "-qızı" sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Hal-hazırda ata adı da soyadla birlikdə rəsmi sənədlərdə verilir. Məsələn, Məmməd Bağırovun tam adı "Məmməd Səməd oğlu Bağırov" olur.Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində yaradılmış Xüsusi Komissiya soyadlarla bağlı xüsusi konsepsiya hazırlayaraq Prezident Adminstrasiyasına təqdim edib. Azərbaycan Milli Elmlər Akademiyasının komissiyası dörd variant üzərində dayanıb. Bunlar "-lı", "-li", "-lu", "-lü", "-oğlu" və ikisi bir yerdə "-soy" və "-gil" formasını təklif edib.Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərova görə, 2010-cu ildə Azərbaycanda mövcud olan soyadlar sonluğu 80 faizə qədəri "-ov", "-yev", 10 faizə qədəri "-li", "-lu", "-lü", 10 faizə qədəri isə "-zadə" ilə qurtarır. Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı İdarələri (VVAQİ) keçmiş qanuna əsaslanaraq "-ov", "-yev" yazılmasını məqbul hesab edirlər. Bəzən isə çətinliklər yaratmaqla olsa belə vətəndaşa "-li", "-lu", "-lü" soyadının yazdırmasına imkan verirlər.Azərbaycanın müstəqilliyindən 1 mart 2022-ci il tarixinə qədər 1 milyon 200 minə yaxın şəxsin soyad sonluğu dəyişdirilib. 2022-ci ilin ilk 2 ayında isə 8 minə yaxın şəxsin soyad sonluğu milliləşdirilib.Gürcüstan azərbaycanlı aktivistləri də rus soyadlarından imtina etmək üçün kampaniya başlatmışdır.
Dəspinə xatun (Qara Yuluq Osman)
Despina xatun (yun. Δέσποινα)— Ağqoyunlu xatunu, Trabzon şahzadəsi. Əsl adı bilinmir. Mənbələrdə Despina kimi qeyd olunur. Yunan dilində Despina xatun və ya kraliça mənasına gəlir. == Həyatı == Haqqında çox məlumat yoxdur. Trabzon imperatoru III Aleksiosun və Teodora Kantakuzenin qızıdır. Qara Yuluq Osman bəylə evlənmişdir.
ÜDM həcminə görə ölkələrin siyahısı
Bu məqalədə Ümumi Daxili Məhsulun (il ərzində ölkənin sərhədləri çərçivəsində istehsal olunan son məhsulların və xidmətlərin toplam dəyəri) həcminə görə ölkələrin sıralandığı 3 siyahı yer alıb. Siyahılar Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən tərtib olunublar. Rəqəmlər alıcılıq qabiliyyəti pariteti əsasında hesablanaraq alınmışdır. 1. BVF. Bu siyahı Beynəlxalq Valyuta Fondunun hesablamalı nəticəsində tərtib olunub. Siyahıda BVF-in 187 üzvündən 182-si haqqında məlumat verilir. Bundan əlavə BVF-in üzvü olmayan Çin Respublikası və Honkonq (Çin Xalq Respublikasının tərkibinə daxildir) haqqında da məlumat təqdim edilib. BVF-in üzvü olan dövlətlərdən ABŞ ilə əlaqələndirilən rus. Palau, Marşall adaları və Mikroneziya Federativ Ştatları haqqında, eləcə də San-Marino və faktiki olaraq dağılmış Somali haqqında məlumat yoxdur. Eləcə də ümumən dünya haqqında və Avropa İttifaqı haqqında hesablamalar göstərilib.