Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sikorsky–Boeing SB-1 Defiant
2018-ci ilin dekabr ayının sonunda ilin ən maraqlı aviasiya hadisələrindən biri baş verdi: "Sikorsky" və "Boeing" şirkətinin müştərək istehsalı olacaq çoxməqsədli SB1 "Defiant" (ingiliscədən "cəsarətli", "qüsursuz", "itaətsiz") helikopterinin konsepsiyası təqdim edildi. Bu yeni layihənin mərkəzində ABŞ hərbçilərinə bir neçə yüksək sürətli helikopter ailəsi vermək üçün nəzərdə tutulan perspektiv "Vertical Lift" proqramı dayanır. SB-1-i gördükdə "dejavü" hiss etsəniz təəccüblənməyin. ABŞ artıq uzun müddətdir ki, yeni helikopterin bənzəri olan, "Sikorsky" istehsalı S-97 "Raider" helikopterini müvəffəqiyyətlə sınaqdan keçirir. == SB1 "Defiant" == Yeni SB1 helikopterini sözün əsl mənasında bu maşının modifikasiyası adlandırmaq da olmaz. Helikopterlər təmamilə fərqli vəzifələri həll etmək üçün nəzərdə tutulub. Xatırladaq ki, S-97 nisbətən kiçik bir helikopterdir, iki nəfər heyətə malikdir və altı nəfər desant daşıya bilir. Bunun kəşfiyyat, yüngül zərbə və ya gələcək pilotsuz aparatın bazası olduğu dəqiq məlum deyil. Onu daha çox ömrünü başa vuran "Bell" istehsalı kiçik OH-58 "Kiowa" helikopterlərinin yüksək sürətli əvəzi kimi görürlər. Böyük ehtimal ki, S-97 helikopteri zərbə tipli "Apache" helikopterlərini əvəz etməyəcək.
Defisit
Defisit (lat. deficit – “çatışmazlıq” mənasında işlənir) — zərər məxarici mədaxildən artıq olması deməkdir. == Balanslaşdırılmış büdcə == İdeal olaraq, dövlət büdcə sisteminin istənilən səviyyəsinin büdcəsi tarazlaşdırılmalıdır. Lakin müxtəlif amillərin (iqtisadi, siyasi, təbii və s.) Təsiri nəticəsində büdcə gəlirlərinin (vergi və vergi olmayan) büdcə sisteminin müvafiq səviyyəsi üçün lazım olan bütün xərcləri ödəməməsi vəziyyəti tez-tez yaranır. Balanslaşdırılmış büdcə prinsipi hər bir dövlətin büdcə sisteminin ən vacib prinsiplərindən biridir. Büdcə xərclərinin ümumi məbləğinin büdcə gəlirlərinin ümumi məbləğinə uyğun gəlməsindən ibarətdir. Eyni zamanda, büdcə gəlirləri yalnız büdcə gəlirləri deyil, həm də borc kimi digər mənbələr deməkdir. Beləliklə, büdcə kəsirinin özlüyündə xərclər və büdcə gəlirlərinin ümumi məbləği arasında bərabərliyin əldə edilməsi vəziyyətində bir dengesizlik demək deyil. Balanssız bir büdcə (yəni xərclərin həcminin gəlirləri üstələdiyi bir büdcə) əslində büdcə adlandırıla bilməz, çünki həyata keçirilməsi açıq-aşkar real deyil. Büdcə profisiti ilə (gəlir hissəsinin xərc hissəsindən çox olması ilə) mənfi nəticələrə səbəb olur.
Defoliant
Deifont
Deifont (q.yun. Δηιφόντης) — yunan mifologiyasında personaj. O, Herakl övladlarından, Antimaxın oğlu idi. Deifont Heraklin nəticəsi, Girnefonun əri olmuşdur. O, arqvlərə qarşı uğurla döyüşmüşdür. Deifont onların uşaq və arvadlarını əsir götürmüşdür. Qayınatası Temenin öldürülməsindən sonra ordu Arqosda kral hakimiyyətini ona ötürmək qərarına gəlmişdir. Pavsaniyə görə, Temenin oğlu Keys və qardaşları hakimiyyəti almışdır. Arqivlərin qalan hissəsindən və Epidavrda məskunlaşdılar . Deifontun övladları Antimen, Ksantipp, Argey və Orsobiyadır.
Debian
Debian - sərbəst yayılan proqram təminatından ibarət olan və ilkin kodu açıq olan əməliyyat sistemi. Debian-OpenLogo.svgLinux əməliyyat sistemidir. Bir çox Linux əməliyyat sistemi Debian əməliyyat sistemi əsasında yaradılmışdır. Hazırda Linux əməliyyat sisteminin ən populyar və önəmli distributivlərindən biri Debian GNU/Linux sistemidir. “Debian” adı layihənin əsasını qoyan Yan Mördok (Ian Murdock) və onun qız dostu (sonradan arvadı, indi isə keçmiş həyat yoldaşı) Debra Linn’in (Debra Lynn) adlarından yaranıb. Debian heç bir şirkətə məxsus olmayıb, cəmiyyətin məhsuludur. Debian 5.0 lenny-nin bütün paketlərinin yaradılması (323 milyon sətir kod) 8 milyard dəyərində işə barəbər hesab edilir. == Paket idarə edilməsi == Debianda yeni paket lokal sistemdən qurulduğu zaman dpkg paket idarə etmə alətindən istifadə edilir. Əgər paket internet üzərindən qurulursa, onda apt-get alətindən istifadə olunur. == İstinadlar == == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
La Defans
La Defans (fr. La Défense) — Paris şəhərində biznes rayonu. == Tarixi == Parisin ətrafında işgüzar münasibətlər üçün nəzərdə tutulmuş Defansın tikintisinə 1955-ci ildə başlanmışdır. Sahəsi 130 hektardı. Defansda müasir üslubda ən hündür binalar inşa olunmuşdur. Onların əksəriyyəti müxtəlif şirkət və kampanyaların ofisləridir. Total, Fiat, Manxetten, Qen şirkətlərinin əsas mənzil qərargahlarının yerləşdiyi Defansda danimarkalı arxitektor İohan Otto fon Şpreiyülün Layihəsi əsasında tikintisi 1989-cu ildə başa çatdırılmış "Böyük tağ"ın hündürlüyü 105 metrdir. Şüşə və mərmərdən ibarət olan tağa liftlə qalxmaq mümkündür. Bu tağ inşa edilərkən onun Zəfər tağı ilə üzbəüz durması əsas götürülmüşdür.
Reliant Energy Plaza
Reliant Energy Plaza - Texasın Hyuston şəhərində yerləşən göydələndir. Hündürlüyü 158 metrdir, binanın sahəsi 74,000 m². Bina 2001-ci ildən 2003-cü ilə qədər tikinirdi. Göydələndə 36 mərtəbə var, hündürlüyünə görə şəhərdə 27-ci yeri tutur.
Debian Almquist shell
Dash (Debian Almquist shell) - *nix əməliyyat sistemində shelldir. Bashla müqayisədə çox kiçikdir, həm də xüsusiyyətləri cəhətdən az zəngindir. Almquist shell-in xələfi olan dash, 1997-ci ildə Linux əməliyyat sisteminə port edilmiş, 2002-ci ildə isə adı dəyişdirilərək dash qoyulmuşdur.
Hava-Desant Qüvvələri
Hava-desant qüvvələri — təyyarə ilə münaqişə zonasına aparılan və ümumiyyətlə yüngül paraşütlü piyada hərbi birliklərdir. Qoşunlar düşmən xətlərinin arxasına yerləşdirilə bilər və kiçik bir xəbərdarlıqla demək olar ki, hər yerə çatmaq imkanları vardır. Hava-desant qüvvələri əsasən uzunmüddətli döyüş əməliyyatları üçün təchizat və avadanlıqlara ehtiyac duymur və paraşüt əməliyyatları əlverişsiz hava şəraitinə xüsusilə həssasdır. İkinci Dünya Müharibəsindən bəri vertolyot texnologiyasındakı irəliləyişlər Hava-Desant Qüvvələrinin hücumlarının əhatə dairəsini genişləndirdi və hava hücumları genişmiqyaslı paraşüt əməliyyatlarını əvəz etdi. == İstinadlar == == Xarici keçidlər == ArmyParatrooper.org Hagerman, Bart, Operation Varsity: Allied Airborne Assault Over the Rhine River World War II History Magazine, (1998), pp. 1–5 Taylor, John M., 101st Airborne Division Participate in Operation Overlord Military History Quarterly, (2004), pp. 1–5 Murray, Williamson, Airborne Operations During World War II World War II History Magazine (2004), pp.
Universal desant gəmisi
Amfibiya desant gəmisi, müntəzəm olaraq Amfibiyalar, Amfibik və ya xalq arasında olan adı ilə "Timsah daşıyan gəmilər" kimi tanınan bu gəmilər döyüş gəmiləri kimi təsnif edilirlər. Bu tip gəmilər quru qoşunları tərəfindən desant əməliyyatları üçün istifadə olunur, eləcə də quru qoşunlarına maddi-texniki dəstək verir və həmçinin də dəniz əməliyyatlarında istifadə olunurlar. Bunun sayəsində həm qurudakı, həm də dənizdəki amfibiya desant əməliyyatlarında onlara böyük ehtiyac hiss olunur. Bu tip gəmilər Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələri tərəfindən bir çox əməliyyatlarda istifadə edilmişdirlər. 1970-ci illərin Tarawa Class gəmiləri 1989-cu ildə daha yeni və müasir Wasp Class gəmiləri ilə əvəz olunmuşdurlar.
101-ci Hava-Desant Diviziyası
101-ci Hava-Desant Diviziyası (ing: 101st Airborne Division, Screaming Eagles “Qıyvuran qartallar”) — ABŞ Quru Qoşunlarının Hava-Desant məqsədli yüngül piyada diviziyasıdır. Bölmə, İkinci Dünya Müharibəsi zamanı Normandiya əməliyyatı və Ardenn hücumu ilə məşhurlaşmış və daha sonra Vyetnam müharibəsində və son vaxtlara qədər Əfqanıstan (Əfqanıstan müharibəsi) və İraqda (İraq müharibəsi) xidmət etmişdir. Bölmənin qərargahı Fort Kampbelldə yerləşir.