Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Abroqasiya
Abroqasiya (от lat. abrogatio «ləğv»), həmçinin abolisiya (от lat. abolitio «ləğv») — köhnəlmiş qanunun ləğvi. Bunun nəticəsində keçmiş qanunun əvəzinə yeni qanun elan edilir. Əslində abroqasiya köhnə qanunun tamamilə yenisi ilə əvəz edilməsi deməkdir. Köhnə qanunun qismən ləğvi deroqasiya, köhnə qanuna zəruri dəyişikliklərin edilməsi obroqasiya, köhnə qanunun əlavə edilməsi isə subroqasiya adlanır. "Abroqasiya" termini Roma hüququndan götürülmüşdür.
Dekorasiya
Dekorasiya (fr. decoratio — bəzək) — geniş anlamda əşyanın və ya yaşayış, fəaliyyət məskəninin müxtəlif bədii bəzədilməsi. Dekorasiya bəzədilən yerin xarakterinə və stilinə uyğun gəlməli, onun formalarını pozmamalı, onun gözəlliyini daha qabarıq verə bilməlidir.
Denotasiya
Denotasiya semantikada istifadə olunan işarələnən ilə işarələyən arasındakı əlaqəni ifadə edən çox mənalı bir termindir. Roland Barthesin dediyinə görə, denotativ işarə özünün "işarələmənin birinci səviyyəsi" adlandırdığı hissədədir. Bu quruluşda konotasiya denotativ işarənin işarələyənindən əldə edilən əlavə bir işarəyə və ya işarələrə aiddir.
Teatr-dekorasiya sənəti
Teatr-dekorasiya sənəti — dekorasiya, əlbəsə, qrim, işıq, mebel, butaforiya, və s. vasitəsilə səhnə tamaşasının əyani obrazının yaradılması sənəti. İncəsənətin sintetik növlərindən olan teatrda tamaşanın bədii tərtibatı əsərin ideya məzmununun açılmasında mühüm rol oynayır. Rəssam əsərin məzmununa və rejissor işinə əsaslanaraq, hadisələrin cərəyan etdiyi dövrü, yerli və milli koloriti səhnədə canlandırır, əsərin janrına və uslubuna uyğun dekorasiya, əlbəsə, işıq və s. bədii təsvir və ifadə vasitələrindən istifadə edərək obrazların fərdi xarakteristikasını daha dolğun nəzərə çatdırır. Teatr-dekorasiya sənəti memarlıq və təsviri sənətin vəhdətinə əsaslanır. Bədii tərtibat tamaşanın ayrılmaz tərkib hissəsi olmaqla yanaşı, onun bədii-emosional quvvəsini artırır. Teatr-dekorasiya sənətinin mənşəyi qədim, tarixi zəngin və çoxcəhətlidir. Hələ ən qədim xalq oyunlarında Teatr-dekorasiya sənəti ünsürlərindən (əlbəsə, maska və s.) istifadə olunmuşdu. Antik yunan və Qədim Roma teatrlarında hadisələrin cərəyan etdiyi məkanı konkretləşdirən dekorlar tətbiq edilirdi.