Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Desmond Doss
Desmond Doss (ing. Desmond Thomas Doss; 7 fevral 1919 – 23 mart 2006) — İkinci Dünya Müharibəsi veteranı, ABŞ-nin ən yüksək hərbi mükafatı - Şərəf medalı ilə təltif edilən üç vicdanlı hərbi xidmətdən imtina edən şəxsdən birincisi. Təltif edildiyi qəhrəmanlıq hərəkətləri zamanı o, ABŞ ordusunda 77-ci piyada diviziyasının 307-ci alayının tibb hissəsinə təyin edilmiş kapral olmuşdur. == Həyatı == Desmond Doss 7 fevral 1919-cu ildə Linçburqda dülgər Uilyam Tomas Dossun və adi ayaqqabı fabrikində işləyən Berta Edvard Oliver Dossun ailəsində anadan olub. O, Yeddinci günün adventistlərinin prinsiplərinə uyğun olaraq böyümüş və 21 yaşında artıq kilsədə diakon və həmçinin vegetarian idi. Hərbi xidmətə götürülməzdən əvvəl o, Newport News Shipbuilding-də işləyib. İmanın təsiri ilə o, vicdanlı şəkildə hərbi xidmətdən imtina etdi - özünə silah gəzdirməyi və üstəlik, insanlara münasibətdə ondan istifadə etməyi özünə qadağan etdi. Ondan hərbi xidməti təxirə salmağı xahiş etdilər, lakin o, rədd etdi, çünki o, müharibə və qətllərin əleyhinə olsa da, inancının icazə verdiyi qədər vətənə xidmət etmək istəyirdi. Nəhayət, hərbi rəhbərliyin xahişindən sonra o, 77-ci Piyada diviziyasının 307-ci Piyada alayına komandir təyin edildi. Silah gəzdirməkdən imtina etdiyinə görə, Doss tez-tez həmkarları tərəfindən ələ salınır və hücuma məruz qalır, rəsmi vəzifəsini yerinə yetirməməkdə günahlandırılır.
Desmond Duqlas
Desmond Duqlas (20 iyul 1955) — Birləşmiş Krallıqı təmsil edən stolüstü tennisçi. == Karyerası == Desmond Duqlas Birləşmiş Krallıqı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, cüt turnirdə isə 9-cu pillənin sahibi olub.
Desmond Tutu
Desmond Mpilo Tutu (ing. Desmond Mpilo Tutu; doğ. 7 oktyabr 1931(19311007), Klerksdorp, Transvaal əyaləti - 26 dekabr 2021) — Keyptaun anqlikan arxiyepiskopu (CAR - da ilk qaradərili episkop), aparteidlə mübarizənin aktiv üzvü. 1984 - cü il üzrə Nobel Sülh mükafatı laureatı. == Həyatı == Klerksdorpda qızıl mədənləri rayonunda anadan olan Desmond ailənin üç övladından ikincisi idi və yganə oğlan uşağı idi. 12 yaşında olarkən ailəsi Yohannesburqa köçür. Atası müəllim, anası isə məktəbdə aşpaz və xadimə idi. Baxmayaraq ki, o həkim olmaq istəyirdi lakin ailəsinin onun təhsilinə imkanı çatmırdı. Atası kimi o da müəllim oldu, kollecdə və məktəbdə dərs deməyə başladı. Aparteid siyasətinin güclənməsi və ağlarla qaraların qeyri - bərabərliyinin qanunla dəstəklənməsilə bağlı istefa verdi.
Desmond D'Sa
Desmond D'Sa (afrik. Desmond D'Sa) — Cənubi Afrikadan olan ekoloq. 2014-cü ildə Goldman Ətraf Mühitin Mühafizəsi mükafatını alır. Desmond 25 ildən artıqdır ki, Durbanın cənubunda ekoloji təhlükəsizliyə ciddi ziyan vuran əsas neft emalı zavodları ilə mübarizə aparır və onları təqib edir. == Fəaliyyəti == O, Durbanda (Cənubi Afrika) ekoloji ədalət hüququ üçün yaşıl fəzalara girişin təşkili və ətraf mühitin çirklənməsinə qarşı etiraz aksiyaları təşkil etdikdən sonra tanınır. Şəhərin ətrafındakı ərazi "Xərçəng xiyabanı" kimi tanınır, çünki ərazidə 300-dən çox sənaye müəssisəsi yerləşir[5]. Bu problemlə mübarizə aparmaq üçün o, Durban Cənubi İcmasının Ekoloji Alyansını qurur. Bu icma çirklənmə ilə mübarizədə və Durban limanının genişlənməsinin qarşısının alınmasında uğur qazanmışdır. 2011-ci ildə təbliğat fəaliyyəti üçün onun evinə yanğın bombası atılır. O, aparteid dövründə böyüyür və ona qarşı mübarizə aparmaqla yanaşı, ekoloji və sosial ədalət məsələləri ilə də məşğul olmağa başlayır.
Despina (peyk)
Despina (lat. Despœna;yun. Δέσποινα) və ya Neptun V — Neptunun üçüncü ən yaxın daxili peyki. Peykə Poseydonnun və Demetranın qızı olan nimfa Despinanın adı verilib. Despina Voyager 2 zondu tərəfindən çəkilən şəkillərdən 1989-cu il iyulun sonlarında aşkar edilmişdir.Peyk müvəqqəti olaraq S/1989 N 3 adlandırılmışdır.Kəşf 2 avqust 1989- cu ildə açıqlanmışdır.Peyk 16 sentyabr 1991-ci ildə adlandırılmışdır. Despina düzənsiz formalaşır və hər hansı geoloji dəyişikliklərin əlamətinin olmadığını göstərir.Çox güman ki, bu peyk, Neptunun orijinal peyklərinin hissələrinin yenidən biləşərək əmələ gətirdikləri dağıntılardan ibarət bir yığndır. Despinanin orbiti Talassanın orbitindən kənarda və yalnız Neptunun halqaları daxilində hərəkət edir.Despinanın radiusu Neptunun sinxron orbital radiusundan aşağıda olduğundan,o nəhəg yavaşlama ilə içəriyə doğru spiralvari dolanır və ola bilsin ki sonda Neptunun atmosferinə təsir göstərsin.
Despina Olimpiu
Despina Olimpiu (Yunanca: Δέσποινα Ολυμπίου) — 1975-ci ildə anadan olan Kiprli müğənni. Despina Olimpiu 2013 Avroviziya Mahnı Müsabiqəsində Kipri "An Me Thimasai" mahnısı ilə təmsil edib.
Frederik Desmon
Frederik Desmon (fr. Frédéric Desmons; 14 oktyabr 1832[…] – 4 yanvar 1910[…], Paris) — fransız kalvinist rahib və mason. == Həyatı == Frederik Desmon 1832-ci ildə Brinonda Qar departamentində anadan olmuşdur. Nim şəhərində kollecdə təhsil almışdır. Nimdəki təhsilini bitirdikdən sonra Cenevrəyə kalvinizmin ən önəmli tərəflərindən olan ilahiyyatı öyrənməyə getdi.
Despina (Neptunun peyki)
Despina (lat. Despœna;yun. Δέσποινα) və ya Neptun V — Neptunun üçüncü ən yaxın daxili peyki. Peykə Poseydonnun və Demetranın qızı olan nimfa Despinanın adı verilib. Despina Voyager 2 zondu tərəfindən çəkilən şəkillərdən 1989-cu il iyulun sonlarında aşkar edilmişdir.Peyk müvəqqəti olaraq S/1989 N 3 adlandırılmışdır.Kəşf 2 avqust 1989- cu ildə açıqlanmışdır.Peyk 16 sentyabr 1991-ci ildə adlandırılmışdır. Despina düzənsiz formalaşır və hər hansı geoloji dəyişikliklərin əlamətinin olmadığını göstərir.Çox güman ki, bu peyk, Neptunun orijinal peyklərinin hissələrinin yenidən biləşərək əmələ gətirdikləri dağıntılardan ibarət bir yığndır. Despinanin orbiti Talassanın orbitindən kənarda və yalnız Neptunun halqaları daxilində hərəkət edir.Despinanın radiusu Neptunun sinxron orbital radiusundan aşağıda olduğundan,o nəhəg yavaşlama ilə içəriyə doğru spiralvari dolanır və ola bilsin ki sonda Neptunun atmosferinə təsir göstərsin.
Olivera Despina Xatun
Olivera Despina Xatun (1372 – 1444) — 4-cü Osmanlı sultanı İldırım Bəyazidin xanımı və Serbiya knyazı Lazar Xrebelyanoviçin qızı. == Həyatı == 1372-ci ildə dünyaya gəldiyi ehtimal olunur. Atası Serbiya knyazı Lazar Xrebelyanoviç, anası isə kraliça Militsadır. Ailəsinin altıncı övladı olan Oliveranın yolu Osmanlılarla ilk dəfə 1389-cu ildə baş tutan Birinci Kosovo döyüşündə kəsişdi. Belə ki, qəti Osmanlı qələbəsiylə nəticələnən döyüş əsnasında atası həlak olmuş, Osmanlı sultanı Murad Hüdavəndigar isə serb əsilzadəsi Miloş Obiliçin tərtiblədiyi sui-qəsdlə qətlə yetirilmişdi. Atasının ölümündən sonra hakimiyyəti ələ alan anası kraliça Militsa və qardaşı Stefan hakimiyyəti əllərində saxlamaq üçün Osmanlı təbəəliyini qəbul etməyə məcbur oldular. Yenicə taxta çıxan Osmanlı sultanı İldırım Bəyazidlə aparılan danışıqlar nəticəsində 1391-ci ildə tərəflər arasında sülh bağlandı. Sülhün şərtlərinə görə, Serbiya knyazlığı Osmanlı təbəəliyini qəbul etdi və illik xəracla tələb olunduğu halda əsgər göndərməyi öhdəliyinə götürdü. Bunun qarşılığında isə Osmanlılar daha öncə fəth olunan Səməndirə qalası və ətrafını serblərə geri verdilər. Sülhün təminatı olaraq isə yeni knyaz Stefan Lazareviçin bacısı olan Olivera Despina Osmanlı sultanıyla evləndirildi.
Anya Şovaqoviç-Despot
Anya Şovaqoviç-Despot (tam adı: Anya Şovaqoviç-Despot, xorv. Anja Šovagović-Despot; 25 mart 1963, Zaqreb) — Xorvatiya kino və teatr aktrisası. == Həyatı və fəaliyyəti == Anya Şovaqoviç Xorvatiyanın ən hörmət edilən aktyorlarından biri olan Fabiyan Şovaqoviçin və Maya Blaşkovun ailəsində dünyaya göz açmışdır. Kiçik qardaşı Filip Şovaqoviç kimi Anya da aktorluq fəaliyyəti ilə hələ kiçik yaşlarından məşğul olmağa başlamışdır. Orta məktəbi başa vurduqdan sonra Zaqrebdəki Dramatik İncəsənət Akademiyasına daxil olur. Burada teatr rejissoru Kreşimir Dolençiç ilə birgə 1981-ci ildə "Lift" teatr qrupunun əsasını qoyur. İki il sonra Zlatko Vitezlə əməkdaşlıq etməyə başlayır və onun "Histrion" teatr şirkətinə qoşulur. 1986-cı ildən Qavella Dram Teatrında fəaliyyət göstərir. Şovaqoviç Xorvatiya aktyoru Draqan Despotla evlidir. Onların iki övladı var.
Stanislav Despot-Zenoviç
Stanislav Despot-Zenoviç (1833, Vilnüs – 19 may 1900, Batum) — 1878–1894-cü illərdə Bakı Şəhər Dumasının başçısı. == Həyatı == Stanislav Despot Zenoviç (Stanisław Despot-Zenowicz) 1835-ci ildə Vilnüsdə anadan olmuşdur. 15 may 1900-cü ildə Batumidə 65 yaşında ağır xəstəlik nəticəsində vəfat etmişdir. Qujufda, Krımda dəfn olunmuşdur.. === Ailəsi === Subay idi. Onun nəslinin ilk tanınmış namizədi Bartoşanın adı 1837-ci ildə qeyd olunur. 1401-ci ildə Bartoşa Zenoviç və onun oğlu Zenon polyak kralına öz loyallıqları haqda akt imzalamışdırlar. "Despot" (Deszpot) ləqəbi XVII əsrin sonunda Zenoviçlərin Serbiya despotlarından gəlməsinə əsaslanaraq peyda olmuşdur. Despot-Zenoviç nəslinin ilhaq olunduğu zaman Minsk quberniyasının zadəgan (szlachta) cəmiyyətində qeydiyyatdan keçmişdirlər. Böyük qardaşı Aleksandr Despot-Zenoviç 1850-ci ildə konspirativ fəaliyyətinə görə Sibirə sürgün edilmişdir.
İoann Paleoloq (despot)
İoann Paleoloq (q.yun. Ἱωάννης Δούκας Παλαιολόγος, translit. Ioánnis Doúkas Palaiológos; 1225, Kiçik Asiya – 1275) — Nikeya və Bizans sərkərdəsi, sevastokratı və despotu. == Həyatı == İoann 1225-ci ildə paleoloqlar sülaləsindən olan Andronik Komnin Paleoloq və Feodora Komnin Paleoloqun ailəsində anadan olmuşdur. O, həmçinin, Bizans imperatoru VIII Mixail Paleoloqun (hak. 1259–1282) qardaşı idi. Paleoloq 1259-cu ildə Pelaqoniya döyüşündə Nikeya ordusuna komandanlıq etmişdir. O, 1260-cı ildə Aleksey Stratiqopul ilə birlikdə Arta şəhərini ələ keçirmiş, həmin ildə despot tituluna layiq görülmüş və Saloniki şəhərinin idarəçiliyi ona verilmişdir. Paleoloq 1264-cü ildən Kiçik Asiyaya köçmüş, burada türklərə qarşı savaşmışdır. O, 1274-cü ildə Latın imperiyası tərəfindən dəstəklənən Fessaliya hakimi I İoann Dukaya qarşı edilən yürüşə başçılıq etmişdir.
Dəspinə xatun
Dəspinə xatun (yun. Θεοδώρα Μεγάλη Κομνηνή — Teodora Meqale Kominin; təq. 1438, Trabzon – 1507, Diyarbəkir) — Uzun Həsənin xanımı. Trabzon imperatoru olan Komnenoslardan IV İohannın qızı. Teodora IV İohannın türk əsilli cariyəsi, ikinci həyat yoldaşından olan qızı idi. Daha sonra əmisi David Komnini onu Ağqoyunlu hökmdarı Uzun Həsən ilə evləndirmişdir. Teodora adını dəyişərək Dəspinə xatun adını götürsə də, xristian dini inancını qoruyub saxlamışdı. Dəspinə xatun və Uzun Həsənin övladlarından olan Aləmşah bəyim Səfəvi hökmdarı Şah İsmayılın anasıdır. == Adı == Fransız orta əsr tarixçisi Şarl Dukanqdan başlayaraq Trabzon imperiyasının tarixini öyrənən bir sıra tarixçilər onu Katerina adlandırmışdılar. Venesiyalı səyyah Bailo Domeniko Trevisano öz qeydlərində onu “Fiordispina”,Teodoranın qohumu Katerino Zeno isə "Kraliça Despina" adlandırmışdır.
Dəspinə xatun (dəqiqləşdirmə)
Dəspinə xatun və ya Maria Paleoloqina — Elxanilərin xatunu, Bizans imperatoru VIII Mixailin qızı. Abaqa xanla evliliyindən. Dəspinə xatun və ya (Maria) Böyük Komnenos — Ağqoyunlu xatunu, Trabzon şahzadəsi. Trabzon imperatoru III Aleksiosun və Teodora Kantakuzenin qızıdır. Qara Yuluq Osman bəylə evlənmişdir. Dəspinə xatun və ya Teodora Böyük Komnenos — Ağqoyunlu xatunu, Trabzon şahzadəsi. Uzun Həsənin xanımı. Trabzon imperatoru olan Komnenoslardan IV İohannın qızı.
Dəspinə xatun (Abaqa xan)
Dəspinə xatun və ya Maria Paleoloqina — Elxanilərin xatunu, Bizans imperatoru VIII Mixailin qızı. == Həyatı == XIII əsrdə doğulub. İmperator Mixailin qeyri-qanuni övladı idi.O Monqollara gəlin göndərilmək üçün şəxsən atası tərəfindən seçilmişdi. Bacısı Noğay xanla evli idi. 1265-ci ildə Konstantinopolu tərk edən Mariya yolüstü Hülakü xanın öldüyünü öyrəndi. Əvəzində oğlu Abaqa ilə evləndirildi. 1282-ci iləcən İranda yaşayan Mariyaya monqollar Dəspinə xatun ləqəbi vermişdilər. == Dul həyatı == Əhməd Təkudar xanın hakimiyyətə gəlməsindən sonra Konstantinopola qayıdan Mariyanı bu dəfə qardaşı II Andronik 1307-ci ildə Abaqa xanın nəvəsi Məhəmməd Olcaytu ilə evləndirmək istədi. Lakin Osmanlı ordusunun Kiçik Asiyadakı fəaliyyətləri buna imkan vermədi. Mariya bundan sonra "Qanlı Kilsə" olaraq bilinəcək Monqolların Müqəddəs Məryəm kilsəsində rahibə həyatı başladı.
Dəspinə xatun (Qara Yuluq Osman)
Despina xatun (yun. Δέσποινα)— Ağqoyunlu xatunu, Trabzon şahzadəsi. Əsl adı bilinmir. Mənbələrdə Despina kimi qeyd olunur. Yunan dilində Despina xatun və ya kraliça mənasına gəlir. == Həyatı == Haqqında çox məlumat yoxdur. Trabzon imperatoru III Aleksiosun və Teodora Kantakuzenin qızıdır. Qara Yuluq Osman bəylə evlənmişdir.