Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Revolver
Altıaçılan ya da revolver — 1836-cı ildə Samuel Kolt tərəfindən yaradılmış bir dəfə doldurma ilə birdən artıq atəş açmaq qabiliyyətinə malik olan bir tapançadır. Normal tabançalardan fərqi uzun lüləyə və mərmilərinin qəbzədə deyil, lülənin ortasında olmasıdır. Çoxlu kovboy filmlərində bu silahlardan istifadə edilmişdir. Darağına ən çox 6 ədəd mərmi ala bilir, adını da, məhz buradan almışdır. Müasir dövrə kimi çoxlu versiyaları çıxmışdır. Hələ də istifadə edilir. Ən sonuncu modern versiyası Magnum 45 adı ilə tanınır.
Revolver (albom)
Revolver — Böyük Britaniyanın "The Beatles" rok qrupunun yeddinci studiya albomu.
Anyer-an-Devolüi
Anyer-an-Devolüi (fr. Agnières-en-Dévoluy, oks. Anhera en Devoluí) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sent-Etyen-an-Devolüi kantonuna daxildir. INSEE kodu — 05002. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 266 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 175 nəfərdən (15-64 yaş) 141 nəfəri iqtisadi cəhətdən fəal, 34 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 80.6%, 1999-cu ildə 81.8%). Fəal olan 141 nəfərdən 134 nəfər (73 kişi və 61 qadın), 7 nəfər işsiz (1 kişi və 6 qadın) idi.
Devol müqaviləsi
Devol müqaviləsi — Birinci səlib yürüşündən sonra Antioxiya knyazı I Boemund ilə Bizans imperatoru I Alexios arasında 1108-ci ildə imzalanan müqavilədir. Müqavilə günümüzdə "Devol" olaraq bilinən Bizans qalası olan Diabolisdə imzalandığından bu adla tanınır və Antioxiya knyazlığını Bizans İmperiyasının vassal dövlətinə çevirmək məqsədi daşıyırdı. Birinci səlib yürüşünə çıxan Xaçlı ordusu, müsəlman dövlətlərinin üstünə yerimədən əvvəl Konstantinopola toplaşaraq fəth edəcəkləri hər ərazini Bizans İmperiyasına verməyə söz verdilər. Ancaq I Alexiosun keçmiş düşməni Robert Qviskarın oğlu Boemund, Antioxiya knyazlığının özünün olduğunu bildirdi. Alexios Antioxiya knyazlığını tanımadığı üçün Boemund dəstək almaq üçün Avropaya getdi. Alexiosa qarşı müharibə elan etsə də, çox keçmədən təslim olmalı və müqavilə imzalamalı oldu. Boemund, müqavilənin şərtlərinə əsasən imperatora bağlı olmağı, lazım olduqda ordularını Bizans İmperiyasının xidmətinə təqdim etməyi və həmçinin Antioxiyaya bir Yunan patriarxını təyin etməyə razı oldu. Bunun müqabilində isə ona sebastos və duks adı verildi və onun varislərinə Edessa qraflığına getmək hüququ təmin olundu. Müqavilənin ardından Apuliyaya geri dönən və burada ölən Boemundun Antioxiya knyazlığında naib olan qardaşı oğlu Tancred müqaviləsinin şərtlərini rədd etdi. Antioxiya 1137-ci ildə müvəqqəti Bizans hakimiyyəti altında olmasına baxmayaraq, 1158-ci ildə həqiqətən Bizans vassalı oldu.
Sent-Etyen-an-Devolüi
Sent-Etyen-an-Devolüi (fr. Saint-Étienne-en-Dévoluy, oks. Sant Estève de Devolui) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sent-Etyen-an-Devolüi kantonuna daxildir. INSEE kodu — 05139. 2008-ci ildə əhalinin sayı 573 nəfər təşkil edirdi. İqtisadiyyatın əsasını kənd təsərrüfatı və heyvandarlıq (qoyun) təşkil edir. Qış turizmi inkişaf edir (xizək kurortu).
Sent-Etyen-an-Devolüi (kanton)
Sent-Etyen-an-Devolüi (fr. Saint-Étienne-en-Dévoluy) — Fransada kanton , region — Provans-Alp-Kot-d'Azür, departament — Yuxarı Alplar. Qap dairəsinə daxildir. Kantonun INSEE kodu — 0519. Sent-Etyen-an-Devolüi kantonuna cəmi 4 kommuna daxildir, onlardan ən əsası Sent-Etyen-an-Devolüi kommunasıdır. 2007-ci ildə əhalinin sayı 1032 nəfər təşkil edirdi.
Désolé
Désolé — Böyük Britaniyanın virtual musiqi qrupu olan Gorillaz-ın sayca yeddinci studiya albomu "Song Machine, Season One: Strange Timez"-da səsləndirilmiş mahnı. Bu mahnıda Malidən olan müğənni Fatumata Diavara xüsusi qonaq qismində çıxış edir. Mahnı 27 fevral 2020-ci ildə albomdan ikinci sinql kimi buraxılıb. Bu mahnıda həmçinin Fransadan olan caz-vokal qrupu Voice Messengers-in iştirakı olub.
Nəsir Şibl əd-Dəvlə
Əbükamil Nəsir ibn Saleh ibn Mirdas (ərəb. نصر بن صالح آل مرداس‎), ləqəbi Nəsr Şibl əd-Dəvlə (ərəb. شبل الدولة،‎; "Sülalənin aslan balası"; v. 1038) — Hələb əmirliyinin Mirdasilər sülaləsindən olan ikinci əmiri (1029–1038). O, Mirdasilər sülaləsinin banisi Saleh ibn Mirdasın ən böyük oğludur. Nəsir Əl-Ükvanə döyüşündə atası ilə birlikdə vuruşur. Əl-Ükvanə Fatimilər ilə aparılan döyüşdə həlak olur. Nəsir daha sonra qardaşı Timəl Müizz əd-Dəvlə ilə birlikdə əmirliyə rəhbərlik edir. Gənc əmirlər çox keçmədən Bizans imperatoru III Roman tərəfindən həyata keçirilmiş hücum ilə üzləşir. Azsaylı bədəvi süvarilərinə rəhbərlik edən Nəsir Azəz döyüşündə Bizans ordusunu məğlub edir.