Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Chapada Diamantina
Çapada Diamantina (portuqalca: "Almaz təpələr") — Braziliyanın Bahia əyalətində San-Fransisko çayı ilə sahil arasında kvarsit zirvələri olan 1850 m hündürlükdə yayladır.
Pentacalia diamantensis
Pentacalia diamantensis (lat. Pentacalia diamantensis) — mürəkkəbçiçəklilər fəsiləsinin pentacalia cinsinə aid bitki növü.
Çapada Diamantina
Çapada Diamantina (portuqalca: "Almaz təpələr") — Braziliyanın Bahia əyalətində San-Fransisko çayı ilə sahil arasında kvarsit zirvələri olan 1850 m hündürlükdə yayladır.
Diamat
Dialektik materializm — materializmə və Hegel dialektikasının materialist anlayışına əsaslanan fəlsəfi cərəyan. Bu istiqamətin əsas ideyaları bunlardır: maddi (obyektiv) aləmin ilkinliyi; idealın (subyektiv, düşünülə bilən) ikinci dərəcəli olması; hərtərəfli əlaqə və müxtəlif sistemlərin daxili hərəkət və inkişaf mexanizmləri əsasında daimi hərəkəti; qaçılmaz ziddiyyətlərin daim aradan qaldırılması. Bu doktrina Lenin və digər marksist filosoflar tərəfindən hazırlanmış K. Marks və F. Engelsin ideyalarına əsaslanır. Engels bu sistemi dünyagörüşü adlandırmış, onu həm idealist fəlsəfəyə, həm də əvvəlki bütün materialist fəlsəfəyə qarşı qoymuşdur. Bu dünyagörüşü ayrı-ayrı elmlər üzərində "elmlərin elmi" iddiasındadır və praktik problemlərdən ayrı mövcud olan hər hansı fəlsəfi təlimləri inkar edir. SSRİ-də bu konsepsiya marksizmin nəzəri aspektini ifadə edirdi və 1930–80-ci illərdə Sov.İKP tərəfindən sovet fəlsəfəsinin rəsmi adı kimi istifadə edilmişdir. Diamat – Qərbdə, xüsusilədə Rusiyada dialektik materializmin qısaldılmış edilmiş adı. Keçmiş Sovetlər İttifaqında dialektik materializm geniş tədris edilirdi və qısaca diamat adlandırılırdı. == Tarixi == Marks Georq Vilhelm Fridrix Hegelin idealist dialektikasının materialist anlayışının banisidir. Bunda o, Lüdviq Andreas Feyerbaxın fəlsəfi materializminə arxalanırdı.
Dimant
Dimant (q.yun. Δύμας) — yunan mifologiyasında personaj. Dori mənşəlidir, Egimiyanın oğludur. Heraklın övladları ilə Peloponnes uğrunda müharibədə həlak olmuşdur. Alimlər ehtimal edirlər ki, Axeyadakı Dima şəhəri onun adını daşıyır. Mifə görə, Sparta filalardan biri onun adını daşıyır.
Dilmanc
Dilmanc layihəsi çərçivəsində Azərbaycan dili üçün dil texnologiyaların yaradılması və tətbiqi sahəsində işlər həyata keçirilir. Layihədəki əsas elmi tədqiqat istiqamətləri aşağıdakılardır: Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə sistemlərinin yaradılması Azərbaycan dili üçün nitqin tanınması sisteminin yaradılması Az Azərbaycan dili üçün mətnin səsləndirilməsi sisteminin yaradılması Telefon danışığını Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə edə bilən sistemin yaradılması Mətnin kompüter tərəfindən başa düşülməsi sistemin yaradılması Layihənin əsas prioritetlərindən biri də bu texnologiyaların istifadəçilər tərəfindən praktik istifadəsini təmin etmək üçün proqram təminatının hazırlanmasıdır. == Layihənin tarixi == Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə prosesinin avtomatlaşdırılmasının mümkünlüyünün öyrənilməsi ilk dəfə 2003-cü ilin əvvəllərində akademik Ə. M. Abbasov tərəfindən qoyulmuş və onun rəhbərliyi altında maşın tərcüməsi sisteminin yaradılması istiqamətində tədqiqatlara başlanmışdır. Bu müddət ərzində Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə prosesini avtomatlaşdırmağa imkan verən xüsusi modelləşdirmə metodu (rəqəmsal modelləşdirmə metodu) yaradılmış və bu metod əsasında Azərbaycan-ingilis maşın tərcüməsi sisteminin yaradılmasına başlanmışdır. İşlərin məntiqi davamı kimi Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Nümayəndəliyinin birgə həyata keçirdiyi bu layihəni göstərmək olar. Layihə üzrə işlərə 2005-ci ilin aprel ayından başlanılmışdır. 19.02.2014-cü ildə Dilmanc tərcümə sisteminin yeni versiyası istifadəyə verilmişdir. Bu versiyada mətnləri Azərbaycan, İngilis və Rus dilləri arasında daha yüksək keyfiyyətlə tərcümə etmək, sözlərin lüğətdəki tərcümələrinə baxmaq, alınmış mətnin səslənməsinə qulaq asmaq və digər yeni imkanlar əlavə edilmişdir. Yeni versiyanın əsas imkanları aşağıdakılardır: Mətnin avtomatik tərcüməsi. Mətnləri Azərbaycan dilindən İngilis və Rus dillərinə və əksinə daha keyfiyyətlə tərcümə etmək.
Dilman
Dilman — Azərbaycan Respublikasının Ağsu rayonunun Kalva kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Niyaldağ silsiləsinin ətəyindədir. Kənd Türkmənçay sulh müqaviləsindən (1828-ci ildən) sonra Cənubi Azərbaycan-nm Dilman mahalından köçüb gəlmiş 200 ailənin məskunlaşması nəticəsində yarandığına görə belə adlandırılmışdır. == Coğrafiyası və iqlimi == Ağsunun İsmayıllı ilə qonşuluqda yerləşən və Böyük Qafqazın cənub yamaclarına səpələnən 16 yüksək dağ kəndlərindən biridir. Buralardan etibarən yaşıllıq çoxalır və yüksəklik artır. Bu kəndləri əhatə edən meşələr piknik cənnəti hesab edilir. Meşənin dərinliklərində bir neçə şəlalə mövcuddur. Onlardan ən yaxını olan Dilman şəlaləsinə 1.5 – 2 saatda getmək olur. Maşın yolu yoxdur. Atla 30 – 45 dəqiqəyə gedilir.
Tiamat
Tamat- dünya okeanı-xaos. Şumer-babil mifologiyasına görə duzlu sularından hər şey o cümlədən tanrılar yaranmışdır. Şumer-akkad mifologiyasına - "Enuma eliş"ə görə Tiamat öz sularını Absu ilə qovuşduraraq dünyaya başlanğıc vermişdir. O, əsasən dörd ayaqlı və qamadları olan bir əzayib (div) kimi təsvir edilmişdir. Onun törətmiş olduğu tanrılar ona qarşı mübarizəyə qalxirlar. Marduk onu öldürərək cəsədini ikiyə parçalayaraq onlardan yeri və göyü yaradır. Bəzi mənbələr onu dəniz ilanı və ya əjdaha rəsmləri ilə təsvir edir.
Daamat
Daamat (geez ደዐመተ, DʿMT; nəzəri olaraq ዳዓማት, yəni Daamat və ya ዳዕማት, yəni Daəmat kimi tələffüz olunur) — e.ə. X–V əsrlərdə Eritreya və şimali Efiopiyada mövcud olmuş çarlıq. Bu dövlət haqqında az sayda yazı sağ qalmışdır və çox az arxeoloji iş aparılmışdır. Nəticədə, Daamatın Aksum krallığının erkən mərhələlərindən əvvəl bir sivilizasiya olaraq sona çatması, Aksum dövlətinə çevrilməsi və ya təxminən 150-ci ildə Aksum krallığında birləşən kiçik dövlətlərdən biri olması məlum deyil.
Diofant tənliyi
Diofant tənliyi — adını e.ə III əsrdə yaşadığı təxmin edilən qədim yunan riyaziyyatçısı Diofantdan alan dəyişənləri və əmsalları tam ədəd olan tənlik. Diofant "Hesab" adlı yalnız 6 cildi günümüzə gəlib-çatan əsərində 130 tənliyi və onların həllini qeyd etmişdir. == Xətti Diofant tənlikləri == Sadə xətti tənlikdə nümunələr aşağıdakı kimi verilə bilər; Nümunə 1.1 x + y = 1 {\displaystyle x+y=1} Bu bərabərlikdə hər bir x qiyməti üçün tək bir y həlli var. ( y = 1 − x {\displaystyle y=1-x} ). Bu bərabərliyin həll çoxluğu; (X, 1 − X) şəklindədir hər X ∈ Z üçün Nümunə 1.2 x + 2 y = 1 {\displaystyle x+2y=1} Bu dəfə x-in hər hansı bir tam ədəd ola bilməyəcəyi, lakin sadəcə tək ədəd ola biləcəyi görülür ( x = 1 − 2 y {\displaystyle x=1-2y} ). Bu bərabərliyin həll çoxluğu; (1-2y, y) şəklindədir hər y ∈ Z üçün Nümunə 1.3 3 x + 6 y = 1 {\displaystyle 3x+6y=1} Bu bərabərliyin həlli boş çoxluqdur. Hər x {\displaystyle x} və y {\displaystyle y} tam ədəd seçimi üçün bu tənliyin sol tərəfi həmişə 3-cü qüvvət olduğu halda sağ tərəfi heç vaxt 3-cü qüvvətdən ola bilməz. === Ümumi xətti Diofant tənliyi === a x + b y = c {\displaystyle ax+by=c} şəklindədir. Burada a, b və c tam əmsallar x {\displaystyle x} və y {\displaystyle y} tam ədəd dəyişənləridir. == Digər nümunələr == === Pifaqor teoremi === Ümumi bir nümunə Pifaqor tənliyidir (Bax: Pifaqor teoremi) Nümunə 2.1.1 x 2 + y 2 = z 2 {\displaystyle x^{2}+y^{2}=z^{2}\,} Burada x , y , z {\displaystyle x,y,z} tam ədədləri düzbucaqlı üçbucağın kənar tərəflərini təmsil etdiyi üçün Pifaqor üçlüyü olaraq da adlandırılır.
Distant təhsil
Distant təhsil — tədris prоsesinin elektrоn, telekоmmunikasiya, prоqram-teхniki vasitələr əsasında təşkil оlunduğu fоrmasıdır. Distant təhsil öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirir. Distant təhsilin xarakterik xüsusiyyətlərinə həmçinin çeviklik, modulluluq, iqtisadi səmərəlilik, müəllimin yeni rolu, təhsilin keyfiyyətinə xüsusi nəzarət, təlimin xüsusiləşdirilmiş vasitə və texnologiyalarından istifadə və s. məsələlər aiddir. Distant təhsildə informasiyalar öyrənənlərə çap materialları, elektron materiallar, elektron dərslik, televerilişlər və s. formalarda təqdim edilir. Bu tədris informasiyalarının kitablar, disklər, audio-video kasetlər kimi daşıyıcıları vardır. Distant təhsildə tədris metodik kompleksdən, kompüter, televizor, audio-video maqnitofon, multimedia texnikası və s. kimi təlim vasitələrindən istifadə olunur. Təhsilin distant forması müəyyən səbəblər üzündən təhsilini artırmaq imkanı olmayan və yeni ixtisas almaq arzusunu həyata keçirə bilməyən potensial şəxslərə real təhsil imkanları yaradır.
İskəndəriyyəli Diofant
İskəndəriyyəli Diofant (ing. Diophantus; 201 – 285) — qədim yunan riyaziyyatçısı. 13 kitabdan ibarət "Hesab" əsərinin müəllifidir (onlardan 6-sı qədim yunan, 4-ü isə ərəb tərcümələrində saxlanmışdır). İlk dəfə məchul və onun qüvvəti üçün hərfi işarələməni daxil etmişdir. Qeyri-müəyyən tənliklər haqqında (Diofant tənlikləri) təlimin yaradıcısıdır.
Distant iş
Uzaqdan iş — ofisdən yox, evdən və ya başqa bir məkandan işləmək təcrübəsi. Təcrübə kiçik miqyasda 1970-ci illərdə, şəbəkə körpüsü kimi telefon xətlərindən istifadə edərək "ağılsız" terminallar vasitəsilə peyk ofislərini şəhərin mərkəzi sistemlərinə birləşdirən texnologiyanın inkişaf etdirilməsi ilə başladı. Bu, 1990-cı və 2000-ci illərdə bulud texnologiyaları və videotelefoniya vasitəsilə konfrans zəngləri üzrə birgə proqram təminatı kimi internet texnologiyalarının köməyi ilə daha çox yayıldı. 2020-ci ildə COVID-19 üçün iş yerlərindəki məhdudiyyətlər bütün dünyada uzaqdan işə keçidi sürətləndirdi və bu, məhdudiyyətlər aradan qaldırıldıqdan sonra da belə davam etdi. Uzaqdan işin tərəfdarları iddia edirlər ki, o, ofisin saxlanması ilə bağlı xərcləri azaldır, işçilərə onların motivasiyasını və işdən məmnunluğunu artıran muxtariyyət və çeviklik verir, işə gediş-gəliş səbəbiylə yaranan ətraf mühit zərərlərini aradan qaldırır, şirkətlərə coğrafi mövqeyindən asılı olmayaraq ən yaxşı namizədləri işə götürməyə imkan verir və işçilərə yaşamağa üstünlük verdikləri yerə köçmək imkanı verir. Uzaqdan işin əleyhdarları isə iddia edirlər ki, uzaqdan telekommunikasiya texnologiyası üz-üzə qarşılıqlı əlaqənin üstünlüklərini təkrarlaya bilmir, işçilərin diqqəti daha asan dağılır və fiziki ayrılıq olmadan, iş ilə qeyri-iş sferaları arasında ayrılığı saxlamağda çətinlik çəkə bilərlər və sosial qarşılıqlı əlaqənin azalması təcrid olunma hissinə səbəb ola bilər. == Tarixi == 1970-ci illərdə, peyk ofislərini şəbəkə körpüsü kimi telefon xətlərindən istifadə edərək "ağılsız" terminallar vasitəsilə şəhərin mərkəzi sistemlərinə birləşdirən texnologiya yaradıldı. "Telecommuting" və "telework" terminləri 1973-cü ildə Cek Nilles tərəfindən istifadə edilmişdir. 1979-cu ildə beş IBM əməkdaşına təcrübə olaraq evdən işləməyə icazə verildi. 1983-cü ilə qədər təcrübə 2000 nəfərə qədər genişləndirildi.
Diamond Tema
Dilman bələdiyyəsi
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Tiamat (qrup)
Tiamat — 1989-cu ildə yaradılmış İsveç metal musiqi qrupu. Əvvəlcə qrupun adı "Treblinka" adı olmuşdur,və black metal üslubun da çıxış edirdilər.Qrupun yarandığı ildən bəri geniş və fərqli üslublar da ifa etmişdir.Black metal,Doom/Death metal və Gothic rock/metal üslubların da çıxış etmişdir.Daha sonra 1989-ci ildə "Sumerian Cry" albomundan sonra qrupun adı dəyişdirlərək Tiamat adlandırıldı.Mercyful Fate, Candlemass, Pink Floyd və King Crimson kimi qrupların üslubundan örnək alan Tiamat özləri üçün yeni üslub kəşf etdilər.1994-cü qrup Wildhoney adlı albomlarını çıxartdı, və qarışıq vokal, yavaş gitara riffləri və eləcə də extreme metal lentlərindən və sintezatoru səslərindən istifadə edərək fərqli tərz də albom çıxardan Timata böyük uğura nail oldu.1995-ci ildə qrup Dynamo və Wacken Open Air festivalların da çıxış edərək məşhurlaşmağa başladı.
Dilman döyüşü
Dilman döyüşü — Birinci Dünya müharibəsi zamanı, 15 aprel 1915-ci ildə Rusiya imperiyası ilə Osmanlı imperiyası arasında baş vermiş döyüş. Döyüş Cənubi Azərbaycanın Salmas bölgəsinin Dilman adlanan məntəqəsində baş vermişdir. == Döyüş == Döyüş ilk günündə Osmanlı ordusundan 468 nəfər həlak olmuş, 1.228 nəfər yaralanmış, 370 nəfər isə itkin düşmüşdür. Döyüşdə yaralanmış bir çox osmanlı döyüşçüsü döyüş meydanında qalmış, onları oradan çıxarmaq mümkün olmamışdır. Osmanlı ordusunun yarısını kürd könüllülər təşkil edirdi və onlar döyüşün başlamasından qısa müddət sonra qaçmağa başladılar. Döyüşün sonunda 3.500 nəfər Osmanlı döyüşçüsü öldürüldü. Rusiya imperiyası ordusuna erməni dəstələri də yardım edirdi. Bundan başqa, aysorlar da rus-erməni dəstəsinə yardım etməkdə idilər. Beləliklə, rus ordusunun generalı Tovmaz Nəzərbəkyanın, Andronik Ozanyanın və aysor Ağa Petrosun komandanlıq etdiyi ordu Osmanlı ordusunu məğlub etməyi bacardı. Bu məğlubiyyətdən sonra Xəlil Qut Cənubi Azərbaycan ərazisini tərk etdi.
Diman (Nir)
Diman (fars. ديمان‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 390 nəfər yaşayır (104 ailə).
Tiamat (musiqi qrupu)
Tiamat — 1989-cu ildə yaradılmış İsveç metal musiqi qrupu. Əvvəlcə qrupun adı "Treblinka" adı olmuşdur,və black metal üslubun da çıxış edirdilər.Qrupun yarandığı ildən bəri geniş və fərqli üslublar da ifa etmişdir.Black metal,Doom/Death metal və Gothic rock/metal üslubların da çıxış etmişdir.Daha sonra 1989-ci ildə "Sumerian Cry" albomundan sonra qrupun adı dəyişdirlərək Tiamat adlandırıldı.Mercyful Fate, Candlemass, Pink Floyd və King Crimson kimi qrupların üslubundan örnək alan Tiamat özləri üçün yeni üslub kəşf etdilər.1994-cü qrup Wildhoney adlı albomlarını çıxartdı, və qarışıq vokal, yavaş gitara riffləri və eləcə də extreme metal lentlərindən və sintezatoru səslərindən istifadə edərək fərqli tərz də albom çıxardan Timata böyük uğura nail oldu.1995-ci ildə qrup Dynamo və Wacken Open Air festivalların da çıxış edərək məşhurlaşmağa başladı.
Shine On You Crazy Diamond
Shine On You Crazy Diamond (azərb. Parla, divanə brilyant‎) — ingilis proqressiv rok qrupu Pink Floydun 1975-ci ildə buraxılmış Wish You Were Here konseptual studiya albomundakı 9 hissədən ibarət olan mahnı. Mahnının musiqisi Riçard Rayt, Devid Gilmor və Rocer Uoters tərəfindən bəstələnmiş, sözləri isə Rocer Uoters tərəfindən yazılmışdır. 2011-ci ildə "Shine On You Crazy Diamond" PopMatters saytının versiyasına görə "proqressiv rok janrında bütün dövrlərin ən yaxşı 25 mahnısı" siyahısında ikinci yeri tutdu.. Shine On You, Crazy Diamond Pink Floydun qurucu üzvü olmuş, daha sonra isə qrupdan xaric edilmiş Sid Barretə ithaf edilib. Barrett 1968-ci ildə narkotik istifadəsi və bununla qismən əlaqəli olan psixi sağlamlıq problemləri səbəbi ilə qrupdan xaric edilib. Onu əvvəlcə ikinci gitaraçı kimi gətirilən və Barrettin keçmiş məktəb yoldaşı olan Devid Gilmorəvəz edib. Digər qrup üzvləri Barretti qrupdan çıxarmaqda özlərini günahkar hesab etsələr də, Barrettin yaradıcılığına heyran qaldıqları və onun zehni problemlərindən narahat olduqları üçün bunu zəruri olduğunu düşünürdülər. Əsər ilk dəfə olaraq 1974-cü il Fransa turunda ifa edilib və 1975-ci ildə “Wish You Were Here” albomu ilə birlikdə işıq üzü görüb.