Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Diamat
Diamat – Qərbdə, xüsusilədə Rusiyada dialektik materializ-min qısaldılmış edilmiş adı. Keçmiş Sovetlər İttifaqında dialektik materializm geniş tədris edilirdi və qısaca diamat adlandırılırdı.
Tiamat
Tamat- dünya okeanı-xaos. Şumer-babil mifologiyasına görə duzlu sularından hər şey o cümlədən tanrılar yaranmışdır. Şumer-akkad mifologiyasına - "Enuma eliş"ə görə Tiamat öz sularını Absu ilə qovuşduraraq dünyaya başlanğıc vermişdir. O, əsasən dörd ayaqlı və qamadları olan bir əzayib (div) kimi təsvir edilmişdir. Onun törətmiş olduğu tanrılar ona qarşı mübarizəyə qalxirlar. Marduk onu öldürərək cəsədini ikiyə parçalayaraq onlardan yeri və göyü yaradır.
Daamat
Daamat (geez ደዐመተ, DʿMT; nəzəri olaraq ዳዓማት, yəni Daamat və ya ዳዕማት, yəni Daəmat kimi tələffüz olunur) — e.ə. X–V əsrlərdə Eritreya və şimali Efiopiyada mövcud olmuş çarlıq. Bu dövlət haqqında az sayda yazı sağ qalmışdır və çox az arxeoloji iş aparılmışdır. Nəticədə, Daamatın Aksum krallığının erkən mərhələlərindən əvvəl bir sivilizasiya olaraq sona çatması, Aksum dövlətinə çevrilməsi və ya təxminən 150-ci ildə Aksum krallığında birləşən kiçik dövlətlərdən biri olması məlum deyil.
Tiamat (qrup)
Tiamat — 1989-cu ildə yaradılmış İsveç metal musiqi qrupu. == Haqqında == Əvvəlcə qrupun adı "Treblinka" adı olmuşdur,və black metal üslubun da çıxış edirdilər.Qrupun yarandığı ildən bəri geniş və fərqli üslublar da ifa etmişdir.Black metal,Doom/Death metal və Gothic rock/metal üslubların da çıxış etmişdir.Daha sonra 1989-ci ildə "Sumerian Cry" albomundan sonra qrupun adı dəyişdirlərək Tiamat adlandırıldı.Mercyful Fate, Candlemass, Pink Floyd və King Crimson kimi qrupların üslubundan örnək alan Tiamat özləri üçün yeni üslub kəşf etdilər.1994-cü qrup Wildhoney adlı albomlarını çıxartdı, və qarışıq vokal, yavaş gitara riffləri və eləcə də extreme metal lentlərindən və sintezatoru səslərindən istifadə edərək fərqli tərz də albom çıxardan Timata böyük uğura nail oldu.1995-ci ildə qrup Dynamo və Wacken Open Air festifalların da çıxış edərək məşhurlaşmağa başladı.
Tiamat (musiqi qrupu)
Tiamat — 1989-cu ildə yaradılmış İsveç metal musiqi qrupu. == Haqqında == Əvvəlcə qrupun adı "Treblinka" adı olmuşdur,və black metal üslubun da çıxış edirdilər.Qrupun yarandığı ildən bəri geniş və fərqli üslublar da ifa etmişdir.Black metal,Doom/Death metal və Gothic rock/metal üslubların da çıxış etmişdir.Daha sonra 1989-ci ildə "Sumerian Cry" albomundan sonra qrupun adı dəyişdirlərək Tiamat adlandırıldı.Mercyful Fate, Candlemass, Pink Floyd və King Crimson kimi qrupların üslubundan örnək alan Tiamat özləri üçün yeni üslub kəşf etdilər.1994-cü qrup Wildhoney adlı albomlarını çıxartdı, və qarışıq vokal, yavaş gitara riffləri və eləcə də extreme metal lentlərindən və sintezatoru səslərindən istifadə edərək fərqli tərz də albom çıxardan Timata böyük uğura nail oldu.1995-ci ildə qrup Dynamo və Wacken Open Air festifalların da çıxış edərək məşhurlaşmağa başladı.
Diabaz
Dolerit və ya diabaz — dolerit və ya ofit quruluşlu, iri və orta dənəli aydın kristallik bazalt == Haqqında == Massiv teksturlu; nadir hallarda badamdaşlıdır. Əsasən plagioklaz (labrodor, labrodor-bitovnit) və piroksendən (avgit, pijonit, pijonit-avgit) ibarətdir. Onlar müvafiq olaraq 2:1 nisbətindədir. Olivinli növündə olivinin miqdarı 10% (bəzən bir qədər də çox) olur. Az miqdarda titan-maqnetit, bəzən ilmenit, xallkopirit, pirit olur; aksessorlardan — apatit, sirkon, qranat, rutil, sfen iştirak edir. Sill, dayka və ştoklar əmələ gətirir. Yer qabığının stabil zonaları üçün səciyyəvidir (əsasən qədim platformalar — Sibir, Afrika, Hind, Şərqi Avropa); okean hövzələrində, demək olar ki, rast gəlmir. Növləri tərkibinə, quruluş və teksturasına, törəmə dəyişilmələrinə, indeksinə və yatım şəraitinə görə ayrılır. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Diabet
Diabetes mellitus (DM), Diabet (yun. διαβήτης "süzənək" və lat. mellitus "bal kimi şirin") və ya Şəkər xəstəliyi, Şəkərli diabet – şəkərin qanda xroniki artımıdır. Diabetlə əlaqəli ağırlaşmaların hamısının səbəbi qlükozanın qanda yüksək olmasıdır. Pasient qanda şəkərin miqdarını idarə edə bilərsə, şəkərli diabet xəstəlik yox, həyat tərzinə çevriləcəkdir ki, bununla da ağırlaşmaların qarşısını almaq olar. Bu həyat tərzi isə diabetin tipindən asılı olur. Şəkərli diabetin hal hazırda 2 tipi vardır. Diabet tip 1 pasientləri üçün gündəlik insulin inyeksiyaları mütləqdir, bəzi pasientlərdə avtomatik insulin pompaları implantasiya oluna bilər. Diabet tip 2 pasientlərinə isə həb şəklində dərmanlar (yaxud insulin, əgər həb şəkilli preparatlar qanda qlükozanı norma çərçivəsində saxlamağa qadir deyilsə)mütləqdir. Hazırda dünyada 371 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir.
Diametr
Diametr - çevrəni iki nöqtədə kəsən düz xəttin çevrə daxilində qalan hissəsi vətər adlanır. Çevrənin mərkəzindən keçən vətər isə çevrənin diametridir.
Dilman
Dilman — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Dilman Ağsu rayonunun Kalva inzibati ərazi vahidində kənd. Niyaldağ silsiləsinin ətəyindədir. Kənd Türkmənçay sulh müqaviləsindən (1828-ci ildən) sonra Cənubi Azərbaycan-nm Dilman mahalından köçüb gəlmiş 200 ailənin məskunlaşması nəticəsində yarandığına görə belə adlandırılmışdır. == Coğrafiyası və iqlimi == Ağsunun İsmayıllı ilə qonşuluqda yerləşən və Böyük Qafqazın cənub yamaclarına səpələnən 16 yüksək dağ kəndlərindən biridir. Buralardan etibarən yaşıllıq çoxalır və yüksəklik artır. Bu kəndləri əhatə edən meşələr piknik cənnəti hesab edilir. Meşənin dərinliklərində bir neçə şəlalə mövcuddur. Onlardan ən yaxını olan Dilman şəlaləsinə 1.5 – 2 saatda getmək olur. Maşın yolu yoxdur.
Dimant
Dimant (q.yun. Δύμας) — yunan mifologiyasında personaj. Dori mənşəlidir, Egimiyanın oğludur. Heraklın övladları ilə Peloponnes uğrunda müharibədə həlak olmuşdur. Alimlər ehtimal edirlər ki, Axeyadakı Dima şəhəri onun adını daşıyır. Mifə görə, Sparta filalardan biri onun adını daşıyır.
Dinamit
Dinamit - Nitroqliserinin diatomitə hopturulması ilə hazırlanan partayıçı növü. Dinamit İsveçli kimyaçı Alfred Nobel tərəfindən 1866-cı ildə kəşf edilmişdir. Nobel 1867-ci ildə dinamitin patentini əldə etmişdir. Adətən dinamitlər 20 sm uzunluğunda və 2.5 sm genişliyində olur və çubuqlar şəklində istehsal edilir. Ancaq müxtəlif məqsədlər üçün istifadə edilən, müxtəlif ölçülü dinamit növləridə vardır. == İstifadə sahələri == Dinamitin əsas istifadə sahələri inşaat,mədən sənayəsi və dağıntı üçün istifadə olunur amma son illərdə daha üstün xüsusiyyətlərə sahib partlayıcıların bazara çıxarılması ilə istifadəsi azalmışdır. Hal hazırda, əsasən su altı dağıntılar törətmək və digər sahələrdə əlavə partlayıcı kimi istifadə olunur . Dinamit bəzi silahlı qüvvələr tərəfindən, düşməni yavaşlatmaq məqsədi ilə yol və körpülərin istifadəsiz hala salınması zamanı istifadə olunur. Kassalar kimi zirehli əşya və ya otaqlarin partladılmasında dinamit yox, dinamitin qaynadılmasından əmələ gələn mayenin üstündəki nitrogliserin qaymağı istifadə olunur. == Tərkibi == Dinamit, 3 ölçü nitrogliserin, 1 ölçü diatomit ve kiçik miqdarda sodiyum karbonatın qarışdırılması ilə əldə olunur.
Damad
Mir Damad (1561, Qorqan – 1631) — İran filosofu, ilahiyyatçısı, avitsinenin neoplatonik İslam peripatetik fəlsəfəsinin nümayəndəsi. O, həmçinin İslam elmləri sahəsində alim və baş xadimi olmuşdur. Metavemik yaranma nəzəriyyəsinin müəllifidir. O, İsfahan məktəbinin əsas qurucularından biri idi. == Həyatı == Onun İslam fəlsəfəsinə əsas töhfəsi zamanın dərəcələrinə və zamanın ayrı-ayrı kateqoriyalarının ilahi təcəssüm kimi emanasiyasına dair yeni ifadəsidir. O, Avicenna və Suhravardi kateqoriyalarına əsaslanan bir izahat kimi xudus-e-dahri ("əbədi gələn") anlayışını təklif edərək, vaxt ərzində dünyanın yaradılması və ya yaradılmamasına dair mübahisəni həll etdi, Bir sözlə, o, yer və bütün göy cisimləri də daxil olmaqla, Allah istisna olmaqla, hər şeyin əbədi və müvəqqəti mənşəli olduğunu iddia etdi.
Damaq
Damaq (lat. palatum, yun. uranos) ağız boşluğunun damını, eləcə də burun boşluğunun dibini təşkil edir.Tağ şəklində olub, basıq səthi aşağı baxır və iki hissəyə bölünür: ön 2/3 hissəsi sərt damaq — lat. palatum durum və arxa 1/3 hissəsi isə yumuşaq damaq — lat. palatum molle adlanır.
Damar
Damar sistemi — orqanizm daxilində qan və limfa adlanan maye toxumaları başlıyan boru sisteminə deyilir. Bu sistem iki şöbəyə bölünür: Qan-damar sistemi:Ürək (İnsan ürəyi); Arterial sistem; Venoz sistem.Limfa sistemi.Qan damar sistemi bəhsinə angiologiya — angiologia (yun. angejon — damar və lego oyrənirəm) və limfa sistemi bəhsinə limfologiya — lat. limfologiya deyilir. Adətən bu iki sistem angiologiya adı ilə qeyd olunur. Hüceyrələrin əsas həyati vəzifələri, yəni qidalanma, tənəffüs və ifrazat prosesləri orqanizm daxilində müəyyən maddələri (qida maddələri, oksigeni, karbon qazını) xüsusi sistem vasitəsilə daşınmasından asılıdır. Ali sinif heyvanlarda və insanda həmin maddələri daşıyan sistemə damar sistemi deyilir.QAPALI VE ACIQ OLUR.TWO TIPS:OPEN AND QAPALIED === Bağırsaqboşluqlarda === Bağırsaqboşluqlarda şaxəli kanal sisteminə təsadüf olunur: bunların ümumi həzm kanalı boşluğu yan tərəflərə bir çox şaxələr verir və ora daxil olan maddələr kirpikli epitelin titrəməsi nəticəsində həmin şaxələr vasitəsilə heyvanın vicuduna yayılır. Heyvanlar yaşayış şəraitinə müvafiq olaraq diferensisiya etdikcə onların kütləsi və vicudda gedən mübadilə artdıqca, yuxarıdakı mexanizmlər kifayət etmir; odur ki tələbatın artması nəticəsində xüsusi mexanizm — damar sistemi əmələ gəlir. Əvvəlcə damar sistemi diğər sistemlərlə sıx rabitədə olur, yəni mühiti ucları açıq qalır; lakin sonralar qapalı damar sisteminə çevrilir. === Nemertinlərdə === Qam-damar sisteminə ən əvvəl sadə halda yastı qurdlarda — nemertinlərdə təsadüf olunur.
Diana
Diana — qadın adı. Diana, Uels şahzadəsi — Uels şahzadəsi, Şahzadə Çarlzın birinci həyat yoldaşı. Diana Dadaşova — Mənzil İnşaatı Dövlət Agentliyinin mətbuat katibi Diana Hacıyeva — azərbaycanlı caz musiqiçisi, müğənni Diana Doman — Azərbaycanın bədii gimnastı.DigərDiana (mifologiya) — Qədim Roma mifologiyasında Ay ilahəsi.
Drama
Drama (yun. Δράμα) — Yunanıstanda şəhər. Dəniz səviyyəsindən 115 metr yüksəklikdə, Kavalanın 32 kilometr şimal-qərbində, Seredən 51 kilometr şərqdə, Salonikidən 116 kilometr şimal-şərqdə və Afinadan 354 kilometr şimalda yerləşir. Şərqi Makedoniya və Frakiyanın periferiyasında eyniadlı icmanın (dima) inzibati mərkəzi və eyniadlı periferik vahidi. 2011-ci il siyahıyaalınmasına görə şəhərdə 44,823 nəfər yaşayır. 12 saylı milli avtomagistral Dramanı Sere və Kavala ilə birləşdirir. 14 saylı milli yol Dram ilə Xantini əlaqələndirir. 57 saylı milli yol Dram ilə Kato-Neurocopionu birləşdirir. Şəhərdə Selanik - Aleksandrupolis dəmir yoluna aid "Dram" dəmir yolu stansiyası var. Şəhərə qədim tarixə və çoxlu memarlıq abidələrinə malikdi.
Dalat
Dalat (vyet. Đà Lạt) — Vyetnamın mərkəzi dağlıq ərazilərində yerləşən şəhər, Lamdonq vilayətinin paytaxtı. Dəniz səviyyəsindən təqribən 1,475 metr yüksəklikdə Lanqbian platosunda yerləşir. Hanoydan 1,491 km, Hoşimin şəhərindən 300 km məsafədə yerləşir.Şəhərin adının lati dilindən yaranmışdır və mümkün tərcümələrdən biri də "lat tayfasının çayıdır". == İqtisadiyyatı == Şəhərin iqtisadiyyatını kənd təsərrüfatı (meyvə, gül, çiyələk, üzüm, qəhvə becərilməsi), şərabçılıq, turizm, elmi tərəqqi (Dalat Vyetnam elminin mərkəzlərindən biridir) təşkil edir.
Dama dama
Adi lan (lat. Dama dama) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin lan cinsinə aid heyvan növü.
Adiabat proses
Adiabatik proses (yun. adiabatos - bağlı) - havanın vəziyyətinin (həcmi, təzyiqi, sıxlığı və temperaturunun) kənardan istilik gəlmədən dəyişilməsi. == İzahı == Adiabat proses — elə termodinamik prosesə deyilir ki, burada sistem nə istilik miqdarı alır, nə də istilik miqdarı verir. Hava yuxarı qalxdıqda onun kütləsi genişlənir və nəticədə kənara getmədən onun temperaturu hər 100m-də 1o düşür. Hava aşağı endikdə isə onun kütləsi sıxlaşır və kənardan ona istilik daxil olmadan temperaturu yenə hər 100 m-də 1o-yə qədər qalxır.
Adiabat proseslər
Adiabat proseslər (yun. adiabatos-keçilməz və lat. processus-keçmə) - havanın vəziyyətinin (həcmi, təzyiqi, sıxlığı və temperaturunun) kənardan istilik gəlmədən və kənara istilik etmədən dəyişilməsidir. Hava yuxarı qalxdıqda onun kütləsi genişlənir və nəticədə, kənara istilik getmədən, temperaturu hər 100 m-də 10 düşür. Hava aşağı endikdə isə onun kütləsi sıxlaşır və kənardan ona istilik daxil olmadan temperaturu yenə 10-yə qədər qalxır.
Azamat İşenbayev
Azamat Beişenbekoviç İşenbaev (19 iyun 1978, SSRİ) — Qırğızıstan futbolçusu, hücumçusu. Qırğızıstan milli komandasında oynamışdı. == Karyerası == 1995-ci ildə Bişkek "Alqa"-nın tərkibində Qırğızıstan Milli Futbol Çempionatında çıxış etməyə başladı. 1997-ci ildə Bişkek "Dinamo"-suna köçdü və üç qat çempion (1997, 1998, 1999) və Qırğızıstan çempionatının gümüş medalçısı (2000) oldu. 2000-ci ildə vurduğu 16 qolla çempionat bombardirləri mübahisəsinin ilk 5-inə girdi. 2001-ci ildən bu yana "Dordoy Bişkek"-də oynadı (sonradan klub bir neçə il Dordoy-Dinamo adlandırıldı). 2001-2003-cü illərdə ardıcıl üç dəfə milli çempionatın bürünc medalçısı və 2004-2007-ci illərdə çempionatın, 2004-2006-cı illərdə də Qırğızıstan kubokunun qalibi oldu. 2001-ci ildə 20 qolla çempionat bombardirləri mübahisəsində üçüncü yeri tutdu, daha sonra mövsüm ərzində dəfələrlə 10 qola çatdı. Beynəlxalq səviyyədə AFC Prezident Kubokunun qalibi (2006, 2007) və finalçısı (2005) oldu. 2008-ci ilin əvvəlində bir qrup təcrübəli oyunçu ilə birlikdə "özünə qarşı daha aşağı tələblər etmək" səbəbindən Dordoydan qovuldu .
Dalmat birəotu
Dalmat birəotu, Sinerariyarpaq birəotu (lat. Pyrethrum cinerarifolium) - birəotu cinsinə aid bitki növü.
Dilman bələdiyyəsi
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Dizmar mahalı
Dizmar mahalı — Cənubi Azərbaycanın Qaradağ vilayətində mahal. == Tarixi == Yaqut əl-Həməvi yazır: "Dizmar – Azərbaycanda, Təbrizin yaxınlığında qəzaların birində böyük bir qaladı". Həmdullah Mustovfi Qəzvini əski Dizmardan bəhs edərək yazır: "Dizmar – Təbrizin quzeyində yerləşən bir qəzadır. Qəzanın əlli adda bəlli kəndi var. Ən böyükləri Duzal, Kürdəşt, Qulan, Xarar, Xur və Azaq kəndləridir. Baxmayaraq ki, tez-tez istilər olur, iqlimi mülayimdir. Suyu dağlardan axan çaylardan götürürlər. Bu çaylar axıb Araza qarışır. Tarlaların barı-bəhrəsi taxıl, pambıq və dürlü meyvacatdır. Burdan Təbrizə herağac tərəvəz gətirirlər.
Dizmar sancağı
Dizmar sancağı və ya Dizmar livası — Osmanlı İmperiyasının Təbriz əyalətinin inzibati–ərazi vahidi. İnzibati mərkəzi Dizmar idi.1593-cü ildə Osmanlı İmperiyasının Təbriz əyaləti Marağa livası, Suldus, Dizmar, Saru-kurqan, Səidabad və Əlik livaları ilə birlikdə Təbriz əyalətinə daxil idilər. Dizmar sancağı adlandı. Dizmar sancağı Mərdannaqim, Sindiyan, Üzümdil, Gərgər və Zunuz nahiyələrinə bölünürdü.