Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Diareya
Diareya və ya ishal — boş, sulu və tez-tez baş verən nəcis ifrazı. Başqa sözlə gün ərzində 250 qramdan çox nəcis ifrazı diareya hesab edilə bilər. Həftədə 3 dəfədən gündə 3 dəfəyə qədər nəcis ifrazı normal hesab edilə bilər. Həftədən az davam edən diareya kəskin diarreya adlanır. Əgər diareya 4 həftədən çox davam edirsə bu xroniki diareya adlanır. Dünyada bir və ya çox epizodlu diareyadan il ərzində bir milyarddan çox insan əziyyət çəkir. Amerika Birləşmiş Ştatlarında il ərzində diareyası olan hər 100 milyon insandan yarısı işində fasilə verməli olur, 10%-i həkimlə məsləhətləşir, 250000-i xəstəxanaya qəbul olunur, 3000-i (xüsusilə yaşlılar) dünyasını dəyişir. Yaşlı insanlarda diareya adətən mülayim gedişə malik və fəsadsız tez bir zamanda aradan qalxır. Amma uşaqlarda, xüsusilə də 3 yaşından kiçik olanlarda diareya tez bir zamanda dehidratasiyaya gətirib çıxara bilər. Sanitariya qaydalarına əməl edilməməsi üzündən baş verən infeksion diareya il ərzində xüsusilə də inkişaf etməkdə olan ölkələrdə 5-8 milyon uşağın həyatını alır.
Diarreya
Diareya və ya ishal — boş, sulu və tez-tez baş verən nəcis ifrazı. Başqa sözlə gün ərzində 250 qramdan çox nəcis ifrazı diareya hesab edilə bilər. Həftədə 3 dəfədən gündə 3 dəfəyə qədər nəcis ifrazı normal hesab edilə bilər. Həftədən az davam edən diareya kəskin diarreya adlanır. Əgər diareya 4 həftədən çox davam edirsə bu xroniki diareya adlanır. Dünyada bir və ya çox epizodlu diareyadan il ərzində bir milyarddan çox insan əziyyət çəkir. Amerika Birləşmiş Ştatlarında il ərzində diareyası olan hər 100 milyon insandan yarısı işində fasilə verməli olur, 10%-i həkimlə məsləhətləşir, 250000-i xəstəxanaya qəbul olunur, 3000-i (xüsusilə yaşlılar) dünyasını dəyişir. Yaşlı insanlarda diareya adətən mülayim gedişə malik və fəsadsız tez bir zamanda aradan qalxır. Amma uşaqlarda, xüsusilə də 3 yaşından kiçik olanlarda diareya tez bir zamanda dehidratasiyaya gətirib çıxara bilər. Sanitariya qaydalarına əməl edilməməsi üzündən baş verən infeksion diareya il ərzində xüsusilə də inkişaf etməkdə olan ölkələrdə 5-8 milyon uşağın həyatını alır.
Diarxiya
Diarxiya (Yunan dilində δι-, di-, "ikiqat", və -αρχία, -arkhía, "idarə") və ya duumvirate (Latın dilindən duumvirātus, "iki adamın ofisi") , iki nəfərin bir qanuni və ya faktiki olaraq bir sövdələşmə və güc yolu ilə birlikdə bir hakimiyyəti idarə etməsi ilə xarakterizə olunan bir idarəetmə formasıdır. Belə bir sistemin liderləri ümumiyyətlə hökmdar kimi tanınırlar. Tarixən, diarxiya, Hindistan Hökuməti tərəfindən 1919 və 1935-ci il tarixli Hökümətlər tərəfindən qurulan İngilis Hindistanındakı müştərək idarəetmə sisteminə istinad edirdi; bəzi səlahiyyətləri Hindistan Şuraları Qanunu 1892-ci il tarixində yerli Hindistan nümayəndəliyini özündə birləşdirən yerli şuralara verdi. Duumvirate əsasən Roma Respublikasının yaratdığı müxtəlif duumviri ofislərinə istinad etmişdir. Hər ikisi də, ikitərəfli və tandemokratiya kimi daha az yayılmış sinonimlərlə yanaşı, indi müştərək qayda və ya vəzifə sisteminə istinad etmək üçün daha çox istifadə olunur. Müvəqqəti olaraq iki və ya daha çox adamın idarə etdiyi bir monarxiya, ümumiyyətlə, bir təmayül olaraq seçilir. Diarxiya ən qədim idarəetmə formalarından biridir. Tarixi nümunələr arasında Tamilandakı Pandyan sülaləsi, Spartanın ortaq krallığı, Roma Respublikasının konsulları, Karfagen hakimləri və bir neçə qədim Polineziya cəmiyyəti yer alır. Tez-tez Alman və Daciya monarxiyalarında korulasiyaya açan miras sistemləri, İnk İmperiyası sıralarında ikili olanlar da daxil edilə bilər. Müasir diarxiya nümunələri şahzadələri Fransa Prezidenti və Kataloniyada Urgell yepiskopu olan Andorradır; və respublikaya iki kapitan Regent rəhbərlik edən San Marino.
Sianeya
Sianeya (lat. Cyanea) — heyvanlar aləminin dalayıcılar tipinin sifoidlər sinfinin yastımeduzlar dəstəsinin sianeyalar fəsiləsinə aid heyvan cinsi.
Dariya
Dariya — Glenn Eichler və Susie Lewis Lynn tərəfindən yaradılmış böyüklər üçün cizgi serialı. Seriyalar 3 mart 1997-ci ildən 21 yanvar 2002-ci ilədək MTV kanalında yayımlanmışdır. Serial ağıllı və hayasız məktəbli qız olan Daria Morgendorffer-dən bəhs edir. "Dariya" Mayk Cadcın yaratdığı "Beavis and Butt-Head" serialının spin-off seriyasıdır, Dariya həmin serialda köməkçi personajlarından biri idi. Cadc yaratdığı bu personaj əsasında serial çəkilməyi ilə razılaşdı, lakin onun özü serialın hazırlanmasında iştirak etmədi çünki "King of the Hill" üzərində işləyirdi. MTV 2019-cu ildə "Dariya"nın personajlarından biri olan Codi (ing. Jodie) haqqında spin-off serialı çəkmək planları olduğunu bildirdi. 2022-ci ilin may ayında serial əvəzində cizgi film çəkiləcəyi məlum oldu. == Məzmun == Serial bir qədər kinli və hayasız yeniyetmə qız olan Daria Morgendorffer və onun ən yaxşı dostu Ceyn Leyndən bəhs edir. Hadisələr Texasın uydurma bölgəsi olan Lawndale-də cərəyan edir.
Sargocentron diadema
Sargocentron diadema (lat. Sargocentron diadema) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin holosentrkimilər dəstəsinin holosentrlər fəsiləsinin sargocentron cinsinə aid heyvan növü.
Sianeya (bitki)
Sianeya (lat. Cyanea) – zəngçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == Kittelia Rchb. Rollandia Gaudich. == Növləri == Cyanea aculeatiflora Rock Cyanea acuminata (Gaudich.) Hillebr. Cyanea angustifolia (Cham.) Hillebr. Cyanea arborea Hillebr. Cyanea asarifolia H. St. John Cyanea asplenifolia (H. Mann) Hillebr. Cyanea calycina (Cham.) Lammers Cyanea comata Hillebr.
Careya coccinea
Barringtonia acutangula (lat. Barringtonia acutangula) — barrinqtoniya cinsinə aid bitki növü. == Arealı == Barringtonia acutangula növü Əfqanıstandan Avstraliyaya qədər yayılmışdır. == Sinonim == == İstinadlar == Barringtonia acutangula:''The Plant List saytında takson barədə məlumat.
Daneya Qrandoveç
Daneya Qrandoveç (2 iyul 1984) — Sloveniyanı təmsil edən marafonçu. Daneya Qrandoveç Sloveniyanı 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Daneya Qrandoveç birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınasada, məsafəni sona gədər qət edə bilmədi.
Dariya Spiridonova
Dariya Sergeyevna Spiridonova (d. 8 iyul 1998) — Rusiyanı təmsil edən idman gimnast. Dariya Spiridonova 2016-cı ildə Rusiyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi və gümüş medal qazandı. == Karyerası == Dariya Spiridonova 2016-cı ildə Rusiya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, кomanda yarışlarında yığma Aliya Mustafina, Seda Tutxalyan, Mariya Paseka və Angelina Melnikova ilə birgə finalda 176.688 xal toplayaq 2-ci yeri tutdu və Olimpiya Oyunlarının gümüş medalını qazandı.
Dariya Stavroviç
Dariya Sergeyvna Stavroviç (rus. Да́рия Серге́евна Ставрович) (1 fevral 1986, Velsk, Arxangelsk vilayəti) — Rusiyalı müğənni, bəstəkar. Nuki adı ilə də tanınır. 2006-cı ildən "Slot" alternativ rok qrupunun vokalistidir. "Slot"un üzvü olaraq doqquz studiya albomunun yazılmasında iştirak edib. 2012-ci ildən başlayaraq "Nuki" solo layihəsi üzərində də çalışır. Bu layihə əsasında 4 albom çıxarıb. 2016-cı ildə "Qolos" musiqi layihəsinin beşinci mövsümünün yarımfinalçısı olub. == Bioqrafiya == Dariya Sergeyvna Stavroviç 1 fevral 1986-cı ildə, Rusiya Federasiyasının Arxangelsk vilayətində anadan olub. Atası cərrahdır, anasının musiqi pedaqoji təhsili var.
Dariya Vraçeviç
Dariya Vraçeviç (serb. Дарија Врачевич) (serb. Darija Vračevič) Serbiyalı müğənni. 2019 Avroviziya Uşaq Mahnı Müsabiqəsində Serbiyanı Подигни глас (Rise your voice) mahnısı ilə təmsil etmiş və 109 xalla 10-cu sırada qərarlaşmışdır.
Məhəmməd Diarra
Məhəmməd Lamine Diarra, əslən Qvineyalı olan və Qazaxıstan futbol çempionatında mübarizə aparan Taraz klubunun müdafiəçisi olan peşəkar futbolçu.
Darya Bilodid
Darya Gennadevna Bilodid (ukr. Дар'я Геннадіївна Білодід; anadan olub 10 oktyabr 2000-ci il, Kiyev) — ukraynalı cüdoçu. İki qat dünya çempionu, 2017-ci ilin Avropa çempionu. == Ümumi məlumat == 10 oktyabr 2000-ci ildə məşhur cüdoçu Gennadi Bilodid və həyat yoldaşı Svetlana Kuznetsovanın ailəsində anadan olmuşdur. Uşaqlıqdan bəri atasını yolunu davam etdirmişdir. Valideynləri onun məşqçisi olmuşdur. İlk əhəmiyyətli uğuru ölkə çempionluğunu və daha sonra 2015-ci ildə əldə etdiyi Avropa və Dünya çempionluğu idi. İlk böyük yaşlılar arasında qızıl medalını 2017-ci ilin mart ayında Praqada Açıq Qitə Kubokunda qazandı. 20 aprel 2017-ci ildə Daria Bilodid Varşavada keçirilən Avropa Çempionatında 48 kiloqram çəki dərəcəsində finalda rusiyalı İrina Dolgovaya qalib gəldi. Finala gedən yolda Daria, Maria Persian (Rusiya), Militsa Nikoliç (Serbiya) və Eva ÇernovetskİNİ (Macarıstan) məğlub etdi.
Darya Domraçeva
Darya Domraçeva == Həyatı == Darya Domraçeva 1986-cı il avqustun 3-də memarlar ailəsində anadan olub.
Darya Klimina
Darya Klimina (6 sentyabr 1989) — Qazaxıstanlı biatlonçu. Darya Klimina Qazaxıstanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Darya Klimina birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında qadınlar 7.5 km məsafəyə sprint yarışlarında iştirak etdi. Klimina 23:47.7 saniyəlik nəticəsi ilə 87 atlet arasında 58-ci yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Darya Naumova
Darya Sergeyvna Naumova (belar. Дар'я Сяргееўна Навумава; doğ. 26 avqust 1995-ci il, Potoka, Mogilyev vilayəti, Belarus) — Belarusiyalı ağır atlet. 75 kq çəki dərəcəsində çıxış etmişdir. 2016 Yay Olimpiadasının gümüş mükafatçısı. 2019-cu il Aropa çempionu. 2018-ci il dünya çempionatının mükafatçısı. Belarus Respublikasının beynəlxalq dərəcəli idman ustası. == Bioqrafiyası == Darya Naumova 26 avqust 1995-ci ildə Mogilev vilayətinin Potoka kəndində anadan olmuşdur. Sloboda əsas məktəbində oxumuşdur.
Darya Petrojitskaya
Darya Petrojitskaya (ukr. Дар'я Петрожицька; 31 may 1991, Çerniqov) — Ukrayna aktrisası. == Həyatı == 31 may 1991-ci ildə Çerniqovda teatr ailəsində anadan olub.Valideynləri Şevçenko Dram Teatrında birlikdə işlədikləri Çerniqovda tanış oldular. Atası Karpenko-Kary İnstitutunu bitirib və peşəkar aktyordur (Ukraynanın əməkdar artisti). 2007-ci ildə 43 yaşında insultdan vəfat edib. Anası həm balerina, həm də aktrisadır. Uşaqlıqdan mahnı oxumağı və rəqs etməyi sevirdi. Dörd yaşından Çerniqov Teatrının səhnəsində oynamağa başladı. İlk rol kiçik bir mələk idi. Çoxsaylı uşaq tamaşalarında oynadıqdan sonra.
Darya Skrupnik
Darya Skrupnik (12 dekabr 1987) — belaruslu cüdoçu. Darya Skrupnik Belarusu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Darya Skrupnik birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 52 kq çəkidə, 1/16 final mərhələsində Almaniyanın nümayəndəsi Maren Krey ilə üz-üzə gəldi. Həmin görüşdə Darya Skrupnik rəqibinə 1:11 hesabı ilə uduzdu.
Darya Sorokina
Darya Romanovna Sorokina (29 noyabr 2002, Bakı) — Azərbaycanı təmsil edən bədii gimnast, idman ustası, 2015-ci ildən bədii gimnastlardan ibarət Azərbaycan yığmasının heyətinin üzvüdür. Darya Sorokina Azərbaycanı 2017, 2020, 2021, 2022 və 2023-cü illərdə Avropa Çempionatlarında təmsil edib. Nəticədə 2020-ci ildə 1 gümüş və 2 bürünc medala, 2022-ci ildə 3 bürünc medala, 2023-cü ildə isə 1 qızıl və 1 bürünc sahib olub. Azərbaycanı 2021-ci ildə baş tutan Olimpiya Oyunlarında təmsil edib. Darya Sorokina həm də 2019, 2021 və 2022-ci illərdə Dünya Çempionatında mübarizə aparıb. 2022-ci ildə Sofiya şəhərində baş tutan turnirdə onun da təmsil olunduğu qrup tarixi nəticəyə imza atıb. Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətova ibarət qrup 2022-ci il sentyabrın 18-də Bolqarıstanın Sofiya şəhərində baş tutan 39-cu Dünya Çempionatında 3 lent / 2 topla turnirdə 30.750 balla üçüncü pillənin sahibi olmaqla turnirin bürünc medallarına sahib olublar. Bu Azərbaycan idmanı tarixində bədii gimnastların qrup turnirində Dünya Çempionatında əldə olunan birinci və yeganə medaldır. 2023-cü il mayın 21-də isə 39-cu Avropa Çempionatında çıxış edən Darya Sorokina, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətova ibarət qrup 3 lent / 2 top turnirində 32.150 balla turnirin qalibi olaraq Azərbaycan idmanı tarixində bədii gimnastların qrup turnirdə birinci və yeganə çempionluğu əldə elədi. == Həyatı == Darya Romanovna Sorokina 2002-ci il noyabrın 29-da anadan olub Ocaq İdman Klubunun üzvüdür.
Darya Şkurixina
Darya Valeriyevna Şkurixina (d. 3 oktyabr 1990; Kazan, Rusiya) — Rusiyanı təmsil edən bədii gimnast. Darya Şkurixina, Rusiyanı 2008 Peкin Olimpiadasında təmsil edib və qızıl medal qazanıb. == Karyerası == Darya Şkurixina, 2008-ci ildə Rusiya bayrağı altında Çinin paytaxtı Peкin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında кomanda yoldaşları Yelena Posevina, Marqarita Aliyçuk, Anna Qavrilenko, Tatyana Qorbunova və Natalya Zuyeva ilə birgə finalda 35.550 xal toplayaq 1-ci yeri tutdu və Olimpiya Oyunlarının qızıl medalını qazandı.
Future Diary
Future Diary və ya Yaponiyada tanınan adı ilə Mirai Nikki (未来日記, azərb. Gələcək gündəliyi‎) — Sakae Esuno tərəfindən yazılmış və çəkilmiş manqa seriyası. Manqa seriyası gələcəkdə baş verəcək hadisələr haqqında xəbər verən gündəliklərə malik 12 şəxsin tanrı olmaq üçün qatıldıqları ölüm oyunundan bəhs edir. Manqa seriyası 2006-cı ilin yanvarından 2010-cu ilin dekabrına kimi Kadokawa Shoten nəşriyyatının "Monthly Shōnen Ace" jurnalında nəşr olunmuşdur. Yaponiyada 12 tankobon cildi çap edilmişdir. Manqa Tokyopop tərəfindən Şimali Amerika üçün lisenziyalaşdırılmışdır. Tokyopop manqanın 10 cildini Şimali Amerikada nəşr etdirmişdir, lakin manqanı nəşr etməyi dayandırdığından son iki cild çapdan çıxmamışdır. Pilot anime seriyası 2010-cu ilin dekabrında manqanın 11-ci cildi ilə birlikdə buraxılmışdır. Asread studiyası tərəfindən istehsal olunmuş 26 seriyadan ibarət anime serialı Yaponiyada 2011-ci ilin oktyabrından 2012-ci ilin aprelinə kimi yayımlanmışdır. Funimation animeni Şimali Amerika regionu üçün lisenziyalaşdırmışdır.
Dareka no Manazashi
Dareka no Manazashi (だれかのまなざし, azərb. Kiminsə baxışı‎) – 2013-cü il istehsalı qısametrajlı anime filmi. Makoto Şinkay ssenaristliyi və rejisorluğu ilə çəkilmişdir. 10 fevral 2013-cü il Tokyo Beynəlxalq Forumunda ekranlaşdırılmışdır. Həmçinin, Şinkayın 31 may 2013-cü ildə "Söz bağçası" anime filminin premyerası ilə birlikdə nümayiş etdirilmişdir. Daha sonra 2013-cü ilin sentyabrından 2014-cü ilin yanvarına kimi YouTube-da yayımlanmışdır. "Dareka no Manazashi" yenicə müstəqil olan bir gənc qadının yetkinliyə çatması və onun atası ilə olan münasibətinin dəyişməsindən bəhs edən futuristik hekayədir. Hekayə ailə həyatını xatırladan səhnələrdən, qızın babası və ailə pişiyi ilə olan münasibətindən bəhs edir. Film CoMix Wave Films, NEST və TYO M1 Production tərəfindən The Answer Studio Co., Ltd. ilə birgə istehsal olunmuşdur.
Darya-i-Noor
Darya-i-Nur(Farsca: دریای نور mənası "işıq dənizi") dünyanın ən böyük kəsilmiş almazlarından biridir. 182 karat (yəni 36 qram) ağırlığında. Bu almazın keyfiyyəti qüsursuzdur. Dünyadakı ən böyük çəhrayı almazdır. Almazda çox nadir olan açıq çəhrayı daşın arxa üzündə Fəth Şahın adı və 1834-cü il tarixi yazılmışdır. Darya-i-Nur Tehranda, İranın Mərkəzi Bankının daşlarından biridir. == Tarix == Əvvəlcə Nader Şah Dərya-i Nurdan bəhs edir. Nader Şah 1739-cu ildə Hindistanla döyüşərkən Muğal xəzinəsindən almazı oğurlayır. 1747-ci ildə Nader Şahın ölümündən sonra almaz komandirlərindən birinin əlinə düşdü. Bu komandir eyni zamanda Xorasanın vəziri idi.
Bayraq dirəyi
Flaqştok və ya bayraq dirəyi — bayrağın (flaqın) bərkidilməsi, qaldırılması üçün metal, taxta və ya plastikdən hazırlanmış şaquli dayaqdır. Bəzən bayrağın daha rahat qaldırılması üçün Flaqştok xüsusi mexanizm ilə təchiz edilir. O halda bayraq ipə birləşdirilir və həmin mexanizmi hərəkətə gətirməklə flaqştokun başına - ən hündür nöqtəsinə qaldırılır. == Rekord hündürlük == 23 sentyabr 2014-cü il tarixindən dünyada ən hündür flaqştok Səudiyyə Ərəbistanında, Ciddə şəhərində olan bayraq dirəyi sayılır . Bu dirəyin hündürlüyü 171 m-dir (561 fut). Həmin flaqştok Ginnes rekordlar kitabına qeyd edilib.. Hündürlüyünə görə 2-ci yer - Tacikistanın Düşənbə şəhərində qurulmuş, hündürlüyü 165 м (və ya 541 fut) olan flaqştoka məxsusdur . Həmin flaqştokun inşası 2010-cu ildə Tacikistan milli bayraq gününü qeyd etdiyi gün - 24 noyabrda başlayıb, rəsmi açılışı 2011-ci ildə 30 avqustda olub və Tacikistan Respublikasının müstəqilliyinin 20-illiyinə (9 sentyabrda qeyd olunan) həsr olunub. Həmin tarixə qədər dünyanın rekordçu flaqştoku Azərbaycanda Bakı şəhərində olan flaqştok sayılıb . Hazırda öz hündürlüyünə (162 м, və ya 532 fut) görə dünyada 3-cü yeri tutan bu flaqştok 2010-cu ildə tikilib hazır olmuşdur .
Ev dirəyi-el dirəyi (film, 1982)
== Məzmun == Müasir ailəni necə təsəvvür edirsiniz? Cəmiyyətimizin sosial inkişafı ailədə necə təzahür edir? Milli Azərbaycan ailələrini başqa xalqların ailələrindən fərqləndirən hansı əlamətlər mövcuddur? Filmin müəllifləri bu suallar ətrafında tamaşaçılarla fikir mübadiləsi aparırlar. Film çağdaş azərbaycanlı ailəsinin problemlərinə həsr olunmuşdur. Bizim millətə xas olan ailənin başqa xalqların məişəti, adət-ənənələri ilə fərqli və oxşar cəhətlərindən, müasir ailənin formalaşmasından söhbət açılır. Kinolentdə azərbaycanlı ailələri barədə dəqiq təsəvvür yaratmaq üçün 3 ailənin-fəhlə, kəndli və ziyalı ailəsinin məişəti əsas götürülmüşdür. Buraya həyatın diktə etdiyi problemlər də əlavə olunmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Cəmil Fərəcov Ssenari müəllifi: Emil Ağayev Operator: Sərdar Vəliyev, Köçəri Məmmədov Bəstəkar: Azər Dadaşov Səs operatoru: Firudin Hüseynov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.