Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Oxford English Dictionary
İngilis dilinin Oksford lüğəti (ing. Oxford English Dictionary, OED), Оksford lüğəti, Böyük Oksford lüğəti — ingilis dilinin dünyada ən məşhur və ən geniş akademik lüğəti "Oxford University Press" nəşrlər evi tərəfindən nəşr edilir. 2005-ci il nəşri 301 100 məqaləni əhatə edir (350 milyon çap işarəsi). Lüğət qeyri-rəsmi şəkildə "Mürre lüğəti kimi tanınır (Murray’s) (ilk baş redaktor — Ceyms Mürrenin adı ilə). Oxford English Dictionary (OED) ingilis dilinin ən geniş və nüfuzlu lüğətlərindən biridir. Bu lüğət ingilis dilinin sözlərini, onların mənalarını, mənşəyini və zaman içində necə dəyişdiklərini izah edir. OED ingilis dilinin tarixini əhatə edən geniş məlumatlar təqdim edir və təkcə müasir ingilis dili deyil, həm də tarixi mətnlərdə rast gəlinən arxaik sözlər və ifadələr haqqında da məlumat verir. OED-nin əsas xüsusiyyətləri 1. Mənaların geniş təsviri: Hər bir sözün müxtəlif mənalarını və bu mənaların zaman içində necə dəyişdiyini izah edir. 2. Etimologiya: Sözlərin mənşəyini və tarixi inkişafını ətraflı şəkildə təsvir edir. 3. İstifadə nümunələri: Hər bir söz üçün tarixi və müasir mətnlərdən alınmış çoxsaylı nümunələr təqdim edir.
Wiktionary
Vikilüğət (Wiktionary) — izahedici məqalələr, tezauruslar və tərcümələrin saxlandığı saytdır. Bu layihə müxtəlif dillərdə hazırlanan azad lüğətlər üçün nəzərdə tutlmuşdur. Layihə 2002-ci ilin dekabrında yaradılmış və hal-hazırda 170 dildə fəaliyyət göstərir. Ümumi halda, 01.10.2008-ci il tarixindəki məlumata əsasən 1,5 mln səhifəyə malikdir. Ən çox məqalə ingilis dilindədir. Daha sonra fransız, vetnam və rus dillərində daxil edilmiş məqalələr üstünlük təşkil edirlər. Bu dillərdən hər biri 100 mindən artıq məqaləyə malikdir. Son zamanlar Vikilüğət layihəsi Vikimənbə ilə əlaqəli işləyir. Belə ki, Vikimənbə saytına istifadəçilər tərəfindən düzgün tələffüzü göstərən çoxlu sayda səs faylları yüklənmişdir və bu faylları artıq Vikilüğət vasitəsilə əldə etmək mümkündür.