Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dilbər
Dilbər — qadın adı. Dilbər Axundzadə — şairə və Mikayıl Müşfiqin həyat yoldaşı. Dilbər Zeynalova — ədəbiyyatşünas, dosent, fəlsəfə doktoru. Dilbər Əjdərova — kimya elmləri doktoru.
Dilbər Axundzadə
Dilbər Hacı qızı Axundzadə (29 may 1914, Yelizavetpol – 21 oktyabr 1990, Bakı) — şairə və Mikayıl Müşfiqin həyat yoldaşı. == Həyatı == İsmayılzadə-Axundzadə Dilbər 29 may 1914-cü ildə Yelizavetpol (indiki Gəncə) şəhərində anadan olmuşdur. 5 yaşından sonra əmisi, tanınmış alim və repressiya qurbanı İdris Axundzadənin himayəsində Bakıda yaşamışdır. Salam Salamzadə onun rəsm müəllimi olmuşdur. O, gəncliyində Gəncə Şəhər Sovetinin, və 1934-cü ildə Bakı Şəhər Sovetinin deputatı seçilmişdir. Dilbər Axundzadə Azərbaycan Tibb İnstitutuna qəbul olmuş və iki il təhsil alsa da, həbsi onu təhsilini yarımçıq qoymağa məcbur etmişdir. === Həbsi və azad edilməsi === Həyat yoldaşı İsmayılzadə Mikayıl Müşfiq 3 iyul 1937-ci il tarixdə Sovet xüsusi xidmət orqanları tərəfindən "əksinqilabi-millətçilik" fəaliyyətdə təqsirli bilinərək güllələnməklə ölüm cəzasına məhkum edilmişdir. Mikayıl Müşfiqin həyat yoldaşı təqsirli bilinərək Azərbaycan SSR CM-nin 72, 73 maddələri ilə 1 yanvar 1938-ci il tarixdən hesablanmaqla 2 noyabr 1937-ci il tarixdə XDİK-in 00486 №-li əmrinə əsasən həbs edilmişdir. XDİK-nin 11 mart 1939-cu il tarixli qərarına əsasən xəstəliyinə görə azad edilmişdir. === Sonrakı illəri === Həbsdən azad edildikdən sonra bir müddət Gəncədə məktəbdə müəllim kimi çalışmış, sonra isə yenidən Bakıya qayıtmışdır.
Dilbər Zeynalova
Dilbər məscidi
Dilbər məscidi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati mərkəzində tarixi-memarlıq abidəsi. Naxçıvan memarlıq məktəbinə aid edilir. Məhəllə məscidi kimi fəaliyyət göstərmişdir. Memarlıq kompzisiyası baxımından XVII əsrə xas olan üslub və tipoloji xüsusiyyətləri özündə əks etdirmişdir. Məscidin mehrabı, şəbəkəli pəncərələri, fasadında giriş portalı var. Şəbəkə pəncərələrinin işlənməsi, baş tağın asimmetrik yerləşməsi və s. məscid binasının Ordubad xalq yaşayış evləri ilə uyğunluq təşkil etdiyini göstərir.
Dilbər Əbdürrəhmanova
Dilbər Gülyamovna Əbdürrəhmanova (özb. Dilbar Gʻulomovna Abdurahmonova; 1 may 1936, Moskva – 20 mart 2018, Daşkənd) — SSRİ və Özbəkistan dirijoru, skripkaçı, pedaqoq, SSRİ xalq artisti (1977). Özbəkistanda ilk qadın dirijor. == Həyatı == 1 may 1936-cı ildə Moskvada anadan olmuşdur. 1948–1955-ci illərdə R. Qlier adına Daşkənd Musiqi Məktəbinin (indiki R. Qlier adına Respublika Xüsusi Musiqi Akademik Liseyi) skripka sinfində oxumuş, eyni zamanda 110 saylı riyaziyyat məktəbində təhsil almışdır. 1959-cu ildə Daşkənd Dövlət Konservatoriyasında (indiki Özbəkistan Dövlət Konservatoriyası) B. Titel yanında skripka sinfini, 1960-cı ildə opera və simfonik dirijorluq şöbəsində Muxtar Əşrəfinin sinfini bitirmişdir. Özbəkistan Dövlət Konservatoriyasında opera ifaçılığından professor kimi dərs demişdir. 1965-ci ildən Sov.İKP üzvüdür. O, 20 mart 2018-ci ildə, 82 yaşında Daşkənddə vəfat etmişdir. "Minor" qəbiristanlığında dəfn edilmişdir.