Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dili
Dili port. Díli — Şərqi Timorun paytaxtı və ən iri şəhəri. Kiçik Zond adalarının ən şərqində yerləşən Timor adasının şimali hissəsində yerləşir. Dili Şərqi Timorun iri portu və kommersiya mərkəzidir. Əhalisi 150 min nəfərdir. Burada milli qəhrəman Nikolau Lobatu adını daşıyan Komor aeroportu yerləşir.
Abaza dili
Abaza dili — abazaların dili. Abxaz-adıq dillərindən biridir. Əsasən Qaraçay-Çərkəzdə yayılmışdır. Bu dildə 30 mindən çox adam danışır. İki əsas dialektə bölünür: tapanta və aşxaraua (şkaraua). 1932–33-cü illərdə latın qrafikası əsasında yazısı hazırlanmışdır. 1938-ci ildən isə kiril əlifbasına keçmişdir. == Orfoqrafiya == 1938-ci ildən bəri abaza dilində aşağıda göstərilən kiril əlifbasından istifadə eolunur.
Abazin dili
Abaza dili — abazaların dili. Abxaz-adıq dillərindən biridir. Əsasən Qaraçay-Çərkəzdə yayılmışdır. Bu dildə 30 mindən çox adam danışır. İki əsas dialektə bölünür: tapanta və aşxaraua (şkaraua). 1932–33-cü illərdə latın qrafikası əsasında yazısı hazırlanmışdır. 1938-ci ildən isə kiril əlifbasına keçmişdir. == Orfoqrafiya == 1938-ci ildən bəri abaza dilində aşağıda göstərilən kiril əlifbasından istifadə eolunur.
Abuzeydabad dili
Abuzeydabad dili və ya Bizovoy dili——Hind-Avropa dil ailəsinin Şimal-qərbi İran dillərinin Mərkəzi İran qrupuna aid olan dildir ki İsfahan ostanında xüsusilə Abuzeydabadda danışılır.
Abxaz dili
Abxaz dili – abxazların dili. Abxaz-adıq dillərindən biridir. Əsasən Abxaziya Muxtar Respublikasında (faktiki qondarma Abxaziya respublikası) geniş yayılmışdır. Təqribən 100 minə qədər adam bu dildə danışır. İki əsas dialektə bölünür: abjuy və bzıb. Hallanma yoxdur. Ədəbi dil kimi 1862-ci ildə rus qrafikası əsasında abxaz əlifbasının tərtibindən sonra başlamışdır. 1928-ci ildə latın qrafikasına, 1938-ci ildə gürcü qrafikasına, 1954-cü ildə isə rus qrafikasına keçmişdir.
Ada dili
Ada dili — proqramlaşdırma dili olub, 1979-1980-ci illərdə ABŞ-nin Müdafiə Nazirliyinin sifarişi ilə yaradılmışdır. Dilin yaradılmasında əsas məqsəd hərbi obyektlərin (gəmilərin, təyyarələrin, raketlərin, tankların və s.) idarə edilməsi üçün xüsusi sistemin yaradılması idi. Nəticədə universal dil olan Ada dili meydana gəldi. == Ədəbiyyat == Роберт В Себеста, Concepts of Programming Languages, 2001. == Xarici keçidlər == Definition of "Computer Program" at dictionary.com Язык Ада — двадцать лет спустя Опыт использования языка Ада Адское программирование ТАНТК им.
Adıge dili
Aşağı Adıqca (КӀахыбзэ; КӀах Адыгэ псалъэ) — Abxaz-adıq dillərindən Adıq dilinin (Адыгэ псалъэ) bir dialektidir. Adıgey Respublikasında, Lazarev və Tuapse bölgələrində və Krasnodar vilayətində yayılmışdır. Şərqi Avropanın yerlisi Adıq dilinin digər əsas dialekti isə Yuxarı Adıqdır (Kabarda-çərkəz). Aşağı Adıq dialektindən 120 mindən artıq adam ünsiyyət vasitəsi kimi istifadə edir. Aşağı Adıq dili əsas ağızları arasında temirgoi, abadzex, bjeduq və şapsuq kimi boyların ağızları tapılar. Temirgoi, bu dilaketin ədəbi standartıdır. Ədəbi dil intensiv şəkildə inkişaf edir.
Adıgey dili
Aşağı Adıqca (КӀахыбзэ; КӀах Адыгэ псалъэ) — Abxaz-adıq dillərindən Adıq dilinin (Адыгэ псалъэ) bir dialektidir. Adıgey Respublikasında, Lazarev və Tuapse bölgələrində və Krasnodar vilayətində yayılmışdır. Şərqi Avropanın yerlisi Adıq dilinin digər əsas dialekti isə Yuxarı Adıqdır (Kabarda-çərkəz). Aşağı Adıq dialektindən 120 mindən artıq adam ünsiyyət vasitəsi kimi istifadə edir. Aşağı Adıq dili əsas ağızları arasında temirgoi, abadzex, bjeduq və şapsuq kimi boyların ağızları tapılar. Temirgoi, bu dilaketin ədəbi standartıdır. Ədəbi dil intensiv şəkildə inkişaf edir.
Adıq dili
Aşağı Adıqca (КӀахыбзэ; КӀах Адыгэ псалъэ) — Abxaz-adıq dillərindən Adıq dilinin (Адыгэ псалъэ) bir dialektidir. Adıgey Respublikasında, Lazarev və Tuapse bölgələrində və Krasnodar vilayətində yayılmışdır. Şərqi Avropanın yerlisi Adıq dilinin digər əsas dialekti isə Yuxarı Adıqdır (Kabarda-çərkəz). Aşağı Adıq dialektindən 120 mindən artıq adam ünsiyyət vasitəsi kimi istifadə edir. Aşağı Adıq dili əsas ağızları arasında temirgoi, abadzex, bjeduq və şapsuq kimi boyların ağızları tapılar. Temirgoi, bu dilaketin ədəbi standartıdır. Ədəbi dil intensiv şəkildə inkişaf edir.
Akkad dili
Akkad dili – Mesopotamiya və Assuriyanın qədim yerli əhalisinin dilidir. E.ə. III minillikdə Orta-aşağı və Aşağı Mesopotamiyada şumer dili ilə bərabər yayılmışdır. E.ə. II minillikdə Dəclə çayının sahilboyu-nun və Mesopotomiyanın bütün əhalisi assiriya dilindən istifadə etmişlər. Diaxronoloji və coğrafı baxımdan akkad dilləri 5 dialektə bölünür: köhnə akkad (E.ə. III minillik), köhnə Vaviliyon və köhnə Assiriya (b.e.ə. II minillik), yeni vavilion (e.ə. 10–5-ci əsrlər), yeni assiriya (E. ə. 10–7-ci əsrlər), Vavilyondan sonrakı dövr (E.ə.
Alütor dili
Alütor dili - Çukot-kamçatka dillərindən biridir. Əsasən Koryak muxtar vilayətində yayılmışdır. 200-dən bir qədər artıq daşıyıcısı vardır. Alütoran, palan və karaqin dialektlərinə bölünür.
Amhar dili
Amhar dili — Efiopiyanın şimalında yayılmış bu dildə təqribən 16 milyona qədər adam danışır. Efiopiyanın dövlət dilidir. Bir-birindən qismən fərqlənən üç dialekti vardır: Şoa, Qoccam və Qonder. Amhar dilinin fonem tərkibi 7 sait və 28 samitdən ibarətdir. Sintaktik baxımdan sabit söz sırası (MTX) mövcuddur. Cümlənin xəbəri adətən sonda gəlir.
Ana Dili
Ana dili — şəxsin doğulduğu vaxtdan etibarı ilə öyrəndiyi dil. Bəzi ölkələrə görə ana dili insanların aid olduqları milliyət ilə bağlıdır. Əgər bir şəxs fərqli dillərdə danışan ailədə böyüyübsə, bu vaxt onun birdən artıq ana dili olur və bu insanlar multilinqual adlanırlar. Bununla bərabər ikinci dil isə şəxsin öz dilindən başqa ayrı bir dil bilməsidir.
Aqul dili
Ağul dili — Qafqaz dillərindən biridir. Dağıstanın Kurax və Ağul bölgələrində yayılmışdı. Təqribən 14 minə qədər adam bu dildə danışır. Genetik cəhətdən tabasaran dilinə yaxındır. 4 dialekti vardır: tipig, keren, burkihan və koşan. Yazısı rus qrafikası əsasında hazırlanmışdır.
Arami dili
Arami dilləri, həmçinin aram dili və ya aramey dili (Arāmāyā; qədim arami: 𐤀𐤓𐤌𐤉𐤀; imperiya aramicəsi: 𐡀𐡓𐡌𐡉𐡀; iudeoaramey אַרָמָיָא, klassik Suriya: ܐܪܡܝܐ) —— sami dilləri tərkibində qrup (mərkəzi qol). Qədim dövrlərdə imperator aramicəsi Yaxın Şərqin böyük bir hissəsində "lingua franca" kimi xidmət edirdi. Eramızın VII əsrində arami dilinin yerini ərəb dili aldı. == Tarixi == Arami dilinin tarixi qədim, orta və yeni arami dövrlərinə ayrılır (alman alimi K. Bayerin təsnifatı).Qədim arami dövrü e.ə. II minilliyin sonu – I minilliyin əvvəlindən başlayır. Dövrümüzə qədər gəlib çatan ən qədim nümunələri e.ə. IX–VII əsrlərə aid epiqrafik abidələrdir. Müxtəlif mərhələlərdə Aşşur (e.ə VII əsr) və Babilistan (e.ə. VII–VI əsrlər), Əhəməni (e.ə. VI–IV əsrlər) dövlətlərinin rəsmi dili olmuşdur.
Araqon dili
Araqon dili — İspaniyanın Araqon Muxtar Bölgəsində təxminən 10.000 nəfər tərəfindən danışılan latın dilidir. Dil Ribaqorça bölgəsində Katalon dili ilə qarşılıqlı təsirə məruz qalmışdır. Araqonca Bölgədə İspan dili təsirində qaldığı üçün yox olma təhlükəsi ilə qarşı-qarşıyadır. İkinci dil olaraq bu dildən istifadə edənlərin sayı 30.000 nəfərdir.
Arran dili
Arran dili — Tarixi Arran ərazisində danışılan dil. Arran dilinin qədim udi dili olduğunu demək üçün əsaslar vardır. Bir çox mütəxəssislər isə Arran dili altında türk - alban dilinin nəzərdə tutulduğunu qeyd edirlər. Mütəxəssislər bu fikirlərini ərəb müəlliflərinin IX -X əsrlərdə belə Bərdə ətrafında Aran dilinin yerli əhali tərəfindən saxlanılması ilə izah edirlər. Bu dövrdə isə Bərdənin sakinlərinin türklər (bu günkü Azərbaycan türklərinin əcdadları) olması faktı şübhə doğurmur.
Arçin dili
Arçin dili — arçinlərin dili. Dağıstanın Çarodin rayonunun Arçin kəndində məişət dili kimi yayılmış dil. Arçin dilində 970 nəfər danışır. (2010, siyahıyaalma). Arçin dili ləzgi dillərindən biridir. Dialektləri yoxdur. == Ədəbiyyat == Дирр А. М. Арчинский язык // Сборник материалов для описания местностей племён Кавказа. В. 39. Тифлис, 1908; Микаилов К. Ш. Арчинский язык. (Грамматический очерк с текстами и словарём).
Asam dili
Assam dili (assam. অসমিয়া [asamiya]) — Hind-Avropa dillərinin hind-ari qrupuna daxil olan dil. Əsasən Hindistanın şimal-şərqi ştatı olan Assamda və ona qonşu ştatlarda yaşayan təxminən 15 milyon insanın ana dili. Assam dilində danışan azlıqlar eləcə də Banqladeşdə və Butanda yaşayırlar.
Assembler dili
Assembler — proqramlaşdırma dili. == Tarixi == 1952-ci ildə amerikalı qadın Qreys Hopper dünyada ilk mnemonik proqramlaşdırma dili olan Assembler dilini yaratdı. Onun adı "assemble" ingilis sözündən götürülmüşdür, "yığmaq", "quraşdırmaq" mənasını verir. O, özündə mnemonik komandalar sistemini (komandaların siyahısı), prosedurlar kitabxanasını və proqram mətnlərini maşın koduna çevirmək üçün xüsusi proqramı birləşdirirdi. MAşın kodunun alınmasının belə proseduru kompilyasiya (ing. compile – "tərtib etmək", "yığmaq"), onu həyata keçirən proqram isə kompilyator adlanır. Bunları da Qreys M. Hopper düşünüb tapmışdır. == Ümumi məlumat == Assembler dili digər proqramlaşdırma dillərinəbənzəmir və tamamilə fərqli bir dildir. Assembler dilinin 2-ci nəsil dil olması və 3-cü nəsil dillərin assembler üzərində inkişaf etdirilməsi qətiyyən o demək deyil ki, Assembler dili artıq köhnədir və o istifadə olunmur. Assembler dili hal-hazırda proqramlaşdırmada çox böyük çəkiyə malikdir və onsuz müasir proqramlaşdırmanı təsəvvür eləmək kompüteri prosessorsuz təsəvvür eləmək kimi bir şeydir.
Asturiya dili
Asturiya dili — İspaniyada Asturiya, Kastiliya və Leon muxtar bölgələrində və Portuqaliyanın Miranda do Douro bələdiyyəsində danışılan, Asturiya-Leon alt qrupuna aid olan bir Latın dilidir. Bundan başqa bu dilin iki əhəmiyyətli ləhcəsi vardır. Bunlar Estremadura muxtar bölgəsində danışılan Estremadura və Kantabriya muxtar bölgəsində danışılan Kantabriya digər adı ilə Montanyes ləhcələridir. Bu dillərdən yalnız Mirand dili rəsmi olaraq tanınmışdır.
Assiri dili
Assuriya dili — iki semit dilinin adı: Assiri dili (Assuriya dialekti) — Assuriya ərazisində akkad dilinin dialektlərindən biri. Assiri dili (аysoru, aturaya, surət) — assuriyalılar tərəfindən istifadə edilən və urmiyalılar tərəfindən istifadə edilən yeni arami dili.
Assam dili
Assam dili (assam. অসমিয়া [asamiya]) — Hind-Avropa dillərinin hind-ari qrupuna daxil olan dil. Əsasən Hindistanın şimal-şərqi ştatı olan Assamda və ona qonşu ştatlarda yaşayan təxminən 15 milyon insanın ana dili. Assam dilində danışan azlıqlar eləcə də Banqladeşdə və Butanda yaşayırlar.
Assur dili
Asoru dili və ya Yeni Asoru Arami dili Sami dil ailəsinə mənsubdur. Təxminən 220 min insan tərəfindən danışılmaqdadır və Asoru xalqının İranın Qərbi Azərbaycan ostanında, Türkiyənin Hakkari əyalətində, İraqda, Suriyada ,Ermənistanda və Gürcüstanda danışdığı dildir.
Assuriya dili
Assuriya dili — iki semit dilinin adı: Assiri dili (Assuriya dialekti) — Assuriya ərazisində akkad dilinin dialektlərindən biri. Assiri dili (аysoru, aturaya, surət) — assuriyalılar tərəfindən istifadə edilən və urmiyalılar tərəfindən istifadə edilən yeni arami dili.
Çili İspan dili
Çili İspan dili (isp. Español chileno) — Çilinın rəsmi dilidir.
Beynəlxalq Dil İli
Beynelxaq dil ili — Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının tövsiyəsi ilə 2008-ci ili Beynəlxalq dil ili elan etdi və Birləşmiş Millətlər Təşkilatının fərmanı ilə, BMT rəsmi saytında altı rəsmi dil arasında tam bərabərliyin olmasına diqqət çəkildi. Qətnamə, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının veb saytlarında altı rəsmi dil arasında tam paritetə ​​ehtiyac olduğunu bir daha təsdiqlədi. == Tarixi == Beynəlxalq Dillər İlinin məqsədi dil müxtəlifliyinə, bütün dillərə və çoxdillilikə diqqət çəkmək idi. Bu məqsədlə fərmanda Birləşmiş Millətlər Təşkilatı daxilində dil problemi də ifadə edildi.Beynəlxalq dil ilinin qeyd olunmasına cavabdeh olan YUNESKO 21 fevral Beynəlxalq Ana Dili Günündə rəsmi olaraq işinə başladı. == Qeydolunması == YUNESKO-nun təşkil etdiyi rəsmi qeyd etmələrdən başqa, müxtəlif milli və qeyri-hökumət təşkilatları və akademik qurumlar Beynəlxalq Dil ilini qeyd etmək üçün bəzi tədbirlər və saytlar vasitəsi ilə təntənədə iştirak etdilər.
İngilis dili xarici dil qismində
TOEFL (ingilis dilində Test of English as a Foreign Language – Xarici Dil Qismində İngilis dili Testi deməkdir) imtahan verən şəxsin ingilis dilini akademik səviyyədə necə qavraya bildiyini dəyərləndirən imtahandır. ABŞ və digər ingilis dilli ölkələrdəki universitetlərdə təhsil almaq üçün əvvəlcə TOEFL imtahanlarından keçmək tələb olunur. Bununla bərabər həmçinin dövlət qurumları, biznes və ya təqaüd proqramları da bu imtahanı tələb edə bilər. == TOEFL və IELTS == TOEFL-a bənzər IELTS imtahanı da var. Bir çox Amerika kollec və universitetləri iki testdən birini və ya hər ikisinin nəticələrini qəbul edir. TOEFL imtahanının nəticələri 2 il müddətində keçərlidir və bu müddət bitdikdən sonra imtahanın nəticələri rəsmi olaraq etibarsız sayılırlar, belə ki bu müddət ərzində imtahan verən şəxsin dil biliyi əhəmiyyətli dərəcədə zəifləyə bilər. Bir çox kollec və universitetlər adətən yaxın zamanlarda nəticəsi elan olunmuş TOEFL qiymətlərini tərcih edirlər. TOEFL ABŞ Təhsil İmtahan Xidməti (ETS) tərəfindən idarə olunur və ona məxsus ticarət markasıdır. TOEFL imtahanları dünyanın 80 ölkəsində keçirilir. TOEFL idarə heyəti 16 nəfərdən ibarət komitədən ibarətdir.
Dönmək (proqramlaşdırma dillərində)
Dönmək (en. return) - sistemin idarəolunmasının çağrılmış altproqramdan (proqramdan) çağıran altproqrama (proqrama) verilməsi. Bəzi proqramlaşdırma dillərində bunun üçün return, yaxud exit deyimləri var, başqalarında isə yalnız çağıran altproqramın, yaxud proqramın sonuna (axırıncı deyiminə) dönmək mümkündür. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Asunsyon Domenek
Asunsyon Domenek Domingez (isp. Asunción Domenech Domínguez; 8 iyun 1967, Valensiya) — İspaniya voleybolçusu, toppaylayıcı. O, 1992 Yay Olimpiya Oyunlarında iştirak etmişdir. == Həyatı == Asunsyon Domenek 8 iyun 1967-ci ildə İspaniyanın Valensiya şəhərində anadan olmuşdur. 1990–1992-ci illərdə "Xativa"da, 1993–1994-cü illərdə "Mursiya"da, 1998–2000-ci illərdə "Albasete"də çıxış etmişdir. 1991-ci ildə "Xativa" ilə İspaniya Superkubokunu, 1994-cü ildə "Mursiya" ilə ölkə çempionluğunu qazanmışdır.O, 1992-ci ildə Barselona Yay Olimpiya Oyunlarında İspaniyanın qadın voleybol komandasının üzvü olmuş, komandası 8-ci yeri tutmuşdur. Domenek toppaylayıcı kimi çıxış etmiş, 4 matç keçirmişdir.
Dəniz dibi haqqında müqavilə
Dənizlərin və okeanların dibində və onların dərinliklərində nüvə silahlarının və digər kütləvi qırğın silahlarının yerləşdirilməsini qadağan edən müqavilə (ing. Treaty on the Prohibition of the Emplacement of Nuclear Weapons and Other Weapons of Mass Destruction on the Sea-Bed and the Ocean Floor and in the Subsoil thereof), həmçinin Dəniz dibi haqqında müqavilə kimi tanınır (ing. Seabed Treaty) və ya Dəniz dibinfə silahların nəzarəti müqaviləsi (ing.