pənbə
pəncablı
OBASTAN VİKİ
Pəncab
Pəncab (Pakistan) —
Pəncab (Pakistan)
Pəncab — Pakistanın dörd əyalətindən biri. Pakistanda ən sıx əhalisi olan əyalətdir. Adının fars dilindəki "penç" (beş) və "ab" (su, çay) sözlərinin birləşməsindən əmələ gəldiyi vurğulanır. Bu əyalətdə çayların sayının çox olmasına işarədir. Sahəsi 205.344 km², əhalisi 79.429.701 nəfərdir. Əyalətdə bir çox tarixi abidələrlə yanaşı, ölkənin ən müasir tikinti və infrastrukturları da vardır. Əyalətinin mərkəzi Lahor şəhəridir.
Pəncab Vikipediyası
Pəncab Vikipediyası, Vikipediyanın Pəncab dilində olan versiyasıdır. 12 oktyabr 2023 tarixinə qədər, Pəncab Vikipediyasının 51.328 məqaləsi, 47.290 istifadəçisi və 10 idarəçisi mövcuddur. Yarandığı gündən hal-hazırkı dövrə qədər 713.708 dəfə redaktə edilmişdir.
Pəncab dili
Pəncab dili (pənc. ਪੰਜਾਬੀ) — Hind-ari dillərindəndir ki, tarixi Pəncab regionu (şimali qərb Hindistan və şərqi Pakistan) sakinlərinin danışdığı dildir. Pəncab dili iki növə bölünür:Şərqi Pəncab dili Hindistanda və Qərbi Pəncab dili Pakistanda.
Pəncab kabaddisi
Pəncab kabaddisi (ing. Punjabi kabaddi, Pəncab dilində: ਪੰਜਾਬੀ ਕਬੱਡੀ), yaxud, sadəcə, "Kauddi" (pənc. ਕੋੌਡੀ). Pəncab regionunda oynanılan populyar idman növü. "Pəncab kabaddisi" adlanan dairəvi üslublu kabaddi, kabaddi idman növünün ənənəvi olaraq Pəncab regionunda oynanılan üslubu olsa da, bu kabaddi üslubu üzrə beynəlxalq turnirlər keçirilir və Hindistanın Həvəskar Dairəvi Kabaddi Federasiyası tərəfindən idarə olunur. === Qaydaları === Pəncab regionunda kabaddi oyunu 22 m-lik dairəvi meydanda oynanılır. Orta xətti keçən oyunçu isə "kaudi da bharha" adlanır. Hər komandanın 8 oyunçusu olur; növbə ilə bir-birlərinə reydçi göndərirlər; Pəncab kabaddisində oyun 40 dəqiqə davam edir, birinci 20 dəqiqə bitdikdən sonra komandalar meydanda yerlərini dəyişirlər. Bu üslubda oynanılan kabaddi oyununda reydçi müvəffəqiyyət qazandıqda, komandasına 1 bal qazandırır, müvəffəqiyyət qazanmadıqda isə rəqib komanda 1 bal qazanır.
Pəncab qızılbaşları
Pəncab qızılbaşları (Əli Rza Xanın ailəsi) — bir zamanlar Əfqanıstan və Pəncabda böyük nüfuza malik olan, əslən Şirvan ərazisindən olan qızılbaş əsilli ailə. Nəslin ən tanınmış nümayəndələrindən biri Əli Rza Xan Qızılbaş olmuşdur. O, Birinci ingilis-əfqan müharibəsi və hindistanda ingilislərə yardımı ilə seçilmişdir. == Nəslin tarixi == Sərdar Əli Xan Rza Əli Xanın babası olmuşdur. O, Xəzər dənizi sahilində yerləşən Şirvan elini tərk edərən bölgəyə gəlmişdir. Onun babaları uzun zamanlar Şirvanda hakim mövqedsə olmuşlar. Nadir şah Əfşar Xorasanı ələ keçirdikdən sonra, 1738-ci ildə hindistana hücuma hazırlaşır. Bu zaman Əli Xanı və bir çox qızılbaş hakimlərinin onun səfərdə olmasından istifadə edərək çaxnaşma təşkil edəcəyindən ehtiyat edərək onlarıda Hindistana aparır. Əli Xan kompaniya müddətində orduda olur. Hindistandan qayıtdıqdan sonra Nadir şah onu Qəndəhara vali təyin edir.
Pəncab regionu
Pəncab (sanskrit dilində Pançanda, pənc. ਪੰਜਾਬ ਖੇਤਰ) — Hindistan və Pakistanın şimal ərazilərini əhatə edən tarixi və coğrafi region. Adının mənası "beş çay" (pənc(beş)+ ab(çay) deməkdir.
Pəncab ştatı
Pəncab ştatı — Hindistanın ştatlarından biridir. Mərkəzi Çandiqarh şəhəridir. Əhalisi 25 milyon nəfərdir. Ərazisi 50.362 kv. km.
Pəncab Müsəlman Liqası
Pəncab Müsəlman Liqası—Ümumdünya Müsəlman Birliyi Dəkkədə qurulduğu zaman 30 Dekabr 1906-cı ildə İllik Bütün Hindistan Muhammadan Təhsil Konfransı münasibətilə, Pəncabdan gələn müsəlman liderlər, yəni Mian Məhəmməd Şəfi, Miyan Fəzli Hüseyni, Əbdüləziz, Xəvacə Yusif Şah və Ş. Qulam Sadiq. Daha əvvəl Mian Muhammad Shafi 1906-cı ilin əvvəllərində Müsəlman Birliyi təşkil etdi, lakin Ümumdünya Hindistan Müsəlman Birliyi yarandıqda, baş katib olduğu Pəncabda güclü bir şöbəsini qurdu. Şah Din ilk Prezidenti seçildi. 1907-ci ilin noyabr ayında təşkil edilən bu filial Pəncab əyalət müsəlman liqası olaraq tanınırdı. == Tarixi == 1913-cü ildə Məhəmməd Əli Cinnah Ümumdünya Müsəlman Birliyinə qoşuldu və hinduların - müsəlman iş əlaqələrinin tərəfdarı idi və Fazl-i Hüseyni, Maulana Məhəmməd Əli, Pir Tacud Din, Xəlifə Şücaəddin və Zəfər Əli xan, Konstitusiya vasitəsi ilə özünüidarə etmək üçün Hindistan Milli Konqresi ilə dost olmaq istədi. 1916-cı ildə Məhəmməd Əli Cinnah, Hindistan Hökumətinə Hindistana daha liberal yanaşma və hindlilərə ölkələrini idarə etmək üçün daha çox səlahiyyət vermək üçün təzyiq göstərmək üçün bir razılaşma əldə etmək üçün Hindistan Milli Konqresi ilə danışıqlar apardı. Müsəlman Birliyi əsas məqsədini dəyişdirdi və Britaniya hökumətinə təzyiq göstərmək üçün Konqreslə əlbir olmağa qərar verdi. Bundan əvvəl Müsəlman Birliyinin əsas məqsədi Hindistanda yalnız müsəlman maraqlarını qorumaq idi, Lakin Məhəmməd Şəfinin başçılığı ilə Pəncabdakı müsəlman liderlər Britaniya hökumətinin rəğbətini alçaltmadan müsəlman hüquqlarının qorunması üçün dayandılar və 28 dekabr 1916-cı ildə imzalanan Laknau Paktına qarşı çıxdılar. Məhəmməd Şəfi və Maulvi Rafi-ud-Din, Əbdüləziz və Seyid Əli Rza kimi digər mühafizəkar dostları əyalətlərdə müsəlman çoxluğunu qurban verəcəyi səbəbiylə Ümumdünya Müsəlman Birliyi və Hindistan Milli Konqresi arasındakı əməkdaşlığa qarşı çıxdılar. Pəncab və Benqal.
Pəncab Əkinçilik Universiteti
Pəncab Əkinçilik Universiteti — Hindistanda yerləşən, Asiyanın ən böyük kənd təsərrüfatı universiteti. 1962-ci ildə qurulub. Hindistanın o vaxtkı baş naziri Pandit Jawaharlal Nehru tərəfindən 1963-cü il iyulun 8-də rəsmi olaraq açılışı edildi.
Qərbi Pəncab Vikipediyası
Qərbi Pəncab Vikipediyası — Vikipediyanın Qərbi Pəncab dilindəki versiyasıdır. 12 oktyabr 2023-ci il tarixinə olan məlumata görə Qərbi Pəncab Vikipediyasının 71.586 məqaləsi, 36.196 istifadəçisi və 2 idarəçisi mövcuddur. Yarandığı gündən bu günə qədər 646.027 dəfə redaktə edilmişdir.
Şərqi Pəncab Vikipediyası
Pəncab Vikipediyası, Vikipediyanın Pəncab dilində olan versiyasıdır. 18 oktyabr 2023 tarixinə qədər, Pəncab Vikipediyasının 51.363 məqaləsi, 47.375 istifadəçisi və 10 idarəçisi mövcuddur. Yarandığı gündən hal-hazırkı dövrə qədər 714.723 dəfə redaktə edilmişdir.
Uçan Pəncab (film, 2016)
Uçan Pəncab (Hindcə: उड़ता पंजाब, Romanizasiya: Udta Punjab) — rejissor Abhishek Chaubey tərəfindən hind dilində çəkilmiş və 17 iyun 2016-cı ildə kinoteatrlarda nümayiş etdirilən hind qara komediya filmidir. == Süjet xətti == Hindistanın şimalında yerləşən Pəncab əyaləti epidemiyaya bürünüb: böhrana görə insanlar necə yaşayacaqlarını başa düşmürlər və indi demək olar ki, bütün əhali narkotikdən istifadə edir və sosial nərdivanda bir aşağı, bir yuxarı gedib-gəlirlər...
Pəncabca
Pəncab dili (pənc. ਪੰਜਾਬੀ) — Hind-ari dillərindəndir ki, tarixi Pəncab regionu (şimali qərb Hindistan və şərqi Pakistan) sakinlərinin danışdığı dildir. Pəncab dili iki növə bölünür:Şərqi Pəncab dili Hindistanda və Qərbi Pəncab dili Pakistanda.
Pəncablılar
Pəncablılar pənc. ਪੰਜਾਬੀ ਲੋਕ) (پنجابی) — Pakistan və Hindistanda yaşayan xalq. == Ümumi məlumat == Pəncablılar Hind-Avropa dil ailəsinə aiddirlər və Pakistan əhalisinin 65%-ni təşkil edirlər. Pəncablıların etnik tərkibi yerli əhali ilə skiflərin, taciklərin, puştunların və ərəblərin qarışığından ibarətdir. Tərkiblərinə cat, racputa, qucar və s. etnik qruplar daxil olmuşlar. Pəncablıların qərb qrupunu olan laxnda Pəncab dilinin müstəqil dialekti sayılır. Pəncablıların ümumi sayı 98 milyon nəfərdir. Pakistan və Hindistan arasında bölünmüş Pəncab əyalətində (Hindistan Pəncabı və Pakistan Pəncabı) sinkretik-həm İslam, həm də hindus dinlərindən müəyyən elementlə əxz etməklə Quru Nanak tərəfindən yaradılmış bir dini təlimin adıdır. İndi bölünən yalnız Pəncab əyaləti deyil, pəncablılar özləri də bölünüb.