Ubıxiya
Ubıxiya (adıq Убых Хэгъэгу, rus. Убыхия ) — XIV–XIX əsrlərdə çərkəzlərin ubıx qolunun ittifaqı və Çərkəzistanın vilayəti. İndiki Rusiyanın Krasnodar diyarında, Soçi ərazisində yerləşirdi.
Ubıxlar XVII əsrdə sadz abxazlarını ərazidən sıxışdırıb çıxarmışdılar və Abxaziya knyazlığından fərqli olaraq, Ubıxiyada knyazlar yox idi. Ərazi ittifaqa daxil edilmiş bütün 11 ubıx mahalından, 2 axçipsou və sadz xalqlarından olan zadəganları təmsil edən şura tərəfindən idarə olunurdu.
1864-cü ildə Ubıxiya Rusiya–çərkəz müharibəsində məğlub olmuş və 40,000 nəfər olduğu təxmin edilən əhalisi kütləvi şəkildə Osmanlı imperiyasına sürgün edilmişdi. Bu, ubıxların demək olar ki, tamamilə yox olması ilə nəticələnmişdi.