Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Azərbaycan Diplomatik Akademiyası
ADA Universiteti — Azərbaycan Respublikasının Bakı şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarix == İnformasiya Texnologiyaları Universiteti Azərbaycan Respublikasında informasiya cəmiyyəti quruculuğu istiqaməti üzrə yüksək hazırlığa malik kadr potensialının formalaşdırılmasını təmin edən ali təhsil müəssisəsi idi. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 1 fevral 2013-cü ildə yaradılmışdır. İnformasiya Texnologiyaları Universitetinin və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının əsasında, 13 yanvar 2014-cü ildə "ADA" Universiteti yaradılması ilə fəaliyyəti başa çatmışdır.Universitetin tarixi 2006-cı ildən başlayır. Belə ki, 2006-cı ilin martında Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində Azərbaycan Diplomatik Akademiyası adı altında ali təhsil müəssisəsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının və Azərbaycan Respublikasında İnformasiya Texnologiyaları Universitetinin əsasında ADA Universiteti yaradılmışdır. Əsas məqsədi diplomatiya, ictimai münasibətlər, biznes, informasiya texnologiyaları və sistem mühəndisliyi üzrə qlobal liderlər hazırlamaqdır. Akademiyanın əsasını qoyan rektor, Azərbaycan Xarici İşlər Nazirinin müavini və Azərbaycanın ABŞ-dəki sabiq səfiri Hafiz Paşayevdir.2012-ci ildə Bakı şəhərində "Dədə Qorqud" parkı yaxınlığında yerləşən yeni "Green and Smart" kampusuna köçmüşdür. 2009-cu ildən magistr pilləsi, 2011-ci ildən bakalavr pilləsində ali təhsil verir. == Tərkibi == Hazırda, universitetin nəzdində 4 institut fəaliyyət göstərir: İctimai və Beynəlxalq Münasibətlər İnstitutu Biznes İnstitutu İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutu Təhsilin İdarə Edilməsi İnstitutuBundan əlavə, 2022/2023-cü tədris ilindən etibarən ADA Universitetinin Qazax Mərkəzi fəaliyyətə başlamışdır.
2017 Qətər diplomatik böhranı
2017 Qətər diplomatik böhranı — 2017-ci ilin iyun ayının ilk həftəsində Səudiyyə Ərəbistanının liderliyi ilə bir neçə ölkənin Qətər ilə diplomatik əlaqələrini kəsməsi hadisəsiDiplomatik əlaqələri kəsən ölkələr arasında Səudiyyə Ərəbistanı ilə eyni koalisiyada Bəhreyn, Misir, Yəmən (Hadi liderliyindəki hökumət), BƏƏ, Liviya (Milli Hökumət) və Maldiv adaları yer almışdır. Bir gün sonra onlara İordaniya da qoşulmuş, bu ölkə "Əl-Cəzirə" kanalının lisenziyasını da ləğv etmişdir.Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Qətəri terrorizmi dövlət səviyyəsində dəstəkləməkdə və Fars körfəzi ölkələrinin əməkdaşlıq şurasının 2014-cü ildə qəbul etdiyi razılaşmanı pozmaqda günahlandırdı. Səudiyyə Ərəbistanı və digər ölkələr "Əl-Cəzirə" kanalını və Qətərlə İran arasındakı münasibətləri tənqid etdi. Qətər isə terrorizmlə mübarizə və hal-hazırda da davam edən İŞİD-ə qarşı hərbi əməliyyatlarda ABŞ-yə dəstək verdiyini bildirdi.İlkin təchizatın pozulması İran və Türkiyədən əlavə idxalın daxil olması ilə yüngülləşdirildi və Qətər Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın heç bir tələbi ilə razılaşmadığını açıqladı. Koalisiyanın Qətər qarşısında qoyduğu tələblərə İranla əlaqələri dərhal kəsmək, Türkiyə ilə hərbi əməkdaşlığı dayandırmaq və "Əl-Cəzirə"nin bağlanması daxil idi. 27 iyul 2017-ci ildə Qətərin Xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman əl-Sani müxbirlərə açıqlaması zamanı Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynin "inadkarlıq" nümayiş etdirdiyini və böhranı həll etmək məqsədilə heç bir addımın atılmadığını bildirdi. Əl-Sani Təhlükəsizlik Şurası, Baş Assambleya və "bütün BMT mexanizmlərinin" mövcud situasiyanı həll etmək üçün mühüm rol oynadığını da vurğulamışdır. 24 avqust 2017-ci ildə Qətər hökuməti İranla diplomatik münasibətləri tam şəkildə bərpa edəcəklərini açıqlamışdır.
Andorranın diplomatik nümayəndəliklərinin siyahısı
Andorranın diplomatik nümayəndəliklərinin siyahısı (isp. Misiones diplomáticas de Andorra) — Andorra Knyazlığının xarici ölkələrdə yerləşən diplomatik nümayəndəliklərinin siyahısını özündə birləşdirir. Andorra kiçik ölkə olduğundan xarici ölkələrdə digər Avropa ölkələrinə nisbətən məhdud sayda səfirlik və konsulluq şöbələri fəaliyyət göstərir. Avropa İttifaqı, Benilüks ölkələri və Almaniya ilə münasibətlərin tənzimlənməsinə Belçikanın paytaxtı Brüssel şəhərində yerləşən səfirlik nəzarət edir.
ABŞ diplomatik sənədlərinin açıqlanması
ABŞ diplomatik sənədlərinin açıqlanması 2010 il noyabrın 28-də baş vermişdir. "Wikileaks.org" saytının ABŞ Dövlət Departamentinin məxfi sənədlərini kütləvi dərc etməsi. Birləşmiş Ştatların xarici ölkələrdəki səfirliklərinin məktub, teleqram və yazışmalarını açıqlayan sayt artıq 251288 sənədi dərc etmişdir. Onların 15500-dən artığı ABŞ-nin dünya ölkələrindəki 274 səfirlik və diplomatik nümayəndəliklərinin Vaşinqtona yolladığı məlumatlarda Vaşinqtondan aldığı xəbərlərdir.
Albaniyanın diplomatik nümayəndəliklərinin siyahısı
Albaniyanın diplomatik nümayəndəliklərinin siyahısı (alb. Lista e misioneve diplomatike të Shqipërisë) - Albaniyanın xarici ölkələrdə yerləşən diplomatik nümayəndəliklərinin siyahısını özündə birləşdirir. Siyahıda fəxri konsul vəzifəsinə sahib şəxslərin yaşadığı ölkələr qeyd edilməyib. Albaniyanın dünyanın dörd qitəsində yerləşən 43 səfirliyi və 6 müvəqqəti akkreditə olunmuş nümayəndəliyi mövcuddur. 2013-cü ildə keçirilmiş seçkilərdən sonra ölkənin Xarici İşlər Naziri Dmitri Buşati hökumətin iqtisadi böhran səbəbindən bəzi ölkələrdə yerləşən səfirliklərini bağladığını açıqlamışdır. 2014-cü ildə Albaniya Kuala-Lumpur (Malayziya), Lissabon (Portuqaliya), Sarayevo (Bosniya və Herseqovina) və Yeni Dehli (Hindistan) də yerləşən səfirliklərini bağlamışdır.
Azərbaycanda yerləşən diplomatik nümayəndəliklər
ABŞ
Diplomatik immunitet
Diplomatik immunitet — xarici diplomatik nümayəndəliklərə, onların personalına və beynəlxalq hüquqa əsasən nümayəndəlik yerləşən dövlətin ərazisində müdafiədən istifadə edən digər şəxslərə verilən xüsusi imtiyaz, hüquq və güzəştlərin məcmusu. Diplomatik immunitet beynəlxalq hüququn ümumi qaydasından (hər bir suveren dövlət öz sərhədləri daxilində burada olan insanlar və əşyalar üzərində yurisdiksiyasını həyata keçirir) istisnadır. Müasir mənada diplomatik immunitet 1961-ci il Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasında təsbit olunmuşdur. Diplomatik immunitet konsepsiyasının əksər prinsipləri hazırda adət hüququ kimi tətbiq olunur. Müvafiq konsepsiya dövlətlərarası əlaqələrin, xüsusilə də siyasi qarşıdurmalar və silahlı münaqişələr dövründə qorunub saxlanması məqsədilə inkişaf etdirilmişdir. Formal olaraq dövlətin suverenliyini təmsil edən diplomatlara qəbul edən dövlətin başçısı tərəfindən diplomatın öz vəzifələrini effektiv icra etməsi üçün müəyyən imtiyaz və üstünlüklər verilir. Əksər ədəbiyyatlarda bütün immunitet və imtiyazlar iki qrupa bölünür: dövlətin orqanı kimi diplomatik nümayəndəliyin immunitet və imtiyazları; şəxsi immunitet və imtiyazlar.Diplomatik nümayəndəliyin immunitet və imtiyazlarına nümayəndəliyin binasının toxunulmazlığı, avadanlıq və nəqliyyat vasitələrinin toxunulmazlığı, arxiv və sənədlərin toxunulmazlığı, vergi imtiyazları, gömrük imtiyazları və akkreditiv dövlətin bayraq və rəmzlərindən istifadə etmək hüququ daxildir. Şəxsi immunitet və imtiyazlara isə əsasən şəxsi toxunulmazlıq, iqamətgahın, şəxsi kağız və yazışmaların, əmlakın toxunulmazlığı, yurisdiksiyadan immunitet, vergi və rüsumlardan azad edilmə, gömrük imtiyazları aiddir. == Diplomatik immunitetin nəzəri əsaslandırılması == Diplomatiya hüququnun tarixi inkişafı mərhələlərinə uyğun olaraq, ayrı-ayrı hüquqşünaslar tərəfindən diplomatik immunitetlərin əsaslandırılması üçün 15-ə yaxın müxtəlif nəzəriyyə irəli sürülmüşdür. Onlardan əsasən üçü doktrinalarda geniş əks olunmuşdur.
Diplomatik protokol
Diplomatik protokol - beynəlxalq ünsiyyətdə dövlətlər, hökumətlər, xarici işlər nazirlikləri, diplomatik nümayəndəliklər və rəsmi şəxslər tərəfindən icrası zəruri sayılan, beynəlxalq təcrübədə qəbul olunmuş qaydalar, ənənələr və şərtlərin toplusu. Lakin bütün sadalananlar heç bir dövlətin özunəməxsus adətlərini və milli ənənələrini inkar etmir. Beynəlxalq təşkilatlarda üzvlük, zirvə toplantıları, beynəlxalq konfranslar və s. diplomatik prokolsuz keçinə bilməz. "Protokol" - yunan dilindəki protokollon sözündən götürülüb, "protos" - birinci, "kollo" - yapışdırmaq deməkdir. Etimoloji mənada "protokol" sözü Bizans diplomatiyasında təntənəli mərasimlərdə tərtib edilən sənədin 1-ci hissəsini bildirirdi, bu hissədə iştirakçıların siyahısı göstərilirdi. Orta əsrlərdə protokol dedikdə sənədlərin tərtibatı və arxivləşdirilməsi qaydası başa düşülürdü. Sonralar isə diplomatiya və diplomatik xidmət anlayışlari ilə əlaqəli şəkildə işləməyə başladıqda, sənədlərin tərtibatı ilə yanaşı özündə etiket və mərasim məsələlərini də əks etdirməyə başladı. Diplomatik protokolun tələblərinə erinasızlıq, ən xırda ehtiyatsızlıq bəzən dövlətlər arasındakı əlaqələrin kəsilməsi, hətta müharibə şəraitinin yaranması ilə müşahidə oluna bilir. Diplomatik protokolda hər bir dövlətin rəmzlərinə hörmətlə yanaşılması birbaşa dövlətin suverenlik hüququna hörmətin təzahürüdür.
Diplomatik psixologiya
Kitabda adi həyatdan tutmuş siyasətə və hərbiyyəyə qədər olduqca geniş bir diapazonda tətbiq olunan çoxlu sayda diplomatik manevrlərin, taktiki gedişlərin, psixoloji fəndlərin mexanizmi izah edilir, onlardan necə istifadə etməyin yolları göstərilir; Kitabın birinci hissəsində – qədim Şərq əlbəyaxa döyüşlərində və ümumən hərb texnikasında olduğu kimi, ünsiyyət aktının da özünəməxsus taktika və strategiyaya, hücum və əks-hücum məqamlarına, kəşfiyyat, diversiya elementlərinə və s. malik olduğu göstərilir, rəqibin zəif cəhətlərini necə aşkar etmək, onlara zərbələri necə endirmək, qarşı tərəfin hücumlarından necə qorunmaq, fikirlərini necə "oxumaq", ünsiyyət zamanı təşəbbüsü necə ələ almaq, liderliyə necə nail olmaq, kiməsə hər hansısa bir fikri necə təlqin etmək, onu necə inandırmaq, fəaliyyətə necə təhrik etmək və ya bundan necə çəkindirmək, rəyini necə döndərmək, iradəsini necə qırmaq, öz mövqeyini ona necə qəbul etdirmək, onda hansısa bir əhval-ruhiyyəni, halı, meyli necə formalaşdırmaq və ya necə neytrallaşdırmaq, müxtəlif xarakter və statuslu adamlarla müxtəlif şəraitlərdə ünsiyyəti necə qurmaq, söhbətin maraqlı keçməsi üçün hansı nüansları nəzarətdə saxlamaq və s. barədə bəhs edilir. İkinci hissədə – konkret olaraq siyasət və hərbiyyədə istifadə olunan diplomatik manevr və fəndlərin texnologiyalarından bəhs olunur: Rəqib cəbhəsinin əsgər və əhalisinin mənəvi və hərbi ruhunu necə qırmaq, onların öz qüvvəsinə, öz hərbi-siyasi rəhbərliyinin kompetentliyinə inamını necə itirmək, onların döyüş qabiliyyətini necə aşağı salmaq, müqavimət iradəsini necə qırmaq, hərbi əməliyyatlarda iştirakdan və ya səfərbərlikdən boyun qaçırmağa, dezertirliyə, komandirlərə tabe olmamağa, əsir düşməyə, satqınlığa və s. necə təhrik etmək, onları özlərinin, öz yaxınlarının və ya öz dövlətlərinin, vətənlərinin, rəhbərlərinin və b. əleyhinə olan addımlara, fəaliyyətlərə necə meylləndirmək, beynəlxalq siyasətdə və ümumən siyasətdə bütün bunlardan necə istifadə etmək və s. barədə söhbət açılır, bunların realizəsi üçün konkret fənd və vasitələr göstərilir. Metodika dünya psixologiyasında analoqa malik deyil. Kitab xüsusi idarələr, diplomatlar, siyasətçilər, politoloqlar, hərb strateqləri, pedaqoqlar, psixoloqlar və ümumiyyətcə, praktik psixologiya ilə maraqlanan hər kəs üçün nəzərdə tutulub. Kitab ABŞ-nin Konqress kitabxanasına daxil edilib.
Diplomatik tanıma
Diplomatik tanıma — dövlətin tanımış olduğu subyektlə rəsmi münasibətlərə girmək hazırlığını ifadə edən təktərəfli diplomatik aktdır. Bir dövlət tərəfindən digərinin tanınması onun parçalanması və ya birləşməsi, milli-azadlıq mübarizəsi, sosial inqilab və s. hallarda yer alır. Hökumətin tanınması məsələsi bir qayda olaraq, qeyri-konstitusion yolla hökumət yarandıqda meydana çıxır. == Haqqında == Ədəbiyyatlarda və praktikada üstünlük təşkil edən fikrə əsasən tanıma öhdəliyi mövcud deyil və bu bütövlükdə tanıyan dövlətin iradəsindən asılıdır. Baxmayaraq ki, bir sıra hüquqşünasların fikrinə əsasən belə bir öhdəlik mövcuddur. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq dövlətlər dostluq münasibətlərini inkişaf etdirməlidirlər və beynəlxalq həyatın reallıqlarını nəzərə almayaraq sırf siyasi səbəblərdən hər hansı bir dövləti uzun müddət tanımamaq qeyridostluq aktı kimi qiymətləndirilə bilər. Tanınma birdəfəlik aktdır və onu geri götürmək qəbul olunmamışdır. Lakin tarixdə bu cür hallara da rast gəlinmişdir. Tanınma yeni yaranmış dövlət qarşısında geniş imkanlar açmaqla onun beynəlxalq sistemdəki mövqeyini möhkəmləndirməklə mühüm siyasi əhəmiyyət kəsb edir.
Diplomatik İnqilab
Diplomatik İnqilab — 1756-cı ildə, Avropada o vaxta qədərki ittifaqların dağılaraq yenilərinin qurulması hadisəsi. == Düşmənliklər == === İngiltərə- Fransa === İngiltərə - Fransa düşmənçiliyinin kökləri orta əsrlərə qədər gedib çıxır. XVIII əsrə gəlindiyində başda Amerika olmaq üzrə bir çox qitələrdə müstəmləkəçilik uğrunda yarışa başlayan bu iki ölkə arasında dəniz müharibələri baş verirdi, bu da qitədəki diplomatiyaya təsir edirdi. === Avstriya-Prussiya === Avstriya parçalanmış halda olan alman dövlətlərini əlinin altında tutmağa çalışırdı və bunun üçün tarixi haqlarından istifadə edirdi. Yeni-yeni böyüməkdə olan Prussiya isə kiçik dövlətləri tutaraq Avstriyanın dominantlığını təhdid edirdi. Bu iki dövlətin mənafeləri Sileziyada toqquşanda isə diplomatiya çıxılmaz vəziyyətdə qaldı. == Köhnə ittifaqlar == === İngiltərə - Avstriya === İngiltərənin quru qoşunları Fransa ilə başa çıxa bilməzdi. Buna görə də İngiltərə qitədə böyük bir hərbi gücə sahib olan Avstriya ilə yaxınlaşdı. Avstriya bütün hərbi qüvvəsini Prussiya sərhədinə yığa bilmirdi, çünki qərbində Fransa təhdidi vardı. Fransa ilə Osmanlı arasındakı ittifaq da Osmanlının düşməni olan Avstriyanı sıxışdırmaqda idi.
Diplomatik nota
Nota — bir dövlətin hökumətinin digər bir ölkənin hökumətinə rəsmi diplomatik müraciəti.Etiraz məktubu notanın mənfi növüdür.
"Diplomatik xidmətdə fərqlənməyə görə" medalı
"Diplomatik xidmətdə fərqlənməyə görə" medalı — Azərbaycan Respublikasının dövlət mükafatı. == Əsanaməsi == 1. "Diplomatik xidmətdə fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının diplomatik rütbəsi olan əməkdaşlarına aşağıdakılara görə verilir: 1.1. Azərbaycan Respublikasının xarici siyasətinin həyata keçirilməsinə verilən əhəmiyyətli töhfəyə görə; 1.2. diplomatik xidmət sahəsinə aid mühüm layihələrin hazırlanmasında və onların həyata keçirilməsində fəal iştiraka görə; 1.3. Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində mühüm işlərin görülməsinə görə; 1.4. diplomatik xidmət orqanlarında vicdanlı fəaliyyətə və xüsusi xidmətlərə görə. 2. "Diplomatik xidmətdə fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır. == Təsviri == "Diplomatik xidmətdə fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı bilavasitə dairəvi medaldan və düzbucaqlı lövhədən ibarətdir.
Azərbaycan Xalq Cümhuriyyətindəki diplomatik nümayəndəliklər
Azərbaycan Xalq Cümhuriyyətindəki diplomatik nümayəndəliklər — Azərbaycan Xalq Cümhuriyyəti dövründə xarici dövlətlərin Azərbaycandakı diplomatik heyətləri. == Bakıda == Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda xarici diplomatik nümayəndəliklər fəaliyyətə başladılar. Faəliyyət göstərən diplomatik nümayəndəliklər və nümayəndələrinin siyahısı: Böyük Britaniya Vitse konsul - Gevelke Yerləşdiyi ünvan - Kladbişenskaya küçəsi 11 ünvanındakı Rus-Asiya bankının dəftərxanası Belçika Konsul - Ayvazov Yerləşdiyi ünvan - Qorçakovskaya küçəsi 19 Yunanıstan Konsul-Kusis Yerləşdiyi ünvan - Qoqolevskaya və Molokanskaya küçələrinin tinində Gürcüstan Demokratik Respublikası Diplomatik nümayəndə - N.S.Alşibay Yerləşdiyi ünvan - Telefonnaya (indiki Yusif Məmmədəliyev) küçəsi Qrifonlu ev Ermənistan Diplomatik nümayəndə - Q.A.BekzadyanYerləşdiyi ünvan - 28 May küçəsi, 5 Danimarka Konsul - E.F.Biyerinq Yerləşdiyi ünvan - Birjevaya küçəsi, 32. Elektriçeskaya Sila şirkətinin binası İtaliya Konsul - L.Qrikurov Yerləşdiyi ünvan - Molokanskaya küçəsi, 35. Litva Konsul agent - V.İ.Miskeviç Yerləşdiyi ünvan - Pozenovskaya küçəsi, 15 İran Baş konsul - Səədül-Vəzir Yerləşdiyi ünvan - Qubernskaya küçəsi Polşa Konsul-agent - S.Rılski Yerləşdiyi ünvan - Politseyskaya küçəsi, 15 ABŞ Vitse-konsul - Randolf Yerləşdiyi ünvan - Krasnovodskaya küçəsi, 8 Ukrayna Vitse-konsul - Qolovan Yerləşdiyi ünvan - İstiqlaliyyət küçəsi, 8. Mirzəbəyov qardaşlarının evi Finlandiya Konsul-agent - Vegelius Yerləşdiyi ünvan - Balaxanı ərazisi. Nobel qardaşlarının ofisi Fransa Konsul-agent - Yemelyanov Yerləşdiyi ünvan - Vodovoznaya küçəsi İsveçrə Konsul - Klottyu Yerləşdiyi ünvan - Birjevaya küçəsi, 14 İsveç Konsul - R.K.Vanderpluq Yerləşdiyi ünvan - Qubernskaya küçəsi == Digər dövlətlər == Yaponiya hökuməti Azərbaycanla diplomatik münasibətlər yaratmağa hazır olduğunu bildirmiş, Antuan Delabus başda olmaqla Vatikan da öz nümayəndələrini Bakıya göndərmişdi. == Qeydlər == == Həmçinin bax == Azərbaycan Xalq Cümhuriyyətinin xaricdəki nümayəndəlikləri == Ədəbiyyat == Aзepбaйджанская Pecnублика (1918-1920), Документы и материалы. 1918-1920 rr., Б., 1998; Həsənov C, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920-ci illər), B., 1993.
Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik nümayəndəlikləri
Azərbaycan Xalq Cümhuriyyətinin xaricdəki nümayəndəlikləri — Azərbaycan Xalq Cümhuriyyəti Hökumətini xarici dövlətlərdə təmsil edən diplomatik missiyalar. == Osmanlı imperiyası == Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik münasibətlər yaratdığı və dostluq müqaviləsi bağladığı ilk dövlət Osmanlı imperiyası olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Osmanlı imperiyası ilə geniş və hərtərəfli diplomatik münasibətlər yaratmaq üçün Əlimərdan bəy Topçubaşovu 1918-ci ilin avqustunda fövqəladə elçi və səlahiyyətli nazir kimi İstanbula göndərmiş və ona diplomatik nümayəndə kimi bütün səlahiyyət və hüquqlar verilmişdi. Əlimərdan bəy Topçubaşov Azərbaycan nümayəndə heyətinin başçısı kimi Paris sülh konfransına (1919–1920) yola düşənə qədər, İstanbulda olduğu müddətdə, Osmanlı sultanı, Osmanlı dövlətinin baş naziri, xarici işlər, ədliyyə, hərbi, maliyyə nazirləri ilə, həmçinin xarici dövlətlərin Türkiyədəki nümayəndələri ilə görüşmüş, geniş diplomatik danışıqlar aparmış, beynəlxalq sülh konfransına hazırlıqla bağlı məsələləri müzakirə etmiş etmişdir. Əlimərdan bəy Topçubaşov İstanbuldakı Antanta dövlətlərinin diplomatik nümayəndələrinə Azərbaycan Xalq Cümhuriyyəti adından memorandum təqdim etmişdir. Cənubi Qafqazın hər üç millətinin mənafeyinin ədalətlə nəzər alındığı bu memorandumun surətləri erməni və gürcü nümayəndələrinə də təqdim olunmuşdu. Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi missiyaya Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin nümayəndəsi Səlim bəy Behbudov, Əlimərdan bəy Topçubaşovun iki katibi (Mustafa bəy Vəkilov və Rəşid bəy Topçubaşov) daxil idilər. Azərbaycan Xalq Cümhuriyyətinin İstanbulda diplomatik nümayəndəsi Yusif bəy Vəzirov (Çəmənzəminli), onun müavini və maliyyə müşaviri isə Cahangir bəy Qayıbov idi. === Batum === Azərbaycan Xalq Cümhuriyyəti illərində Batumda baş konsulu Mahmud bəy Əfəndiyev olmuşdu. == Paris Sülh Konfransı == 1918-ci ilin dekabrında Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti Paris sülh konfransında iştirak etmək üçün tam səlahiyyətli və geniş hüquqa malik olan nümayəndə heyəti göndərmək haqqında qərar qəbul etdi.
Azərbaycanda yerləşən diplomatik nümayəndəliklərin siyahısı
ABŞ
Azərbaycandakı diplomatik nümayəndəliklərin siyahısı
ABŞ
Azərbaycanın diplomatik nümayəndəliklərinin siyahısı
== Avropa ==
Ermənistanın diplomatik nümayəndəliklərinin siyahısı
Ermənistanın diplomatik nümayəndəliklərinin siyahısı (erm. Հայաստանի դիվանագիտական ներկայացուցչությունների ցանկ[խմբագրել) Ermənistan Respublikasının xarici ölkələrdə yerləşən diplomatik nümayəndəliklərinin siyahısını özündə birləşdirir. Rusiya, Fransa, İran, ABŞ, Livan, Argentina və Ukrayna kimi erməni diasporunun aktiv olduğu ölkələrdə Ermənistanın səfirlikləri mövcuddur. Ümumilikdə ölkənin 4 qitədə, 42 səfirliyi və 8 konsulluğu mövcuddur. Dağlıq Qarabağın işğal edilməsinə görə Ermənistan Pakistan tərəfindən müstəqil dövlət kimi tanınmır.
Türkiyənin diplomatik missiyalarının siyahısı
Türkiyənin diplomitik missiyalarının siyahisı — Türkiyə Respublikasının ölkələr arasında 1924-cü ildə 39 diplomotik əlaqəsi olmasına baxmayaraq, hal-hazırda isə 228 rəsmi ölkələrlə diplomatik əlaqələri var. Bunlardan 134 konsulluq, 12 daimi nümayəndəlik, 81 baş konsulluq ofisləri fəaliyyət göstərir. Türkiyə Respublikası Ermənistanla hələ də heç bir diplomatik əlaqə qurmur.
Türkiyənin diplomatik nümayəndəliklərinin siyahısı
Türkiyənin diplomitik missiyalarının siyahisı — Türkiyə Respublikasının ölkələr arasında 1924-cü ildə 39 diplomotik əlaqəsi olmasına baxmayaraq, hal-hazırda isə 228 rəsmi ölkələrlə diplomatik əlaqələri var. Bunlardan 134 konsulluq, 12 daimi nümayəndəlik, 81 baş konsulluq ofisləri fəaliyyət göstərir. Türkiyə Respublikası Ermənistanla hələ də heç bir diplomatik əlaqə qurmur.
Ukraynanın diplomatik nümayəndəliklərinin siyahısı
Ukraynanın diplomatik nümayəndəliklərinin siyahısı. Ukraynanın xarici siyasət prioritetlərinin reallaşdırılması və milli maraqlarının təminatı üçün 1992-ci ildə 18 ölkədə səfirlik fəaliyyətə başlamışdır. Bu ölkələrə Böyük Britaniya, İtaliya, Kanada, Almaniya, ABŞ, Polşa, Rusiya, Avstriya, Belçika, Belarus, Yunanıstan, Gürcüstan, İsrail, İran, Rumıniya, Macarıstan, Finlandiya, Çexiya aiddir. Həmçinin, Ukraynanın Nyu-York, Çikaqo və Münhendə Baş Konsulluqları açılmışdır. 1993-cü ildə 15 ölkədə səfirlik işə başlamışdır. Bu ölkələrə Argentina, Bolqarıstan, Qvineya, Estoniya, Misir, Hindistan, Çin, Litva, Moldova, BƏƏ, Slovakiya, Özbəkistan, Fransa, İsveçrə aiddir. Həmçinin, Torontoda da Baş Konsulluq fəaliyyətə başlamışdır. 1994-cü ildə Ukraynanın Qazaxıstan, Kuba Respublikası, Türkiyədə səfirlikləri, Qdansk və İstanbulda isə Baş Konsulluqları işə başlamışdır. 2019-cu ilin yanvar ayına əsasən Ukraynanın aşağıdakı diplomatik nümayəndəlikləri mövcuddur: 83 səfirlik. Liviya və Suriyada yerləşən səfirliklər bu ölkələrdəki təhlükəli vəziyyətlə əlaqədar uyğun olaraq Tunis və Livana köçürülmüşdür; 22 Baş konsulluq; 11 konsulluq; 112 fəxri konsulluq; 8 beynəlxalq təşkilatlarda daimi nümayəndəlik.Seçkilər zamanı Ukraynanın bir çox səfirlikləri və konsulluqlarında müvafiq seçki dairəsinə uyğun seçki məntəqələri yaradılır.
İranın Azərbaycanda diplomatik nümayəndəliyi
İranın Azərbaycanda diplomatik nümayəndəliyi — İranı Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti yanında təmsil edən elçilik. == Tarixi == İranın Bakıda konsulluğu 19-cu əsrin 70-ci illərindən fəaliyyət göstərirdi. Çarizmin devrilməsindən (1917) sonra konsulluğun fəaliyyəti daha da canlandı. Lakin İran hökuməti Azərbaycanın istiqlaliyyətini elan etməsini dərin narahatlıqla qarşıladı. Çünki İranın hakim dairələri Azərbaycanın şimalında müstəqil dövlətin yaranmasına Cənubi Azərbaycanın əldən çıxması təhlükəsi kimi baxırdılar. Buna görə də, İran hökuməti Azərbaycan Xalq Cümhuriyyətini tanımağa və onunla diplomatik əlaqələr yaratmağa tələsmirdi. 1918-ci ilin yayında Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması haqqında istiqlal bəyannaməsinin surəti İstanbuldakı Azərbaycan nümayəndə heyəti tərəfındən oradakı İran konsulluğuna təqdim olunduqda, konsulluq Azərbaycan adlı dövlətin müstəqilliyini tanımadığını bildirdi və bu sənədi qəbul etmədi. İranın Azərbaycana münasibətində 1918-ci ilin axırından — Azərbaycan Xalq Cümhuriyyətinin qonşu dövlətlərin, o cümlədən, İranın ərazi bütövlüyünə hörmətlə yanaşdığını yəqin etdikdən sonra başladı. İranın Bakıdakı baş konsulu Azərbaycan Parlamentinin açılış mərasimində (1918, 7 dekabr) iştirak etdi. 1918-ci ilin sonunda Paris sülh konfransına gedən İran xarici işlər naziri Əliqulu xan Ənsari yolüstü 2 gün Bakıda qalaraq, Azərbaycan hökuməti ilə danışıqlar apardı.
İslandiyanın diplomatik nümayəndəliklərinin siyahısı
İslandiyanın diplomatik nümayəndəliklərinin siyahısı (isl. Sendiráð Íslands) - İslandiyanın xarici ölkələrdə yerləşən diplomatik nümayəndəliklərinin siyahısını özündə birləşdirir. İslandiyanın Afrikada 3, Şimali Amerikada 2, Asiyada 3 və Avropa qitəsində 12 səfirliyi yerləşir. Farer adalarında ilk konsulluq şöbəsi yaratmış dövlət İslandiyadır. Ölkənin Danimarkanın ərazisi hesab olunan Qrenlandiyanın paytaxtı Nuuk şəhərində də konsulluq şöbəsi yerləşir. Kanadanın Manitoba əyalətinin mərkəzi Vinnipeq şəhərində yerləşən konsulluq şöbəsi fəaliyyət və əhəmiyyətinə görə daha önəmli hesab olunur.
İtaliyanın diplomatik nümayəndəliklərinin siyahısı
İtaliyanın diplomatik nümayəndəliklərinin siyahısı (it. Rappresentanze diplomatiche d'Italia) - İtaliyanın xarici ölkələrdə yerləşən diplomatik nümayəndəliklərinin siyahısını özündə birləşdirir. İtaliya dünya ölkələri arasında ən geniş diplomatik nümayəndəlik ofislərinə sahib olan ölkədir. İtaliya eyni zamanda sərhədləri daxilində səfirlik yerləşən yeganə ölkədir. Vatikanda ölkənin səfirliyi fəaliyyət göstərir.
"Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)" yubiley medalı
"Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)" yubiley medalı — Azərbaycan Respublikasının dövlət təltifi. == Əsasnaməsi == "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)" yubiley medalı Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli Qanunu ilə təsdiq edilmişdir. Maddə 1. Təltif edilən şəxslər "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, diplomatik xidmətdə yüksək nəticələr əldə edən diplomatik xidmət əməkdaşları, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər, diplomatik xidmət orqanlarının veteranları, habelə Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində fəal iştirak edən və diplomatik xidmət orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif edilirlər.Maddə 2. Təltif edən orqan "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.Maddə 3. Taxılma qaydası "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır. == Təsviri == Maddə 1. Medalın ümumi təsviri "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra — medal) diametri 36 mm olan, qızıl suyuna çəkilmiş dairəvi bürünc lövhədən ibarətdir. Maddə 2. Medalın ön tərəfi 2.1.
"Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)" yubiley medalı

"Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919-2009)" yubiley medalı
"Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919–2009)" medalı — Azərbaycan Respublikasının dövlət mükafatı. == Əsasnamə == 1. "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919–2009)" Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, diplomatik xidmətdə yüksək nəticələr əldə edən diplomatik xidmət orqanlarının diplomatik xidmət əməkdaşları, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər, diplomatik xidmət orqanlarının veteranları, habelə Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində fəal iştirak edən və diplomatik xidmət orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif edilirlər. 2. "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919–2009)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci bəndində göstərilən şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər. 3. "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919–2009)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır. == Təsviri == "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919–2009)" Azərbaycan Respublikasının yubiley medalı bilavasitə dairəvi medaldan və düzbucaqlı lövhədən ibarətdir. Medalın diametri 35 mm-dir, hər iki üzü qızılı rəngli dairəvi metal lövhədən ibarətdir, içərisində iki dairə yerləşdirilmişdir. Birinci dairədə yuxarı qövs boyunca "AZƏRBAYCAN RESPUBLİKASI", aşağı qövs boyunca "DİPLOMATİK XİDMƏTİ" sözləri həkk olunmuşdur.
"Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919–2009)" yubiley medalı

"Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)" yubiley medalı
"Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)" yubiley medalı — Azərbaycan Respublikasının dövlət təltifi. == Əsasnaməsi == "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)" yubiley medalı Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli Qanunu ilə təsdiq edilmişdir. Maddə 1. Təltif edilən şəxslər "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, diplomatik xidmətdə yüksək nəticələr əldə edən diplomatik xidmət əməkdaşları, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər, diplomatik xidmət orqanlarının veteranları, habelə Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində fəal iştirak edən və diplomatik xidmət orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif edilirlər.Maddə 2. Təltif edən orqan "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.Maddə 3. Taxılma qaydası "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır. == Təsviri == Maddə 1. Medalın ümumi təsviri "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra — medal) diametri 36 mm olan, qızıl suyuna çəkilmiş dairəvi bürünc lövhədən ibarətdir. Maddə 2. Medalın ön tərəfi 2.1.
"Diplomatik xidmətə verilən töhfəyə görə" medalı
"Diplomatik xidmətə verilən töhfəyə görə" medalı — Azərbaycan Respublikasının dövlət təltifi. == Medal haqqında == "Diplomatik xidmətə verilən töhfəyə görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı xidmətlərinə görə təltif edilirlər: Diplomatik xidmət sahəsində səmərəli fəaliyyətə görə; Beynəlxalq əməkdaşlıq sahəsində əlaqələrin inkişafında və möhkəmləndirilməsində göstərilən xidmətlərə görə; Sülhün və xalqlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinin təşviqinə görə; Azərbaycan Respublikasının xarici siyasətinin həyata keçirilməsinə verilən əhəmiyyətli töhfəyə görə; Azərbaycan Respublikasının beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafında göstərilən xidmətlərə görə; Azərbaycan dilinin və mədəniyyətinin təbliğinə görə; Xaricdə yaşayan azərbaycanlılara dəstək məqsədilə həyata keçirilmiş layihələrə görə."Diplomatik xidmətə verilən töhfəyə görə" Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər. "Diplomatik xidmətə verilən töhfəyə görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır. == Medalın təsviri == "Diplomatik xidmətə verilən töhfəyə görə" Azərbaycan Respublikasının medalı (bundan sonra — medal) diametri 36 mm olan, qızıl suyuna çəkilmiş dairəvi bürünc lövhədən ibarətdir. Medalın ön tərəfi iki çevrə ilə konturlanmışdır. Xarici və daxili çevrələrin arasında yuxarı qövs boyunca "AZƏRBAYCAN RESPUBLİKASI" sözləri, aşağı qövs boyunca "DİPLOMATİK XİDMƏTƏ VERİLƏN TÖHFƏYƏ GÖRƏ" sözləri yazılmışdır. Yazıların arasında, sol və sağ tərəflərdə səkkizguşəli ulduz yerləşdirilmişdir. Medalın daxili çevrəsinin mərkəzindən aşağı yer kürəsinin təsvirini əks etdirən meridianlar və paralellər təsvir edilmişdir. Yer kürəsinin təsvirinin alt hissəsindən sol və sağ tərəflərdə qövs boyunca daxili dairənin yuxarı tərəfinə doğru dəfnə yarpaqlarından ibarət çələng yerləşdirilmişdir. Yer kürəsinin təsvirinin üst tərəfində, sol və sağ tərəfdəki çələngin arasında aypara və ulduz təsvir edilmişdir.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası
ADA Universiteti — Azərbaycan Respublikasının Bakı şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarix == İnformasiya Texnologiyaları Universiteti Azərbaycan Respublikasında informasiya cəmiyyəti quruculuğu istiqaməti üzrə yüksək hazırlığa malik kadr potensialının formalaşdırılmasını təmin edən ali təhsil müəssisəsi idi. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 1 fevral 2013-cü ildə yaradılmışdır. İnformasiya Texnologiyaları Universitetinin və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının əsasında, 13 yanvar 2014-cü ildə "ADA" Universiteti yaradılması ilə fəaliyyəti başa çatmışdır.Universitetin tarixi 2006-cı ildən başlayır. Belə ki, 2006-cı ilin martında Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində Azərbaycan Diplomatik Akademiyası adı altında ali təhsil müəssisəsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının və Azərbaycan Respublikasında İnformasiya Texnologiyaları Universitetinin əsasında ADA Universiteti yaradılmışdır. Əsas məqsədi diplomatiya, ictimai münasibətlər, biznes, informasiya texnologiyaları və sistem mühəndisliyi üzrə qlobal liderlər hazırlamaqdır. Akademiyanın əsasını qoyan rektor, Azərbaycan Xarici İşlər Nazirinin müavini və Azərbaycanın ABŞ-dəki sabiq səfiri Hafiz Paşayevdir.2012-ci ildə Bakı şəhərində "Dədə Qorqud" parkı yaxınlığında yerləşən yeni "Green and Smart" kampusuna köçmüşdür. 2009-cu ildən magistr pilləsi, 2011-ci ildən bakalavr pilləsində ali təhsil verir. == Tərkibi == Hazırda, universitetin nəzdində 4 institut fəaliyyət göstərir: İctimai və Beynəlxalq Münasibətlər İnstitutu Biznes İnstitutu İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutu Təhsilin İdarə Edilməsi İnstitutuBundan əlavə, 2022/2023-cü tədris ilindən etibarən ADA Universitetinin Qazax Mərkəzi fəaliyyətə başlamışdır.
Azərbaycan Xalq Cümhuriyyətinin Dağlılar Respublikasında diplomatik nümayəndəliyi
Azərbaycan Xalq Cümhuriyyətinin Dağlılar Respublikasında diplomatik nümayəndəliyi — Azərbaycan Xalq Cümhuriyyətinin xarici ölkələrdə yaratdığı diplomatik nümayəndəliklərdən biri. 1919 ilin fevral-sentyabr aylarında fəaliyyət göstərmişdir. == Yaranması == 1919-cu ildə Könüllü ordunun Dağıstana doğru irəliləməsi və bir sıra yaşayış məntəqələrini öz nəzarəti altına götürməsi müstəqil dağlı dövlətinin mövcudluğunu böyük sual altında qoymuşdu. Hadisələrin belə şəkil alması təbii ki, Azərbaycanda da ciddi həyəcan və əndişə doğurmuşdu. Məclisi-Məbusanın 6 mart tarixli iclasında Şimali Qafqazdakı vəziyyət xüsusi müzakirə mövzusuna çevrilmişdi. İclasda Müsavat fraksiyası adından danışan Məhəmməd Əmin Rəsulzadə Azərbaycan və dağlı xalqlarının tarixi taleyinin və müstəqillik mübarizəsinin biri-biri ilə sıx bağlı olduğunu, hər iki ölkəyə qarşı yönələn təhlükənin də eyni mənbədən qaynaqlandığını göstərərək demişdi: Cümhuriyyət Hökuməti Dağlılar Respublikası ilə müntəzəm əlaqələr yaratmaq, Şimali Qafqazda baş verən siyasi və hərbi prosesləri yaxından izləmək üçün 1919-cu ilin əvvəlində Dağlılar Respublikasında diplomatik nümayəndəlik yaratmağı qərara aldı. Fevralın ilk günlərində Dağlılar Respublikası hökuməti Əbdürrəhim bəy Haqverdiyevin diplomatik nümayəndə təyin olunmasına razılıq verdi. Fevralın 25-də Azərbaycan Hökuməti Ə.Haqverdiyevi bu vəzifəyə təyin etdi və Temirxan-Şuraya göndərdi. Azərbaycan diplomatik nümayəndəliyi martın 28-də Temirxan-Şurada fəaliyyətə başladı və elə həmin gün Azərbaycan Xarici İşlər Nazirliyinə Denikin ordusunun və rus kazaklarının Terek vilayətinə, həmçinin Çeçenistana hücum etmələri haqqında məlumat göndərdi. Ə.Haqverdiyev 1919-cu il martın 30-da öz etimadnaməsini Dağlılar Respublikası hökumətinin sədrinə təqdim etdi, 31-də isə bütün nazirlərlə görüşdü və Dağlılar parlamentinin iclasının iştirakçısı oldu.
Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistandakı diplomatik nümayəndəliyi
Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistandakı diplomatik nümayəndəliyi — Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistan Respublikasında fövqəladə və səlahiyyətli nümayəndəliyi. 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Ermənistan, Gürcüstan, Osmanlı imperiyası, Dağlılar Respublikası və Türküstanda diplomatik nümayəndəliyi, İranda səfirliyi, Kuban və Don hökumətləri yanında səlahiyyətli nümayəndəsi, Paris Sülh Konfransında səlahiyyətli nümayəndə heyəti fəaliyyət göstərmişdir. Həmin illərdə Bakıda isə Böyük Britaniyanın, Ermənistanın, Belçikanın, Yunanıstanın, Gürcüstanın, Danimarkanın, İtaliyanın, Litvanın, İranın, Polşanın, ABŞ-nin, Ukraynanın, Finlandiyanın, Fransanın, İsveçrənin, İsveçin diplomatik nümayəndəlikləri, konsulluqları, konsul agentləri fəaliyyət göstərirdi. == Diplomatik nümayəndəliyin yaradılmasında məqsəd == Azərbaycan Xalq Cümhuriyyətinin diplomatiya tarixində ən gərgin münasibətləri, şübhəsiz ki, Ermənistanla olmuşdur. Hələ müstəqillikdən öncə erməni silahlı dəstələri indiki Ermənistan ərazisində yerli azərbaycanlılara qarşı kütləvi qırğınlar törədirdilər. Müstəqillik əldə edildikdən sonra — 1918-ci ilin yayında Azərbaycanla Gürcüstan arasında nümayəndəlik səviyyəsində diplomatik əlaqələr qurulmuşdur. Azərbaycanla Ermənistan arasında birbaşa diplomatik münasibətlərin yaradılması isə yalnız 1919-cu ilin əvvəlində mümkün olmuşdur. Həmin vaxtadək Ermənistanla yazışmalar Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəliyi vasitəsilə həyata keçirilirdi. Azərbaycanla Ermənistan arasında diplomatik yazışmalara aid sənədlər əsasən Xalq Cümhuriyyəti Xarici İşlər və Müdafiə nazirliklərinin fondlarında, Azərbaycanın Gürcüstandakı daimi nümayəndəliyinin fondunda və Sovet Azərbaycanı Xarici İşlər Komissarlığının fondlarında saxlanılır. 1918-ci il mayın 28-də dövlət müstəqilliyinin elan edilməsindən yarım ildən artıq vaxt keçməsinə baxmayaraq, Ermənistanla Azərbaycan arasında birbaşa diplomatik münasibətlər qurulması mümkün olmamışdı.
Azərbaycan Xalq Cümhuriyyətinin Gürcüstanda diplomatik nümayəndəliyi
Azərbaycan Xalq Cümhuriyyətinin Gürcüstanda diplomatik nümayəndəliyi — Azərbaycan Xalq Cümhuriyyətini Gürcüstan Demokratik Respublikasında təmsil edən elçilik. 1918-ci ilin iyun ayında təsis edilmişdi. == Fəaliyyəti == 1918-ci ilin iyun ayında təsis edilmiş diplomatik nümayəndəliyə Azərbaycan Milli Şurasının üzvü Məmməd Yusif Cəfərov təyin olunmuşdu. Azərbaycan Hökuməti Gəncəyə köçdükdən (1918,16 iyun) sonra iki ölkə arasında müntəzəm əlaqələrin qurulması və inkişaf etdirilməsində bu nümayəndəliyin misilsiz rolu oldu. M.Y.Cəfərovun 1918-ci il iyunun 21-də Xarici İşlər Nazirliyinə ünvanladığı məxfi məlumatında Gürcüstan hökumətinin Azərbaycanla münasibətləri yaxşılaşdırmaq istəyi, keçmiş Zaqafqaziya hökumətinin əmlakının bölüşdürülməsi təklifi, Gürcüstandakı alman alayının Bakıya hərəkət etmək niyyəti haqqında bilgi verildi. İyunun 22-də isə Azərbaycan xarici işlər naziri ona tapşırıq verdi ki, Azərbaycan Hökumətinin mübahisəli ərazilər məsələsinə baxılması üçün xüsusi komissiya yaradılması haqqında təklifini Gürcüstan və Ermənistan hökumətlərinə çatdırsın. Qeyd etmək lazımdır ki, Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəsi ilk vaxtlar Azərbaycan Hökumətinin tapşırıqlarını Ermənistan hökumətinə çatdırmaq funksiyasını da icra etməli oldu. Çünki Azərbaycan Hökuməti yalnız 1918-ci il sentyabrın 12-də Ermənistan Respublikasında diplomatik nümayəndəlik yaratmağı qərara aldı. 1918-ci il avqustun 15-də Məmməd Yusif Cəfərov Azərbaycan Hökuməti adından Ermənistan Respublikasının Gürcüstandakı işlər vəkili A.Camalyana nota verərək, Andronikin başçılığı ilə erməni hərbi hissələrinin Zəngəzur və Şuşa bölgələrinə soxulmasını Azərbaycan Respublikasına qarşı düşmənçilik aktı kimi dəyərləndirmiş və bu hərbi birləşmələrin dərhal geri çağırılmasını tələb etmişdi. Azərbaycan Hökumətinin 1918-ci il, 12 iyul tarixli qərarı ilə Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəliyinin 1 katib, 1 kargüzar, 1 makinaçı və 1 kuryerdən ibarət ştat tərkibi müəyyən edildi.
Azərbaycan Xalq Cümhuriyyətinin Krımdakı diplomatik nümayəndəliyi
Azərbaycan Xalq Cümhuriyyətinin Krımdakı diplomatik nümayəndəliyi — Azərbaycan Xalq Cümhuriyyətinin Krım hökuməti və Krım türkləri ilə əlaqə saxlamaq üçün təsis etdiyi elçilik. == Haqqında == Krım hökuməti 1918-ci il iyunun 25-də Simperopolda yaradılmışdı. Baş naziri general-leytenant Süleyman bəy Sulkeviç, xarici işlər naziri Cəfər əfəndi Seyid Əhməd idi. Azərbaycan hökuməti 1918-ci il oktyabrın 23-də Krım hökuməti yanında diplomatik nümayəndəlik təsis etməyi qərara aldı. 1918-ci il, noyabrın 1-dən Azərbaycan Ukraynadakı diplomatik nümayəndəsi Miri bəy Vəzirova (Yusif Vəzir Çəmənzəminlinin qardaşı) Azərbaycan Xalq Cümhuriyyəti Krımda da təmsil etmək tapşırıldı. Öz növbəsində, Krım hökuməti də qarşılıqlı əlaqələr yaratmaq, Qara dəniz hövzəsi, xüsusən də limanları ilə bağlı razılaşdırılmış siyasət məsələlərini müzakirə etmək üçün öz nümayəndəsi Əli Aleksandroviçi 1918-ci il noyabrın əvvəllərində Azərbaycana göndərdi.Azərbaycan Xalq Cümhuriyyətinin Krıma göndərdiyi nümayəndələr bölgədə fəaliyyət göstərən hökumətlərlə, xüsusilə də Krım türkləri ilə sıx əlaqələr qurmaq məqsədidaşıyırdılar. 1918-ci il noyabrın 16-da Süleyman bəy Sulkeviçin başçılıq etdiyi Krım hökuməti istefa verdi. Keçmiş duma üzvü S.S. Krım yeni hökumət yaratdı. Konstitusiyalı Demokratiya Partiyası üzvlərindən təşkil edilmiş bu hökumət 1919-cu ilin əvvəllərində Denikin ordusu Krıma daxil olduqdan sonra yerli müsəlmanlara — türk-tatar əhalisinə qarşı repressiyaları gücləndirdi. Krım türkləri öz hüquqlarını qorumaq üçün bu hökumətə daxil olmayaraq, ayrıca milli hökumət-direktoriya və parlament yaratdılar.
Azərbaycan Xalq Cümhuriyyətinin Kuban və Donda diplomatik nümayəndəliyi
Azərbaycan Xalq Cümhuriyyətinin Kuban və Donda diplomatik nümayəndəliyi — Azərbaycan Xalq Cümhuriyyətinin Kuban hökuməti və Şimali Qafqaz xalqları ilə əlaqə saxlamaq üçün təyin etdiyi diplomatik nümayəndəlik. == Nümayəndəliyin açılması == Rusiyada bolşeviklər hakimiyyəti ələ keçirəndən sonra Kuban Qanunverici Radası və Kuban hökuməti yaradılmışdı. Mərkəzi Yekaterinodar (indiki Krasnodar) şəhəri idi. Cəfər bəy Rüstəmbəylinin hökumətin qərarı ilə Azərbaycan Respublikasının Kuban və Krımda diplomatik nümayəndə və ticarət müvəkkili təyin edilməsi haqqında məlumat 23 mart 1919-cu il tarixli 61№-li "Azərbaycan" qəzetində də dərc edilmişdir. 1919-cu il iyunun 26-da C. Rüstəmbəyova Azərbaycan Xalq Cümhuriyyətini Don hökuməti yanında da təmsil etmək mandatı verildi. == Nümayəndəliyin fəaliyyəti == C. Rüstəmbəyov Azərbaycan Xarici İşlər Nazirliyinə ünvanladığı raportda 1919-cu il iyunun 1-də Yekaterinodarda ingilis hərbi missiyasının rəisi general Briqqslə görüşməsi, ingilis komandanlığının Azərbaycanla Cənubi Rusiya Silahlı qüvvələri (Könüllü ordu) baş komandanı general Denikin arasında normal münasibət qurulmasında maraqlı olması, iyunun 3-də Briqqsin vasitəçiliyi ilə Denikinlə görüşməsi və onun Azərbaycanla diplomatik nümayəndəlik mübadiləsinə hazır olması haqqında məlumat vermişdi. Azərbaycanın diplomatik nümayəndəsinin 1919-cu il iyunun 11-də göndərdiyi raportda Kuban Radasında federasiya və müstəqillk tərəfdarları ilə Denikin arasında münasibətlərin gərgin olması, Kuban hökumətinin Denikinə qarşı mübarizə məsələlərini müzakirə etmək üçün Rusiyanın cənubunda yeni yaranmış dövlətlərin, o cümlədən Cənubi Qafqaz respublikaları nümayəndələrinin iştirakı ilə konfrans çağırmaq haqqında xəbər verilirdi. Raportda kubanlıların Denikinə inanmamaları, kazakları öz tərəflərinə çəkməklə müstəqilliklərini qorumağa çalışmaları, yalnız Ukrayna hüdudlarında bolşeviklərə qarşı mübarizə aparmaq istəmələri də qeyd olunmuşdu. 1919-cu il iyunun 26-da Azərbaycan Xarici İşlər Nazirliyinin C. Rüstəmbəyova göndərdiyi təlimatda Azərbaycan Hökumətinin Denikinlə diplomatik nümayəndəlik mübadiləsinə razılıq vermədiyi, Denikin ordusu hissələrinin Dağıstandan çıxarılması tələbi əks olunmuşdu. Azərbaycan Hökuməti Kuban və Donla iqtisadi əlaqələr yaratmağa çalışır, ağ neft və digər neft məhsulları əvəzində taxıl almağı planlaşdırırdı.
Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı dövlətində diplomatik nümayəndəliyi
Azərbaycanın Türkiyədə Diplomatik Nümayəndəliyi — Azərbaycan Xalq Cümhuriyyətini Osmanlı dövlətində təmsil edən elçilik. Azərbaycanla Türkiyə arasında ilk diplomatik təmaslar 1918-ci ilin yazında Trabzon və Batum sülh konfranslarından başlandı. 1918-ci il iyunun 18-də isə Azərbaycan Hökuməti İstanbula ilk nümayəndə heyəti göndərdi. Türkiyə hökuməti və rəsmi dairələrində yaxşı tanınan Məhəmməd Əmin Rəsulzadənin başçılıq etdiyi nümayəndə heyətinə Xəlil bəy Xasməmmədov və Aslan bəy Səfikürdski daxil idilər. Nümayəndəlik İstanbulda keçirilməsi nəzərdə tutulan beynəlxalq konfransda iştirak etməli idi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti nümayəndə heyətinə, həmçinin, Osmanlı dövləti ilə hərbi, iqtisadi, nəqliyyat və maliyyə sahələri üzrə müqavilələr bağlamaq üçün etimadnamə vermişdi. İyunun 24-də İstanbula çatan Azərbaycan nümayəndələri Osmanlı hökumətinin başçısı Tələt paşa və digər hökumət üzvləri ilə görüşlər keçirməyə, Azərbaycan Xalq Cümhuriyyəti haqqında türk ictimaiyyətinə məlumatlar çatdırmağa başladılar, mətbuata çoxsaylı müsahibələr verdilər. Nümayəndələr Azərbaycanın öz müstəqilliyini elan etməsini beynəlxalq aləmə bildirmək üçün də mühüm addımlar atdılar. İstiqlal bəyannaməsinin tam mətnini İstan-bulda olan bütün səfirlik və konsulluqlara təqdim etdilər, Almaniya, Avstriya-Macarıstan və Bolqarıstan diplomatları ilə görüşlər keçirdilər. 1918-ci ilin yayında Birinci dünya müharibəsi (1914–18) cəbhələrində Dördlər ittifaqının uğursuzluqları İstanbul konfransının başlanmasına imkan verməsə də, Azərbaycan nümayəndəliyi Osmanlı hökuməti üzvləri ilə çox əhəmiyyətli razılaşmalara nail oldu.
Azərbaycan Xalq Cümhuriyyətinin Ukraynada diplomatik nümayəndəliyi
Azərbaycanın Ukraynada diplomatik nümayəndəliyi — Azərbaycan Xalq Cümhuriyyətini Ukraynada təmsil edən elçilik. Azərbaycan Cümhuriyyətinin Nazirlər şurası 1918-ci il sentyabrın 12-də Ukraynaya işlər vəkilinin göndərilməsi haqqında qərar qəbul etdi. Qərara uyğun olaraq, 1918-ci il noyabrın 1-də Mir Yusif Vəzirov (Yusif Vəzir Çəmənzəminli) Azərbaycan Hökumətinin Ukraynada diplomatik nümayəndəsi təyin edildi. Elə həmin ay M.Y.Vəzirov Kiyevdə diplomatik fəaliyyətə başladı. Birinci dünya müharibəsində (1914–1918) "Dördlər ittifaqının məğlub olması" , Ukraynadan Almaniya, Azərbaycandan isə Osmanlı qoşunlarının geri çəkilməsi və hər iki ölkəyə Antanta qoşunlarının yeridilməsi, keçmiş Rusiya imperiyası ərazisində yaranmış hər iki yeni dövlətin həm bolşevik hakimiyyəti, həm də Denikin tərəfindən təhdid olunması onların beynəlxalq aləmdə oxşar mövqedən çıxış etmələrini zəruriləşdirdi. Buna görə Ukrayna hökuməti də Azərbaycan Xalq Cümhuriyyəti ilə sıx diplomatik əlaqə qurmaq məqsədilə 1919-ci il fevralın 8-də Azərbaycana göndərilmək üçün keçmiş daxili işlər naziri İvan Kraskovskinin başçılığı ilə xüsusi diplomatik missiya yaratdı.1919-cu ilin martında Azərbaycan və Ukrayna nümayəndəlikləri Antanta dövlətlərinin İstanbuldakı hərbi rəhbərliyinə müraciət edərək onlara Paris sülh konfransında (1919–1920) iştirak etmək üçün şərait yaradılmasını xahiş etdilər. Həmin vaxt Odessa şəhərində müttəfiqlərarası komissiya fəaliyyətə başlamışdı. Azərbaycan Hökuməti bu komissiyada ölkənin mənafeyini təmsil etmək üçün 1919-cu il martın 14-də Rüstəm bəy Sultanovu nümayəndə təyin etdi.1919-cu ilin yazında Ukraynanın Denikin ordusu tərəfindən tutulması nəticəsində Azərbaycanın Kiyevdəki diplomatik nümayəndəliyinin normal fəaliyyət göstərməsi pozuldu. M.Y.Vəzirov Odessaya getmək məcburiyyətində qaldı. Burada o, İngiltərə baş konsulu Kukla görüşərək, Azərbaycan haqqında ona ətraflı məlumat verdi.
Azərbaycan Xalq Cümhuriyyətinin İranda diplomatik nümayəndəliyi
Azərbaycan Xalq Cümhuriyyətinin İranda diplomatik nümayəndəliyi — Azərbaycan Xalq Cümhuriyyətini İran dövlətində təmsil edən elçilik. == Əlaqələrin yaradılması == Azərbaycan müstəqillik qazandıqdan sonra İranla normal qonşuluq və dostluq münasibətləri yaratmağa başladı. Azərbaycan hökuməti 1918-ci il Sentyabrın 12-də İrana nümayəndə-işlər vəkili təyin etməyi qərara aldı. Lakin İran tərəfi ilk vaxtlar AXC-ni tanımaq və onunla diplomatik əlaqələr qurmaqdan imtina etdi. 1918-ci il, sentyabrın 6-da Azərbaycanın İstanbuldakı nümayəndə heyətinin başçısı Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Xarici İşlər nazirinə məlumat verdi ki, Şimali Azərbaycanda müstəqil dövlətin yaradılması barədə İstiqlal bəyannaməsinin surətini buradakı İran konsulluğuna təqdim etmiş, İran konsulu isə bu sənədu zərfə qoyub geri qaytarmış, ona əlavə olunmuş vərəqdə bildirmişdi ki, o, Azərbaycan adında dövlətin müstəqilliyini tanımır. 1918-ci ilin yazında Osmanlı qoşunlarının Cənubi Azərbaycana daxil olmasından sonra Şimali Azərbaycan vətəndaşlarınınn hüquqlarını qorumaq məqsədi ilə Təbrizdə Azərbaycan konsulluğu fəaliyyətə başladı. Konsulluğa ilk dövrdə Teymur bəy Məlik-Aslanov, sonra Yusif Ziya və Rauf bəy Səfərəlibəyli başçılıq etmişdilər. Rauf bəy Təbrizdə ermənilər tərəfindən güllələnərək öldürülüb. İrəvandan (İrəvan) əslisi olan Raufbəy daşnakların Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin üzvləri üçün ovunun qurbanı olub. Türk qoşunlarının 1918-ci ilin noyabrında Cənubi Azərbaycanı tərk etməsindən sonra İran hökuməti bu konsulluğu bağladı.
Diplomatika
Diplomatika (amerikan ingilis. Diplomatics; britaniya ingilis. Diplomatic) - sənədlərin, xüsusən də tarixi sənədlərin kritik təhlilinə əsaslanan elmi disiplin. Sənəd yaradıcıları tərəfindən istifadə olunan konvensiyalara, protokollara və formullara diqqət yetirir və bunlardan sənədlərin yaradılması, məlumat ötürülməsi prosesləri və sənədlərin qeyd etməyi təklif etdiyi faktlar ilə reallıq arasındakı əlaqələri artırmaq üçün istifadə edir. Bu sahə əvvəlcə kral və papa kilsələri tərəfindən verilmiş rəsmi nizamnamələrin və diplomların həqiqiliyini öyrənmək və təyin etmək üçün bir vasitə kimi inkişaf etmişdir. Daha sonra eyni əsas prinsiplərin bir çoxunun digər rəsmi sənəd və hüquqi sənədlərə, xüsusi məktublar kimi qeyri-rəsmi sənədlərə və ən son olaraq elektron qeydlərin metadatasına tətbiq oluna biləcəyi qəbul edildi. Diplomatiya tarixin köməkçi elmlərindən biridir. Paleoqrafiya disiplininə bənzəsə də, qarışdırılmamalıdır.
Diplomatiya
Diplomatiya — dövlət başçılarının, hökumətlərin və xarici əlaqələr üzrə xüsusi orqanların prinsipial fəaliyyəti olub, dövlətin xarici siyasətinin məqsəd və vəzifələrini həyata keçirməkdən və dövlətin hüquq və maraqlarını xaricdə müdafiə etməkdən ibarətdir. Diplomatiya dedikdə əsasən beynəlxalq münasibətlərin iştirakçısı olan dövlət və qrupların səlahiyyətli nümayəndələri arasında danışıqların aparılması sənəti və təcrübəsi nəzərdə tutulur. Diplomatiyanın predmeti, subyekti, obyekti də dünyanın siyasi xəritəsində öz yerini tutmuş dövlətlərdir. Diplomatiya tarixinin başlıca məqsədi dövlətlərarası münasibətlərin yaranması, inkişafı və pozulma prosesini öyrənməkdən ibarətdir. Müasir dünyada dövlətlər öz mənliyini, mövcudluğunu 2 yolla təsdiq etdirir: 1) dövlətlər arası münasibətlər, yəni ikitərəfli diplomatiya; 2) çoxtərəfli münasibətlər, yəni subregional, universal təşkilatlar vasitəsi ilə tanınma.Ən qədim zamanlardan diplomatiya işi imtiyazlı dairələrin, saray elitalarının əlində olmuş, böyük bir tarixi inkişaf yolu keçərək mərasimləşmiş və məcəllələşmişdir. Tədricən dövlətlərarası münasibətlərin qayda və normalarının hüquqi bərkintisindən ibarət beynəlxalq hüquq elmi meydana gəlmişdir ki, qədim Romada bu elmi "Xalqlar hüququ" adlandırmışlar. Diplomatiya tarixinin vəzifələri çox spektrli olub bilavasitə məqsədin aydınlaşdırılmasına xidmət edir. Diplomatiya müxtəlif maddi mədəniyyət nümunələrini özündə saxlamaqdadır ki, bunlara Mani və Hammurapi qanunlarını göstərmək olar.
Diplomat
Diplomat (yun. δίπλωμα "ikiqat artırmaq") — dövlətlər yaxud beynəlxalq təşkilatlar tərəfindən digər dövlət və ya beynəlxalq təşkilatlarla diplomatik proseslərin idarə edilməsi üçün təyin olunmuş şəxs. İqtisadi, siyasi, sosial və ya mədəni baxışlar da daxil olmaqla millətlərinin xaricdəki mənafelərini qorumaq üçün beynəlxalq nümayəndələrlə tez-tez kompleks dialoqlar və danışıqlar aparırlar. Diplomatın vəzifələrinə sülhməramlılıq, müharibə, ticarət, iqtisadiyyat, mədəniyyət, ətraf mühit məsələləri və ya insan hüquqları ilə əlaqəli güclü beynəlxalq əlaqələrin yaradılması və qorunması daxildir. == Funksiyalar == Ölkənizin maraqlarını təmsil etməyin və müdafiə etməyin əsas yollarından biri ev sahibi ölkədə milli maraqlara toxuna biləcək hadisələr haqqında məlumat toplamaq, bu cür hadisələrə necə reaksiya vermək barədə Xarici İşlər Nazirliyinə tövsiyələr təqdim etmək və Xarici İşlər Nazirliyindən sonra öz mövqeyini formalaşdırmaq, onu qəbul edən ölkənin hökumətinə çatdırmaq, danışıqlarda iştirak etmək və xarici siyasətin həyata keçirilməsinin digər yolları. Dövlətlərarası münasibətlərin strategiyası və konkret məqsədləri mərkəzi xarici siyasət aparatı tərəfindən formalaşdırılır, lakin siyasətin həyata keçirilməsi ölkəni xaricdə təmsil edən diplomatlardan asılıdır. Onların işi böyük ölçüdə şəxsi keyfiyyətlərindən, qəbul etdiyi ölkədə cəmiyyətin müxtəlif nümayəndələri ilə şəxsi inamlı münasibətlər saxlamaq bacarığından asılıdır. == Tarixi == Yəhudilər, yunanlar, romalılar arasında səfirlərin hüquqlu olduğu müdafiə qanuni xarakterdən daha çox dini xarakter daşıyırdı. Səfirlər tanrıların himayəsi altına qoyulmuş və müqəddəs şəxslər mənasını daşıyırdılar. Yəhudilər və farslar arasında səfirləri təhqir etməyə görə müharibə elan etmək adi hal idi.
Diplomatiya (kitab)
Diplomatiya — keçmiş milli təhlükəsizlik müşaviri və dövlət katibi Henri Kissincerin 1994-cü ildə yazdığı kitabdır. == Haqqında == Bu, əsasən XX əsrə və Qərb dünyasına cəmləşən beynəlxalq münasibətlər və diplomatiya sənəti tarixinin süpürgəsidir. Kissincer beynəlxalq münasibətlərin realist məktəbinə (realizmə) böyük inanan biri kimi , diplomatik münasibətlərin bütün dövrlərində Birinci Dünya Müharibəsindən əvvəl Avropada qüvvələr balansı , raison d'État və Realpolitik anlayışlarına ciddi şəkildə diqqət yetirir.Kissincer, həmçinin Millətlər Liqasının Nizamnaməsində işlənmiş kollektiv təhlükəsizliyin əks realist diplomatik taktikasını tənqid edir., və öz müqəddəratını təyinetmə , bu da Liqanın prinsipi idi. Kissincer həmçinin ikinci Dünya Müharibəsindən sonra Sovet İttifaqının Şərqi və Cənubi Avropada təsir dairəsindən istifadəni araşdırır, bu arqument müasir Rusiya xarici əlaqələri tərəfindən Ukrayna , Gürcüstan və digər keçmiş Sovet peykləri ilə bağlı müdafiə olunur. Orta Asiya . Tarix Avropada XVII əsrdə başlayır, lakin sürətlə Dünya Müharibələrinə və sonra Soyuq Müharibəyə qədər irəliləyir. Kissincer kitabda dəfələrlə özünə istinad edir, xüsusən də Riçard Nikson və Cerald Fordun prezidentliklərini xatırlayarkən. Kitab Soyuq Müharibədən sonra ABŞ-ın Avropa üslubunda real siyasətə qayıtması və Vilson idealizmindən əl çəkməsi arqumenti ilə bitir. Kissincer kitabı ABŞ Xarici İşlər Nazirliyinin qadın və kişilərinə həsr edib.
Hərbi diplomatiya
Hərbi attaşelər adətən öz ölkələrinin silahlı qüvvələrində həqiqi hərbi xidmətdə olan və müəyyən müddətə diplomatik missiyaya təhkim edilən nümayəndələrindən ibarət olur. Hərbi attaşenin, eləcə də hərbi-dəniz yaxud hərbi-hava attaşesinin əsas vəzifələrindən biri, maraqların həmin dairəsinə aidiyyəti olan hadisələr haqda hesabatları öz departamentinə bilavasitə yaxud, xüsusi vacib hallarda, missiya başçısı vasitəsi ilə təqdim etməkdir. Müəyyən şəraitlərdə hərbi attaşe silahın alınmasına və ya satılmasına imkan yarada bilər və əksər ölkələrdə o eləcə də nizami qoşunların təlimlərinə dəvət olunur.
Mədəni diplomatiya
Mədəni diplomatiya və ya mədəniyyət diplomatiyası — ictimai diplomatiya və yumşaq gücün üsulu olan insanlar arasında qarşılıqlı anlamanı böyütmək məqasədi ilə fikirlərin, məlumatın, incəsənətin, dilin və mədəniyyətin başqa cəhətlərin millət və insanarası mübadilə. == Tarixi == Mədəni diplomatiyanın qədim nümunələri arasında yunanların İsgəndəriyyə kitabxanasının tikilməsini, Roma Respublikasının onunla həmsərhəd olan dövlətlərdən "dostyana kralların" oğullarını Romaya onlara təhsil vermək üçün dəvət edilməsi və Bizans İmperiyasının slavyan torpağlarında Pravoslav yevangelizmi sponsorluq etməsini qeyd oluna bilər.Soyuq müharibə dövründə mədəni diplomatiya ABŞ üçün SSRİ-nin çəpələməsinin üçün vacib cihazı olmuşdu. Fransa məktəblərin beynəlxalq şəbəkəsi vasitəsi ilə fransız dilini mədəni diplomatiya üçün iştədir.
Nota (diplomatiya)
Nota — bir dövlətin hökumətinin digər bir ölkənin hökumətinə rəsmi diplomatik müraciəti.Etiraz məktubu notanın mənfi növüdür.
Protokol (diplomatiya)
Diplomatik protokol - beynəlxalq ünsiyyətdə dövlətlər, hökumətlər, xarici işlər nazirlikləri, diplomatik nümayəndəliklər və rəsmi şəxslər tərəfindən icrası zəruri sayılan, beynəlxalq təcrübədə qəbul olunmuş qaydalar, ənənələr və şərtlərin toplusu. Lakin bütün sadalananlar heç bir dövlətin özunəməxsus adətlərini və milli ənənələrini inkar etmir. Beynəlxalq təşkilatlarda üzvlük, zirvə toplantıları, beynəlxalq konfranslar və s. diplomatik prokolsuz keçinə bilməz. "Protokol" - yunan dilindəki protokollon sözündən götürülüb, "protos" - birinci, "kollo" - yapışdırmaq deməkdir. Etimoloji mənada "protokol" sözü Bizans diplomatiyasında təntənəli mərasimlərdə tərtib edilən sənədin 1-ci hissəsini bildirirdi, bu hissədə iştirakçıların siyahısı göstərilirdi. Orta əsrlərdə protokol dedikdə sənədlərin tərtibatı və arxivləşdirilməsi qaydası başa düşülürdü. Sonralar isə diplomatiya və diplomatik xidmət anlayışlari ilə əlaqəli şəkildə işləməyə başladıqda, sənədlərin tərtibatı ilə yanaşı özündə etiket və mərasim məsələlərini də əks etdirməyə başladı. Diplomatik protokolun tələblərinə erinasızlıq, ən xırda ehtiyatsızlıq bəzən dövlətlər arasındakı əlaqələrin kəsilməsi, hətta müharibə şəraitinin yaranması ilə müşahidə oluna bilir. Diplomatik protokolda hər bir dövlətin rəmzlərinə hörmətlə yanaşılması birbaşa dövlətin suverenlik hüququna hörmətin təzahürüdür.
Rəqəmsal diplomatiya
Rəqəmsal diplomatiya (ing. Digital diplomacy; Digiplomacy; eDiplomacy) — diplomatik məqsədlərinə çatmaq üçün internetin və yeni məlumat texnologiyalarının köməyinin işlətməsi.Birləşmiş Krallığının Xarici və Birlik Ofisinin daxilində Rəqəmsal Diplomatiya Ofisi var. Bundan əlavə, İsveç rəqəmsal diplomatiyanı erkən inkişaf etməyə başlayan ölkədir və onun Xarici İşlər Naziri Karl Bildt Twitter iştədən "ən yaxşı rabitəli" lider olaraq adlandırılıb. ABŞ-də rəqəmsal diplomatiyanı inkişaf etməyə başlayan Corc Uoker Buş və 2006-cı ildə Dövlət Katibi vəzifəsinə təyyin edilmiş Kondoliza Rays idi. Rays ABŞ haqqında informasiya və dezinformasiyanın monitorinqi aparan qrupunu yaradıb. O zaman, həmçinin Dövlət Departamentinin ilk bloqu, hökumət portalı və bir sıra rəqəmsal jurnal açılıb.
Tibbi diplomatiya
Tibbi diplomatiya (ing. medical diplomacy), ictimai sağlamlıq diplomatiyası (ing. public health diplomacy), və həmçinin COVID-19 pandemiyası vaxtı yayımlamış maska diplomastiyası (ing. mask diplomacy) və ya üz maskası diplomastiyası adları altında tanımağa başlayıb — milli məqsədləri üçün xarici dövlətlərə tibbi yardımın təmini. O, adətən yumşaq gücünün nümunəsini olaraq sayılır, amma onun bərk gücə aid olan cəhətləri də var. Fəlakət diplomatiyasının bir növü.1851-ci ildə birinci Beynəlxalq Sanitar Konfransı keçirilib. Beləliklə, sərhədarası çağırış olan sağlamlıq məsələsi diplomatiyanın yeni mexanizmi olan çoxtərəfli konfransı cəlb edən ilk məsələlərdən biri idi. On illər ərzində Beynəlxalq Sanitar Kofransları üçün əsas mövzu vəba idi. == Ölkələrə görə == === Kuba === Tibbi diplomatiya Kubanın xarici siyasətinin vacib hissəsidir. 1959-cu ildə Kubanın Tibb Naziri Ernesto Çe Qevara tibbi internasionalizm anlayışını işlətməyə başlayıb.
İctimai diplomatiya
İctimai diplomatiya (ing. public diplomacy) və ya xalq diplomatiyası — xarici ictimayyətdə hökumətin strateji hədəflərinə qarşı arxainlıq və ya dözümlük qurulması məqsədi ilə hökumət hesabına xarici ictimayyətin məlumatlandırması və onlara təsir etməyin vasitəsi ilə bilavəsitə əlaqə yaradılması. == Tarix == 1965-ci ildə İctimai diplomatiya ifadəsini ilk dəfə onun müasir mənasında iştədən Fletçer Hüquq və Diplomatiya Məktəbinin dekanı olan Edmund A. Qullion idi. Bundan sonra o, ABŞ-də bir sıra səbəblərə görə işlənməyə başladı: birincisi, ABŞ-yə özünü SSRİ-dən fərqləndirmək üçün propaqanda və psixoloji hərb ifadələrə mərhəmətli əvəz lazım idi; ikincisi, ABŞ Məlumat Agentliyinin işçiləri özləri üçün diplomat statusunu əldə etmək istəyirdilər; və üçüncü, beynəlxalq mövqe haqqında vahid bir konsepsiya mərkəzləşməni nəzərdə tuturdu (Məlumat Agentliyi Amerikanın səsini idarə etməyinin davamı və o vaxt Dövlət Departentinin nəzərində olan mədəni işlərin hissəsini 1978-ci ildə öz nəzərəsinin altına köçürtmək üçün bunu bir dəlil şəkildə iştədib). O vaxtdan bəri, Soyuq Müharibənin sonuna qədər bu ifadə ABŞ-dən xaric geniş şəkildə istifadə edilmirdi. Soyuq müharibədən sonra isə, 24 saatlıq televizyanın və daha sonra internetin populyarlığı gəlməsinin və bundan əlavə Şərqi Avropada siyasi dəyişiklərin nəticəsində beynəlxalq münasibətlərdə məlumatın vacibliyi qalxıb və ictimai diplomatiya dünya ətrafında müxtərlif dövlətlər tərəfindən bir siyasət kimi qəbul olunmuşdu. == Üsulları == Nikolas C. Kull ictimai diplomatiyanın beş üsulu müəyyənləşdirib: qulaq asma (listening), tərəfdarlıq (advocacy), mədəni diplomatiya (cultural diplomacy), mübadilə diplomatiyası (exchange diplomacy) və beynəlxalq yayım (international broadcasting). Urbanizasiya və qloballaşma proseslərin nəticəsində qardaş şəhər, şəhər şəbəkələnməsi (city networking) və ağıllı şəhər kimi ictimai diplomatiya üsulları inkişaf edir.
Diplomata kurdı
Diplomat (kürd. Dîplomat) və ya "Diplomata kurdı" (kürd. Dîplomata Kurdî) — Azərbaycanda fəaliyyəti dayandırılmış kürddilli qəzet. == Tarixi == "Diplomat" həftəlik qəzeti 2003-cü ildə təsis olunmuşdur. Qəzetin təsisçisi və baş redaktoru Tahir Süleyman olmuşdur. "Diplomat" qəzeti kürd, Azərbaycan, rus və türk dillərində çap olunurdu. Qəzet Rusiyanın müxtəlif vilayətlərində, həmçinin Qazaxıstanda, Qırğızıstanda və Ukraynada yayımlanırdı."Diplomat" qəzetində Kürdüstan Fəhlə Partiyasının (PKK) liderləri Murad Karayılan və Abdullah Öcalana dəstək verən yazılar dərc olunmuşdur. Qəzetin baş redaktoru Tahir Süleyman özü Abdullah Öcalanı "milli azadlıq hərəkatının rəhbəri" adlandırmışdır. O, zaman-zaman İraqa gedərək, oradakı İraq Kürdüstanı iqtidarı ilə görüşlər keçirmişdir. Qəzetdə kürd liderlərdən alınan müxtəlif müsahibələr dərc olunmuşdur.
Diplomat (dəqiqləşdirmə)
"Diplomat" sözünün bir neçə mənası vardır: Diplomat — beynəlxalq hüquqda Xarici İşlər Nazirliyinin xarici dövlətlər və onların səlahiyyətli nümayəndələri ilə rəsmi əlaqə üçün təyin edilmiş vəzifəli şəxsi. Diplomat (portfel) — kiçik yastı çemodan.
Diplomat (qəzet)
Diplomat (kürd. Dîplomat) və ya "Diplomata kurdı" (kürd. Dîplomata Kurdî) — Azərbaycanda fəaliyyəti dayandırılmış kürddilli qəzet. == Tarixi == "Diplomat" həftəlik qəzeti 2003-cü ildə təsis olunmuşdur. Qəzetin təsisçisi və baş redaktoru Tahir Süleyman olmuşdur. "Diplomat" qəzeti kürd, Azərbaycan, rus və türk dillərində çap olunurdu. Qəzet Rusiyanın müxtəlif vilayətlərində, həmçinin Qazaxıstanda, Qırğızıstanda və Ukraynada yayımlanırdı."Diplomat" qəzetində Kürdüstan Fəhlə Partiyasının (PKK) liderləri Murad Karayılan və Abdullah Öcalana dəstək verən yazılar dərc olunmuşdur. Qəzetin baş redaktoru Tahir Süleyman özü Abdullah Öcalanı "milli azadlıq hərəkatının rəhbəri" adlandırmışdır. O, zaman-zaman İraqa gedərək, oradakı İraq Kürdüstanı iqtidarı ilə görüşlər keçirmişdir. Qəzetdə kürd liderlərdən alınan müxtəlif müsahibələr dərc olunmuşdur.
Diplomat (roman)
Diplomat romanı—(ing. The Diplomat) 1949-cu ildə Ceyms Oldric tərəfindən 1945-46-cı illərdə Cənubi Azərbaycanda baş vermiş müstəqillik hərəkatı haqqında yazılıb. Romanın baş qəhrəmanı həyatının böyük hissəsini Cənubi Azərbaycanda keçirmiş Mak-Qreqordur və bu obrazın protatipi Ceymc Oldricdir. Hadisələr Soyuq Müharibə dövründə cərəyan edir. == Diplomat romanının yazılma tarixiDiplomat romanını 1949-cu ildə Britaniya əsilli Avstraliyalı yazıçı Ceymc Oldric yazıb. İlk nəşri 1949-cu ildə Britaniyada, nəşriyyatçı "The Bodley Head", 728 səhifədən ibarət bir şəkildə yayınlayıb. == == Romanın qısa məzmunuRoman Britaniyanın Mak-Qreqor və Britaniyalı diplomat Esseksin İranda,o cümlədən,Cənubi Azərbaycanda baş vermiş üsyan nəticəsində Rusiyaya səfər etməsi ilə başlayır. Mak-Qreqor ixtisasca geoloq olsa da, Rus, İran və Azərbaycan dillərini bildiyinə görə Essekslə birlikdə gedir. Onların fikrincə, Cənubi Azərbaycanın güclənməsində Rusiyanın böyük rolu var idi. Buna görə də, bu məsələni həll etmək üçün Esseks Kremldə Molotovla görüşür. ==
Diplomat romanı