Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dietologiya
Dietologiya — Sağlamlığı öyrənən elm. Dietologiya bölməsi sağlam insanın düzgün qidalanmasıyla bağlı bütün məsələlərlə, həmçinin müxtəlif xəstəliklərdən əziyyət çəkən və xüsusi qidalanmaya ehtiyacı olan bir qrup insanların qidalanmasıyla məşğul olur. Şöbənin işi, insan sağlamlığını möhkəmlədən faktorların ayrılmaz bir hissəsinin qidalanma olmasının tam anlayışında əsaslanır. Dietologiya bölməsi artıq çəkini təhrik edən xəstəliklərin diaqnostikası və müalicəsi ilə məşğul olur. Dietologiya sadəcə yemək haqqında elm yox, artıq çəkinin səbəblərini(endokrinoloji problemlər, kardioproblemlər, qastroentroloji problemlər və s.) əks etdirən daha dərin anlayışdır. 1929-cu ildə Niderlandın Utrext Universitetinin alimi Kristian Eykman nevritə qarşı vitamin kəşfinə görə və Böyük Britaniyanın Kembric Universitetinin alimi Frederik Hopkins böyüməni stimullaşdıran vitaminlərin kəşfinə görə hər ikisi Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı adına layiq görülmüşlər.
Histologiya
Histologiya — orqanizmi təşkil edən toxumaların morfoloji-funksional xüsusiyyətlərini öyrənən tibb sahəsi. Xüsusi histologiya yaxud mikroskopik anatomiya ayrı-ayrı orqanların mikroskopik quruluşunu öyrənir. İlk dəfə bitki toxumaları və hüceyrələri haqqında anlayışı 1665-ci ildə fizik Robert Huk irəli sürmüşdür. Sonralar bitki və heyvan toxumalarının hüceyrəvi quruluşunu 1671–1695-ci illərdə M.Malpigi, N. Gryu və Antoni van Levenhuk təsvir etmişdir. Antoni van Levenhuk 300 dəfə böyüdən mikroskop ilə eritrositlərin kapilyarlarda hərəkətini, spermanı, eninə zolaqlı əzələ liflərini, sinir liflərini və s. quruluşunu öyrənmişdir. XVII–XVIII əsrlərdə mikroskopiki tətqiqatların müvəffəqiyyətlərinə baxmayaraq, mikroskopların aşağı keyfiyyətdə olması və preformasiya nəzəriyyəsinə görə bu tədqiqatlar geniş yayılmadı. Bu nəzəriyyəyə görə təbiətdə heç bir şey yenidən əmələ gəlmir, orqanizmin inkişafı cinsiyyət hüceyrələrində əvvəlcədən qoyulmuş mayaların hesabına olur. Preformistlər spermada kiçik formalaşmış insanı axtarırdılar. Bəziləri qeyd edirdilər ki, Adəmin (ə.
Litologiya
Litologiya (q.yun. λίθος ("daş") + λόγος ("elm"); ing. Sedimentology) — çöküntülər, çökmə süxurlar haqqında olan geoloji elm sahəsi. Qərbi Avropada və ABŞ-də bu elm sedimentologiya adlanır.
Sitologiya
Sitologiya və ya hüceyrə biologiyası (yun. sitos — hüceyrə, loqos - elm) — hüceyrələrin fiziologiyasını, quruluşunu, tərkibindəki orqanoidləri, ətraf mühitlə əlaqəsini, həyat dövrünü, bölünməsi və ölümünü öyrənən elmdir. Bu proses həm molekulyar, həm də mikroskopik miqyasda həyata keçirilir. Sitologiya tədqiqatları bakteriya və protozoa kimi təkhüceyrəli orqanizmlərdən tutmuş insanlar kimi çoxhüceyrəli orqanizmlərə qədər dəyişir. Sitologiyanın əsası bir elm kimi təxminən 100 il əvvəl qoyulmasına baxmayaraq, hüceyrə özü 1665-ci ildə Robert Huk kəşf edilmişdir və ona hüceyrə (hücrə) adı vermişdir. == Hüceyrə == Hüceyrəni öyrənən elm sahəsi sitologiya adlandırılmışdır. O da bioloji elmlər sırasına daxildir. Müasir sitologiya hüceyrənin mikroskopik və ultra mikroskopik quruluşundan, onun funksiyasından, inkişafından, kimyəvi təşkil xüsusiyyətlərindən, fiziki-kimyəvi xassələrindən, özünü törətməsi, regenerasiyası, mühitə uyğunlaşmasından bəhs edən elmdir. Hüceyrə orqanizmin çoxalan elementar canlı hissəsidir. Ona görə də biologiyanın inkişafı bir çox cəhətdən sitologiyanın inkişafı ilə əlaqədardır.