Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dofine
Dofine (fr. Dauphiné Fransızca tələffüz: [dofine]) — Fransanın cənub-şərqində yerləşən tarixi bölgə. Fransa dofeni titulu Dofine bölgəsindən meydana gəlmişdir. İlk dəfə 1349-cu ildə bölgənin şahzadəsi V Şarla verilmişdir. Şarl hökmdar olduqdan sonra həmin regionu və titulu ən böyük oğluna ötürmüşdür. Beləliklə, bu titul "taxta ən yaxın prens və ya prenses" mənasında, yəni "vəliəhd" mənasında işlənmişdir.
Double Double Whammy
Double Double Whammy — Deyv Benton və Mayk Karidi tərəfindən 2011-ci ilin oktyabrında yaradılmış müstəqil musiqi şirkəti. Onlar şirkəti Nyu-Yorkdakı SUNY kollecində təhsil alarkən təsis etmişdilər.
Aeonium nobile
Aeonium nobile (lat. Aeonium nobile) — dovşankələmikimilər fəsiləsinin aeonium cinsinə aid bitki növü.
Alangium nobile
Alangium nobile (lat. Alangium nobile) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinin alangium cinsinə aid bitki növü.
BenQ Mobile
BenQ-Siemens == Haqqında == BenQ-Siemens, 2005-ci ildə BenQ Siemens Mobil Qrupunu alarkən təsis edilmişdir. Məqsəd BenQ-in həyat tərzi təcrübəsini, dizayn qrupunu və Siemens-in mühəndis imkanlarını bir araya gətirmək idi. Mobil rabitədə yeni bir lider yaratmaq. Yeni qurulan şirkət 2006-cı ildə ən çox iF məhsul dizayn mükafatlarını qazandı və Almaniyanın qırmızı nöqtə yarışmasında bir neçə dizayn mükafatını aldı. 2006-cı ilin oktyabrında Münhen məhkəməsində iflas iddiası qaldırdı. Bu, BenQ-nin Siemens mobil bölməsini yalnız bütün patentlər və əqli mülkiyyət üçün alıb Almaniyada mobil telefon istehsal etmək niyyətində olmadığı ilə əlaqədar Almaniyada mübahisəyə səbəb oldu. BenQ, Asiyadan mobil ticarəti bərpa etməyi planlaşdırdığını söylədi. 30 yanvar 2007-ci ildə Alman bölməsində investor tapılmadan Kamp-Lintfortdakı BenQ Mobile zavodu bağlandı. Həmkarlar ittifaqı nümayəndələri IG ll, son 165 işçi ilə vidalaşır. Lakin şirkət bağlandıqdan sonra ana şirkət BenQ 2007-ci ildə BenQ-Siemens markası altında beş yeni telefon açdı.
Bulbophyllum debile
Bulbophyllum debile (lat. Bulbophyllum debile) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum debile növü Madaqaskar üçün endemik növdür.
Bulbophyllum sociale
Bulbophyllum sociale (lat. Bulbophyllum sociale) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Dendrobium monile
Dendrobium moniliforme (lat. Dendrobium moniliforme) — səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. == Sinonimləri == Epidendrum moniliforme L. (basionym) Epidendrum monile Thunb. Limodorum monile (Thunb.) Thunb. Callista moniliformis (L.) Kuntze Dendrobium monile Kraenzl. Epidendrum moniliferum Panz. Onychium japonicum Blume Dendrobium japonicum (Blume) Lindl. Ormostema albiflora Raf. Dendrobium castum Bateman ex Rchb.f.
Dendrobium nobile
Dendrobium nobile (lat. Dendrobium nobile) — səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü.
Doliye buzlağı
Doliye buzlağı (bolq. ледник Долие, ‘Lednik Dolie’ \'led-nik do-'li-e\) — 9.5 km uzunluğu, 2.4 km eni olan və Antarktidanın Qreyam Torpağının Loubye sahiliindən qərbdə yerləşən buzlaqdır. Buzlaq MakKanse buzlağından cənub-qərbdə, Blaqun buzlağından şimal-şərqdə, Vilkinson buzlağından şimal-qərbdə yerləşmişdir. Liebiq zirvəsindən şimal-qərbdə yerləşmişdir.Buzlaq cənubi Bolqarıstanda yerləşən Doliye şəhərinin adını daşıyır. == Yerləşməsi == Doliye buzlağı 66°48′10″ c. e. 65°58′40″ q. u. koordinatlarında yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Doodle Jump
Doodle Jump — Xorvatiyanın Lima Sky videooyun şirkəti tərəfindən Windows Phone, BlackBerry, Android, Java Mobile, Nokia Symbian və Xbox 360 kimi platformalar üçün hazırlanan videooyun. İlk dəfə 2009-cu ilin 16 aprelində iOS qurğular üçün buraxılmışdır. Daha sonra oyunun 2 mart 2010-cu ildə Android və BlackBerry üçün, 1 may 2010-cu ildə Symbian üçün, 1 iyun 2011-ci ildə Windows Phone üçün, 1 sentyabr 2011-ci ildə iPad üçün olan versiyaları çıxmışdır. Oyun yaxşı rəylər almışdır. Sunflat Games tərəfindən hazırlanan PaiJump oyununda personajlar və oyunun quruluşu bu oyundan ilhamlanaraq yaradılmışdır. Hazırda oyun 9 platformada oynana bilinir. Doodle Jump App Store-də 4 ay ardıcıl gündə 25.000 dəfə yüklənməsindən sonra məşhurlaşmışdır. iTunes və Google Playdan 10 milyon, ümumilikdə isə 15 milyon dəfə yüklənmişdir. Xorvat İqor və Marko Pusenyak oyunun yaradıcılarıdır. == Oynanılması == Doodle Jump oyununda əsas məqsəd Dudler adlı 4 ayaqlı heyvanı idarə edərək sonsuz davam edən platformalar üzərində düşmədən yuxarı qalxmaqdır.
Double jeopardy
Double jeopardy — eyni əmələ görə eyni əsaslar üzrə təkrar mühakimə etmənin qarşısını alan prosessual müdafiə üsulu. Double jeopardy ilə bağlı ABŞ Ali Məhkəməsinin ilk qərarlarının birində də qeyd edildiyi kimi, "qadağanın məqsədi şəxsin iki dəfə cəzalandırılmasının əleyhinə deyil, əksinə şəxsin iki dəfə təhlükə ilə üzləşməsinin qarşısını almaqdır.
Epidendrum monile
Dendrobium moniliforme (lat. Dendrobium moniliforme) — səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. == Sinonimləri == Epidendrum moniliforme L. (basionym) Epidendrum monile Thunb. Limodorum monile (Thunb.) Thunb. Callista moniliformis (L.) Kuntze Dendrobium monile Kraenzl. Epidendrum moniliferum Panz. Onychium japonicum Blume Dendrobium japonicum (Blume) Lindl. Ormostema albiflora Raf. Dendrobium castum Bateman ex Rchb.f.
Google Doodle
Google Doodle — Google-ın ana səhifəsinin loqosunda bayram, hadisə və ya hansısa şəxsin xatirəsinə aparılan dəyişiklik zamanı ortaya çıxan loqo. == Tarix == Dudl qavramı ilk dəfə 1998-ci ildə, şirkət hələ anonim şirkət olmamışdan qabaq Google-ın qurucuları Larri Peyc və Sergey Brinin Nevada çölündə keçirilən "Yanan Adam Festivalı"na qatıldıqlarını göstərmək üçün loqo üzərində kiçik dəyişiklik aparmalarından sonra yaranmışdır. "Google" sözünün ikinci "o" hərfinin arasında çöp adam yerləşdirmişdilər. Şirkət belə də Google-nin bir şirkətdən artıq olduğunu göstərmək istəyirdi. İlk dudl sadə olsa da, sonradan əhəmiyyətli günlər üçün loqonu bəzəmək fikri yaranmışdır. 2000-ci ildə Larri Peyc və Sergey Brin Dennis Hvanqdan Bastilya günü üçün bir dudl hazırlamalarını istədilər. Bu istifadəçilərinin o qədər xoşuna gəlmişdi ki, hətta Dennis şirkətdə dudllardan məsuliyyət daşıyan şəxsə çevrildi və dudllar daha tez-tez göstərilməyə başlandı Əvvəllər dudllar ancaq özəl günlərə həsr olunurdu, indi isə məşhur şəxslərin və vacib ixtiraların da dudlları hazırlanır ABŞ və digər ölkələrdə dudllara olan təlabat artdı. Bu gün dudlları dudler adlandırılan dizaynerlər və mühəndislər hazırlayır. === Azərbaycana aid Doodle === 2013-cü il 18 sentyabrda "Google.az" Üzeyir Hacıbəyovun anadan olmasının 128 illiyi münasibəti ilə xüsusi dudl yerləşdirib. Saytda bəstəkarın doğum günü ilə bağlı "Ər və arvad", "O olmasın, bu olsun", "Leyli və Məcnun", "Arşın mal alan" əsərlərinin fotolarını əks etdirən dudl hazırlanıb.
Ligamentum vocale
Səs bağı (lat. ligamentum vocale) — qırtlağa məxsus bağ. Elastik konusu təşkil edən liflərdən bir dəstəsi həqiqi səs büküşlərində yerləşir ki, bunu da səs bağı adlandırırlar. Bu bağ elastiki liflərdən təşkil olunaraq qalxanabənzər qığırdaqdan başlayır və çalovabənzər qığırdağın səs çıxıntısına bağlanır.
Limodorum monile
Dendrobium moniliforme (lat. Dendrobium moniliforme) — səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. == Sinonimləri == Epidendrum moniliforme L. (basionym) Epidendrum monile Thunb. Limodorum monile (Thunb.) Thunb. Callista moniliformis (L.) Kuntze Dendrobium monile Kraenzl. Epidendrum moniliferum Panz. Onychium japonicum Blume Dendrobium japonicum (Blume) Lindl. Ormostema albiflora Raf. Dendrobium castum Bateman ex Rchb.f.
Megatriorchis doriae
Megatriorchis doriae (lat. Megatriorchis doriae) — megatriorchis cinsinə aid heyvan növü.
Mobile TeleSystems
Mobil Telesystems və ya MTS (rus. ОАО «Мобильные ТелеСистемы», abbr. МТС) — 31 dekabr 2009-cu ilə kimi 102,4 milyon abonenti ilə Rusiya və MDB-nin ən iri mobil operatoru.
Nar (Mobile)
Nar — Azerfon MMC-nin Azərbaycanda fəaliyyət göstərən GSM standartlı mobil rabitə operatoruna məxsus olan əmtəə nişanı. Şirkətin açıqlamasına görə “Nar” əmtəə nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 2,24 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. “Nar” şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. == Fəaliyyət tarixi == Azerfon MMC şirkəti 2005-ci ildə rəsmi qeydiyyatdan keçib (link). 2007-ci il mart 21-də “Nar Mobile” əmtəə nişanı ilə fəaliyyətə başlayıb. Azərbaycan telekommunikasiya bazarına üçüncü daxil olan mobil operator bazarda ən sərfəli qiymətləri təklif etdi . 2008-ci ildə “Nar” Azərbaycanda 3G texnologiyası əsasında xidmət təklif edən mobil operator olub. 2016-ci ildə şirkət re-brendinq edərək loqosunu dəyişdi və əmtəə nişanını sadəcə “Nar” olaraq təsbit etdi.
Nar Mobile
Nar — Azerfon MMC-nin Azərbaycanda fəaliyyət göstərən GSM standartlı mobil rabitə operatoruna məxsus olan əmtəə nişanı. Şirkətin açıqlamasına görə “Nar” əmtəə nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 2,24 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. “Nar” şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. == Fəaliyyət tarixi == Azerfon MMC şirkəti 2005-ci ildə rəsmi qeydiyyatdan keçib (link). 2007-ci il mart 21-də “Nar Mobile” əmtəə nişanı ilə fəaliyyətə başlayıb. Azərbaycan telekommunikasiya bazarına üçüncü daxil olan mobil operator bazarda ən sərfəli qiymətləri təklif etdi . 2008-ci ildə “Nar” Azərbaycanda 3G texnologiyası əsasında xidmət təklif edən mobil operator olub. 2016-ci ildə şirkət re-brendinq edərək loqosunu dəyişdi və əmtəə nişanını sadəcə “Nar” olaraq təsbit etdi.
Opera Mobile
PUBG Mobile
PUBG: Battlegrounds (əvvəlki adı PlayerUnknown's Battlegrounds ilə bilinir) — Cənubi Koreya videooyun şirkəti "Krafton" şirkətinin bir hissəsi olan "PUBG Studios" tərəfindən hazırlanan və nəşr olunan onlayn multipleyer döyüş oyunu. 2000-ci ilin yapon filmi "Battle Royale"-dan ilhamlanaraq yaradılmış oyunda, 100 oyunçu paraşütlə bir adaya atlayaraq müxtəlif silah və vasitələrdən istifadə edərək digər oyunçuları öldürüb həyatda qalan son oyunçu olmağa çalışır. Oyun ərazisi vaxt keçdikcə daralmağa başlayır, oyunçular xəritənin təhlükəsiz adlanan ərazisinə daxil olmağa məcbur edilirlər, həyatda qalan yeganə oyunçu və ya komanda matçın qalibi olur. 2021-ci ilin sonuna qədər fərdi kompüterlərdə və oyun konsollarında 75 milyon nüsxədən çox satılan "PUBG: Battlegrounds", PC və Xbox One üçün ən çox satılan videooyunu, eləcə də bütün zamanların beşinci ən çox satılan videooyunudur. Oyunun mobil versiyası "PUBG Mobile" 1 milyarddan çox endirmə toplamış və 8,42 milyard ABŞ dollarından çox gəlir əldə edərək dördüncü ən yüksək gəlirli mobil oyun olmuşdur. PC və konsol oyunlarından qazandığı ümumi gəliri 4,65 milyard dollara bərabər olan "PUBG: Battlegrounds", 2022-ci ilin may ayına olan ümumi gəliri 13,07 milyard dollardır ki, bu da onu bütün zamanların ən çox gəlir gətirən videooyunlarından birinə çevirir. Oyun 12 yanvar 2022-ci ildən etibarən pulsuzdur. "PUBG: Battlegrounds" ilk dəfə 2017-ci ilin martında Steam-in erkən giriş beta proqramı vasitəsilə Windows üçün buraxıldı, tam buraxılışı isə 2017-ci ilin dekabrında edildi. Oyun həmin ay Microsoft Studios tərəfindən Xbox One üçün Xbox Game Preview proqramı vasitəsilə buraxıldı, rəsmi olaraq 2018-ci ilin sentyabrında yayımlandı. 2018-ci ildə Android və iOS üçün pulsuz oynaya bilən mobil versiyası "PUBG Mobile" PlayStation 4 üçün portlanmış versiyası ilə birlikdə buraxıldı.
Perpetuum Mobile
Daimi mühərrik (lat. Perpetuum Mobile) — Faydalı iş əmsalı 100%-dən artıq olan xəyali qurğu. Ayrı-ayrı alimlər müxtəlif üsullarla bu mexanizmi yaratmağa cəhd göstərsələr də, bunun mümkün olmadığını dərk etmişlər. Bu istiqamətdəki bütün təcrübələr göstərir ki, əbədi olaraq öz-özünü mütəmadi hərəkət və enerji ilə təmin edən mexanizm yaratmaq qeyri-realdır. İstənilən hərəkət sükuta məhkumdur. == Tarixi == Daimi mühərrik haqqında elmə məlum olan ilk fikirlər XII əsr hind şairi, riyaziyyatçısı və astronomu Bhaskaraya məxsusdur. Həmçinin, bu ideyaya bəzi orta əsr ərəb alimlərinin əlyazmalarında rast gəlinir. Leonardo da Vinçinin işləri arasında da daimi mühərrik çertyoju tapılmışdır. == Elmi əsasları == Daimi mühərrik yaratma sahəsində aparılmış çoxsaylı təcrübələrin nəticəsi olaraq fizikada termodinamikanın 1-ci və 2-ci qanunu formulə edilmişdir. Belə ki, 1-ci qanuna görə termodinamik sistem yalnız öz daxili enerjisi və ya kənardan aldığı enerji hesabına iş görə bilər.
Poecile hyrcanus
Hirkan arıquşusu (lat. Poecile hyrcanus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin arıquşları fəsiləsinin poecile cinsinə aid heyvan növü. == Qısa təsviri == Bu quşlar nisbətən iri (bədəninin uzunluğu 140, qanadları 72–76 mm). Başı və çinədanı tünd qəhvəyi rəngdədir və buna görə digər arıquşulardan seçilir. Sakit nəğməsi böyük arıquşunun nəğməsini xatırladır. Çağırışları isə "si-si-tyürrrr…" şəklindədir.
Rheum nobile
Rheum nobile (lat. Rheum nobile) – qırxbuğumkimilər fəsiləsinin rəvənd cinsinə aid bitki növü.
Dorilər
Dorilər (q.yun. Δωριεῖς) — əsas qədim yunan tayfalarından biri. == Mənşəyi == Yunan mifologiyasına görə, dorilərin əcdadı Dor hesab olunur. E.ə. XIII əsrin sonu – XII əsrin əvvəllərində dorilər, ehtimal ki, Frakiya-İlliriya mənşəli, qərbi yunan dialektlərində danışan digər tayfaların tərkibində Mikena sivilizasiyasının mərkəzləri yerləşən Orta Yunanıstana və Peloponnesə soxulmuşlar. Bu hadisə "dorilərin basqını" adlandırılır. == Tarixi == Dorilərin tayfa qrupları Peloponnes, Egey dənizinin cənub adaları, Kiçik Asiyanın şimal-qərb hissəsində məslunlaşmışdılar. E.ə. VIII–VI əsrlərdə baş tutan böyük yunan kolonizasiyası gedişində Adriatik dənizinin şimal sahillərində, Cənubi İtaliya, Siciliya, boğazlar zonası və Qara dənizyanında dorilərin polisləri meydana gəlmişdir. Bu polislər arasında ən məşhur, hərbi cəhətdən uzun müddət yunan dövlətlərinin ən güclüsü Sparta idi.
Dəclə
Dəclə (türk. Dicle, ərəb. دجلة‎ — Dijla) — Asiyada çay, uzunluğu 1900 km. Başlanğıcını Türkiyədə yerləşən Xəzər gölündən götürür və İraqın Bəsrə şəhəri yaxınlığında Fəratla qovuşaraq, Şəttül-Ərəb çayını əmələ gətirir. Türkiyə, Suriya və İraq ərazisindən keçir. Çayın 1 418 km-lik hissəsi İraq ərazisindən, təxminən 400 km-i Türkiyə ərazisindən, cəmi 44 km-i isə Suriyadan keçir. Ən böyük qolları Böyük və Kiçik Zəb, Diyalə, Kərhə və Əl-Üzəym çaylarıdır. Qısamüddətli qış zamanı burada leysan yağışlar yağır, torpaq keçilməz palçığa çevrilir. Yazda dağlarda qar əridikdən sonra çay daşaraq geniş sahələri basır və bataqlıq yaranır. Çayların lili ilə gübrələnmiş torpaq suvarıldıqda son dərəcə münbit olur.
Gözilə (Sərdəşt)
Gözilə (fars. گزيله‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 356 nəfər yaşayır (59 ailə).