Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dolama
Dolama — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Bu oyunu əsas hallarda uşaqlar dəstələrə bölünərək oynayırlar. Bəzən bu oyunu iki uşaq arasında da keçirilir. Hətta kiçik yaşlı uşaqlar bir-birini dolamaq (sataşmaq və cırnatmaq) məqsədilə bu oyunun sözlərindən (dolamadan) istifadə edirlər. == Oyunun qaydaları == Əvvəlcə dəstəbaşılar seçilir. Dəstəbaşı iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumin razılığı ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk yolu ilə seçirlər. Dəstələrə bölünərək oynanılan bu oyunu başlamaq üçün halay yolu ilə uşaqlar dəstələrə bölünürlər. Dəstələr bir-birindən bir neçə addım aralı dayanır. Dəstələrdən biri sanama üsulu ilə oyuna başlayır. Növbə ilə bir-birinə dolama söyləməklə oyun aşağıdakı kimi davam edir: Hansı dəstə dolama tapıb deyə bilməsə həmin dəstə oyunda uduzmuş olur.
Dolaşa
Dolaşa (lat. Coloeus monedula) (syn. lat. Corvus monedula) — qarğalar fəsiləsinin dolaşa cinsinə aid quş növü. Ənənəvi olaraq bu növü qarğa (Corvus) cinsinə aid etsələr də, müasir tədqiqatçılar dolaşanı dolaşa cinsinə aid edirlər. == Yarımnövləri == Corvus monedula monedula Linnaeus, 1758, Skandinaviyada yaşayır.. Corvus monedula spermologus (Vieillot, 1817). Qərbi və Mərkəzi Avropada yaşayır. Corvus monedula soemmerringii (Fischer, 1811). Şərqi Avropa, Ön və Mərkəzi Asiya.
Dolab
Dolab-i Kəranlı (Xudafərin) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. Dolab (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd.
Dayna dolabı
Dayna dolabı (latış. Dainu skapis‎) — dayna adlı Latviya xalq mahnılarının kartotekası olan dolab, onu Latviya folklorşünası Krişyanis Baron toplamışdır. Hündürlüyü 160 sm, eni - 66 sm, dərinliyi - 42 sm. 1880-ci ildə Moskvada Baronun çertyojlarına əsasən düzəldilmişdir. Dolabın hazırlanmasının səbəbi o idi ki, Baron artıq kolleksiyanı papiros kağızı qutusunda saxlaya bilmirdi. Dolab iki hissədən ibarətdir. Hər ikisində 35 qutu var, hansının ki hər birində 20 bölmə var, bölmələr isə hər biri 3 × 11 sm ölçüdə olmaqla 150-200 kağız vərəqdən ibarətdir. Dolabın alt hissəsində arxiv materialları (məktublar, adlar cədvəli) olan üç iri qutu var. Dolabda ümumilikdə 268 815 vərəq saxlanılır ki, onların üstündə 4-8 sətirli daynalar və həmçinin digər mətnlər (tapmacalar, atalar sözü) yazılıb. Krişyanis Baron vəfat etdikdən sonra dolab onun Riqadaki qohumlarının evində saxlanılırdı, 1941-ci ildə onu Latviya folklor əsərlərinin saxlanılan yerə köçürtdülər, 1946-cı ildə Latviya SSR Elmlər Akademiyasının Ədəbiyyat, Folklor və İncəsənət İnstitutuna apardılar, 1998-ci ildə Latviya Universitetinin Ədəbiyyat, Folklor və İncəsənət İnstitutuna köçürüldü, 2014-cü ildə Latviya Milli Kitabxanasının yeni binasında yerləşdirildi.
Dolabda skelet
Dolabda skelet - Şəxs haqda gün üzünə çıxması problemlər yarada biləcək faktları ifadə edən idiom. Məsələn, evdə gizli saxladığınız cəsəd o qədər müddət çürüməyə məruz qalıb ki artıq dolabı açdıqda onun sadəcə sümükləri ilə qarşılaşırsınız. Dolabda skelet ifadəsi ilk dəfə 1816-cı ildə aylıq olaraq nəşr edilən the eclectic review jurnalında işlədilmişdir.
Dolama (Urmiya)
Dolama (fars. دولاما‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 321 nəfər yaşayır (92 ailə).
Dolab (Xudabəndə)
Dolab (fars. دولاب‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 117 nəfər yaşayır (19 ailə).
Salmas
Salmas (fars. سلماس‎, az-əbcəd. سلماس، دیلمقان‎), Səlmas[mənbə göstərin] və ya digər tarixi adı Dilməqan — İranda şəhər və Qərbi Azərbaycan ostanında yerləşən Salmas şəhristanının Mərkəzi. == Etimologiyası == E'timad-ü səltənə bu şəhərin adının Assuriya hökümdarı Salmanasardan iqtibas olduğunu iləri sürmüşdür. Övliya Çələbi Salmas haqqında yazır: Tohid Məlikzadə Salmas adının iki bəxşdən təşkil tapdığını irəli sürür, bunlar Salma və as sözləridir. Salma salmaq feilindən törəmişdir, As isə Kültigin kitabələrində adı qeyd olunan As ve ya Az mədəniyyətindən alınmışdır. As/Az sözü məntəqədəki adlarda dəfələrcə qeyd ounub; Azərbaycan (Az+ərbaycan), Sivas (Siva+as), Astara (As+tara), Minas (Min+as) və s. Nəticədə Salmas sözünün mənası; "As elinin yurdu" şəklində özünü əks edir. == Tarixi == === Qədim dövr === 9 min illik Kültəpə (Əhrivan təpəsi)Yaxın şərqin ən qədimi yaşayış məskənlərindən biri olan Əhrivan təpə, Salmas şəhərinin şimal Qərb bölgəsində yer almışdır. Kültəpənin qazıntılarında tapılmış arxeoloji materiallar, salmasın qədim yaşayış mərkəzi olduğunu sübut edir.
Saltaq
Saltaq (əvvəlki adı: Saltax) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Saltax kənd inzibati ərazi dairəsi tərkibindəki Saltax kəndi Saltaq kəndi, Saltax kənd inzibati ərazi dairəsi Saltaq kənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Toponimiyası == Əlincə çayının sahilindədir. Saltax dağının ətəyindədir. Yaşayış məntəqəsi eyni adlı dağın adını daşıyır. dağın adı isə sal "hamar daş" və taq (dağ sözünün qədim forması) komponentlərindən ibarət olub. "sıldırım qayalı dağ" mənasındadır. == Əhalisi == Əhalisi 1680 nəfərdir.
İctimai kitab dolabı
İctimai kitab dolabı — ictimai yerlərdə kitabları saxlamaq üçün yer. Məqsədi — istəyən hər kəsə bir və ya bir neçə kitabı pulsuz və ya əvəzinə öz kitabını verib almağa imkan vermək. Belə bir praktika BookCrossing-a oxşayır, amma ictimai kitab dolablardakı kitabların dalınca BookCrossing-də kimi İnternetdə təqdib yoxdur.
Abdulabad (Salmas)
Abdulabad (fars. عبدل اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 138 nəfər yaşayır (32 ailə).
Acvac (Salmas)
Acvac (fars. اجواج‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 411 nəfər yaşayır (82 ailə).
Aslanik (Salmas)
Aslanik (fars. اصلانيك‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 527 nəfər yaşayır (92 ailə).
Axtaxana (Salmas)
Axtaxana (fars. اخته خانه‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 587 nəfər yaşayır (129 ailə). Əhalisi yerli azərbaycan türklərindən ibarətdir. == Coğrafi yerləşməsi == Salmas şəhristanının mərkəzi bölgəsinin Ləkistan kəndistanında, Salmas şəhərindən 8 km cənub-şərqdə, Salmas-Urmiya avtomobil yolunun üstündədir.
Axyan (Salmas)
Axyan (fars. اخيان‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 365 nəfər yaşayır (65 ailə).
Ağaismayıl (Salmas)
Ağaismayıl (fars. اقااسماعيل‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Xoy şəhristanının Şahpur bölgəsinin Ləkistan kəndistanında, Şahpur qəsəbəsindən 8 km cənub-şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 306 nəfər yaşayır (76 ailə).
Ağbərzə (Salmas)
Ağbərzə (fars. اغ برزه‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 509 nəfər yaşayır (92 ailə).
Dolab-i Kəranlı (Xudafərin)
Dolab-i Kəranlı (fars. دولاب كرانلو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 181 nəfər yaşayır (40 ailə).
Ayan (Salmas)
Ayan (fars. ‎عيان‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 349 nəfər yaşayır (76 ailə).
Ağziyarət (Salmas)
Ağziyarət (fars. اق زيارت‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Urmiya şəhristanının Mərkəzi bölgəsinin Ənzəl kəndistanında, Urmiya şəhərindən 69,5 km şimal-qərbdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 534 nəfər yaşayır (115 ailə).
Aşnaq (Salmas)
Əşnək (fars. اشنك‎‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 745 nəfər yaşayır (135 ailə).
Baharabad (Salmas)
Baharabad (fars. بهاراباد‎) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 80 nəfər yaşayır (15 ailə).
Bahik (Salmas)
Bahik (fars. بهيك‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 281 nəfər yaşayır (56 ailə).
Balakən (Salmas)
Balakən (fars. بالكان‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 222 nəfər yaşayır (32 ailə).
Balqazan (Salmas)
Balqazan (fars. بلقزن‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 204 nəfər yaşayır (42 ailə).
Doqana
Doqana (it. Dogana, gömrük) — San-Marino şəhəri, Serravalle şəhər-kommunanın ərazində yerləşir. Ölkənin ən çox insan yaşayan şəhəridir (7000 nəfər). == Coğrafiyası == Şəhər San-Marinonun şimal-şərq hissəsində yerləşir və Falçanodan sonra ölkənin ən şimal yaşayış məntəqəsidir. Doqana İtaliya ilə sərhəddədir. Şəhərin sərhədləri içərisində Koriano kommunasının Çerasolo prixodu da yerləşir. Şəhərdə sərhəd məntəqəsi var, amma bu məntəqədə yoxlama ləğv edilib. == Tarixi == 2006-cı ildə Doqana Serravallenin tərkibindən çıxıb müstəqil şəhər-kommunaya (it. castello, qəsr) çevrilməyə cəhd etmişdir, amma 2007-ci ildə mövcud vəziyyətin qorunub saxlanılması haqqında qərar qəbul edilmişdir. Buna baxmayaraq, Doqanaya Serravallenin poçt indeksindən fərqli bir indeks verilmişdir (47899 yerinə 47891).
Şoraba
Turşu və ya şoraba — Azərbaycan mətbəxində sirkəyə (turşuya) və duza qoyulmuş məhsullar. Azərbaycan mətbəxində sirkəyə (turşuya) və duza qoyulmuş məhsullar xüsusi yer tutur. Belə məhsullar iştaha artırır, bişirilmiş xörəyin ləzzətini yüksəldir, qış fəslində köməyimizə yetir. Azərbaycan mətbəxində turşu və ya şorabalar müxtəlif üsul və qaydalarla hazırlanır. Arxaik mədəniyyətdə ilk dəfə torpaqdan edilmə böyük boy küplər içərisində quraşdırılması yapılmaktaydı. Ticari məhsul olaraq istifadə edilməyə başlandığı antik çağlarda taxtadan edilən qablarla daşındığı və saxlandığı da görülməklə birlikdə taxta və turşunun reaksiyaları səbəbiylə qalıcı olaraq həmişə torpaq qablar edilmişdir. İndiki vaxtda bu tür torpaq qabların yerini plastik, şüşə qab, paslanmayan tənəkə qablar almışdır.
Dilba
Dilba (doğum adı: Dilbahar Demirbağ; 24 noyabr 1971) — kürd mənşəli Türk-İsveç pop müğənnisi.
Dolma
Dolma və ya sarma — Geniş yayılmış xörək növlərindən biri olan dolmanın Azərbaycan mətbəxinə 30-dan çox növü məlumdur. == Dolmanın etimologiyası == Dolma sözü dilimizdə iki sözdən əmələ gəlib. Birinci dolmaq, doldurmaq felindəndir ki, bu da içərisi doldurulan pomidor, istiot, badımcan, heyva, soğan və s. dolmalardır ki, bu ad onların hazırlanma texnologiyaları ilə üst-üstə düşür. İkinci söz "dolamaq" felindəndir ki, bu da yarpağı içliyə dolamaqdan irəli gəlir. Bunlar kələm, üzüm yarpağı, fıstıq (pip) yarpağı, əvəlik yarpağı və s. bu kimi yarpaqlardan hazırlanan dolmalardır. Bu tip dolmalara Türkiyə türkcəsində "sarma" da deyirlər ki, bu da "dolmaq" feli ilə dilimizdə də eyni məna daşıyan "sarımaq", yəni bükmək felindədir. Qeyd edək ki, Azərbaycanın regionlarında eyni adlı dolmalar müxtəlif üsulla bişirilə bilir. Məsələn, kələm dolması Gəncədə sadə bişirilirsə, Şəkidə ona şəkər, Naxçıvanın bəzi kəndlərdə şabalıd qatılır .
Dolça
Dolça — su qabı; əsasən, misdən hazırlanır. Adətən təkqulplu olur. Şərq ölkələrində geniş yayılmışdır. Qabın səthi zərif həndəsi və nəbati naxışlarla bəzədilir. Azərbaycanda Qarabağ, Gəncə, Naxçıvan, Şamaxı, Lahıc, Təbriz ustalarının hazırladıqları nəfis dolçalar xaricdə də şöhrət qazanmışdır. Naxçıvan bürünç dolçası (1190, Luvr, Paris) orijinal forması və bəzəkləri ilə diqqəti çəlb edir.
Doşab
Bəkməz, bəhməz və ya doşab — çeşidli meyvələrdən hazırlanmış şəkərli, qatı maye. == Etimologiya == Bəkməz sözü Azərbaycan dilində türkəsilli sözlərdəndir. Divanü Lüğəti it-Türk əsərində bekmes - qatılaşdırılmış üzüm şirəsi mənasında verilmişdir. Doşab - Azərbaycan dilinə fars dilindən keçmişdir. Duş - sağmaq, sıxmaq; ab - su deməkdir. "Sıxılmış su" mənasına gəlir. == Ümumi məlumat == Bəkməz müxtəlif çeşidli meyvələrdən hazırlanır. Tut bəkməzi bu bəkməzlər arasında ən çox istehsal edilən növüdür. Üzüm, xurma və digər meyvələrdən də bəkməz hazırlanır. == Hazırlanma qaydası == Bəkməz hazırlamaq üçün tam yetişmiş və nisbətən şirin tut və ya üzüm sortlarından istifadə edilir.
Draba
Yastıqotu (lat. Draba) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi.
Kolba
Kolba — şüşə qab kimi tanınan laboratoriya təchizatının kateqoriyasına daxildir. Kolba müxtəlif həcmdə olur. == Kolbalar == Bunzen kolbası - filtrasiya sistemində istifadə edilir. Erlenmeyer kolbası - analitik işlərdə istifadə edilir. Vürs kolbası - yanma reksiyalarında istifadə edilir. Klayzen kolbası - adi təzyiqdə vakuum yanma reksiyalarında istifadə edilir. == Ədəbiyyat == Словарь иностранных слов. М., «Сирин», 1996, с.234 С. И. Ожегов. Словарь русского языка.