Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Donatizm
Donatizm (yun. Δονατισμός) — Kartaca kilsəsində baş verən parçalanma və ixtilaflar sonu yaranan dini hərəkat IV yüzilliyin əvvəllərində başlamış və Şimali Afrikanın müsəlmanlar tərəfindən istila edilməsinə qədər davam etmişdir. Donatçıların hərəkatı xristian birliyinə çox ciddi zərbə vurmuşdu. Bu ixtilaf Roma imperatorlarının xristianlara qarşı təqiblərin sona çatmasından sonra baş vermişdi. Məsələ bundadır ki, təqiblər dövründə xristianların bir qismi təqiblərə sinə gərərək, ölümlərindən belə qorxmayaraq dindən imtina etməmişdirlər. Ancaq başqaları təqiblərə davam gətirməyərək bütpərəstlərə və hakim dairələrə güzəştlərə getmişdirlər, bəziləri isə işgəncələrə məruz qalaraq Xristianlıqdan imtina etmiş, təqiblərdən sonra isə öz kilsə vəzifələrinə qayıtmışdırlar. 311-ci ildə Kartaca yepiskopu vəzifəsinə Sesilian adlı bir keşiş təyin olundu. Ancaq məşhur yepiskop Donatus ona qarşı çıxış etmişdi və onu yepiskop kimi tanımamışdı, çünki təqiblər dövründə Sesilian, işgəncələrə dözməyərək, Müqəddəs Kitabların nüsxələrini bütpərəstlərə vermişdi. Halbuki Donatusun özü o zamanlar çox ağır işgəncələrə məruz qalmış, ancaq dindən dönməmişdir. Rəvayətlərə görə onun bədənində ağır işgəncələrin çoxlu izləri qalmışdır.
Massimo Donati
Massimo Donati (it. Massimo Donati; 26 mart 1981, Cedellano, Udine, Friuli Venezia Giulia) — İtaliyalı keçmiş futbolçu, hal-hazırda məşqçi işləyir. Mövqeyi Yarımmüdafiəçi olub. O hal hazırda, İtaliya D seriyasında "Leqnaqo Salus" klubunun baş məşqçisidir. == Karyera == Massimo "Atalanta" klubunun yetirməsidir. 3 il Berqamo klubunda oynadıqdan sonra gənc yarımmüdafiəçi 15 milyon avroya "Milan"a transfer edilir. O zaman Donati İtaliyanın ən perspektivli gənc futbolçularından biri sayılırdı. Massimo 2001-ci ildə "Milan"a qatılır. Futbolçu Milan klubundakı ilk mövsumundə yaxşı təsir bağışlamır. Gənc Massimonun ehtiyat oyunçular skamyasında oturub oyun praktikasından əziyyət çəkməməsi üçün Milan rəhbərliyi futbolçunu icarəyə göndərməyə qərar verir.
Donatas Banionis
Donatas Banionis — Litvalı aktyor == Həyatı == Donatas Yuozoviç Banionis 28 aprel 1924-cü ildə Kaunas şəhərində anadan olub. Teatr studiyasında, Litva Dövlət Konservatoriyasında (1982–1984) təhsil alıb. Uzun müddət Panevejis Teatrında aktyor, daha sonra rəhbər kimi çalışıb. Səhnədə 100-dən çox obraz canlandırıb. Kinoda 1959-cu ildən çəkilir. Panevejis şəhərinin fəxri sakini (1999), Litva (1973) və SSRİ xalq artistidir (1974). 4 sentyabr 2014-cü ildə Vilnüsdə vəfat etmişdir.
Dendrobium zonatum
Dendrobium moniliforme (lat. Dendrobium moniliforme) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Callista moniliformis (L.) Kuntze Dendrobium monile Kraenzl. Epidendrum monile Thunb. Epidendrum moniliforme L. Limodorum monile (Thunb.) Thunb. === Heterotipik sinonimləri === Callista candida (Wall. ex Lindl.) Kuntze Callista japonica (Blume) Kuntze Callista spathacea (Lindl.) Kuntze Dendrobium candidum Wall. ex Lindl. Dendrobium castum Bateman ex Rchb.f. Dendrobium crispulum Kimura & Migo Dendrobium heishanense Hayata Dendrobium japonicum (Blume) Lindl.
Donato Bramante
Donato Bramante (əsl soyadı Paskuç ço d’Antonio; 1444[…] – 11 aprel 1514, Roma, Papa dövləti) — italyan memarı, rəssam və şair. == Həyatı == Rəssamlıq yaradıcılığına A. Manten yanın güclü təsiri olmuşdur (“İsa rüsvayçılıq dirəyi önündə”, Brera qalereyası, Milan; Berqamoda Palasso del-Podesta və Milanda Kasa-Fontananın fasadlarındakı frizlər; Kasa-Paniqarolada “qədim filosofların” təsvirləri olan divar rəsmləri – hazırda Brera qalereyasındadır). Memarlıq yaradıcılığında L.B. Alberti, L. Laurana və siyenalı sənətkar F.di Corco Martininin təsiri hiss olunur. 1472–99-cu illərdə Bramante Milanda hersoq Lodoviko Moronun xidmətində olmuş, burada Leonardo da Vinçinin yaradıcılığı və L. Paçolinin riyaziyyata dair əsərləri ilə tanış olmuşdur. Bu dövrdə Bramantenin sentrik məbəd binasının və antik nümunələrə əsaslanan memarlıq formaları dilinin yaradılması ilə bağlı olan başlıca yaradıcılıq prin sipləri müəyyənləşmişdir. Onun əsərləri üçün divar səthinə işıq-kölgə hərəkiliyi verən polixroniya və heykəltəraşlıq dekorundan istifadə də səciyyəvidir. Bramante 1499-cu ildə Romaya köçmüş, burada onun yaradıcılığı yetkinlik və daha geniş miqyaslılıq kəsb etmişdir. == Fəaliyyəti == Yüksək İntibah memarlığı incisi sayılan və əfsanəyə görə həvari Pyotrun edam olunduğu yerdə (San-Pyetro-in-Montorio kilsəsinin kluatrasında) inşa edilmiş Tempyetto (1502) məbəd-kilsəsi ona məxsusdur. 1503-cü ildən Bramante papa II Yulinin tapşırığı ilə Vatikanda geniş işlər aparmış dır. Ömrünün sonunadək həvarinin qəbri üzərin də əzəmətli sentrik bina kimi düşünülmüş Müq.
Donato Cannotti
Donato Cannotti (27 noyabr 1492, Florensiya – 27 dekabr 1573, Roma) — italyan humanisti, siyasi xadim, alim, komedioqraf. == Haqqında == Pizada təhsil almışdır. 1527-ci ildə N. Makiavellinin ölümündən sonra Florensiya Respublikasında katib vəzifəsini tutmuş, Mediçinin qayıdışından sonra 1530-cu ildə qovulmuş, Romada və Venesiyada yaşamışdır. Cannotti əqidəli respublikaçı olmuş, Florensiyada idaretmə sistem haqqında “Dela repubblica fiorentina”(1531) traktatını yazmış və “Dialogi de Republica Venetorum” (1540) kitabında Venesiya üçün aris tok ratik, monarxiya və demokratik institutlarının qarışığından ibarət ideal dövlət quruluşu layihəsini vermişdir. “Vurğun qoca” (1533 və1536-cı illər arasında, Plav tın “Tacir”inin süjeti əsasında) və “Milesia” komediyalarının müəllifidir. Mikelancelonun yaxın dostu idi.
Anna Donat
Anna Donat (mac. Donáth Anna Júlia) — Macarıstan siyasətçisi. Momentum Hərəkatı Partiyasının üzvü, Partiyanın keçmiş sədri (2021-2022), Partiyanın vitse-prezidenti (2018-2021). 2019-cu ildən Avropa Parlamentinin üzvü, Yenilənən Avropa siyasi qrupunun üzvü. == Bioqrafiya == 6 aprel 1987-ci ildə Macarıstanın paytaxtı Budapeştdə Laslo Donat və İldiko Muntaq ailəsində anadan olub. Üç bacının ən kiçiyidir. Onun atası Laslo Donat pastor və Macarıstan Sosialist Fəhlə Partiyasından keçmiş Milli Assambleyanın üzvüdür. Onun ata tərəfdən babası Ferens Donat hüquqşünas idi və 1956-cı il Macarıstan üsyanı zamanı Macarıstan Sosialist İşçi Partiyası Mərkəzi Komitəsinin üç katibindən biri idi. Budapeştdə Bekaşmedyerdə Veres Peter Gimnaziyasını bitirmişdir. O, Budapeşt Universitetində sosiologiya, Amsterdam Universitetində miqrasiya və etnik tədqiqatlar üzrə təhsil alıb.
Ercan Donat
Ercan Donat (tam adı: Ercan Yıldız Donat; 1 fevral 2000, Fateh, İstanbul ili) – Azərbaycan milli basketbol komandasında və "Şəki" basketbol klubunda çıxış edən basketbolçu. == Karyera == === Klub === 5 sentyabr 2024-cü ildə "Şəki" baketbol klubu Donatı transfer edib. === Milli komanda === Donat 2016-cı ildə U-16 Azərbaycan millisi təkibində FİBA U-16 Avropa Çempionatında çıxış edib. O, 2017-2018 və 2018-2019 sezonlarında isə U-18 Azərbaycan millisi təkibində FİBA U-18 Avropa Çempionatında oynayıb.
Vilyam Törner Donat
Vilyam Törner Donat - (1953-cü il 9 iyul — 1929 - cu il 12 mart ) Amerikalı rəssam. == Həyatı == Vilyam 1853-cü ildə Nyu-Yorkun Hempstid şəhərində dünyaya gəlib. Donat on iki yaşı olanda valideynləri onu təhsilini artırmaq üçün Almaniyaya göndərib. Donat 1929-cu ildə 75 yaşı olarkən Monte Karloda vəfat edib. == Yaradıcılığı == O, İspaniyada hazırladığı eskiz və şəkillə adından söz etdirib. Hazırladığı Quatur Espanyol kompozisiyası1884-cü ildə Nyu Yorkdakı Metropolitan İncəsənət Muzeyində nümayiş etdirilib. Donat daha sonra Parisdə məskunlaşıb və burada Julian Akademiyasında dərs deyib. Onun bir sıra rəsmlərində Karlos Duran və Minkasdan təsriləndiyi müşahidə olunub. Donat öz vətinindən daha çox Avropa ölkələrində tanınıb. Təxminən iyirmi il ərzində Donat rəsm çəkməyi dayandırıb.
Donavia
Donavia — Rusiya ərazisində yerləşən aviaşirkət, Aeroflotun törəmə şirkəti. Zamanında daxili və beynəlxalq reyslər təşkil etmişdir. Hazırda avia şirkət öz fəaliyyətini dayandırmışdır. Avia şirkət əsasən Rostov-na-Donu aeroptu, Soçi aeroptu, Krasnodar aeroportu və Mineralnıe aeroportu ərazisinə uçuşlar həyata keçirirdi. Aviaşirkətin əsas ofisi Rostov-na-Donuda yerləşir. 2009-cu ilə qədər Aeroflot-Don. == Tarixi == Müasir «Donavia» Aeroflotun törəmə şirkəti olaraq 15 iyun 1925-ci ildə təşkil edilmişdir. Müharibəyə qədər ancaq Moskva, Tiflis, Bakı və Xarkova uçuşlar həyata keçirilirdi. Yeni avia texnikasının alınması ilə Qroznı, Mineralnıye Vodı və Oryol şəhərlərinə uçuşlar təşkil edilmişdir. Avia şirkətdə işləyən təyyarəçilər Böyük Vətən müharibəsində fəal fəaliyyət göstərmişlər.
Populus bonatii
Əsməqovaq (lat. Populus tremula) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. Hamar boz qabıqlı hündür ağacdır. Yarpağının saplağı uzundur, yuxarı hissədə çox yastılaşmış, bəzən uzunluğuna görə yarpaq ayasının uzunluğuna bərabərdir. Yarpaqların eni çox vaxt uzunluğundan böyük olub, çılpaqdır, üst tərəfdən yaşıl rəngdə və parlaqdır, alt tərəfdən solğun və göyümtüldür, kənarları adətən dəyirmi küt dişcikləri olan oyuq-dişlidir, yuxarı hissədə qısa sivriləşmişdir; uzanmış budaqlarının yarpaqları enli-yumurtaşəkillidir, qaidəsi demək olar ki, bir qədər düz və ya ürəkşəkillidir, uzunluğu 3–7 sm, eni 4–8 sm-dir; qısalmış budaqların yarpaqları isə enli-əksinəyumurtaşəkilli, dəyirmi və ya enliyumurtaşəkillidir, qaidə hissəsi enli-pazşəkilli və ya biraz ürəkşəkilli olur. Yarımkölgədə, gilli torpaqlarda yaxşı bitir. Rütubət sevəndir. Yaşılaşdırmada geniş istifadə olunur. Sırğaları 4–11 (15) sm uzunluqda, eni isə 2 sm-ə qədər olub, tüklüdür; çiçəkaltlığının pulcuqları barmaqvari-bölünmüş, kənarlardan kirpikvari-tüklüdür, qaramtıl-qəhvəyi rəngdədir. Mart ayında çiçəkləyir.
Populus rotundifolia var. bonatii
Əsməqovaq (lat. Populus tremula) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. Hamar boz qabıqlı hündür ağacdır. Yarpağının saplağı uzundur, yuxarı hissədə çox yastılaşmış, bəzən uzunluğuna görə yarpaq ayasının uzunluğuna bərabərdir. Yarpaqların eni çox vaxt uzunluğundan böyük olub, çılpaqdır, üst tərəfdən yaşıl rəngdə və parlaqdır, alt tərəfdən solğun və göyümtüldür, kənarları adətən dəyirmi küt dişcikləri olan oyuq-dişlidir, yuxarı hissədə qısa sivriləşmişdir; uzanmış budaqlarının yarpaqları enli-yumurtaşəkillidir, qaidəsi demək olar ki, bir qədər düz və ya ürəkşəkillidir, uzunluğu 3–7 sm, eni 4–8 sm-dir; qısalmış budaqların yarpaqları isə enli-əksinəyumurtaşəkilli, dəyirmi və ya enliyumurtaşəkillidir, qaidə hissəsi enli-pazşəkilli və ya biraz ürəkşəkilli olur. Yarımkölgədə, gilli torpaqlarda yaxşı bitir. Rütubət sevəndir. Yaşılaşdırmada geniş istifadə olunur. Sırğaları 4–11 (15) sm uzunluqda, eni isə 2 sm-ə qədər olub, tüklüdür; çiçəkaltlığının pulcuqları barmaqvari-bölünmüş, kənarlardan kirpikvari-tüklüdür, qaramtıl-qəhvəyi rəngdədir. Mart ayında çiçəkləyir.