Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Doqquz
Doqquz — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Səkkizdən sonra, ondan əvvəl gəlir. Ən böyük bir rəqəmli ədəddir. == Ümumi məlumat == Türk xalqlarının önəmli sayı doqquzdur. Amma bu, o demək deyil ki, doqquz sayı başqa xalqlara yaddır. Bütün dünya xalqlarının mif, folklor örnəklərində, məişət institutunda doqquz sayı vardır və bu saya münasibət də fərqli-fərqlidir. Dünyada türk xalqlarından sayılan altaylıların mifik təsəvvüründə göy doqquz qatdan ibarətdir. Göyün doqquzuncu qatında oturan Tanrı Yeri yaratdıqdan sonra doqquz adam xəlq eləyir və bütün insan nəsli də bu doqquz adamın törəməsidir. Dünyanın sonunun, yəni qiyamət gününün də doqquz sayı ilə bağlılığı haqqında xəbərlər vardır. Deyilənə görə, qiyamət günü göy guruldayıb şimşək çaxacaq.
Doqquz Oğuz
Doqquz Oğuz (Tokuz oquz)-türk tayfası.(Qədim Türkcə: 10px10px10px 10px10px10px10px, Toquz Oγuz, Çincə: 鐵勒九姓 / 铁勒九姓, tielè jiǔxìng), Telelərnin doqquz boyu. == Tarixi == Doqquz Oğuz türk tayfaları indiki Çin Türküstanının şərq hissəsinə (Turfan) sahib idilər. 794-cü ildə bu ərazini tibetlər, 866-cı ildə uyqurlar tutmuşdu və bu ad uyqurlara keçmişdi.VI yüzillikdən etibarən Göytürklərin idarəsində toplanan Türk tayfalarından bir qismi kimi Doqquz Oğuzlar da öz aralarında birlik quraraq Tula-Selenge çayları bölgəsində Doqquz Oğuz хaqanlığını meydana gətirdilər. Göytürk хaqanlığının, Qutluq şad (Ültəris хaqan) tərəfindən 682-ci ildə də ikinci dəfə qurulmasından sonra, Göytürklər, hakimiyyətliklərini qəbul etməyən oğuzların üzərinə yürüş etdilər. Tula çayı kənarında edilən qanlı bir savaşda, Doqquz Oğuzlar yenildilər. Amma, Göytürklərin hakimiyyətini qəbul etmədilər. Ültəris хaqan Oğuzların üzərinə bir çoх səfər təşkil elədi və Baz хaqanı məğlub edib Oğuzların mərkəzi Ötükən və çevrəsini ələ keçirdilər. Bu məğlubiyyət nəticəsində Ültəris хaqanın hakimiyyətin qəbul etmək məcburiyyətində qalan Oğuzlar, Göytürklərin Qırğız səfərinə qatıldılar. Göytürk хaqanlarından Bilgə xaqan zamanında üsyan etdilər. Bir il içində bir neçə dəfə hərbə girən Oğüzlar; yenilərək, geri çəkildilər.
Altmış doqquz
Altmış doqquz — say sistemində ədədlərdən biridir. Altmış səkkizdən sonra, yetmişdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Altmış doqquz ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 3, 23 və 69 ədədlərinə qalıqsız bölünür.
Doqquz (Qəmərli)
Doqquz — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 6 km şimalda, Gərni çayının yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Doqquz, Qafqazın 5 verstlik xəritəsində isə Dokkuz formasında qeyd edilmişdir. Toponim oğuzların dülqədirli tayfasından olan doqquz etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 20.VIII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Kanaçut qoyulmuşdur. == Əhalisi == Kənddə tarixən yalnız azərbaycanlı yaşamışdır. 1828-1829 - cu illərdə buraya İranın Xoy və Salmas vilayətlərindən ermənilər köçürülmüşdür. 1828-ci ilə qədər Doqquz kəndində cəmi 8 yerli erməni (rus.
Doqquz Xatun
Orokina Xatun, digər adıyla Doqquz Xatun (?-1265) — XIII əsrdə yaşamış və Monqol hökmdarı Hülaku xan ilə evli olan bir Kereit xanzadəsiydi. Hülaku xanın Bağdadı alması sırasında müsəlmanlar öldürülərkən xristianlar Doqquz xatunun nüfuzu sayəsində zərər görməmişdi.Doqquz Xatun Nestorian xristian idi. Qərbli tarixçilər tərəfindən sıxlıqla xristian inancına böyük yararı toxunmuş bir kimsə olaraq anılır. Həyat yoldaşı Hülaku xanla eyni il 1265-ci ildə ölmüşdür. == İstinadlar == == Mənbə == Runciman, Steven (çev.
Doqquz naməlum
"Doqquz naməlum" cəmiyyəti — məşhur gizli təşkilat. Bu qardaşlıq cəmiyyəti o qədər gizli fəaliyyət göstərib ki, tarixçilər arasında indi də belə bir cəmiyyətin olub-olmaması haqqında fikir ayrılıqları mövcuddur. == İlk məlumatlar == "Doqquz naməlum" cəmiyyəti haqqında ilk məlumatlar eradan əvvəl III əsrə aiddir və hind çarı Aşokanın hakimiyyəti dövrünə təsadüf edir. Çar Çandraquptanın nəvəsi olan çar Aşokanın Hindistanın tarixində çox böyük və əhəmiyyətli rolu var. Aşoka da babası kimi Hindistanın birləşdirilməsi siyasətini davam etdirir və Cənubi Asiyanın əhəmiyyətli bir hissəsini Hindistana birləşdirir. Hakimiyyətə gəldikdən səkkiz il sonra Aşoka daha bir qonşu dövlətə, Kəlküttə və Mədrəs arasında yerləşən Kalinqaya müharibə elan edir və bu müharibə Hindistanın tarixinə ən qanlı müharibələrdən biri kimi düşür. Müharibə zamanı 150 min nəfər insan əsir düşür, 100 mindən çox insan isə həlak olur. Kalinqanın Hindistana birləşdirilməsi həm ticari-iqtisadi baxımdan, həm də imperiyanın güclənməsi nöqteyi-nəzərindən çox strateji əhəmiyyət daşıyırdı. Lakin müharibənin belə qanlı və dəhşətli sonluğu Aşokanın özünü də çox məyus edir və o qərara gəlir ki, bundan sonra torpaqların birləşdirilməsi qılınc gücünə yox, insanların qəlblərini fəth etməklə baş tutmalıdır. Bu müharibə Aşokanın buddizmi qəbul etməsinə və ölkədə yayılıb möhkəmlənməsinə səbəb oldu.
Doqquz qüllə
Doqquz qüllə (inq : Ийс гӏала) memorial kompleksi — İnquşetiya respublikasında yerləşən və Stalin repressiyalarının qurbanlarına həsr olunmuş abidə. == Haqqında == Muzeyin açılışı 23 fevral 1997-ci ildə inquş və çeçenlərin Orta Asiya və Qazaxıstana sürgün edilməsinin ildönümündə baş tutub. Abidənin layihəsinin müəllifi Rusiyanın əməkdar rəssamı Murad Polonkoyevdir. O, 2002-ci ildə bu layihəsinə görə Rusiya Rəssamlıq Akademiyasının qızıl medalına layiq görülüb. Memorial abidə memarlıq abidəsi kimi qeydə alınıb və Rusiya Rəssamlıq Akademiyasının reyestrinə salınıb. Abidə 1997-ci ildə məftillərlə əhatələnmiş 9 qüllə şəklində tikilib. Bu məftillər sürgün edilmiş 9 xalqı simvolizə edir. Mərkəzi qüllə 4 mərtəbəlidir və hündürlüyü 25 metrdir. Qüllələr ayrı ayrılıqda inquş xalqının fərqli memarlıq dövrlərini əks etdirir. == Abidədə keçirilən anım günləri == 23 fevral - İnquş xalqının deportasiyasını anım günü.
Doxsan doqquz
Doxsan doqquz — say sistemində ədədlərdən biridir. Doxsan səkkizdən sonra, yüzdən əvvəl gəlir. Ən böyük iki rəqəmli ədəddir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Doxsan doqquz ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 3, 9, 11, 33 və 99 ədədlərinə qalıqsız bölünür. === Say sistemində === == Elmdə == == Dində == === Qurani-Kərimdə === (Ya Peyğəmbər!) Sənə (Davudun padşahlığı vaxtı) dava edənlərin xəbəri gəlib çatdımı? O zaman onlar (Davuda məxsus) məbədə (ibadət vaxtı ora daxil olmaq qadağan edildiyi üçün) divardan aşıb gəlmişdilər. Onlar Davudun yanına gəlikdə (Davud) onlardan (mə’bədə qapıdan deyil, divardan aşıb daxil olduqları üçün) qorxdu. Onlar dedilər: "Qorxma, biz bir-birimizə haqsızlıq etmiş iki iddiaçıyıq. Aramızda ədalətlə hökm et, haqqı tapdalama (heç birimizin tərəfini saxlama) və bizə doğru yolu göstər!" (Onlardan biri dedi:) "Bu mənim (din) qardaşımdır.
On doqquz
On doqquz — say sistemində ədədlərdən biridir. On səkkizdən sonra, iyirmidən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === On doqquz ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir. == Elmdə == == Dində == 19 ədədi gizli şəkildə Qurani-Kərimin ayələri və ümumiyyətlə, mətninin strukturunda yer alır. Quranda "RƏHİM VƏ RƏHMAN ALLAHIN ADI İLƏ" ifadəsi orijinal, yəni ərəb variantında 19 hərfdən ibarətdir. Bu ifadənin tərkibindəki 4 söz Quranda 1919 ayədə istifadə olunur və onlarin hər birinin işlədilmə sayı 19-a tam bölünən ədədlərdir. Quranda 114 surə var, yəni 19x6. Quranda ilk nazil olan 96-ci surənin (Əl-Ələq) Quranın son surəsindən hesablamağa başlasaq 19-cu surədir. Surədə 19 ayə var. Ayələrdə isə 285 hərf var, yəni 19x15.
Otuz doqquz
Otuz doqquz — say sistemində ədədlərdən biridir. Otuz səkkizdən sonra, qırxdan əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Otuz doqquz ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Qırx doqquz
Qırx doqquz — say sistemində ədədlərdən biri. Qırx səkkizdən sonra, əllidən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Qırx doqquz ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 7 və 49 ədədlərinə qalıqsız bölünür.
Səksən doqquz
Səksən doqquz — say sistemində ədədlərdən biridir. Səksən səkkizdən sonra, doxsandan əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Səksən doqquz ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir.
Yetmiş doqquz
Yetmiş doqquz — say sistemində ədədlərdən biridir. Yetmiş səkkizdən sonra, səksəndən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Yetmiş doqquz ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir.
İyirmi doqquz
İyirmi doqquz — say sistemində ədədlərdən biridir. İyirmi səkkizdən sonra, otuzdan əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === İyirmi doqquz ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Əlli doqquz
Əlli doqquz — say sistemində ədədlərdən biridir. Əlli səkkizdən sonra, altmışdan əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Əlli doqquz ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir.
Doqquz Bitik (kitab)
Doqquz Bitik — Firudin Ağası oğlu Cəlilovın 2014-cü ildə çap elədiyi bu əsər, Tarixi, fərqli bir baxış açısından ortaya qoymuş və türklərin mənşəsini araşdıraraq yeni bir idea yaratmışdır. Kitab 9 cilddə təlif olunmuş ki bunların üçü nəşr edilmişdir: 1- Azərbaycan türklərinin islamaqədər tarixi. Doqquz Bitik: Tarixi qaynaqlar. I Bitik. Bakı, Ağrıdağ, 2014. 367[1] 2- Azərbaycan türklərinin islamaqədər tarixi. Doqquz Bitik: Tarixi coğrafiya. II Bitik. Bakı Ağrıdağ 2014. 280 3- Azərbaycan türklərinin islamaqədər tarixi.
Doqquz Sentyabr Universiteti
Doqquz Sentyabr Universiteti (türk. Dokuz Eylül Üniversitesi) və ya qısaca DEÜ — İzmirdə dövlət universiteti. 20 iyul 1982-ci ildə təsis edilmişdir. Universitetdə 10 institut, 18 fakültə, 3 kollec, 1 konservatoriya, 6 peşə məktəbi, 1 təcrübə və tədqiqat xəstəxanası, 60 təcrübə və tədqiqat mərkəzi fəaliyyət göstərir. 2019-2020 tədris ilində universitetdə 70 158 tələbə təhsil almışdır. Bu tələbələrdən 1 352 nəfəri 115 ölkədən olan beynəlxalq tələbələrdir. Beynəlxalq tələbələr arasında azərbaycanlı, ukraynalı və bolqar tələbələr üstünlük təşkil edir. Qurumun akademik heyəti 3.343 nəfər təşkil edir və heyətdə azərbaycanlılara da rast gəlmək mümkündür. == Tarixçə == Qurulma mərhələsində, Ege Universitetindən; İncəsənət fakültəsi, Hüquq fakültəsi, İqtisadiyyat və İdarəetmə Elmləri fakültəsi, Mühəndislik və Memarlıq fakültəsi, Tibb fakültəsi, Dəniz Elmləri və Texnologiyaları İnstitutu, Hüquq məktəbi, Turizm İdarəetmə və Otelçilik Məktəbi, Milli Təhsil Nazirliyi, Gənclər və İdman; Buca Təhsil Fakültəsindən, Dənizli Mühəndislik Fakültəsi, İlahiyyat Fakültəsi, Dəmirçi Təhsil Məktəbi, Dənizli Təhsil Məktəbi, İzmir Peşə Liseyi, Mədəniyyət və Turizm Nazirliyi, İzmir Dövlət Konservatoriyası, Ankara İqtisadiyyat və Ticarət Elmlər Akademiyası; Muğla İş Məktəbi Doqquz Sentyabr Universitetinin tabeliyinə keçdi. 1983-cü ildə Atatürk Prinsipləri və İnqilab Tarixi İnstitutu quruldu və İncəsənət Təhsili Məktəbi ləğv edildi.
On doqquz günlük oruc
On doqquz günlük oruc (ing. Nineteen-Day Fast)- Bəhai dinin ardıcılları tərəfindən hər il 2 mart və 21 mart tarixləri aralığında gerçəkləşdirilən orucluq dövrü. Bəhai orucu, Bəhai təqviminin sonuncu ayına işarə edir və orucluq bitməklə təqvmin ili də, bitmiş olur. Dinin müqəddəs sayılan yazılarında qeyd olunub ki, oruc tutan şəxs günəş çıxandan günəş batanadәk on doqquz gün әrzindә özünü hәr cür yemәkdәn vә içmәkdәn saxlamalıdır. Orucluq mart ayında gecә ilә gündüzün bәrabәrlәşdiyi eyni bir vaxtda – yәni Şimal yarımkürəsindә bahar vә Cənub yarımkürəsindә isә qış olduğu zaman qurtarır. Orucluq ayı heç zaman oruc tutmaq üçün üzücü olan yayın şiddәtli isti günlәrinә vә ya qışın sәrt soyuğuna düşmür. Bundan başqa, ilin bu dövründә yer kürәsinin insan yaşayan bütün mәntәqәlәrinin hәr yerindә günün çıxması vә batması vaxtı tәxminәn sәhәr saat 6-dan axşam saat 6-ya qәdәrdir.
Doqqaz
Doqqaz - ağacdan düzəlmiş indiki qapı (darvaza) əvəzi işlənən keçid yeri. Əvvəllər kənd yerlərində sakinlərin əraziləri böyük olduğundan həyət qapısından əvvəl, ona aid olan ərazinin girişində qoyulurmuş. Hal-hazırda da bir neçə rayonlarımızda, həmçinin Şəkidə kiçik məhlələrə doqqaz deyirlər.
Donuz
Donuz — Sus cinsində olan heyvanlara verilən ümumi addır. Donuzlar həm ət həm ot ilə qidalanırlar. İnsanlar tərəfindən əhlilləşdirilmişdir və ferma heyvanı olaraq istifadə edilməkdədir.
Cırtdan donuz
Cırtdan donuz (lat. Porcula salvania) - donuzlar fəsiləsinə aid növ. Ən kiçik donuz növüdür. Nəsli kəsilməkdə olan növlərə daxildir. == Təsvir == Cırtdan donuzların bədən uzunluğu yalnız 45-50 sm, hündürlüyü 20-25 sm, çəkisi 3-4,5, nadir hallarda 5,5 kq-a qədər artır.Bu donuzlar kəllə strukturunda dramatik şəkildə fərqlənir. Qadınlarda digər növlərdə olduğu kimi 6 cüt deyil, 3 cüt nipples var. Buna görə də, cücə donuzları bəzən xüsusi bir növ Porcula olaraq adlandırılır.Dərisinin boz-qəhvəyi rənglərlə boyanmış, yanaqlarında ağqitrək çilləri var.Himalayaların, Nepal, Butan və Şimal-Qərb Assamın ətəyində və cənub yamaclarında yayılmışdır. Brahmaputra vadisinin meşələrinə yayılmışlar.Çox gizli, gecə həyatı sürür.Erkəyi daim qadınlardan və gənclərdən ibarət sürüdə yaşayır və onların sürüsünü düşmənlərdən qorumaqla qoruya bilər, hətta bir insanda kəskin hiyləgər şəkildə hücum edir.
Donuz maralı
Donuz maralı (lat. Axis porcinus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin aksis cinsinə aid heyvan növü.
Donuz müharibəsi
Donuz müharibəsi — 1859-cu ildə ABŞ və Britaniya hakimiyyətinin sərhəddi olan San Xuan adalarında bir donuzun öldürülməsi nəticəsində başlanmış müharibə. Müharibə zamanı yeganə itki donuzun ölümü idi və bu müharibə ABŞ tarixinə qansız müharibə kimi daxil olub.
Donuz qalası
Donuz qalası — Babək rayonunun Sirab kəndindən şimalda, hündür qayalıqların üzərində arxeoloji abidə. Qalanın yerləşdiyi ərazi hər tərəfdən sıldırım qayalarla əhatə olunmuşdur. Qalaya şimaldan olan ensiz keçiddən qalxmaq mümkündür. Abidənin yerləşdiyi ərazi uzunsov oval formalı daş divarla iki hissəyə ayrılmışdır. Divarın uzunluğu 26,6 m, eni 2,3 m-dir. O, iri qaya parçalarından hörülmüş və bəzi yerlərdə 1 m hündürlükdə salamat qalmışdır. Qala divarı ziqzaq formalı çıxıntılarla təmin edilmişdir. Mərkəzi hissədə eni 2,9 m olan qapı vardır. Şübhəsiz ki, bu divar qalaya qərbdən olan hücumların qarşısını almaq üçün inşa edilmişdir. Tədqiqat zamanı qalanın ərazisindən Orta əsrlərin erkən və inkişaf etmiş dövrlərinə aid keramika nümunələrinə rast gəlinmişdir.
Donuz qripi
Donuz qripi (SIV) – Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumata görə, virus "donuz qripi" adlansa da, əslində, müxtəlif H1N1 viruslarının qarışığından yaranıb – donuz qripi, quş qripi və insan qripi. Bu üzdən viruslara həm donuzların, həm quşların, həm də insanların yoluxması mümkündür. Adi öskürək və asqırıqla ətrafa yayılan damcılar və xəstə insanla yaxın kontaktla xəstəlik asanlıqla yayıla bilir. "Donuz qripi"nə ilk dəfə 2008-ci ilin aprelində Meksikanın La-Qloriya kəndində yaşayan beş yaşlı oğlan Edqar Ernandes donuz ferması yaxınlığında yoluxub. Həmin vaxtdan dünyanın 135 ölkəsində 134 mindən çox adam bu qripə tutulub ki, onların da 700 nəfərdən çoxu dünyasını dəyişib. Xəstələrin sayı ABŞ, Meksika, Kanada Böyük Britaniya, Çili və Avstraliyada daha çoxdur. "Donuz qripi"nin texniki adı belə qəbul olunub: A/H1/N1. "A" tipli qrip virusun nəfəs yolu ilə yoluxması nəticəsində ortaya çıxır və bu xəstəlik sürətlə yayıla bilir. "Donuz qripi" donuzlarda bütün il boyu özünü büruzə verə bilər. Xəstəliyə yoluxanlar özlərini əzgin, yorğun hiss edirlər, boğazları qaşınır, əzələləri ağrıyır, quru öskürək müşahidə olunur.
Doğum
Doğum — hamiləliyin başa çatması və döl, cift, döl qişalarının ana orqanizmindən ayrılaraq, təbii doğum yollarından keçməsi ilə müşayiət olunan mürəkkəb fizioloji proses. Doğum populyasiyada vahid zaman ərzində orqanizmin yeni fərdlərinin həyata gəlməsi hadisəsi, yəni doğum əmələ gəlir. Yeni fərdlərin əmələ gəlməsi yumurtadan çıxma, toxumla cücərmə və bölünmə yolu ilə ola bilər. Zaman vahidi ərzində doğulanların sayı sabit kəmiyyət olmayıb populyasiyanın fərdlərinin ölçü və yaşından, həm də mühit şəraitindən asılı olaraq dəyişir. Doğum çox olduqda ərazi vahidinə düşən fərdlərin sayı artaraq sıxlığı yüksəlir. Bu zaman ərazi, dişilər və yem üstündə fərdlərarası rəqabət güclənir. Nəticədə fərdlər arasında ölüm halları artır.
Doğuş
Orxan Baltaçı (türk. Orhan Baltacı) ya da tanınan adı ilə Doğuş — türk pop müğənnisi. == Həyatı == Doğuş 30 iyun 1974-cü ildə Almaniyada anadan olub. Əslən Rizənin İkizdərəli kəndindən olan müğənni 4 yaşında ailəsi ilə birlikdə Türkiyəyə köçüb. Ailədaxili problemlər üzündən evdən qaçıb və kiçik yaşlarından küçədə yaşamağa başlayıb. Özünə "Doğuş" təxəllüsü götürüb. Musiqiçi kimi 1997-ci ildə özünün söz və musiqilərindən ibarət olan "DOĞUŞ" albomunu buraxmaqla tanınıb. 2014-cü ildə Azərbaycanda "Səni axtarıram" adlı proqramın aparıcısı olan Xoşqədəm Hidayətqızı ilə evlənib. Hazırda 3 övladları var:1999 təvəllüdlü Zaur, 2016 təvəllüdlü Arda və Arın.
Oğuz
Oğuz (əvvəlki adı: Vartaşen) — Azərbaycanda şəhər, Oğuz rayonunun inzibati mərkəzi. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Vartaşen rayonunun Vartaşen şəhəri Oğuz şəhəri adlandırılmışdır. == Tarixi == Vartaşenin çoxdan qurulduğu, Bejanov tərəfindən sübut edildiyi kimi, bir çoxu kəndin yanında olduğu kimi, qədim kurqan və qəbiristanlıqlardır. Vartaşen və Nic qəsəbələri, əfsanələrə görə, qədim dövrlərdə Kür çayının cənubundakı qədim erməni Utik vilayətində məskunlaşmış Utievlər və ya biri üçün doğma yerlər idi. 1722-ci ildə I Pyotrun Qafqaz ekspedisiyası zamanı ona ünvanladığı bir məktubda özlərini "Ağvanlar" adlandırdılar. 1807-ci ildə Şəki xanı Cəfər Kuli Xanın (azərbaycanlı) rus olduğu Vartaşen və Nici ermənilərə verəcəkdi, rus çarı I Alexander-a bir məktub yazdı: 1824-cü il Şəki əyalətinin kameral təsvirinə əsasən Kərimli kəndində (indiki Oğuz şəhərində) 657 təsərrüfatda 3153 nəfər əhali yaşayırdı ki, onların da 1646 nəfərini kişilər, 1507 nəfərini isə qadınlar təşkil edirdi. == Əhalisi == 1 yanvar 2013-cü il tarixli məlumata əsasən əhalisi 6,891 nəfər olsa da.2019-cu ilin məlumatına görə 7,400 nəfərdən artıq şəhərdə yaşayır.1819-cu il üçün Şəki vilayətinin təsviri Vartaşenin "Tatar" (Azərbaycan) kəndini göstərir. Vartaşen məktəbinin keçmiş müdiri Mixail Bejanov "Qafqazın yerlərini və tayfalarını təsvir etmək üçün materiallar toplusu" kitabında Udinlərin Vartaşen və Nic kəndlərində yaşadıqlarını və bir çox "tatar" (yəni Azərbaycan) sözlərini özündə cəmləşdirən Dağ dilində danışdıqlarını qeyd edir. 1908-ci il üçün "Qafqaz təqvimi" nə görə kənddə 1090 udin, 629 rus və 35 azərbaycanlı ("Tatarlar" mənbəyində) yaşayırdı. 1921-ci il Azərbaycan Kənd Təsərrüfatı Siyahıyaalmasına görə Vartaşendə 1262 nəfər yaşayırdı, Udilər üstünlük təşkil edən milliyyət idi.