DOQQAZ
DOQQUZ-DOQQUZ
OBASTAN VİKİ
On doqquz
On doqquz — say sistemində ədədlərdən biridir. On səkkizdən sonra, iyirmidən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === On doqquz ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir. == Elmdə == == Dində == 19 ədədi gizli şəkildə Qurani-Kərimin ayələri və ümumiyyətlə, mətninin strukturunda yer alır. Quranda "RƏHİM VƏ RƏHMAN ALLAHIN ADI İLƏ" ifadəsi orijinal, yəni ərəb variantında 19 hərfdən ibarətdir. Bu ifadənin tərkibindəki 4 söz Quranda 1919 ayədə istifadə olunur və onlarin hər birinin işlədilmə sayı 19-a tam bölünən ədədlərdir. Quranda 114 surə var, yəni 19x6. Quranda ilk nazil olan 96-ci surənin (Əl-Ələq) Quranın son surəsindən hesablamağa başlasaq 19-cu surədir. Surədə 19 ayə var. Ayələrdə isə 285 hərf var, yəni 19x15.
Otuz doqquz
Otuz doqquz — say sistemində ədədlərdən biridir. Otuz səkkizdən sonra, qırxdan əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Otuz doqquz ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Qırx doqquz
Qırx doqquz — say sistemində ədədlərdən biri. Qırx səkkizdən sonra, əllidən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Qırx doqquz ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 7 və 49 ədədlərinə qalıqsız bölünür.
Səksən doqquz
Səksən doqquz — say sistemində ədədlərdən biridir. Səksən səkkizdən sonra, doxsandan əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Səksən doqquz ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir.
Yetmiş doqquz
Yetmiş doqquz — say sistemində ədədlərdən biridir. Yetmiş səkkizdən sonra, səksəndən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Yetmiş doqquz ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir.
İyirmi doqquz
İyirmi doqquz — say sistemində ədədlərdən biri. İyirmi səkkizdən sonra, otuzdan əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === İyirmi doqquz ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir.
On doqquz günlük oruc
On doqquz günlük oruc (ing. Nineteen-Day Fast)- Bəhai dinin ardıcılları tərəfindən hər il 2 mart və 21 mart tarixləri aralığında gerçəkləşdirilən orucluq dövrü. Bəhai orucu, Bəhai təqviminin sonuncu ayına işarə edir və orucluq bitməklə təqvmin ili də, bitmiş olur. Dinin müqəddəs sayılan yazılarında qeyd olunub ki, oruc tutan şəxs günəş çıxandan günəş batanadәk on doqquz gün әrzindә özünü hәr cür yemәkdәn vә içmәkdәn saxlamalıdır. Orucluq mart ayında gecә ilә gündüzün bәrabәrlәşdiyi eyni bir vaxtda – yәni Şimal yarımkürəsindә bahar vә Cənub yarımkürəsindә isә qış olduğu zaman qurtarır. Orucluq ayı heç zaman oruc tutmaq üçün üzücü olan yayın şiddәtli isti günlәrinә vә ya qışın sәrt soyuğuna düşmür. Bundan başqa, ilin bu dövründә yer kürәsinin insan yaşayan bütün mәntәqәlәrinin hәr yerindә günün çıxması vә batması vaxtı tәxminәn sәhәr saat 6-dan axşam saat 6-ya qәdәrdir.
Doqquz
9 (doqquz) — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Səkkizdən sonra, ondan əvvəl gəlir. Ən böyük bir rəqəmli ədəddir. Ümumi məlumat: Türk xalqlarının önəmli sayı doqquzdur. Amma bu, o demək deyil ki, doqlara yaddır. Bütün dünya xalqlarının mif, folklor örnəklərində, məişət institutunda doqquz sayı vardır və bu saya münasibət də fərqli-fərqlidir. Dünyada türk xalqlarından sayılan altaylıların mifik təsəvvüründə göy doqquz qatdan ibarətdir. Göyün doqquzuncu qatında oturan Tanrı Yeri yaratdıqdan sonra doqquz adam xəlq eləyir və bütün insan nəsli də bu doqquz adamın törəməsidir. Dünyanın sonunun, yəni qiyamət gününün də doqquz sayı ilə bağlılığı haqqında xəbərlər vardır. Deyilənə görə, qiyamət günü göy guruldayıb şimşək çaxacaq.
Altmış doqquz
Altmış doqquz — say sistemində ədədlərdən biridir. Altmış səkkizdən sonra, yetmişdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Altmış doqquz ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 3, 23 və 69 ədədlərinə qalıqsız bölünür.
Doqquz (Qəmərli)
Doqquz — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 6 km şimalda, Gərni çayının yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Doqquz, Qafqazın 5 verstlik xəritəsində isə Dokkuz formasında qeyd edilmişdir. Toponim oğuzların dülqədirli tayfasından olan doqquz etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 20.VIII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Kanaçut qoyulmuşdur. == Əhalisi == Kənddə tarixən yalnız azərbaycanlı yaşamışdır. 1828-1829 - cu illərdə buraya İranın Xoy və Salmas vilayətlərindən ermənilər köçürülmüşdür. 1828-ci ilə qədər Doqquz kəndində cəmi 8 yerli erməni (rus.
Doqquz Oğuz
Doqquz Oğuz (q.türk 𐱅𐰇𐰼𐰜:𐰉𐰆𐰑𐰣 ( ), Toquz Oγuz; çin. 鐵勒九姓 / 铁勒九姓 tielè jiǔxìng) — türk tayfası, Telelərnin doqquz boyu. == Tarixi == Doqquz Oğuz türk tayfaları indiki Çin Türküstanının şərq hissəsinə (Turfan) sahib idilər. 794-cü ildə bu ərazini tibetlər, 866-cı ildə uyqurlar tutmuşdu və bu ad uyqurlara keçmişdi. VI yüzillikdən etibarən Göytürklərin idarəsində toplanan Türk tayfalarından bir qismi kimi Doqquz Oğuzlar da öz aralarında birlik quraraq Tula-Selenge çayları bölgəsində Doqquz Oğuz xaqanlığını meydana gətirdilər. Göytürk хaqanlığının, Qutluq şad (Ültəris xaqan) tərəfindən 682-ci ildə də ikinci dəfə qurulmasından sonra, Göytürklər, hakimiyyətliklərini qəbul etməyən oğuzların üzərinə yürüş etdilər. Tula çayı kənarında edilən qanlı bir savaşda, Doqquz Oğuzlar yenildilər. Amma, Göytürklərin hakimiyyətini qəbul etmədilər. Ültəris xaqan Oğuzların üzərinə bir çox səfər təşkil elədi və Baz xaqanı məğlub edib Oğuzların mərkəzi Ötükən və çevrəsini ələ keçirdilər. Bu məğlubiyyət nəticəsində Ültəris xaqanın hakimiyyətin qəbul etmək məcburiyyətində qalan Oğuzlar, Göytürklərin Qırğız səfərinə qatıldılar.
Doqquz Xatun
Orokina Xatun, digər adıyla Doqquz Xatun (?- ö. 16 iyun 1265, Elxanilər dövləti) — XIII əsrdə yaşamış və Monqol hökmdarı Hülaku xan ilə evli olan bir Kereit xanzadəsiydi. Hülaku xanın Bağdadı alması sırasında müsəlmanlar öldürülərkən xristianlar Doqquz xatunun nüfuzu sayəsində zərər görməmişdi. == Həyatı == Doqquz Xatun Kereitlərin bir zamanlar xanı olmuş Toğrul xanın oğlu Uyku və ya Abaqunun qızı idi. O, babasının ölümündən sonra ilk öncə Çingiz xanın oğlu Toluy xana ərə verilmişdi. Beləki babası gələcəyin Çingiz xanına 1203-cü ildə məğlub olduqdan sonra Doqquz Xatun onun ən gənc oğlu Toluya ərə verilmişdi. Toluyun 1232-ci ildə vəfat etməsindən sonra o, levirat evliliyə uyğun olaraq vəfat etmiş ərinin oğlu Hülakü xana ərə verildi. Bu zaman Hülakü xan özünün Orta Şərqə doğru yürüşünə başlamaqda idi. Doqquz Xatunun əri Hülakünü hərbi yürüşlərdə müşayiət etdiyi bilinməkdədir. Bağdadın mühasirəsi zamanı Hülakü xan minlərlə insanə qətlə yetirilməsi barədə əmr versə də, Doqquz Xatunun müdaxiləsi ilə xristianlar qətllərdən azad edilmişdilər.
Doqquz naməlum
"Doqquz naməlum" cəmiyyəti — məşhur gizli təşkilat. Bu qardaşlıq cəmiyyəti o qədər gizli fəaliyyət göstərib ki, tarixçilər arasında indi də belə bir cəmiyyətin olub-olmaması haqqında fikir ayrılıqları mövcuddur. == İlk məlumatlar == "Doqquz naməlum" cəmiyyəti haqqında ilk məlumatlar eradan əvvəl III əsrə aiddir və hind çarı Aşokanın hakimiyyəti dövrünə təsadüf edir. Çar Çandraquptanın nəvəsi olan çar Aşokanın Hindistanın tarixində çox böyük və əhəmiyyətli rolu var. Aşoka da babası kimi Hindistanın birləşdirilməsi siyasətini davam etdirir və Cənubi Asiyanın əhəmiyyətli bir hissəsini Hindistana birləşdirir. Hakimiyyətə gəldikdən səkkiz il sonra Aşoka daha bir qonşu dövlətə, Kəlküttə və Mədrəs arasında yerləşən Kalinqaya müharibə elan edir və bu müharibə Hindistanın tarixinə ən qanlı müharibələrdən biri kimi düşür. Müharibə zamanı 150 min nəfər insan əsir düşür, 100 mindən çox insan isə həlak olur. Kalinqanın Hindistana birləşdirilməsi həm ticari-iqtisadi baxımdan, həm də imperiyanın güclənməsi nöqteyi-nəzərindən çox strateji əhəmiyyət daşıyırdı. Lakin müharibənin belə qanlı və dəhşətli sonluğu Aşokanın özünü də çox məyus edir və o qərara gəlir ki, bundan sonra torpaqların birləşdirilməsi qılınc gücünə yox, insanların qəlblərini fəth etməklə baş tutmalıdır. Bu müharibə Aşokanın buddizmi qəbul etməsinə və ölkədə yayılıb möhkəmlənməsinə səbəb oldu.
Doqquz qüllə
Doqquz qüllə (inq : Ийс гӏала) memorial kompleksi — İnquşetiya respublikasında yerləşən və Stalin repressiyalarının qurbanlarına həsr olunmuş abidə. == Haqqında == Muzeyin açılışı 23 fevral 1997-ci ildə inquş və çeçenlərin Orta Asiya və Qazaxıstana sürgün edilməsinin ildönümündə baş tutub. Abidənin layihəsinin müəllifi Rusiyanın əməkdar rəssamı Murad Polonkoyevdir. O, 2002-ci ildə bu layihəsinə görə Rusiya Rəssamlıq Akademiyasının qızıl medalına layiq görülüb. Memorial abidə memarlıq abidəsi kimi qeydə alınıb və Rusiya Rəssamlıq Akademiyasının reyestrinə salınıb. Abidə 1997-ci ildə məftillərlə əhatələnmiş 9 qüllə şəklində tikilib. Bu məftillər sürgün edilmiş 9 xalqı simvolizə edir. Mərkəzi qüllə 4 mərtəbəlidir və hündürlüyü 25 metrdir. Qüllələr ayrı ayrılıqda inquş xalqının fərqli memarlıq dövrlərini əks etdirir. == Abidədə keçirilən anım günləri == 23 fevral - İnquş xalqının deportasiyasını anım günü.
Doxsan doqquz
Doxsan doqquz — say sistemində ədədlərdən biridir. Doxsan səkkizdən sonra, yüzdən əvvəl gəlir. Ən böyük iki rəqəmli ədəddir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Doxsan doqquz ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 3, 9, 11, 33 və 99 ədədlərinə qalıqsız bölünür. == Dində == === Qurani-Kərimdə === (Ya Peyğəmbər!) Sənə (Davudun padşahlığı vaxtı) dava edənlərin xəbəri gəlib çatdımı? O zaman onlar (Davuda məxsus) məbədə (ibadət vaxtı ora daxil olmaq qadağan edildiyi üçün) divardan aşıb gəlmişdilər. Onlar Davudun yanına gəlikdə (Davud) onlardan (mə’bədə qapıdan deyil, divardan aşıb daxil olduqları üçün) qorxdu. Onlar dedilər: "Qorxma, biz bir-birimizə haqsızlıq etmiş iki iddiaçıyıq. Aramızda ədalətlə hökm et, haqqı tapdalama (heç birimizin tərəfini saxlama) və bizə doğru yolu göstər!" (Onlardan biri dedi:) "Bu mənim (din) qardaşımdır.
Əlli doqquz
Əlli doqquz — say sistemində ədədlərdən biri. Əlli səkkizdən sonra, altmışdan əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Əlli doqquz ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir.
Doqquz lirik
Doqquz lirik (lat. novem lyrici) və ya melik şairlər —ellinistik İsgəndəriyyə alimləri tərəfindən tənqidi araşdırmaya layiq görülən qədim yunan şairlərinin kanonik qrupu. "Palatin antologiyası"nda deyilir ki, onlar lirik mahnı yaratmışlar. Onlar: Spartalı Alkman (xor lirikası) Lesboslu Sapfo (monodik lirik) Midilli Alkey (monodik lirik) Teoslu Anakreon (monodik lirik) Metavrlı Stesixor (xor lirikası) Regili İvik (xor lirikası) Keyalı Simonid (xor lirikası) Keyalı Vakxili (xor lirikası) Fivli Pindar (xor lirikası) Doqquz lirik şair ənənəvi olaraq əsasən xor şeirləri bəstələyənlər və monodik şeirlər bəstələyənlər arasında bölünür. Bu bölgü bəzi müasir alimlər tərəfindən mübahisələndirilir.
Doqquz xatun
Orokina Xatun, digər adıyla Doqquz Xatun (?- ö. 16 iyun 1265, Elxanilər dövləti) — XIII əsrdə yaşamış və Monqol hökmdarı Hülaku xan ilə evli olan bir Kereit xanzadəsiydi. Hülaku xanın Bağdadı alması sırasında müsəlmanlar öldürülərkən xristianlar Doqquz xatunun nüfuzu sayəsində zərər görməmişdi. == Həyatı == Doqquz Xatun Kereitlərin bir zamanlar xanı olmuş Toğrul xanın oğlu Uyku və ya Abaqunun qızı idi. O, babasının ölümündən sonra ilk öncə Çingiz xanın oğlu Toluy xana ərə verilmişdi. Beləki babası gələcəyin Çingiz xanına 1203-cü ildə məğlub olduqdan sonra Doqquz Xatun onun ən gənc oğlu Toluya ərə verilmişdi. Toluyun 1232-ci ildə vəfat etməsindən sonra o, levirat evliliyə uyğun olaraq vəfat etmiş ərinin oğlu Hülakü xana ərə verildi. Bu zaman Hülakü xan özünün Orta Şərqə doğru yürüşünə başlamaqda idi. Doqquz Xatunun əri Hülakünü hərbi yürüşlərdə müşayiət etdiyi bilinməkdədir. Bağdadın mühasirəsi zamanı Hülakü xan minlərlə insanə qətlə yetirilməsi barədə əmr versə də, Doqquz Xatunun müdaxiləsi ilə xristianlar qətllərdən azad edilmişdilər.
Doqquz Bitik (kitab)
Doqquz Bitik — Firudin Ağası oğlu Cəlilovın 2014-cü ildə çap elədiyi bu əsər, Tarixi, fərqli bir baxış açısından ortaya qoymuş və türklərin mənşəsini araşdıraraq yeni bir idea yaratmışdır. Kitab 9 cilddə təlif olunmuş ki bunların üçü Bakıda (), alytısı İstanbulda (2022) nəşr edilmişdir: 1- Azərbaycan türklərinin islamaqədər tarixi. Doqquz Bitik: Tarixi qaynaqlar. I Bitik. Bakı, Ağrıdağ, 2014. 367[1] 2- Azərbaycan türklərinin islamaqədər tarixi. Doqquz Bitik: Tarixi coğrafiya. II Bitik. Bakı Ağrıdağ 2014. 280 3- Azərbaycan türklərinin islamaqədər tarixi.
Doqquz Sentyabr Universiteti
Dokuz Eylül Universiteti (türk. Dokuz Eylül Üniversitesi) və ya qısaca DEÜ — İzmirdə dövlət universiteti. 20 iyul 1982-ci ildə təsis edilmişdir. Universitetdə 10 institut, 18 fakültə, 3 kollec, 1 konservatoriya, 6 peşə məktəbi, 1 təcrübə və tədqiqat xəstəxanası, 60 təcrübə və tədqiqat mərkəzi fəaliyyət göstərir. 2019-2020 tədris ilində universitetdə 70 158 tələbə təhsil almışdır. Bu tələbələrdən 1 352 nəfəri 115 ölkədən olan beynəlxalq tələbələrdir. Beynəlxalq tələbələr arasında azərbaycanlı, ukraynalı və bolqar tələbələr üstünlük təşkil edir. Qurumun akademik heyəti 3.343 nəfər təşkil edir və heyətdə azərbaycanlılara da rast gəlmək mümkündür. == Tarixçə == Qurulma mərhələsində, Ege Universitetindən; İncəsənət fakültəsi, Hüquq fakültəsi, İqtisadiyyat və İdarəetmə Elmləri fakültəsi, Mühəndislik və Memarlıq fakültəsi, Tibb fakültəsi, Dəniz Elmləri və Texnologiyaları İnstitutu, Hüquq məktəbi, Turizm İdarəetmə və Otelçilik Məktəbi, Milli Təhsil Nazirliyi, Gənclər və İdman; Buca Təhsil Fakültəsindən, Dənizli Mühəndislik Fakültəsi, İlahiyyat Fakültəsi, Dəmirçi Təhsil Məktəbi, Dənizli Təhsil Məktəbi, İzmir Peşə Liseyi, Mədəniyyət və Turizm Nazirliyi, İzmir Dövlət Konservatoriyası, Ankara İqtisadiyyat və Ticarət Elmlər Akademiyası; Muğla İş Məktəbi Doqquz Sentyabr Universitetinin tabeliyinə keçdi. 1983-cü ildə Atatürk Prinsipləri və İnqilab Tarixi İnstitutu quruldu və İncəsənət Təhsili Məktəbi ləğv edildi.
Henri doqquzdonu
Lonicera acuminata (lat. Lonicera acuminata) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii şəraitdə Çinin qərb hissəsində və Şərqi Tibetdə yayılmışdır. == Botaniki təsviri == Uzunluğu 10 m-dək olan, yarım yarpağıtökülən lianadır. Zoğu sürünən oduncaqlıdır. Parlaq yaşıl, oval və ürəkvarı, yumurtavarı-uzunsovdur, yarpaqların uzunluğu 5-10 sm, eni isə 1-1,2 sm-dir, tükcüksüzdür. Çiçək tacının uzunluğu təxminən 2,5 sm-dir. Çiçəkləri qırmızı və ya sarı, borucuqludur. Cüt çiçəkləri 2 dodaqlı, sarımtıl-qırmızıdan al-qırmızıyadək olub, çılpaq və ya tükcüklü qısa çiçək saplaqlarında oturur. Çiçək tacının ölçüsü 2 sm-dir.
Keçi doqquzdonu
Keçi doqquzdonu (lat. Lonicera caprifolium) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi Avropada, Kiçik Asiyada kolluqlarda və meşələrdə bitir. Böyük və Kiçik Qafqazda yayılmışdır. == Botaniki təsviri == Sarmaşan və ya sürünən koldur, 8 m-dək uzana bilir. Cavan zoğları çılpaq, açıq-yaşıl, işıq düşən tərəfdə isə bənövşəyi-qırmızı olur. Yarpaqları 4-10 sm uzunluğunda, möhkəm, dərili, ellipsvari və ya enli-ellipsvari, üst tərəfi tünd-yaşıl, alt hissəsi isə göyümtül rənglidir. Yuxarı yarpaqların 2-3 cütü ellipsvari diskə yığılır, rəngini payıza qədər saxlayır. Üç yaşından etibarən çiçəkləməyə başlayır. Çiçəkləri oturaqdır.
Korolkov doqquzdonu
Korolkov doqquzdonu (lat. Lonicera korolkowii) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü. == Təbii yayılması == Orta Asiyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 3 m olan, yumşaq tüklü, budaqlı, dekorativ, yarpağıtökülən koldur. Yarpaqların diametri 3 sm-ə çatır, enli qaidəli, yumurtaşəkilli və ya ellipsvarı, ucu biz, mavi-yaşıl rənglidir, çox vaxt göyümtül olur. Aprel-may aylarında 15-20 gün ərzində bol çiçəkləyir, çiçəkləri çəhrayı rəngdə olur və yaşıl fonda çox gözəl görünür. Şarşəkilli, narıncı və ya al-qırmızı, meyvələri budaqların üzərində payıza qədər qalır. Zərərverici və xəstəliklərdən az zərər çəkir. Abşeronda vegetasiyası aprelin ortalarından başlayaraq oktyabrın axırlarına qədər davam edir. Hər il meyvə verir, meyvələri avqustun axırı sentyabrın birinci yarısında yetişir.
Maaka doqquzdonu
Maksimoviç doqquzdonu
Maksimoviç doqquzdonu (lat. Lonicera maximowiczii) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü. == Təbii yayılması == Uzaq Şərqdə, Koreyada, Çində yayılmışdır. Maksimoviç doqquzdonu növü Rusiya botaniki, Sankt-Peterburqda İmperator Elmlər akademiyasının akademiki, Uzaq Şərq və Yaponiya florasının tədqiqatçısı Karl İvanoviç Maksimoviçin (1827-1891) şərəfinə adlandırılmışdır. == Botaniki təsviri == Hündürlüyü 3 m-dək olan, yarpağı tökülən, şaxələnmiş, çoxbudaqlı koldur. Qoca zoğların qabığı açıq-boz, cavan zoğların qabığı yaşıl və ya bənövşəyi olub, tükcüksüzdür. Yarpaqları ellipsvarı və ya uzunsov-yumurtavarı, uzunluğu 3-7 sm, tünd-yaşıl, qısa saplaqlı, kənarları tükcüklüdür. 4-5 yaşından başlayaraq mayın ikinci yarısından iyunun əvvələrinə qədər çiçəkləyir. Çiçəkləri bənövşəyi-qırmızıdır, 13 mm-dək uzunluqda, yarpaqların qoltuqlarında cüt yerləşir və hər cüt öz yarpağı altında gizlənmişdir. Tez böyüyür.
On doqquzuncu simfoniya (Motsart)
On doqquzuncu simfoniya E-flat majorda K. 132 1772-ci ilin iyulunda Volfqanq Amadey Motsartın bəstələdiyi simfoniyadır. == Quruluşu == Simfoniya iki qoboy, dörd buynuz (bunlardan ikisi misilsiz E-düz alto ilə yazılmışdır) və stringsdə ifa edilməsi üçün nəzərdə tutulub. Əsərdə dörd hərəkət var : Allegro, 4 </br> 4 Andante, 3 </br> 3 Menyu — Trio, 3 </br> 3 Allegro, 2 </br> 2 Birinci hərəkət Motsartın daha sonra eyni açarda iyirmi ikinci fortepiano konsertinin əvvəlində istifadə edəcəyi bir motivlə açılır. Ekspozisiya qısadır və təkrar yoxdur. İnkişaf yeni materiala yönəlmişdir. Burd alternativ yavaş hərəkət də var — qeyd olunan Andantino grazioso . Birinci, ikinci və dördüncü hərəkətlərdə temp işarələri Leopold Motsart tərəfindən yazılmışdır. Final, yeddi hissədən ibarət fransız rondosudur (ABACADA). Rondonun hər bir hissəsi son A istisna olmaqla təkrarlanır.
On doqquzuncu sülalə (Misir)
XIX sülalə - Qədim Misirdə yeni padşahlıq dövründə hakimiyyətdə olmuş sülalə. == Ümumi məlumat == === Sülalənin əsasının qoyulması və I Setinin işğalçı yürüşləri === XIX sülalənin banisi XVIII sülalənin son hökmdarı Horemhebin dövründə ordu komandiri olmuş Parames idi. Horemheb övladı olmadığına görə Paramesi öz vəliəhdi elan etdi. Onun ölümündən sonra Parames I Ramzes adı ilə taxta çıxdı. Bununla da yeni xanədanlığın əsası qoyuldu. Nil sahilində tapılmış artefaktlar I Ramzesin hakimiyyətinin ikinci ilində Nubiyaya yürüş təşkil etdiyini sübut edir. I Ramzesin ölümündən sonra taxta onun oğlu I Seti çıxdı. I Seti sülalənin ən görkəmli nümayəndələrindəndir. Fironun qarşısında duran ilkin məqsəd Misirin Asiya torpaqlarındakı hegemonluğunu geri qaytarmaq idi. Beləki əvvəlki sülalənin hökmdarlığının sonuna yaxın Ərəbistan yarımadasında yaşayan xalqlar Misir əsarətinin zəifləməsindən istifadə edərək Nil deltasına doğru irəliləmişdilər.
Otuz doqquzuncu simfoniya (Motsart)
Otuz doqquzuncu simfoniya Volfqanq Amadey Motsart tərəfindən Qırxıncı və Qırx birinci simfoniyalarla birlikdə 1788-ci ildə, iyun-avqust aylarında, bir neçə həftə ərzində yazılmışdır. Bu simfoniyanın ilk premyerası məlum deyil, lakin İvan Andersviçin qeydlərinə əsasən ilk qeyd olunan tarix 1792-ci ilə aiddir. Simfoniyanın ifa müddəti 30 dəqiqədir. Motsart bu əsərləri ciddi maliyyə çətinlikləri və depressiya ilə xarakterizə olunan gərgin bir şəraitdə yazmışdı. (Maykl Puchbergə 27 iyun 1788-ci il tarixli məktub): "Yanıma gəlin və məni ziyarət edin; Mən həmişə evdə oluram; — 2 ay ərzində digər yaşayış yerlərindən daha çox yaşadığım 10 gündə daha çox çalışdım və tez-tez məni sıxan, yalnız çox çətinliklə davam gətirdiyim qara düşüncələr olmasaydı, daha yaxşı olardım." == Quruluşu == Simfoniya 4 hissədən ibarətdir. Adagio – Allegro, 2/2 Andante con moto, 2/4 Menuetto. Allegretto, 3/4 Final. Allegro, 2/4 === Birinci hissə: Adagio – Allegro === === İkinci hissə: Andante con moto === === Üçüncü hissə: Menuetto. Allegretto === === Dördüncü hissə: Final. Allegro === == Mənbə == Wolfgang Amadeus Mozart: Symphony E flat major K. 543.
Qafqaz doqquzdonu
Qafqaz doqquzdonu (lat. Lonicera caucasica) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü. == Təbii yayılması == İlk dəfə Qafqazda təsvir edilmiş, Kiçik Asiyada qeydə alınmışdır. == Botaniki təsviri == Hündürlüyü 3,5 m-ə çatan, dikduran gövdəli, alçaqboylu ağac və ya koldur. Yarpaqları uzunsov-oval və ya yumurtavarı-ovalşəkillidir, yarpaq damarları 4–13 cüt olub, aydın seçilir. Çiçəkləməsi yarpaqlamadan sonra baş verir. Dişiciyi 2 və ya 5 yuvalıdır. Erkəkciyi 5-dir. Çiçəkləri yarpaq qoltuğunda cüt və ya dəstə ilə yerləşir, ziqomorfdur, ikidodaqlıdır, üst dodağı 4, alt dodağı isə birləçəklidir. May ayında çiçəkləyir.
Qızılı doqquzdon
Qızılı doqquzdon (lat. Lonicera chrysantha) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü. == Təbii yayılması == Şərqi Sibirdə, Uzaq Şərqdə, Çində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2-4 m-dək olan, şaxələnmiş, möhkəm çətirli, tünd-boz qabıqlı gözəl koldur. Yarpaqların uzunluğu 12 sm-dək, uzunsov-yumurtavari, ucu biz, dərili, tünd-yaşıl, qısa saplaqlıdır. Bir çox növlərdən fərqli olaraq bu növün çiçəkləri qızılı-sarı, bal qoxuludur. 5-6 yaşından hər il çiçəkləyir və bol meyvə verir. Meyvələri qırmızı, şarşəkilli, bünövrəsi ilə bitişikdir. Toxumlarla və qələmlərlə çoxalır, kök atması 100 %-ə çatır. == Ekologiyası == Torpağa tələbkar deyil.
Skripka üçün on doqquzuncu sonata (Motsart)
Skripka üçün on doqquzuncu sonata — E-Flat Major ( K 302 / 293b) -da Volfqanq Amadey Motsart tərəfindən 1778-ci ilin mart ayında Almaniyanın Mannheim şəhərində bəstələnmişdir. Əsər ilk dəfə elə həmin ildə Motsartın Mariya Yelizavettaya həsr edilmiş Opus 1 kolleksiyasının bir hissəsi olaraq nəşr edilmişdir. Əsər iki hərəkətdən ibarətdir: Allegro Andante Grazioso == İstinadlar == Zaslaw, Neal; Cowdery, William (1990). Motsartın bütün əsərləri: Volfqanq Amadey Motsartın musiqi əsərlərinə bələdçi . New York: WW Norton .
Tatar doqquzdonu
Tatar doqquzdonu (lat. Lonicera tatarica) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi Sibirdə, Orta Asiya dağlarında, Tyan-Şanda, Altada bitir. == Botaniki təsviri == Hündürlüyü 1,5-2,5 m-ə qədər olan koldur. Gövdəsinin qabığı bozumtul rəngdə olub, tədricən soyulur. Cavan zoğları hamar, sarımtıl-qonur rənglidir, zoğun ucunda yumurtavari, qarşı-qarşıya yerləşmiş tumurcuqları olur. Yarpaqları 6 sm uzunluqda və 3 sm enində olmaqla yumurtavarı və ya neştərvarı formalıdır, ucdan sivriləşmiş, bəzi hallarda iridir, yarpaq qoltuğunda cüt-cüt yerləşir, ləçəkləri ağ və ya tünd çəhrayı rənglidir. Meyvəsi 7 mm diametrində, qırmızı və ya sarımtıl rəngli, kürəvidir, avqust ayında yetişir, acıdır, yeyilmir, budaqlar üzərində cüt-cüt sərbəst və ya azacıq bitişik halda olur. == Ekologiyası == Təbii halda meşə-çöl zonasında, çay vadilərində, qayalarda, meşə yaruslarında kölgəli ərazilərdə bitir. == Azərbaycanda yayılması == Böyük Qafqazda, Kür-Araz ovalığında və Cənub böıgəsində rast gəlinir.
Yapon doqquzdonu
Yapon doqquzdonu (lat. Lonicera japonica) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü. == Təbii yayılması == Yaponiya, Koreya və ya Çində yayılmışdır. == Botaniki təsviri == Ətirli yarımhəmişəyaşıl lianadır. Yapon doqquzdonu çox tez böyüyür və çoxlu miqdarda zoğlar əmələ gətirir.2 ildən bir iyun-iyul aylarında bol və uzunmüddətli çiçəkləyir. Onun çiçəkləri ağ, al-qırmızı çalarlı və ətirli olur. Zərif yarpaqlı, qızılı-sarı naxışlı formaları vardır. == Ekologiyası == Quraqlığa davamlıdır, münbit torpağı sevir. == Azərbaycanda yayılması == Böyük Qafqazda və Kür-Araz ovalığında rast gəlinir. == İstifadəsi == Yol kənarlarında istifadəsi məqsədyönlüdür.
Yeməli doqquzdon
Yeməli doqquzdon (lat. Lonicera edulis) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü. == Təbii yayılması == Əsasən Şərqi Sibirdə, Uzaq Şərqdə bitir. == Botaniki təsviri == Hündürlüyü 0,6-1 m-ə çatan alçaqboylu koldur. Cavan budaqları nazik və sıx tükcüklüdür. Bitki yaşlandıqca budaqları çılpaqlaşır. Yarpaqları nazik, ensiz neştərvaridir, saplağı qısadır. Çiçəkləri nektarlı, qıfvari formalı, süpürgəvari çiçək qrupunda olmaqla yarpaq qoltuğunda yerləşir, ləçəkləri sarı rəngdədir. May-iyun aylarında çiçəkləyir. Meyvəsi tünd-göyümtül rəngli, 9-12 mm uzunluğunda olmaqla, silindrvarı formadadır, əsasən iyul ayında yetişir.
Yeyilən doqquzdon
Çiçəkaltlıqlı doqquzdon
Çiçəkaltlıqlı doqquzdon (lat. Lonicera bracteolaris) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü. == Təbii yayılması == Şimal yarımkürəsində, Himalayda, Cənubi Asiyada təbii halda bitir. == Botaniki təsviri == Hündürlüyü 100-250 sm, möhkəm, yuxarıya istiqamətlənmiş, düz dayanan koldur. Qabığı açıq bozumtul-qonurdur. Yarpaqların uzunluğu 1,5-4,5 sm, eni 1,6-2,5 sm, möhkəm, uzunsov-yumurtavarı və ya uzunsov-ellipsvarı, ucu biz, bünövrəsi yumru, bəzən uzunsovdur. Aprel-may aylarında çiçəkləyir. Çiçəkləri az saylıdır. Çiçək saplaqları cavan budaqların aşağı yarpaqlarının qoltuqlarında ikiçiçəklidir. Çiçəkaltlıqları lansetvarı, uzunluğu 0,7-1,3 sm-dir.
İriçiçək doqquzdon
İriçiçək doqquzdon (lat. Lonicera macrantha) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü.
İyirmi doqquzuncu simfoniya (Motsart)
İyirmi doqquzuncu simfoniya Volfqanq Amadey Motsart tərəfindən 1774-cü ildə 6 apreldə tamamlanmışdır. Bir sıra müəlliflərin fikrincə, Motsartın bu simfoniyası geniş şöhrət qazanan ilk simfoniyalarından biridir. == Quruluşu == Simfoniya 4 hissədən ibarətdir. Allegro moderato, 2/2 Andante, 2/4 Menuetto və Trio, 3/4 Allegro con spirito, 6/8 === Birinci hissə: Allegro moderato === === İkinci hissə: Andante === === Üçüncü hissə: Menuetto === A-Dur, 3/4-Takt, 32 + 22 Takte === Dördüncü hissə: Allegro con spirito === == Mənbələr == Wolfgang Amadeus Mozart: Sinfonie A-Dur KV 201. Ernst Eulenburg Ltd. No. 546, London / Mainz ohne Jahresangabe (Taschenpartitur) W. Meves: Symphonies de W. A. Mozart. Collection Litolff No. 168. Henry Litolff´s Verlag, Braunschweig ohne Jahresangabe (Ausgabe von ca.

Digər lüğətlərdə