DOQQAZ

Küçə qapısı, həyət qapısı. (“Koroğlu” dastanının lüğəti)

Dialektlərimizdə bu söz kənd küçəsi, əsas yoldan məhəllələrə ayrılan yol, eləcə də çəpər mənasında da işlənir.

 Sağ ol deyib, doqqaza yaxınlaşdı. Mehtərbaşı gördü bir atlı doqqazdan içəri girdi... “Zərnişan xanımın Çənlibelə gəlməyi” (İ.A.,B.A.)

*

Bir mehdər gədəsi ilə gizir gədəsi kəsib doqqazımızın çənəsini. (“Mahru xanımın Çənlibelə gəlməyi”) (İ.A.,B.A.)

DOXARLI
DOQUNMAQ
OBASTAN VİKİ
Doqqaz
Doqqaz - ağacdan düzəlmiş indiki qapı (darvaza) əvəzi işlənən keçid yeri. Əvvəllər kənd yerlərində sakinlərin əraziləri böyük olduğundan həyət qapısından əvvəl, ona aid olan ərazinin girişində qoyulurmuş. Hal-hazırda da bir neçə rayonlarımızda, həmçinin Şəkidə kiçik məhlələrə doqqaz deyirlər.

Digər lüğətlərdə