Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Oğlan dostu
Oğlan dostu (ing. Boyfriend) ― Platonik, romantik və ya intim baxımdan əlaqələr yaradılan kişi cinsindən olan şəxs.Bu ifadə heteroseksual olan qadının münasibətdə olduğu kişi üçün istifadə olunduğu kimi, gey cütlüklər üçün də eyni mənanı daşıyır. Sözügedən ifadənin qadınlar üçün olan formasına isə qız dostu deyilir.
Qız dostu
Gölfrend yaxudda qız dostu – Platonik, romantik və ya intim baxımdan əlaqələr yaradılan qadın cinsindən olan şəxsi ifadə edən termindir. Belə münasibətdə olan insanlar bir-birlərini “qiymətli” və “partnyor” kimi müəyyən edib, bir-birlərinə sevgilim, balım, əzizim kimi sözlərlə müraciət edirlər. Evli kişi ilə münasibətdə olan qadınlara “məşuqə” deyirlər. Bu terminin kişilər üçün olan formasına isə oğlan dostu deyirlər.
"Jurnalistlərin dostu" mükafatı
"Jurnalistlərin dostu" mükafatı — "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən dövlət məmurlarına, ictimai-siyasi təşkilatların tanınmış nümayəndələrinə verilən mükafat. == Tarixi == "Jurnalistlərin dostu" mükafatını "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən 1997-ci ildə təsis edilmişdir. == Məqsədi == Mükafatın verilməsində məqsəd cəmiyyətdə söz və mətbuat azadlığı prinsiplərini təbliğ və inkişaf etdirmək, bu məqsədlə dövlət məmurlarımızın, ictimai-siyasi təşkilatların tanınmış nümayəndələrinin kütləvi informasiya vasitələri ilə əlaqələrinin möhkəmlənməsinə nail olmaq, bununla da mediaya qayğı ənənələrini stimullaşdırmaqdır.
Jurnalistlərin dostu mükafatı
"Jurnalistlərin dostu" mükafatı — "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən dövlət məmurlarına, ictimai-siyasi təşkilatların tanınmış nümayəndələrinə verilən mükafat. == Tarixi == "Jurnalistlərin dostu" mükafatını "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən 1997-ci ildə təsis edilmişdir. == Məqsədi == Mükafatın verilməsində məqsəd cəmiyyətdə söz və mətbuat azadlığı prinsiplərini təbliğ və inkişaf etdirmək, bu məqsədlə dövlət məmurlarımızın, ictimai-siyasi təşkilatların tanınmış nümayəndələrinin kütləvi informasiya vasitələri ilə əlaqələrinin möhkəmlənməsinə nail olmaq, bununla da mediaya qayğı ənənələrini stimullaşdırmaqdır.
Dostum Hitler
Dostum Hitler (yap. わが友ヒットラー Waga Tomo Hittorā) — Yukio Mişimanın 1968-ci ildə dostluq və siyasət haqqında yazdığı pyes. Həmin ildə də səhnəyə qoyulmuşdur və 1969-cu ilin yanvar ayının axırına qədər səhnədə qalmışdır. 1968-ci ilin oktyabr ayının 13-də kitab şəklində çap edilmişdir. == Pyes haqqında == Pyesin süjeti 1934-cü ilin yayında Berlin kanslerliyində baş verir və Adolf Hitler, Qustav Krupp, Qreqor Ştrazer və Ernst Römün əhvalatlarından bəhs edir. == Süjet == Pyes Hitlerin Almaniya xalqı qarşısında çıxışı ilə başlayır, onun iki dostu Krupp və Röm çıxışı izləmək üçün içəri daxil olurlar. Onlar bir-biri ilə danışır və Krupp bəşər tarixinin irəliləyişlərini, o cümlədən Hitleri daha yaxşı liderə çevirmək üçün metaforik mənada istifadə etdiyi "dəmir buket"i müzakirə edirlər. Sonradan Ştrazer səhnəyə daxil olur. Onun Römlə arası olmur, Krupp onların münasibətini "it və pişik" kimi təsvir edir. Ştrazer daha sonra müharibədən əldə edilən gəlirləri ölkəyə qaytarılmasının lazım olduğunu iddia edir.
Mənim Dostum (1963)
== Məzmun == Film görkəmli Azərbaycan yazıçısı Mehdi Hüseynin yaradıcılıq yoluna həsr olunmuşdur.
Əbdül Rəşid Dostum
Əbdül Rəşid Dostum - Əbdül Rəşid Dostum ya da Rəşit Dostum (Farsca: عبدالرشید دوستم) (d. 1953, Şibirgan, Əfqanıstan) Özbək əsilli Əfqanıstan generalı, Əfqanıstandakı özbəklərin lideri, Əfqanıstan qəhrəmanıdır.
Mənim dostum (film, 1963)
== Məzmun == Film görkəmli Azərbaycan yazıçısı Mehdi Hüseynin yaradıcılıq yoluna həsr olunmuşdur.
Sağ ol, dostum (film, 1980)
== Məzmun == Əbədi mövzu-insan və ev heyvanlarıdır. Filmdə Sadiq adlı itin öz sahibinə sədaqətindən bəhs edilir. == Festivallar və mükafatlar == 1)1980-ci ildə İrəvanda IX Ümumittifaq televziya filmləri festivalı Film ən yaxşı rejissor işinə görə Priz almışdır. == Film haqqında == Kukla filmidir.
Dilarə Dostuzadə
Dilarə Əlimuxtar qızı Dostuzadə — Azərbaycan alimi, Karreksion pedaqogika üzrə fəlsəfə doktoru, dosent == Həyatı == Dilarə Dostuzadə 1946-cı il yanvarın 26-da Bakı şəhəri, Xəzər rayonu (keçmiş Əzizbəyov rayonu), Türkan qəsəbəsində müəllim ailəsində anadan olmuşdur. 1953-cü ildə qəsəbədəki 119 saylı orta məktəbə daxil olmuş, 1960-cı ildə həmin məktəbin VIII sinfini bitirmiş, 79 saylı Fəhlə və Gənclər məktəbinə daxil olmuş və 1962-ci ildə həmin məktəbin X sinfini bitirmişdir. 1961—1966-cı illərdə 119 saylı orta məktəbdə pioner baş dəstə rəhbəri vəzifəsində çalışmışdır. 1963—1964 tədris ilində V.İ.Lenin adına APİ-nin "İbtidai təhsil pedaqokikası və metodikası" fakültəsinin axşam şöbəsinə daxil olmuş, 1969-cu ildə oranə bitirmişdir. 1966-cı ildən 119 saylı orta məktəbdə sinif müəllimi işləməyə başlamışdır. 1970—1975-ci ilə kimi yerli sovetlərə deputat seçilmişdir. 1971-ci ildə pedoqoji fəaliyyətinə görə "Əməkdə fərqlənmə üzrə medalı" ilə təltif olunmuşdur. 1973—1975-ci ilə kimi 119 saylı orta məktəbdə "Tərbiyə işləri üzrə direktor müavini" vəzifəsində işləmişdir. 1979—1990-cı illərdə Respublika 1 saylı karlar internat məktəbində müəllim işləmişdir. 1987-ci ildə Azərbaycan SSR Pedaqoji Cəmiyyətinin "Fəxri Fərmanı"na layiq görülmüşdür.
Dostuma Məktub (1992)
== Məzmun == Kinolent Bakıdan İsrailə köçüb getmiş yəhudi millətindən olan Azərbaycan vətəndaşlarına şəhərimiz haqqında söhbət açır. == Film haqqında == Film "Stark Enterprayz İnk."-in iştirakı ilə "Fuda" Firmasının sifarişi ilə çəkilmişdir.
Dostuma məktub (film, 1992)
== Məzmun == Kinolent Bakıdan İsrailə köçüb getmiş yəhudi millətindən olan Azərbaycan vətəndaşlarına şəhərimiz haqqında söhbət açır. == Film haqqında == Film "Stark Enterprayz İnk."-in iştirakı ilə "Fuda" Firmasının sifarişi ilə çəkilmişdir.
Elçin Dostuyev
Elçin Murad oğlu Dostuyev (1 aprel 2001; Köbər, Samux, Azərbaycan — 13 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elçin Dostuyev 1 aprel 2001-ci ildə Samux rayonunun Köbər kəndində dünyaya gəlib.. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Elçin Dostuyev Füzulinin azad edilməsində savaşıb. Elçin Dostuyev 2020-ci ildə oktyabrın 5-də Füzuli rayon istiqamətində gedən döyüş əməliyyatlarında döyüş taşırığını yerinə yetirərəkən şəhid olub. Samuxda dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Dostuyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Dostuyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Dost Dosta Tən Gərək (2007)
== Məzmun == Film siçanla pişiyin macəralarından bəhs edir == Film haqqında == Filmin ərsəyə gəlməsi üçün 20000 şəkil çəkilmişdir.
Dost
Dostluq — insanlar arasındakı qarşılıqlı sevgi münasibətidir. Birlikdən daha güclü bir şəxsiyyətlərarası bağ formasıdır və ünsiyyət, sosiologiya, sosial psixologiya, antropologiya və fəlsəfə kimi akademik sahələrdə tədqiq edilmişdir. Sosial mübadilə nəzəriyyəsi, bərabərlik nəzəriyyəsi, əlaqəli dialektika və bağlılıq üslubları da daxil olmaqla müxtəlif akademik dostluq nəzəriyyələri təklif edilmişdir. Bəzi yerlərdə fərqli ola biləcək bir çox dostluq forması olmasına baxmayaraq, bu cür bağların bir çox növündə müəyyən xüsusiyyətlər mövcuddur. Bu xüsusiyyətlərə sevgi, xeyirxahlıq, fəzilət, rəğbət, şəfqət, dürüstlük, fədakarlıq, sədaqət, səxavət, bağışlama, qarşılıqlı anlaşma və şəfqət, bir-birinin yanında olmaq, güvən və öz-özünə olmaq, hisslərini başqalarına ifadə etmək qabiliyyəti daxildir. Dostluq münasibət qurma bacarıqlarının vacib bir tərəfidir. Məsələn 7a nın dostluğundan söhbət açmaq olar.
DOST Agentliyi
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi — "DOST" mərkəzlərinin idarə edilməsi, onların fəaliyyətinə nəzarət və qiymətləndirmənin həyata keçirilməsi, eləcə də məşğulluq, əmək, sosial müdafiə və təminat sahələrində, habelə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi siyahıda göstərilən xidmətlərin "DOST" mərkəzlərində göstərilməsinin təşkili ilə bağlı fəaliyyət göstərən publik hüquqi şəxsdir. == Tarixi == DOST Agentliyi Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2018-ci il tarixli 229 saylı Fərmanına əsasən yaradılıb. Azərbaycan Respublikası Prezidentinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) fəaliyyətinin təmin edilməsi haqqında 10 dekabr 2018-ci il tarixli 387 saylı Fərmanına əsasən DOST Agentliyin Nizamnaməsi, Strukturu, "DOST" mərkəzlərində göstərilən xidmətlərin siyahısı və xidmətlərin göstərilmə Qaydası təsdiq edilib. 9 may 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə DOST Agentliyinin və 1 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 24 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 2 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 19 may 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə 3 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 30 mart 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 4 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 14 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Abşeron DOST Mərkəzinin açılışı həyata keçirilib. 22 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışı həyata keçirilib. 28 dekabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 5 saylı Bakı DOST Mərkəzinin açılışı olub.
Dost Məhəmməd
Dost Məhəmməd — ad. Dost Məhəmməd (siyasətçi) — Pakistan siyasətçisi.Dost Məhəmməd xanDost Məhəmməd xan (Əfqanıstan əmiri) — Əfqanıstan əmiri (1834-cü ildən).
Dost TV
«Dost TV» — Türkiyə özəl telekanalı. Telekanal 2005-ci ildə Ankara şəhərində təsis edilib və dini mövzuları əhatə edən verilişlər, filmlər və teleseriallar yayımlayır.
Dost atəşi
Dost atəşi (ing. friendly fire) — hərbi birliyin öz qüvvələrinə və ya müttəfiq qüvvələr üzərinə açdığı atəş. Səhvlər və istənməyən inkişaflar, hədəf alınan düşmən yerinə səhvən dost hədəflərin vurulmasına səbəb ola bilər.
Sadiq dost
Sadiq dost (ing. The Devoted Friend) — görkəmli irland yazıçısı Oskar Vayld tərəfindən yazılmış nağıl.Nağıl ilk dəfə 1888-ci ildə "Xoşbəxt şahzadə və digər nağıllar" antologiyasında nəşr edilib.Antologiyaya "Sadiq dost"dan başqa "Bülbül və qızılgül", "Eqoist nəhəng", "Görkəmli raket" nağılları da daxildir. Bir çox əsərlərin müəllifi Oskar Uayldı ən çox məşhurlaşdıran onun nağıllları olmuşdur. Kiçikhəcmli əsərlərin adi dialoqlarında belə böyük mətləblər ifadə etmək bacarığı, humanizm, ədalətsizliyə və amansızlığa qarşı üsyankarlıq,onları ifşa etmək onun yaradıcılığının əsas məziyyətlərindəndir.Bu məqamda demək olar ki, bu nağılda bədii gülüş aparıcıdır. Əlbəttə ki, bu gülüş ironiya, kinayə olub insanlardan istifadə edən, hər cür əliaçıqlığa, sədaqətə, dostluğa yad olan insanlaradır.
Ölümcül dost
Ölümcül dost (ing. Deadly Friend) — 1986-cı ildə ABŞ-də istehsal olunmuş və Dayana Henstellin "Dost" romanının əsasında çəkilmiş elmi fantastika filmidir. Film "Frankenşteyn" filmlərinin yenisinə bənzəyir. Bu film Ues Kreyvenin Qarağac küçəsində qarabasma filmindən sonra çəkdiyi ən yaxşı filmidir. Filmdə robotun səsini "Qarağac küçəsində qarabasma" filmində Həkim Kinq rolunu canlandıran Çarlz Fleyşer səsləndirir. == Seçilmiş sitatlar == Filmin seçilmiş sitatları aşağıdakılardır: O sənsiz yaşaya bilmir (ing. She can't live without you) Bəzi insanlara yalnız ölmək yaxşıdır (ing. Some people are just better off dead) Kim qonşuluqdakı qızla oynayır, orada sağ qalan yoxdur (ing. There's no one alive who'll play with the girl next door) Auditoriyada sizi tutan zaman dostunuzu əvvəlcədən götürün! (ing.
Dost Məhəmməd xan
Dost Məhəmməd xan (Əfqanıstan əmiri) — Əfqanıstan əmiri (1834-cü ildən). Dost Məhəmməd xan (Moğolustan xanı) — Moğolustan xanı.
Dost Məhəmməd (Moğolustan xanı)
Dost Məhəmməd xan (Uyğurca: دوست‌محمد خان‎); 1440—1469) — Moğolustan hakimi, Əsən Buğa xanın oğlu. == Həyatı == Atası Əsən Buğa xan Sultan Üveys xan oğlu 1462-ci ildə vəfat edəndən sonra hakimiyyətə yiyələndi. Onun Moğolustan taxtına əyləşməsində Duqlat tayfasının böyük yardımı olmuşdu. Dostməhəmməd xan 1469-cu ildə vəfat etdi. == Ədəbiyyat == Акимушкин О. Ф. Средневековый Иран: Культура, история, филология. — СПб.: Санкт-Петербург "Наука", 2004. — С. 257-264. — 403 с. — (Восток: Общество, культура, религия). — 1200 экз.
Dost Rəqəmsal İnnovasiyalar Mərkəzi
== Tarixi == “DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Müşahidə Şurasının 2021-ci il 17 dekabr tarixli Qərarı ilə təsis edilib. == Fəaliyyəti == Qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyində olan qurumların informasiya-kommunikasiya məsələlərinin vahid şəkildə idarə edilməsi, Nazirliyin informasiya texnologiyaları siyasətinin müəyyənləşdirilməsi, dövlət və qeyri-dövlət qurumlarının informasiya bazaları ilə qarşılıqlı inteqrasiyası, elektron xidmətlərin təşkili və dayanıqlılığının təmin edilməsi, informasiya sistemlərinə dəstəyin göstərilməsi və inkişaf etdirilməsi, informasiya sistemlərinin səmərəli və təhlükəsiz işinin təmin edilməsi və bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində fəaliyyət göstərir. Bunlarla yanaşı Mərkəz tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Nazirliyin tabeliyindəki qurumların fəaliyyət istiqamətlərinə uyğun olaraq əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində informasiya texnologiyalarının tətbiqi ilə bağlı səmərəli tədbirlər görülür. == Missiya == Mərkəzin missiyası rəqəmsallaşdırma nəticəsində innovativ və rahat həllər tətbiq etmək, proseslərin sadələşdirilməsi üçün peşəkar dəstək göstərməkdir. DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) rəqəmsallaşma dünyasında ən son yeniliklərin tətbiqi nəticəsində operativ xidmətin göstərilməsi, proaktiv yanaşmanın əhatə dairəsinin genişləndirilməsi ilə vətəndaş məmnuniyyətini əldə etməyi gələcəyə baxış olaraq müəyyən etmişdir. == Dəyərlər == İnnovativlik, operativlik, universallıq, əlçatanlıq və peşəkarlıq mərkəzdə rəhbər tutulan dəyərlərdir.
Ölümcül dost (film, 1986)
Ölümcül dost (ing. Deadly Friend) — 1986-cı ildə ABŞ-də istehsal olunmuş və Dayana Henstellin "Dost" romanının əsasında çəkilmiş elmi fantastika filmidir. Film "Frankenşteyn" filmlərinin yenisinə bənzəyir. Bu film Ues Kreyvenin Qarağac küçəsində qarabasma filmindən sonra çəkdiyi ən yaxşı filmidir. Filmdə robotun səsini "Qarağac küçəsində qarabasma" filmində Həkim Kinq rolunu canlandıran Çarlz Fleyşer səsləndirir. == Seçilmiş sitatlar == Filmin seçilmiş sitatları aşağıdakılardır: O sənsiz yaşaya bilmir (ing. She can't live without you) Bəzi insanlara yalnız ölmək yaxşıdır (ing. Some people are just better off dead) Kim qonşuluqdakı qızla oynayır, orada sağ qalan yoxdur (ing. There's no one alive who'll play with the girl next door) Auditoriyada sizi tutan zaman dostunuzu əvvəlcədən götürün! (ing.
Əsl dost (film, 1959)
== Məzmun == Filmdəki hadisələr Xəzər dənizinin sahilində balıqçılıq qəsəbəsində cərəyan edir. Kinolentin mərkəzində Fərmanla (Nodar Şaşıqoğlu) Əsədin (Müxlis Cənizadə) taleyi durur. Uşaqlıq dostları vaxtilə məktəbə bir yerdə getmiş, orduda bir yerdə xidmət etmiş, hətta doğma qəsəbəyə də birlikdə qayıtmışlar. Filmdə dostların başına gələn qəzadan danışılır. == Film haqqında == Film aktrisa Elmira Şabanovanın kinoda ilk işidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi : İmran Qasımov Quruluşçu rejissor : Tofiq Tağızadə Quruluşçu operator : Rasim Ocaqov Quruluşçu rəssam : Kamil Nəcəfzadə Bəstəkar : Qara Qarayev Rejissor : Rüfət Şabanov Səs operatoru : İlya Ozerski Geyim rəssamı : Elbəy Rzaquliyev Qrim rəssamı : Y. Belyanskaya Montaj edən : Yevgeniya Abdirkina Filmin direktoru : V. Dudiyev Quraşdırılmış səhnələrin operatoru : Vladimir Zbudski Quraşdırılmış səhnələrin rəssamı : Mirzə Rəfiyev Çalır : Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət simfonik orkestri Dirijor : Niyazi Rejissor köməkçisi : Eldar Quliyev (titrlərdə yoxdur) === Rollarda === Nodar Şaşıqoğlu – Fərman Müxlis Cənizadə – Əsəd Tamilla Ağamirova – Bilqeyis Semyon Sokolovski – Cəlil Mərziyyə Davudova – Sənəm R. Süleymanova – İsmət Kima Məmmədova – Ruqiyyə İsmayıl Osmanlı – Şirəli Anatoli Falkoviç – Kremen O. Şevtsova – Praskovya Fateh Fətullayev – müstəntiq Əzizə Məmmədova – Şirəlinin arvadı Bahadur Əliyev – Fərmanın köməkçisi Ceyhun Mirzəyev – Fərmanın uşaqlığı Sadıq Hüseynov – gəmiçi Elmira Şabanova – Leyla Ş. Hacıyeva Leyla Rzayeva F. Sultanov Z. Ağayev Əkbər Fərzəliyev F. Naibov Törəxanım Zeynalova – qarı === Filmi səsləndirənlər === Ətayə Əliyeva-Ruqiyyə (Kima Məmmədova) (titrlərdə yoxdur) Əli Zeynalov-Fərman (Nodar Şaşıqoğlu) (titrlərdə yoxdur) İsmayıl Əfəndiyev-Cəlil (Semyon Sokolovski) (titrlərdə yoxdur) == Mənbə == Tofiq Tağızadə (kinorejissor). “Əlbir işləyək” //Ədəbiyyat və incəsənət.- 1959.- 3 yanvar. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др.
Əziz dost (film, 2006)
"Məzməzə" — Asif Abramovun rejissoru olduğu 2006-cı ildə çəkilən 10 qısametrajlı bədii süjetdən ibarət olan Azərbaycan uşaq satirik kinojurnalıdır. Bütün süjetlərin bəstəkarı Vüqar Camalzadə, "Atama deyərəm" süjetindən başqa, digər bütün süjetlərin ssenaristi Müşfiq Hətəmov, operatoru isə Samir Həsənovdur. Hər bir süjet 3–8, ümumilikdə isə 38 dəqiqədən ibarətdir. == Filmoqrafiya == === Atama deyərəm === ==== Məzmun ==== Film dərsə qulaq asmayan dəcəl şagirdlərdən bəhs edir. ==== Filmin üzərində işləyənlər ==== Ssenari müəllifi: Arzu Soltan Rejissor: Asif Abramov Operator: Yusif Şəfiyev Bəstəkar: Vüqar Camalzadə Prodüser: Tural Məmmədov ==== Rollarda ==== Aynur Məmmədova — müəllimə Taleh Səmədov — dəcəl ==== Xarici keçidlər ==== Vimeo-da izlə Myvideo.az-da izlə Arxivləşdirilib 2017-06-14 at the Wayback Machine === Çətin yol === ==== Məzmun ==== ==== Filmin üzərində işləyənlər ==== Ssenari müəllifi: Elşən Həsənzadə Rejissor: Asif Abramov Operator: Samir Həsənov Qrim edən: Maqsud Məmmədov Montaj edən: Aqil Əliyev Bəstəkar: Vüqar Camalzadə Musiqi tərtibatı: Mahir İbrahimov Redaktor: Nazpəri Məmmədova Filmin direktoru: Saleh Məmmədov Prodüser: Müşfiq Hətəmov ==== Rollarda ==== Ruhəngiz Qasımova — nənə Mübariz Tağıyev — baba Murad Dadaşov — ata İranə İlkin — ana Cahid Məmmədov — uşaq ==== Xarici keçidlər ==== YouTubeda izlə === Əlamət === ==== Məzmun ==== Filmdə anasını bulvarda itirən uşağın başına gələn əhvalat əks etdirilir. Kinosüjetdə uşaqlarına biganə yanaşan analar və televiziya kanallarındakı açıq-saçıqlığın uşaqların tərbiyəsini pozması tənqid edilir. ==== Filmin üzərində işləyənlər ==== Ssenari müəllifi: Arzu Soltan Rejissor: Asif Abramov Operator: Samir Həsənov Qrim edən: Maqsud Məmmədov Montaj edən: Aqil Əliyev Bəstəkar: Vüqar Camalzadə Musiqi tərtibatı: Mahir İbrahimov Redaktor: Nazpəri Məmmədova Filmin direktoru: Saleh Məmmədov Prodüser: Müşfiq Hətəmov ==== Rollarda ==== Könül Mehrəliyeva — ana Rəşid Əbdül Vahid — uşaq Günay İsmayılova — uşaq ==== Xarici keçidlər ==== YouTubeda izlə === Əziz dost === ==== Məzmun ==== Əzəli düşmən olan iki aktyor rol xatirinə bir-birilərinə əziz dost deyirlər. Hətta belə vəziyyətdə belə çəkiliş arası yapışırlar bir-birilərinin yaxasından. Bəzən böyüklərdə də belə olur. ==== Filmin üzərində işləyənlər ==== Ssenari müəllifi: Elşən Həsənzadə Rejissor: Asif Abramov Operator: Samir Həsənov Qrim edən: Maqsud Məmmədov Montaj edən: Zümrad Muradov (Zumrad Muradov kimi) Bəstəkar: Vüqar Camalzadə Musiqi tərtibatı: Mahir İbrahimov Redaktor: Nazpəri Məmmədova Filmin direktoru: Saleh Məmmədov Prodüser: Müşfiq Hətəmov ==== Rollarda ==== İntiqam Soltan — rejissor Kərəm Sərxanoğlun — aktyor Kənan Sərxanoğlu (Kənan Quliyev kimi) — aktyor ==== Xarici keçidlər ==== Vimeo-da izlə === Hesab === ==== Məzmun ==== Film marşrut avtobuslarda pulyığan uşaqlardan bəhs edir.
Dost Məhəmməd (Sistan və Bəlucistan)
Dost Məhəmməd — İranın Sistan və Bəlucistan ostanının şəhərlərindən və Hirmənd şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,902 nəfər və 1,328 ailədən ibarət idi.
Dosso Dossi
Dosso Dossi (it. Dosso Dossi, əsl adı it. Giovanni di Niccolò de Luteri; ən tezi 1480 və ən geci 1490 – avqust 1542, Ferrara) — İntibah dövrünün italyan rəssam və qravür ustası, Ferrara məktəbinin ən görkəmli nümayəndəsi. == Bioqrafiya və yaradıcılıq == Dossi, Lorenzo Kostanın yanında və Corconenin emalatxanasında tələbə olub, Venesiya rəssamlarının təsiri altında rəssam kimi formalaşmışdı. Bellini, Tisian, Romanino ilə birgə işləmişdi. 1516-cı ildən — Ferrara sarayının saray rəssamı olmuşdu. Dossi demək olar ki, bütün ömrünü Este hersoqlarının — I Alfonso d'Este, II Erkole d'Estenin — xidmətində idi, amma bu xidmət yalnız rəsmlə kifayətlənmir, həm də diplomatik tapşırıqların yerinə yetirilməsini də nəzərdə tuturdu. Dosso, qardaşı Batista ilə birlikdə hersoqlar üçün mifoloji əsərlər, portretlər yaradır, saraylar, qalaların divarları üçün dekorativ freskalar çəkirdi. Rəssamın əsərləri və freskaları demək olar ki, günümüzə qədər qalmamışdır. Dossinin işinin ən maraqlı tərəfi onun bəzən rəsmdə hakim mövqe tutan genişlənmiş peyzaj fonuna olan marağıdır.
Dost Məhəmməd xan (Moğolustan xanı)
Dost Məhəmməd xan (Uyğurca: دوست‌محمد خان‎); 1440—1469) — Moğolustan hakimi, Əsən Buğa xanın oğlu. == Həyatı == Atası Əsən Buğa xan Sultan Üveys xan oğlu 1462-ci ildə vəfat edəndən sonra hakimiyyətə yiyələndi. Onun Moğolustan taxtına əyləşməsində Duqlat tayfasının böyük yardımı olmuşdu. Dostməhəmməd xan 1469-cu ildə vəfat etdi. == Ədəbiyyat == Акимушкин О. Ф. Средневековый Иран: Культура, история, филология. — СПб.: Санкт-Петербург "Наука", 2004. — С. 257-264. — 403 с. — (Восток: Общество, культура, религия). — 1200 экз.
Qadın döşü
Qadın döşü (lat. Mamma) – qadında olan vacib artım bölgəsidir. Qadınların döşlərinə bir çox tarixi mənbələrdə və rəssamların əsərlərində rast gəlinir. Qadındakı döşlər kişilərə nisbətən daha erogen zonalardır. Onun görünüşü kişi və qadında seksuallığın artımına səbəb olur. Bəzi ölkələrdə qadın döşlərinin çılpaq olması adi hal kimi qəbul edildiyi halda, bəzi ölkələrdə isə bunu mədəniyyətsizlik kimi qiymətləndirirlər. Kanadanın "Tоpfree Equal Rights Assоciatiоn" adlı təşkilatı qadınların kəmərə kimi çılpaq olmasının kişilərdən fərqlənmədiyini bildirərək, bunu normal hal kimi qəbul edir və bunun uğrunda mübarizə aparır. Qadın döşlərinin artımı "Tanner miqyasında" 5 dövrə bölünür. == Süd istehsalı == Döşlər doğum edən qadınlarda süd istehsal edirlər, bu funksiya kişi sinələrində yoxdur. Hormonal təsiri olan bəzi dərmanlar həm kişilərdə, həm də hamilə olmayan qadınlarda bəzən süd istehsalına səbəb olur.
Aosta
Aosta — İtaliyanın Aosta Valley muxtar vilayətinin paytaxtı.
Costus
Kostus (lat. Costus) - kostuskimilər fəsiləsinə aid bitki cinsi.
Donut
Ponçik və ya donut – qızardılmış xəmirdən hazırlanan yemək növü. Şəkər və yağla zəngindir. Ponçikin bir çox çeşidi mövcuddur və amerikalılar tərəfindən naharda yeyilir. İki formada hazırlana bilər: simit donut və dəliksiz (dairə şəklində) ponçik. Ponçik şokolad, mürəbbə, krem kimi çox müxtəlif əlavələrlə birlikdə yeyilə bilər.
Dortnu
Dortnı (hal-hazırda: Antaraşat erm. Անտառաշատ) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzində yerləşən kənd və kənd icması. Qafan şəhərindən 7 km şimalda yerləşən kənd 1930-1995-ci illər aralığında Qafan rayonu inzibati-ərazi vahidinin tərkibinə daxil idi. == Adı == Toponim qıpçaq mənşəli «durt» (>dort) etnonimi əsasında yaranmışdır. F.Kırzıoğluya görə, 1588-cı ildə qışı Gəncə sancağında, yayı Zəngəzurda keçirən bir el «dördnu» adlanırdı. Etnotoponimdir. Quruluşca sadə toponimdir.Kəndin Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 29 iyun 1949-cu il tarixli fərmanı ilə dəyişdirilərək Antaraşat (erm. Անտառաշատ) edilib.
Dostluq
Dostluq — insanlar arasındakı qarşılıqlı sevgi münasibətidir. Birlikdən daha güclü bir şəxsiyyətlərarası bağ formasıdır və ünsiyyət, sosiologiya, sosial psixologiya, antropologiya və fəlsəfə kimi akademik sahələrdə tədqiq edilmişdir. Sosial mübadilə nəzəriyyəsi, bərabərlik nəzəriyyəsi, əlaqəli dialektika və bağlılıq üslubları da daxil olmaqla müxtəlif akademik dostluq nəzəriyyələri təklif edilmişdir. Bəzi yerlərdə fərqli ola biləcək bir çox dostluq forması olmasına baxmayaraq, bu cür bağların bir çox növündə müəyyən xüsusiyyətlər mövcuddur. Bu xüsusiyyətlərə sevgi, xeyirxahlıq, fəzilət, rəğbət, şəfqət, dürüstlük, fədakarlıq, sədaqət, səxavət, bağışlama, qarşılıqlı anlaşma və şəfqət, bir-birinin yanında olmaq, güvən və öz-özünə olmaq, hisslərini başqalarına ifadə etmək qabiliyyəti daxildir. Dostluq münasibət qurma bacarıqlarının vacib bir tərəfidir. Məsələn 7a nın dostluğundan söhbət açmaq olar.
Dosye
Dosye – əvvəlki illər ərzində müəyyən mövzu, problem ətrafında materialların toplanması; müəyyən şəxs barədə sənədlər və materiallar toplusu, kadrlar üzrə şəxsi vərəqə; müəyyən məsələyə, işə, şəxsə aid olan sənədlər komplekti, həmçinin bu sənədlər saxlanan qovluq. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. “Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər”, Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Doydu
Doydu - türk və altay mifologiyalarında nəhəng Ölüm Balığı. Toydu Balıq olaraq da bilinir. Yeraltındaki böyük dənizdə yaşadığına inanılan əfsanəvi nəhəng balıq. Ağzı gırtlağının altında, gözü isə peysərindədir. Bel sümüyü tərs çevrilmişdir. Zəncirlərlə bağlı tutular. Baş və bədənini oynatınca zəlzələlər olur, tufanlar qopar. Ker Balıq da deyilir. Adı Abra və Yutpa ilə birlikdə xatırlanar. == Etimologiya == (Doy/Toy) kökündən törəmişdir.
Düstur
Düstur və ya beynəlxalq aləmdə Formul (lat.
Dəstə
Dəstə (taksonomik kateqoriya)
Kostum
Kostyum — klassik kişi və ya qadın geyimi. İnsanlar müxtəlif paltarlardan istədiyi kimi yararlana və müasir dəbə uyğun geyinə bilər. Lakin xüsusi şəxslər vardır ki, əsasən də daha yüksək cəmiyyətin nümayəndələri geyimlərinə ciddi yanaşır və ən xırda detalı belə nəzərdən qaçırmırlar. Onlar gecə keçirilən mərasimlərin hamısına uyğun paltarlar hazırlayırlar. Yəqin ki, bunların içərisində ən çətin tikilənlərdən biri kostumdur. Məhz buna görə də bu geyim növünə daha çox diqqət ayrılır. == Kostyumun tarixi == Kostumun tarixi İngiltərədən başlayır, hansı ki, XIX əsrdən formalaşmış və həmin dövrdə "siqaret çəkənlər kurtkası" – "smoking jacket" kimi dəyərləndirilmişdir. Bu səbəbdən kurtka çox soyuq idi, daha əvvəllər isə isti forması da yaradılmışdı. Atlasdan hazırlanan geyim özündə qoxu saxlamırdı. Yeməkdən sonra kişilər adətən siqaret çəkmək üçün qadınlardan uzaq bir yerə yığışardılar.
Kostus
Kostus (lat. Costus) - kostuskimilər fəsiləsinə aid bitki cinsi.
Doşab
Bəkməz, bəhməz və ya doşab — çeşidli meyvələrdən hazırlanmış şəkərli, qatı maye. == Etimologiya == Bəkməz sözü Azərbaycan dilində türkəsilli sözlərdəndir. Divanü Lüğəti it-Türk əsərində bekmes - qatılaşdırılmış üzüm şirəsi mənasında verilmişdir. Doşab - Azərbaycan dilinə fars dilindən keçmişdir. Duş - sağmaq, sıxmaq; ab - su deməkdir. "Sıxılmış su" mənasına gəlir. == Ümumi məlumat == Bəkməz müxtəlif çeşidli meyvələrdən hazırlanır. Tut bəkməzi bu bəkməzlər arasında ən çox istehsal edilən növüdür. Üzüm, xurma və digər meyvələrdən də bəkməz hazırlanır. == Hazırlanma qaydası == Bəkməz hazırlamaq üçün tam yetişmiş və nisbətən şirin tut və ya üzüm sortlarından istifadə edilir.
Doşulu
Doşulu — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 15 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Doşulu oyk., düz. Cəbrayıl r-nunun Balyand i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yerli əhalinin verdiyi məlumata görə, vaxtilə Cənubi Azərbaycandan gəlmiş Doşu və Gəybəy adlı iki qardaş burada məskunlaşaraq indiki Doşulu və şəybəy yaşayış məntəqələrinin əsasını qoymuşlar. Oykonim Doşu (Ģ.a.) və -lu (mənsub.şək.-si) komponentlərindən düzəlib, "Doşuya məxsus kənd, doşulular" deməkdir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.