is. [
fars. ]
1. Birisi ilə dostluq münasibəti olan adam, yaxın yoldaş, arxadaş. Köhnə dost. Uşaqlıq dostu. – Hər şeyin təzəsi, dostun köhnəsi. (
Ata. sözü ).
// Birinin yaxşılığını, xoşbəxtliyini istəyən, onu ürəkdən sevən (düşmən ziddi).
[Yusif:] Heç bundan yaxşı şey olarmı ki, qəlbdən istədiyin dostdan məktub alasan! N.Nərimanov.
Neçə yüz ildən sonra biz də o məqama çata bilərik ki, gözümüzü açıb dostumuzu və düşmənimizi tanıyaq? C.Məmmədquluzadə.
□ Dost olmaq – aralarında dostluq münasibəti olmaq, ya yaratmaq, dostlaşmaq, arxadaş olmaq, yaxınlaşmaq.
Mirzağa, gəncliyinə baxmayaraq, bu vaxtadək bir qız və ya qadınla dost və arxadaş olmamışdı. S.Hüseyn.
[Dürrə:] Mən tanış olmağı və dost olmağı, qəriblərlə oturub-durmağı sevən bir qadınam. M.S.Ordubadi.
[Nuriyyə:] Son kursda oxuyan Ayna adlı bakılı bir qızla dost olmuşduq. İ.Əfəndiyev.
Dost tutmaq – özünə dost saymaq, sevmək, çox xoşlamaq.
…Şairlər bahar fəslini hamıdan artıq dost tuturlar. C.Məmmədquluzadə.
[Təliə:] Vəliəhd, mənə inan, mən şeri də sevirəm, hətta şeri layiqi ilə oxuyanları da dost tuturam. M.S.Ordubadi.
2. sif. mənasında. Dostluğa əsaslanan, bir-birinə qarşı xeyirxah olan. Dost ölkələr. Dost xalqlar.
// Tərəfdar, müdafiəçi, havadar.
– Sən həyat dostusan, ellər zinəti! İnsanlıq eşqidir köksündə yanan. S.Vurğun.
// sif. Sevən, istəyən, əziz tutan.
3. Adətən dosta, yaxın adama müraciət – dost! Əziz dost!
– Gəlin, dostlar! Qələmdaşlar! Fərhad kimi külüng vuraq; Biz yaradaq dünyamızın qəhrəmanlıq dastanını! S.Vurğun.
[Əhməd:] – Xoş gördük, köhnə dost, sənsən, gecə vaxtı haradan gəlirsən? İ.Şıxlı.
Bir azdan sonra Lütfəli özü üçün bir rumka da araq töküb: – Sağ ol, dostum! – deyə içdi. İ.Musabəyov.