Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Durusu gölü
Durusu və ya Terkos (türk. Durusu Gölü; Terkos Gölü) — Türkiyədə, İstanbul şəhərindən 45 km şimal-qərbdə yerləşən su hövzəsi. Gölün maksimal dərinliyi 11 metr, eni 1–2 km, səthinin sahəsi isə 30,4 km²-dir. Göl suyunda 27 balıq növü mövcuddur. == Ümumi məlumat == Gölün sahil xətti son 1000 ildə çox dəyişilmiş və dəyişməyə davam edir. Durusu əvvəlcə Şərqi Frakyada strateji əhəmiyyətli bir yerdə yerləşən körfəz idi. Bu bölgə süquta uğramaqda olan Bizans imperiyasının son məntəqələrindən biri idi. Körfəzdə zaman-zaman Genuya dəniz quldurları sığınırdılar. Yaxınlıqda olan qalanın qalıqları buna sübutdur. Lakin çayın və dəniz axınlarının gətirdiyi allüvial qumun Durusu çayının deltasına toplanmasına səbəb oldu.
Yarış durumu
Yarış durumu (ing. race condition) – çoxaxınlı sistem və ya tətbiqi proqramın düzgün layihələndirilməməsi nəticəsində yaranan xətadır. Belə ki, sistemin, yaxud tətbiqi proqramın işi kodun hissələrinin hansı ardıcıllıqla yerinə yetirilməsindən asılı olur. Məsələn, Java dilindəki aşağıdakı kod nümunəsinə baxaq: int x; // Axın 1: while (!stop) { x++; … } // Axın 2: while (!stop) { if (x%2 == 0) System.out.println("x=" + x); … } Tutaq ki, x = 0. Fərz edək ki, proqramın icrası bu ardıcıllıqla baş verir: 1. Axın 2-də if operatoru x-in cüt olub-olmamasını yoxlayır. 2. Axın 1-də x++ operatoru x-i bir vahid artırır. 3. Axın 2-də çıxış operatoru çıxışa "x=1" verir, baxmayaraq ki, cütlük yoxlamasından keçdiyindən çıxış tək ədəd olmamalı idi. Belə vəziyyətdən çıxmağın ən sadə yolu x dəyişənini başqa bir lokal dəyişənə köçürməkdir. // Axın 2: while (!stop) { int cached_x = x; if (cached_x%2 == 0) System.out.println("x=" + cached_x); … } İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. Karam, G.M.; Buhr, R.J.A. (August 1990).
Duruq (Vərziqan)
Duruq (fars. دوريق‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 214 nəfər yaşayır (51 ailə).
İsmail Haqqı Durusu
İsmail Haqqı (Durusu) (1871, Zincidərə, Kayseri — 1940, İstanbul), Mustafa Kamal və köməkçilərini Samsuna gətirən Bandırma Gəmisinin kaptanı. 1871-ci ildə Kayserinin Zincidərə diyarında anadan oldu. Atası da onun kimi gəmi kapitanı olan Hacı Əhməd Əfəndidir. O, 1891-ci ildə Leyli Dəniz Ticarəti Məktəbini bitirdi. 24 mart 1892-ci ildə praktikant kapitan olaraq Kayseri gəmisinə təyin edildi. 1892–1893-cü illər arasında, Bahri Cedit (1892), Əli Saib Paşa (1893) və Dolmabağça (1892) gəmilərində üçüncü kapitanlıq vəzifəsini yerinə yetirdi. 1897–1907-ci illər arasında, Şərəf (1897), Mədinə (1897), Məkkə (1899), Saloniki (1900), Kaplan (1900), Sakarya (1901), Bahri Cedir (1905), Sakarya (1907) və Kaplan (1907) gəmilərində ikinci kapitanlıq vəzifəsini yerinə yetirdi. 1 aprel 1915-ci ildə kapitan kimi təyin olunduğu Doğan Gəmisi fırtına nəticəsində Mərmərə dənizində batdı. Osmanlı Seyr-i Sefain İdarəsi tərəfindən vəzifədən kənarlaşdırılıb sorğuya cəlb olundu və prosesin sonunda laqeydliyi olmadığı üzə çıxarıldı və vəzifəsinə geri döndü, Ankara gəmisində ikinci kapitanlıq vəzifəsini icra etdi. 1 may 1919-cu ildə Bandırma Gəmisinin Kapitanı oldu.