Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Effekt
Təsir (ərəb. تأثير‎) ya da Effekt (lat. effectus) — Əsər etmə və bunun nəticəsində əmələ gələn hal, əlamət, iz. Effekt – [lat. effectus – təsir] 1)nəyinsə nəticəsi, arzu olunan nəticə, gözlənilən nəticə; 2)nəyinsə, kiminsə hər hansı bir şəxsdə yaratdığı təəssürat, təəssürat vasitəsi (işıq, gurultu və s.); 3)hər hansı bir hərəkətin, çalışmağın və ya səbəbin, gücün təsiri, nəticəsi. Effektivlik – təsirlik, təsir bağışlama qabiliyyəti, dərəcəsi. Nəticə, nəticəlilik. == Ədəbiyyat == Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров.
Erfurt
Erfurt — Almaniyanın Türingiya əyalətinin paytaxtı. Şəhər əhalisinin sayı 202,619 nəfərdir. Erfrutun 100 km. cənub-qərbində Leypsiq, 113 km. cənub-şərqində Kassel və 180 km cənub-şərqində Hannover şəhərləri yerləşir.
Eskort
Eskort (fr. eskorte – müşayiәt) — Mühafizə və ehtiram göstərmək məqsədi ilə fəxri qoruma üsulu və təhlükəsizliyi təmin etmək üçün müşayiət edən bir qrup hərbi gəmi, təyyarə, hərbçilər və ya döyüşçülər qrupunun həyata keçirdiyi müşayiət..
Ofort
Ofort (fr. eau-forte — azot turşusu, hərfən – “dayanaqlı su”), həmçinin akvafort (it. acquaforte) — müxtəlif metal oyma, səthin turşularla qarışdığı görüntü yaratmaq zamanı çap formalarından ("lövhələr") izlər almağa imkan verən dəzgah qravür çap üsulu. XVI əsrin əvvəllərindən bəri məlumdur. Albrext Dürer, Jak Kallo, Rembrandt və başqaları ofort texnikasından istifadə ediblər. == Tarixi == Texnikanın uzaq XVI əsrdə populyar olmasına baxmayaraq, günümüzdə rəssamlar bu sənətdən özünü ifadə etmə üsulu kimi istifadə edirlər. Ofort – dərin çapın klişesinin hazırlanması və ya qravür variantlarından biridir. Eyni zamanda rəssamların emalatxanalarında ən çox istifadə olunan çap formalarındandır. Bu cür şəkillərin yaradılma texnologiyası olduqca çətindir. Əsas məsələ gələcək (istifadə olunacaq) lövhə üçün əsasın düzgün yaradılmasıdır.
Beufort qasırğası
Beufort qasırğası — Dünyada böyük diametrli və şiddətli qasırğa. Ölçüsünə görə saatda 75 mildən çox sürətlə dönərək əsir. Şərqi Sakit okean və Cənubi Atlantik okeanı xaric subtropik və tropik iqlim qurşağındakı bütün isti dənizlərdə sıx-sıx meydana gəlir. Avqust-sentyabr aylarında Antil adalarında daha çox özünü göstərir.
Bofort adası
Bofort adası — Ross dənizində yerləşən ada. Ross arxipelaqının şimal nöqtəsini təşkil edir. Ross adasında yerləşən Byord burnundan 21 km şimalda qərarlaşır. İlk dəfə 1841-ci ildə Ceyms Ross tərəfindən xəritəyə salınmışdır. Ada Bofort şkalasını hazırlayan Frensis Bofortun şərəfinə adlandırılmışdır. == Coğrafiyası == Ada vulkanik məşhəllidir və bazaltdan ibarətdir. Yarımdairəvi formaya malik olaraq 18,4 km² sahəyə malikdir. Ən hündür nöqtəsi dənizçi Ceyms Pantonun şərəfinə adlandırılmış pikdir. Zirvənin hündürlüyü 771 metr təşkil edir. Yayda buzların əriməsi ilə su axarları meydana gəlir.
Bofort dənizi
Bofort dənizi (ing. Beaufort Sea, fr. mer de Beaufort) —Şimal Buzlu okeanın dənizi. == Coğrafiya == Dəniz şimal-qərbdə Yukon və Alyaska ərazilərin şimal sahiliylə həmsərhəddir. Bofort dənizini Kanada Arktik arxipelaqının qərb sahilini yuyur. Bofort dənizinin şimal-qərb sərhədi Barrau (Alyaska) burnundan Lends End burununa qədər hesab edilir. Şərqdə Banks adasıyla həmsərhəddir.. Dənizin sahəsi təxminən 476 000 km²-dir. Dəniz 1826-cı ildə qütb tədqiqatçısı Con Franklin və britaniya hidroqrafı və admiralı cənab Frensis Bofortun şərəfinə adlandırılmışdır.. Dənizə tökülən ən böyük çay Makkenzi çayıdır bundan başqa bu dəniziə çoxsaylı xırda çaylar tökülür.
Bofort qalxması
Bofort qalxması — sualtı silsilə Şimal Buzlu okeanın Amundsen körfəzində yerlləşir. Bofort qalxması materik şelfi ilə nəhəng pilləsi əmələ gətirir. Qərbində Kanada çökəkliyi yerləşir. Su səthindən dərinliyi 1000-2500 m arasında dəyişir. Bofort qalxması öz adını ingilis admiralı Frensis Bofortun şərəfinə adlandırılmışdır.
Bofort şkalası
Bofort şkalası – küləyin dənizin dalğalanmasına olan təsirinə görə gücünü (sürətini) təqribi müəyyən edən (bal ilə) şkala. 12 balla ifadə olunur. "0" (sıfır) – şələkət göstərir, 4 – mülayim kulək, 6 — güclü külək, 10 — tufan, 12 – fırtına. 1806-cı ildə ingilis admiral Frensis Bofort tərəfindən hazırlanmışdır və 1874-cü ildən beynəlxalq istifadəyə verilmişdir.
CNN effect
CNN effekti (ing. CNN effect) — siyasi elmdə və mediada istifadə olunan CNN effekti fenomeni CNN telekanalinin dünyadakı humanitar vəziyyətlərin şokedici şəkillərinin mediada istifadəsi vasitəsilə Amerika siyasətçilərini bu vəziyyətlərə müdaxilə etməyə səsləsməsidir. 24 saatlıq beynəlxalq televiziya kanalı, Cable News Network və ya CNN kimi tanınan xəbər kanalı, keçmiş Soyuq Müharibə dövründə dövlətlərin xarici siyasətinin formalaşmasında mühüm rol oynayıb. Dövlətin "dördüncü qolu" olan azad media demokratiyalarda həmişə siyasətə təsir edir. Azad media olduğu müddətcə, CNN effektinin demokratik ölkələrin siyasi qərarlarına təsiri böyük olmuşdur. CNN effekti iddiasını təklif edənlərin dediyinə görə keçmiş formalardan fərqlənən, yeni təsir etmə növü yaradıblar. == Tarix == 1989-cu ilin Tyananmen meydanı hadisələri, Varşava Müqaviləsi Təşkilatının dağılması, Körfəz müharibəsi, Bosniya müharibəsi və 1993-cü ilin Moqadişo döyüşü kimi hadisələr zamanı CNN bu məsələləri ABŞ və dünyanın siyasi gündəminə gətirməklə siyasi qərarlarda, o cümlədən hərbi gücü işlətmək kimi qərarların qəbul edilməsində təsirini göstərmişdi. == Təndiq == ABŞ diplomatı və beynəlxalq münasibətlərin realist nəzəriyyəçisi, Corc Kennan KİV-in siyasi qərar verməkdə rolunun qalxması və dövlətinin dördüncü qolu kimi sayılmasını təndiq edirdi. O deyirdi ki, beynəlxalq münasibətlərin sabitliyi və onun təxmin oluna bilən olmağı üçün, siyasi idarə milli siyasi elitaların əlində qalmalıdır.
Ecvort qutusu
Ecvort qutusu — İqtisadiyyatda Edgeworth qutusu və ya Edgeworth-Bowley 2 fərd arasında 2 əmtəənin mübadiləsinin mümkün hallarını təsvir etmək üçün Francis Edgeworth tərəfindən təklif olunmuş, Vilfredo Pareto və Arthur Bowley tərəfindən təkmilləşdirilmiş ağıllı qrafikdir. O, xüsusilə mübadilə iqtisadiyyatında ümumi tarazlığı və ya Rifah İqtisadiyyatının Birinci Teoremi`ni ifadə etmək üçün istifadə olunur.
Erfurt Birliyi
Erfurt Birliyi — Prussiya kralı tərəfindən Erfurtda təklif edilən və alman dövlətlərinin federasiyada birləşməsini nəzərdə tutan plan. Erfurt Birliyi Parlamentinə malik idi və 1850-ci ilin 20 martından 29 aprelə qədər mövcud olmuşdur. Birlik Erfurtdakı keçmiş Avqustiniyan monastırında fəaliyyətə başlamışdı. Birlik heç vaxt təsirli ola bilmədi və Avstriyanın təzyiqi ilə 1850-ci ilin 29 noyabrında Olmütz punktasiyası ilə sonlandırıldı. Olmütz punktasiyası bəzən "Olmütz alçaltması" da adlandırılır. == Birliyin konsepsiyası == 1848-ci il inqilabları Avstriyanın hegemon olduğu Alman Konfederasiyasının çökməsi ilə nəticələndi. Frankfurt Məclisi alman dövlətləri çoxluğu üçün konstitutsiya hazırlamaq istəyirdi. Lakin Məclis Prussiya kralı IV Fridrix Vilhelmin alman tacını rədd etməsindən sonra fəaliyyətini davam etdirə bilmədi. Prussiya hökuməti general Jozef Mariya fon Radovitzin planı əsasında alman dövlətlərini Hohensollernlərin təsiri altında birləşdirmək üçün yaranmış fürsəti dəyərləndirmək qərarına gəldi. Eyni zamanda, IV Fridrix Vilhelm xalqın konstitutsiya tələblərini və birləşmiş Almaniyanın rəhbəri olmağı qəbul etdi.
Erfurt Universiteti
Erfurt Universiteti (alm. Universität Erfurt‎) — Almaniyanın Erfurt şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 1389-cu ildə qoyulmuşdur. 1815-1993-cü illərdə fəaliyyət göstərməmişdir. 1994-cü ildə fəaliyyəti yenidən bərpa edilmişdir.
Fotoelektrik effekt
Fotoeffekt — işığın təsiri nəticəsində cismlərin özündən elektron verməsi. Bu hadisəni ilk dəfə dahi alman alimi Albert Eynşteyn kəşf etmiş və bu kəşfinə görə Nobel mükafatına layiq görülmüşdür. Fotoeffekt qanunları fotoeffekt haqqında daha tam təsəvvür əldə etmək üçün qanunauyğunluqlardır. Fotoeffekt işığın təsiri ilə metalın səthindən elektronların buraxilması hadisəsidir. Bu hadisə xarici fotoeffekt də adlandırılır. Daxili fotoeffekt — işığın təsiri ilə maddədə bağlı elektronların atomdan ayrılaraq sərbəst yükdaşıyıcıya çevrilməsidir. Stoletov təcrübələri əsasında (xarici fotoeffekt üçün) müəyyənləşdirdiyi qanunauyğunluqlar bunlardır: Vahid zamanda katodun səthindən çıxan fotoelektronların sayı onun üzərinə düşən işıq seli ilə düz mütənasibdir. Katoddan qopan elektronların kinetik enerjisi düşən işığın tezliyi ilə düz mütənasib olub, işığın selindən asılı deyil. Hər bir maddəyə uyğun fotoeffektin qırmızı sərhədi mövcuddur.Fotoeffektin qırmızı sərhədi fotoeffekt yarada bilən minimal tezlikdir, ν q s {\displaystyle \nu _{qs}} kimi işarə olunur və h ν q s = A {\displaystyle h\nu _{qs}=A} şərtindən təyin olunur. Burada h = 6 , 63 ⋅ 10 − 34 C ⋅ s a n {\displaystyle h=6,63\cdot 10^{-34}C\cdot san} olub, Plank sabiti, A {\displaystyle A} isə elektronun metaldan çxması üçün lazım olan enerjiyə bərabər olan çıxış işidir.
Frensis Bofort
Ser Frensis Bofort (ing. Sir Francis Beaufort, 7 may 1774, İrlandiya — 17 dekabr 1857, Susseks) — ingilis admiralı, hərbi hidroqraf və xəritəşünas. 1805-ci ildə küləyin gücünü ölçmək üçün 12 ballıq şkalanı yaratmışdır.1829-cu ildən 1855-ci ilə qədər Britaniya Hidroqrafiya Xidmətinə rəhbərlik etmişdir. Onun şərəfinə Şimal Buzlu okeanında dəniz adlandırılmışdır.
Kervens Belfort
Kervens Fils Belfort (16 may 1992-ci ildə anadan olub) — Banqladeş Premyer Liqası təmsilçilərindən olan Abahani Limited klubunda hücumçu kimi çıxış edən Haitili peşəkar futbolçudur. == Karyerası == === Klub === Belfort Haiti, Fransa və İsveçrənin Tempete, Le Mans B, Le Mans, Sion, Qrenobl və Frejus Sent-Rafael klublarında çıxış etmişdir.16 iyun 2017-ci ildə Belfort Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Zirə klubu ilə 1+1 şərtilə bir illik müqavilə imzalamışdır.2018-ci ilin avqust ayında adı Başundara Kinqs klubu ilə çəkilsə də, Belfort Banqladeş Premyer Liqası təmsilçilərindən olan Abahani Limited klubu ilə müqavilə imzalamışdır. === Milli komanda === Belfort Haiti milli komandası ilə debütünü 2010-cu ildə FİFA Dünya Çempionatının təsnifat mərhələsi oyunlarında etmişdir. == Karyera statistikası == === Milli komanda qolları === Nəticələr və qollar Haiti hesablamasının birinci siyahısındadır.
Kumulyativ effekt
Kumulyativ effekt (lat. kumulo - toplamaq), partlayışın təsirinin müəyyən istiqamətdə gücləndirilməsi. Bu effektə, PM-də, hədəfə tərəf istiqamətlənmiş, kumulyativ çuxurcuğun yaradılması yolu ilə nail olunur. Bunun əsasında partlayışın enerjisinin paylaşdırılması və onun təyinatlı istiqamətdə təmərküzləşdirilməsi dayanır.
Kənar effekt
Kənar effekt(side effect,побочный эффект, yan etki)-ltproqramın yaratdığı hər hansı vəziyyət dəyişikliyi. Məsələn, fayldan hər hansı kəmiyyəti oxuyan və onun cari vəziyyətinin yerini dəyişdirən altproqram haqqında deyirlər ki, o, kənar effekt yaradır. Yan təsirlər bir proqramın xarici dünya ilə qarşılıqlı əlaqəsi (insanlar, fayl sistemləri, şəbəkələrdə digər kompüterlər) ən ümumi üsuludur. Yan təsirlərin hansı dərəcədə istifadə edildiyi isə proqramlaşdırma paradiqmasına bağlıdır. İmperativ proqramlaşdırma yan təsirlərin tez-tez istifadəsi ilə tanınır. Altproqram eyni parametrlərlə çağrılsa belə, hər çağırışda özünü fərqli apara bilər. Məsələn, Java dilindəki aşağıdakı metod massivin iki elementinin qiymətlərini bir-biriylə əvəzləyir və həm də qlobal t dəyişəninin dəyişməsində kənar effektə malikdir: Kənar effektlər, adətən, arzuolunmazdır, çünki onlar proqramın başqa hissələrində istifadə olunan dəyişənləri "korlayır". Əgər t lokal dəyişən kimi elan olunsa idi, kənar effekt də baş verməzdi. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 776 s.
Mass Effect
Mass Effect (azərb. Kütlə təsiri‎) — Keysi Hadson, Dryu Karpişin və Preston Vatamanyuk tərəfindən yaradılan elmi fantastika media franşizası. Franşiza bəşəriyyətin və bir neçə yadplanetli sivilizasiyanın inkişaf etmiş əvvəlki bir sivilizasiyasının geridə qoyduğu texnologiyadan istifadə edərək Süd yolu qalaktikasını kolonizasiya etdiyi bir alternativ kainatı təsvir edir. Franşizanın əsası "BioWare" tərəfindən inkişaf etdirilmiş və "Electronic Arts" tərəfindən yayımlanmış bir sıra videooyun ilə qoyulur. Seriyanın hər bir epizodu rol oyunu elementlərinə malik üçüncü şəxs atıcıdır. İlk üç epizodu oyunçu personaj olan Komandir Şepardın qalaktikanı "oraqçılar" adlanan qədim, qışlayan maşınlardan ibarət bir irqdən qurtarmağa çalışdığı bir trilogiya təşkil edir. Seriyanın ilk videooyunu olan "Mass Effect" (2007) Şepardın oraqçıların agentlərindən olan Saren Arterius haqqında apardığı istintaqı təsvir edir. "Mass Effect 2" (2010) birinci epizoddan iki il sonrakı kainatda cərəyan edir və Şepard ilə qüvvələrinin oraqçıların geri qaytarılmasını asanlaşdırmaq üçün insan koloniyalarını qaçıran yadplanetli "kollektorlar" irqi ilə apardığı mübarizəni təsvir edir. Orijinal trilogiyanın son epizodu olan "Mass Effect 3" (2012) oraqçılar ilə qalaktikanın qalan hissəsi arasındakı müharibəni təsvir edir. Dördüncü oyun olan "Mass Effect: Andromeda" (2017) yeni bir mövzuya və personajlara sahibdir.
Priskila Belfort
Priskila Viyera Belfort — Braziliya ictimai univeristetinin keçmiş tələbəsi. O, MMA döyüşçüsü Vitor Belfortun qardaşı və model Coana Pradonun baldızı, Bələdiyyə İdman və Rekreasiya bir dövlət qulluqçusu kimi işləmiş. Nahar üçün işdən çıxdıqdan sonra, 9 yanvar 2004-cü ildə 29 yaşında itkin düşdü. Onun realda harada olmağı bu gündə məlum deyil. Vitor və Coana onun tapılması üçün mediyadan istifadə etdi və 30 böyüdülmüş şəklin müxtəlif insanların sıx olduğu yerlərdə yerləşdirdilər. Öz saytlarının ana səhifəsində hələdə onun şəkli və əlaqə nömrələri yerləşdirilib. Priscila itkin düşdükdən sonra Braziliya polis orqanlarına çoxlu zənglər olsada nəticə etibarı ilə heç biri onun tapılması barədə deyildi. 2007-inci ilin avqust ayında Paiva adlı qadın Priscilanın oğurlanmasında iştirak etməsi barədə etiraf etdi, lakin onun harada necə şəraitdə saxlandığı barədə məlumatı olmadığın və onun tapılması üçün 3 milyon dollar istənildiyini söylədi .Braziliya polis orqanlarının axtarışı nəticəsində Priscilanın orqanlarının bir ağacın budağına taxılmış vəziyyətdə tapıldı və buna görə 3 nəfər mafiayaya bağlılığı olan şəxs saxlanıldı. Hələdə Belfort ailəsi buna inanmır və onun haralardasa sağ olub yaşamağı barədə ümid edirlər.Vitor Belfort uzun müddət keçməsinə baxmayaraq bacısının adını daşıyan saytda onun tapılması barədə yazışmalar edir.
Solanum belfort
Solanum paniculatum (lat. Solanum paniculatum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü. == Sinonimləri == Solanum belfort Vand. Solanum belfortianum Dunal Solanum botelhianum Dunal (unjustified emendation) Solanum botelho Vand. Solanum chloroleucum Dunal Solanum dictyoticum Roem. & Schult. Solanum jubeba Vell. Solanum macronema Sendtn. Solanum manoelii Moric. Solanum reticulatum Willd.
Vitor Belfort
Vitor Belfort (1 aprel 1977, Rio-de-Janeyro) — Braziliyanı ağır çəkidə UFC-də təmsil edən məşhur idman ustalarından biri. == Həyatı == Rio-de Janero şəhərində dünyaya gələn Vitor uşağlığdan Qreysi ailəsinin nümayəndəsi və məşhur ciu-citsu ustası Karlos Qreysinin başçılığı altında adı çəkilən idman növü ilə məşğul olmağa başlamışdır.Beləlilklə ciu-citsu idman növü ilə məşğul olan Vitor qara kəmər,Cüdoda qara kəmər,Şotokan idman növündədə qara kəmər ustası olmuşdur.Həyat yoldaşı Prado Coana,tanınşım tələbəsi Sezar Fereiradır. 9 Yanvar 2004-də Vitorun bacısı Priskila Belfort itkin düşdü və qohumlar onun haqqında heç bir informasiya almadı.2007-inci ilin avqust ayında Paiva adlı qadın Priscilanın oğurlanmasında iştirak etməsi barədə etiraf etdi,lakin onun harada necə şəraitdə saxlandığı barədə məlumatı olmadığın və onun tapılması üçün 3 milyon dollar istənildiyini söylədi .Braziliya polis orqanlarının axtarışı nəticəsində Priscilanın orqanlarının bir ağacın budağına taxılmış vəziyyətdə tapıldı və buna görə 3 nəfər mafiayaya bağlılığı olan şəxs saxlanıldı. Hələdə Belfort ailəsi buna inanmır və onun haralardasa sağ olub yaşamağı barədə ümid edirlər.Vitor Belfort uzun müddət keçməsinə baxmayaraq bacısının adını daşıyan saytda onun tapılması barədə yazışmalar edir.
Xüsusi effekt
Xüsusi effektlər (jarqonda qısaca SPFX və ya SFX) normal vasitələrlə yaradılması mümkün olmayan və ya çox riskli olan, film, televiziya və əyləncə sahələrində geniş istifadə olunan hadisələri yaratmaq üçün geniş yayılmış bir yoldur. Böyük partlayışlar və kosmosa səyahəti təsvir edən çəkilişlərdə mütəmadi şəkildə istifadə olunur. Görülən işlər hamısı xəyal deyil, bəzi obyektlər yaradılır (məsələn: Ulduz müharibələri). Dəstək düzəldilir, üstünə bir çubuq qoyulur və üstünə qılınc hansı rəngdədirsə onun selofanı qoyulur. Tez-tez vizual effektlərlə qarışdırılır. Bununla birlikdə, xüsusi effektlər kompüter tərəfindən yaradılan şəkillərlə deyil, çəkilişlə edilir. Partlayan bir şey həqiqətən partladılır və ya bir model olsa da dağılan bina həqiqətən dağıdıllır. Halbuki vizual effektlərlə edilən partlayışlar sintetik hissəcik sistemləridir və dağıdılmış binalar da 3D modelləşdirilmiş obyektlərdir. Yaşayan xüsusi effektlər canlı izləyicilərin qarşısında istifadə olunan effektlərdir. Bunlar daha çox idman tədbirlərində, konsertlərdə və kütləvi şoularda istifadə olunur.
Efor
Efor (q.yun. Έφορος; təq. e.ə. 400, Kyme, İzmir ili – təq. e.ə. 330) — məşhur qədim yunan tarixçisi. Eolidanın Kima şəhərində anadan olmuşdur. Təqribən e.ə. 405-330-cu illərdə yaşamışdır. İsokratın şagirdi olan Eforu tarixi tədiqatlarla yönəltmişdi.
Kənar effekt (Proqramlaşdırma)