AFTER-EFFECT

n sonrakı nəticə, sonrakı təsir

AFTER-CARE
AFTER-LIFE
OBASTAN VİKİ
CNN effect
CNN effekti (ing. CNN effect) — siyasi elmdə və mediada istifadə olunan CNN effekti fenomeni CNN telekanalinin dünyadakı humanitar vəziyyətlərin şokedici şəkillərinin mediada istifadəsi vasitəsilə Amerika siyasətçilərini bu vəziyyətlərə müdaxilə etməyə səsləsməsidir. 24 saatlıq beynəlxalq televiziya kanalı, Cable News Network və ya CNN kimi tanınan xəbər kanalı, keçmiş Soyuq Müharibə dövründə dövlətlərin xarici siyasətinin formalaşmasında mühüm rol oynayıb. Dövlətin "dördüncü qolu" olan azad media demokratiyalarda həmişə siyasətə təsir edir. Azad media olduğu müddətcə, CNN effektinin demokratik ölkələrin siyasi qərarlarına təsiri böyük olmuşdur. CNN effekti iddiasını təklif edənlərin dediyinə görə keçmiş formalardan fərqlənən, yeni təsir etmə növü yaradıblar. == Tarix == 1989-cu ilin Tyananmen meydanı hadisələri, Varşava Müqaviləsi Təşkilatının dağılması, Körfəz müharibəsi, Bosniya müharibəsi və 1993-cü ilin Moqadişo döyüşü kimi hadisələr zamanı CNN bu məsələləri ABŞ və dünyanın siyasi gündəminə gətirməklə siyasi qərarlarda, o cümlədən hərbi gücü işlətmək kimi qərarların qəbul edilməsində təsirini göstərmişdi. == Təndiq == ABŞ diplomatı və beynəlxalq münasibətlərin realist nəzəriyyəçisi, Corc Kennan KİV-in siyasi qərar verməkdə rolunun qalxması və dövlətinin dördüncü qolu kimi sayılmasını təndiq edirdi. O deyirdi ki, beynəlxalq münasibətlərin sabitliyi və onun təxmin oluna bilən olmağı üçün, siyasi idarə milli siyasi elitaların əlində qalmalıdır.
Mass Effect
Mass Effect (azərb. Kütlə təsiri‎) — Keysi Hadson, Dryu Karpişin və Preston Vatamanyuk tərəfindən yaradılan elmi fantastika media franşizası. Franşiza bəşəriyyətin və bir neçə yadplanetli sivilizasiyanın inkişaf etmiş əvvəlki bir sivilizasiyasının geridə qoyduğu texnologiyadan istifadə edərək Süd yolu qalaktikasını kolonizasiya etdiyi bir alternativ kainatı təsvir edir. Franşizanın əsası "BioWare" tərəfindən inkişaf etdirilmiş və "Electronic Arts" tərəfindən yayımlanmış bir sıra videooyun ilə qoyulur. Seriyanın hər bir epizodu rol oyunu elementlərinə malik üçüncü şəxs atıcıdır. İlk üç epizodu oyunçu personaj olan Komandir Şepardın qalaktikanı "oraqçılar" adlanan qədim, qışlayan maşınlardan ibarət bir irqdən qurtarmağa çalışdığı bir trilogiya təşkil edir. Seriyanın ilk videooyunu olan "Mass Effect" (2007) Şepardın oraqçıların agentlərindən olan Saren Arterius haqqında apardığı istintaqı təsvir edir. "Mass Effect 2" (2010) birinci epizoddan iki il sonrakı kainatda cərəyan edir və Şepard ilə qüvvələrinin oraqçıların geri qaytarılmasını asanlaşdırmaq üçün insan koloniyalarını qaçıran yadplanetli "kollektorlar" irqi ilə apardığı mübarizəni təsvir edir. Orijinal trilogiyanın son epizodu olan "Mass Effect 3" (2012) oraqçılar ilə qalaktikanın qalan hissəsi arasındakı müharibəni təsvir edir. Dördüncü oyun olan "Mass Effect: Andromeda" (2017) yeni bir mövzuya və personajlara sahibdir.
After School
After School — ABŞ müğənnisi Melani Martinesin 25 sentyabr 2020-ci ildə Atlantic Records tərəfindən buraxılan dördüncü mini-albomu. İfaçı eyni gün “The Bakery” adlı sinqlını da təqdim edib. Bu mini-albomdakı mahnılar sonralar “K-12”nin delüks versiyasında əlavə treklər olaraq yer alıb. Melani Martines bu dəfə əvvəlki mahnılarında canlandırdığı “Cry Baby” obrazından istifadə etməməyi seçib. Belə ki, müğənni daha çox əsl özünü və duyğularını dinləyiciləri ilə bölüşür. == Fon == Melani Martines 2019-cu ilin sentyabrında “V” jurnalına verdiyi müsahibəsində qeyd edib ki, əvvəlki işi “K-12”də olduğu kimi yenə uşaqlıq və yeniyetməlik mövzuları haqqında mahnı çıxarmağa davam edəcək. Müğənni qarşıdan gələn musiqisində daha şəxsi tərəfini nümayiş etdirəcəyindən söz açıb. Melani 7 yanvar 2020-ci ildə Instagram hekayələri vasitəsilə “K-12” albomunun koseptinə oxşar olan “After School” adlı mini-albom buraxacağını bəyan edib. Mini-albomun ilk olaraq 2020-ci ilin yazında buraxılması planlaşdırılırdı. Melani bundan əlavə, daha əvvəl demişdi ki, iki albom hazırlayacaq və onların hər ikisini filmi də olacaq.
Adobe After Effects
Adobe After Effects — Adobe Systems tərəfindən yaradılmış, hərəkətli qrafikalar və vizual effektlər yaratmağa imkan verən bir proqramdır. Adobe After Effects ilə 2 və 3 ölçülü (2D və 3D) mühitlərdə animasiyalar yaradıla bilər. Dünyanın bir sıra kino və animasiya studiyaları tərəfindən istifadə olunan bir proqramdır. Video redaktə və dinamik şəkillər, resepturası inkişafı, animasiya və xüsusi effektlər üçün Adobe Systems – tərəfindən hazırlanmışdır . Bu geniş proqram, animasiya (televiziya və internet üçün) istehsalı, bədii və televiziya filmləri, eləcə də tələb edilən digər vəzifələri, bir sıra görüntüləri, (rəng korreksiyası, post-istehsaıl), reklam yaradılması, musiqi video müalicəsində istifadə olunur və digital video effektləri ilə zəngin istifadə imkanı yaradır. Bu mexanizm qısa müddət ərzində əyani məlumat saxlamaq imkanı verir və retina sensor yaddaşdan istifadə edir.
Cigarettes After Sex
Cigarettes After Sex — 2008-ci ildə Qreq Qonzales tərəfindən Texas ştatının El Paso şəhərində yaradılmış amerikan drim-pop qrupu. Qrup efirli, limerent və tez-tez yuxuya bənzəyən musiqi üslubu, tez-tez romantika və sevgi mövzularına əsaslanan sözlər, həmçinin Qonzalesin "androgin" kimi təsvir edilən səsi ilə tanınır. Ambient pop qrupu kimi bilinsə də, Cigarettes After Sex həm də şouqeyz, slowcore və indi-rok hesab olunur.
Day After Day
Day After Day (azərb. Günbəgün‎) — 2008 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Elnur Hüseynov və Samir Cavadzadənin ifa etdikləri mahnı. Mahnının sözləri Zəhra Bədəlbəylinin, musiqisi isə Gövhər Həsənzadənindir. "Day After Day" mahnısı fevralın 2-də Azərbaycanın Avroviziya təmsilçisinin seçilməsi üçün təşkil olunan "Odlar Yurdu" adlanan konsert proqramında ifa olundu. Mahnıda şər və xeyir qüvvənin mübarizəsi və bu mübarizədə xeyir qüvvənin şər qüvvə üzərində qələbə qazanması əks olunur. Bu mahnı ilə Azərbaycan Avroviziyada debüt etdi. Yarımfinal mərhələsində Elnurla Samir yeddinci nömrə altında bu mahnını ifa etdilər və 19 mahnl arasında 66 xalla 6-cı yeri tutaraq finala yüksəldi. Finalda bu mahnı 20-ci nömrədə ifa olundu və yekunda finalda yarışan 25 mahnı arasında 132 xalla 8-ci oldu.
Calm After The Storm
Calm After The Storm (azərb. Fırtınadan Sonrakı Səssizlik‎) — Niderlandın 2014 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
The Day After Tomorrow
Birisigün (ing. The Day After Tomorrow) — 2004-cü il ABŞ istehsalı elmi fantastika, fəlakət filmi. Film qlobal istiləşmə və onun yarada biləcəyi problemlərdən bəhs edir. Baş rollarında Dennis Kueyd, Ceyk Cilenhol, Sela Vord, Emmi Rossum və İen Holm çəkilmişlər. 20thcenturystudios.com/movies/the-day-after-tomorrow — Birisigün rəsmi saytı The Day After Tomorrow — Internet Movie Database saytında.
Cigarettes After Sex (albom)
Cigarettes After Sex — ABŞ musiqi qrupu Cigarettes After Sex-in debüt studiya albomu. 9 iyun 2017-ci ildə Partisan Records tərəfindən buraxılıb.
After Hours (The Weeknd albomu)
After Hours — kanadalı müğənni-bəstəkar The Weeknd-in dördüncü studiya albomu. 20 mart 2020-ci ildə XO və Republic Records tərəfindən buraxılıb. Əsasən Weeknd tərəfindən istehsal olunan albom, DaHeala, Illangelo, Max Martin, Metro Boomin və OPN daxil olmaqla müxtəlif istehsalçıları təşkil edir. Onların əksəriyyəti həmçinin the Weeknd ilə əvvəllər birlikdə işləmişdir. Albomun standart nəşrində heç bir duet yoxdur, lakin lüks buraxılışda Ariana Grande, remikslər buraxılışında isə Chrommatics və Lil Uzi Vert -dən qonaq çıxışları var. Məzmun olaraq, After Hours tənhalıq, özünə nifrət və azad olmağı araşdırır. Albom buraxılmazdan əvvəl The Weeknd təsdiqlədi ki, "After Hours" stilistik baxımdan sələfi "Starboy" (2016) ilə ziddiyyət təşkil edəcək. Musiqi jurnalistləri albomu yeni dalğa və yuxu pop təsirlərinin tətbiqi ilə Weeknd üçün bədii ixtira kimi qeyd etdilər. Albomun adı 1985-ci ildə eyniadlı filmdən götürülüb, sənət əsəri isə müxtəlif digər filmlərdən ilhamlanıb. "After Hours" dörd sinql tərəfindən dəstəklənir: "Heartless", "Blinding Lights", "In Your Eyes" və "Save Your Tears", bunlardan üçü Billboard Hot 100 -də bir nömrəyə çıxıb.