EDİŞ
EFFEKTİVLİK
OBASTAN VİKİ
Effekt
Təsir (ərəb. تأثير‎) ya da Effekt (lat. effectus) — Əsər etmə və bunun nəticəsində əmələ gələn hal, əlamət, iz. Effekt – [lat. effectus – təsir] 1)nəyinsə nəticəsi, arzu olunan nəticə, gözlənilən nəticə; 2)nəyinsə, kiminsə hər hansı bir şəxsdə yaratdığı təəssürat, təəssürat vasitəsi (işıq, gurultu və s.); 3)hər hansı bir hərəkətin, çalışmağın və ya səbəbin, gücün təsiri, nəticəsi. Effektivlik – təsirlik, təsir bağışlama qabiliyyəti, dərəcəsi. Nəticə, nəticəlilik. == Ədəbiyyat == Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров.
Fotoelektrik effekt
Fotoeffekt — işığın təsiri nəticəsində cismlərin özündən elektron verməsi. Bu hadisəni ilk dəfə dahi alman alimi Albert Eynşteyn kəşf etmiş və bu kəşfinə görə Nobel mükafatına layiq görülmüşdür. Fotoeffekt qanunları fotoeffekt haqqında daha tam təsəvvür əldə etmək üçün qanunauyğunluqlardır. Fotoeffekt işığın təsiri ilə metalın səthindən elektronların buraxilması hadisəsidir. Bu hadisə xarici fotoeffekt də adlandırılır. Daxili fotoeffekt — işığın təsiri ilə maddədə bağlı elektronların atomdan ayrılaraq sərbəst yükdaşıyıcıya çevrilməsidir. Stoletov təcrübələri əsasında (xarici fotoeffekt üçün) müəyyənləşdirdiyi qanunauyğunluqlar bunlardır: Vahid zamanda katodun səthindən çıxan fotoelektronların sayı onun üzərinə düşən işıq seli ilə düz mütənasibdir. Katoddan qopan elektronların kinetik enerjisi düşən işığın tezliyi ilə düz mütənasib olub, işığın selindən asılı deyil. Hər bir maddəyə uyğun fotoeffektin qırmızı sərhədi mövcuddur.Fotoeffektin qırmızı sərhədi fotoeffekt yarada bilən minimal tezlikdir, ν q s {\displaystyle \nu _{qs}} kimi işarə olunur və h ν q s = A {\displaystyle h\nu _{qs}=A} şərtindən təyin olunur. Burada h = 6 , 63 ⋅ 10 − 34 C ⋅ s a n {\displaystyle h=6,63\cdot 10^{-34}C\cdot san} olub, Plank sabiti, A {\displaystyle A} isə elektronun metaldan çxması üçün lazım olan enerjiyə bərabər olan çıxış işidir.
Kumulyativ effekt
Kumulyativ effekt (lat. kumulo — toplamaq) — partlayışın təsirinin müəyyən istiqamətdə gücləndirilməsi. Bu effektə, PM-də, hədəfə tərəf istiqamətlənmiş, kumulyativ çuxurcuğun yaradılması yolu ilə nail olunur. Bunun əsasında partlayışın enerjisinin paylaşdırılması və onun təyinatlı istiqamətdə təmərküzləşdirilməsi dayanır.
Kənar effekt
Kənar effekt(side effect,побочный эффект, yan etki)-ltproqramın yaratdığı hər hansı vəziyyət dəyişikliyi. Məsələn, fayldan hər hansı kəmiyyəti oxuyan və onun cari vəziyyətinin yerini dəyişdirən altproqram haqqında deyirlər ki, o, kənar effekt yaradır. Yan təsirlər bir proqramın xarici dünya ilə qarşılıqlı əlaqəsi (insanlar, fayl sistemləri, şəbəkələrdə digər kompüterlər) ən ümumi üsuludur. Yan təsirlərin hansı dərəcədə istifadə edildiyi isə proqramlaşdırma paradiqmasına bağlıdır. İmperativ proqramlaşdırma yan təsirlərin tez-tez istifadəsi ilə tanınır. Altproqram eyni parametrlərlə çağrılsa belə, hər çağırışda özünü fərqli apara bilər. Məsələn, Java dilindəki aşağıdakı metod massivin iki elementinin qiymətlərini bir-biriylə əvəzləyir və həm də qlobal t dəyişəninin dəyişməsində kənar effektə malikdir: Kənar effektlər, adətən, arzuolunmazdır, çünki onlar proqramın başqa hissələrində istifadə olunan dəyişənləri "korlayır". Əgər t lokal dəyişən kimi elan olunsa idi, kənar effekt də baş verməzdi. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 776 s.
Kənar effekt (Proqramlaşdırma)
Xüsusi effekt
Xüsusi effektlər (jarqonda qısaca SPFX və ya SFX) normal vasitələrlə yaradılması mümkün olmayan və ya çox riskli olan, film, televiziya və əyləncə sahələrində geniş istifadə olunan hadisələri yaratmaq üçün geniş yayılmış bir yoldur. Böyük partlayışlar və kosmosa səyahəti təsvir edən çəkilişlərdə mütəmadi şəkildə istifadə olunur. Görülən işlər hamısı xəyal deyil, bəzi obyektlər yaradılır (məsələn: Ulduz müharibələri). Dəstək düzəldilir, üstünə bir çubuq qoyulur və üstünə qılınc hansı rəngdədirsə onun selofanı qoyulur. Tez-tez vizual effektlərlə qarışdırılır. Bununla birlikdə, xüsusi effektlər kompüter tərəfindən yaradılan şəkillərlə deyil, çəkilişlə edilir. Partlayan bir şey həqiqətən partladılır və ya bir model olsa da dağılan bina həqiqətən dağıdıllır. Halbuki vizual effektlərlə edilən partlayışlar sintetik hissəcik sistemləridir və dağıdılmış binalar da 3D modelləşdirilmiş obyektlərdir. Yaşayan xüsusi effektlər canlı izləyicilərin qarşısında istifadə olunan effektlərdir. Bunlar daha çox idman tədbirlərində, konsertlərdə və kütləvi şoularda istifadə olunur.
Effektiv faiz dərəcəsi
Effektiv tələb
Effektiv tələb bazarda — başqa bir bazarda alıcılar məhdudlaşdırıldıqda ortaya çıxan məhsul və ya xidmətə olan tələbdir. Alıcılar başqa bir bazarda məhdudlaşmadığı zaman meydana gələn şərti tələblə ziddiyyət təşkil edir. Bütövlükdə mallar üçün məcmu bazarda şərti və ya effektiv olan tələb məcmu tələb adlanır. Səmərəli təklif anlayışı effektiv tələb anlayışına bənzəyir. Bazarlar daima tarazlıq qiymətlərini saxlamadıqda təsirli tələb və ya təklif konsepsiyası aktualdır. == Tələb effektlərinə nümunələr == Nümunə olaraq əmək bazarından əmtəə bazarına axını vurğulamaq olar. Əmək bazarında əgər tarazlıq varsa və insanlar təklif etmək istədikləri bütün əməyi təmin edə bilmirlərsə, təklif edə biləcəkləri məbləğ mallara olan tələblərinə təsir edəcək; tədarük edilə bilən əmək miqdarının məhdudlaşdırılması şərtilə mallara olan tələb, onların mallara olan təsiridir. Əksinə, əmək bazarında balanssızlıqlar olmasaydı, fərdlər eyni vaxtda həm tədarük etmək üçün əməyin miqdarını, həm də alacaq malların miqdarını seçər, ikincisi isə mallara olan şərti ehtiyacları olardı. Bu nümunədə mallara təsirli tələb mallara olan şərti tələbdən az olacaqdır. Əksinə, mal bazarında çatışmazlıq olarsa, insanlar əmək bazarında tarazlıq olsaydı, olduğundan daha az əmək sərf etməyi (və daha çox boş vaxt keçirməyi) seçə bilərlər.
Effektiv valyuta məzənnəsi
Effektlilik
Effektlilik – məhdud resursların qorunub saxlanması. Effektliliyi ölçmək üçün öncə hansı resursun qorunub saxlanmasını müəyyənləşdirmək lazımdır. Məsələn, az yaddaş istifadə etməsinə görə bir proqram başqasından “effektli” ola bilər, başqa bir proqram isə sürət baxımından daha “effektli” ola bilər. Kompüterin ən önəmli resurslarından bəziləri bunlardır: çalışdırma zamanı (EXECUTION TIME); yaddaş tutumu (MEMORY CAPACITY); yardımçı tutum, yəni disklər; proqramçının vaxtı. Ümumi qayda belədir: daha az (kasad) olan resursun qorunub saxlanması üzərində işləmək daha vacibdir. İlk kompüterlər indikilərlə müqayisədə çox yavaş və məhdud yaddaşa malik olduğundan onlar üçün yazılan proqramların az yaddaş tələb etməsi və mümkün qədər az addımdan ibarət olması çox önəmli idi. Hazırda kompüterlər sürətli olduqlarından və böyük yaddaş tutumuna malik olduqlarından indi ən defisit resurs proqramçı əməyidir. Bu o deməkdir ki, indi proqramın effektliliyi onun yaddaşda tutduğu yer və kompüterdə icra müddəti ilə deyil, proqramçının onun hazırlanmasına sərf etdiyi vaxtla ölçülür. Başqa sözlə, proqramçı əməyinin az sərf olunduğu proqram daha effektli hesab olunur. Bu yanaşmanın bir üstünlüyü də ondadır ki, proqramçı əməyi nə qədər yüngülləşirsə, proqramlarda xətaların (BUG) olması da bir o qədər azalır.
Faradey effekti
1845-ci ildə Faradey bir çox materialın maqnit sahəsindən zəif bir itkiyə məruz qaldığını kəşf etdi: bu fenomeni diamaqnetizm adlandırdı. Diamaqnetizm - bəzi materialların (diamaqnetiklər) maqnitləşdirici sahəyə qarşı maqnitləşmə xassəsi. Diamaqnetiklərə inert qazlar, bir sıra metal (bismut, qallium, mis) və bir çox üzvi birləşmələr aiddir. Minerallardan kvars, daş duz, çöl şpatı, qrafit və b. diamaqnit xassəlidir. Faradey həmçinin kəşf etdi ki, xətti qütblü işığın qütbləşmə müstəvisi işığın hərəkət etdiyi istiqamətə uyğun xarici bir maqnit sahəsinin tətbiqi ilə döndürülə bilər. 1846-cı ildə Faradey optik və elektromaqnit hadisələr arasındakı əlaqənin varlığını isbat etmişdir. O, müşahidə edir ki, optik fəal olmayan maddələr maqnit sahəsinin təsiri ilə polyarlaşma müstəvisini fırlatma qabiliyyəti əldə edir. İndi buna Faradey effekti deyilir.
Fişer effekti
Fişer effekti inflyasiya ilə nominal faiz dərəcəsi arasındakı əlaqəni əks etdirir. İqtisadiyyatda iki faiz dərəcəsi fərqləndirilir: nominal faiz dərəcəsi və real faiz dərəcəsi. Nominal faiz dərəcəsi bankdan və ya digər maliyyə qurumundan verilən kreditlər üzərində qoyulan faiz dərəcəsidir. Real faiz dərəcəsi isə inflyasiya nəticəsində qaytararılacaq pul miqdarında baş verən dəyər azalmasını nəzərə alan faiz dərəcəsidir. Bu iki göstərici bir-birindən inflyasiya səviyyəsi qədər fərqlənirlər: (1+i)=(1+r) (1+ π) r - real faiz dərəcəsi; i -nominal faiz dərəcəsi; π -inflyasiya dərəcəsi. Bu şəkildə yazılan tənlik iqtisadçı İrving Fişerin (1867–1947) xatirəsinə Fişer tənliyi adlanır. Bu tənlikdən görünür ki, nominal faiz dərəcəsinin dəyişməsinə iki amil təsir göstərir: real faiz dərəcəsi və inflyasiya. Miqdar qanununa və Fişer tənliyi əsasında, monetar böyümənin nominal faiz dərəcsinə necə təsir etdiyini müəyyən etmək mümkündür. Miqdar qanununa görə, pulun miqdarındakı 1%-lik artım inflyasiya dərəcəsini 1% artırır. Fişer tənliyinə görə, inflyasiya dərəcəsindəki 1%-lik artım nominl faiz dərəcəsini təxminən 1% artırır.
Forer effekti
Barnum effekti və ya Forer effekti — teoremi yaradan alimin adıyla bağlı "Forer effekti", bu təsiri iş modeli olaraq istifadə edən XIX əsrlərdə məşhurluq qazanmış amerikalı şoumen Fineas Teylor Barnumun şərəfinə "Barnum effekti" adlandırılan sosial-psixoloji fenomendir. İnsanların bir sıra ümumi xüsusiyyətlərin yalnız onlara məxsus olduqlarına inanma halıdır. Barnum deyirdi: “Hər 1 dəqiqədə dünyada 1 axmaq dünyaya gəlir və onların hər birinə təklif edə biləcəyim şeylər var”. Barnum effektinin mahiyyəti bundan ibarətdir: insanlar onların şəxsiyyəti, gələcəyi barəsində yazılmış məlumatların fərdi olaraq məhz onlar üçün yaradıldığını güman edir. Lakin bu məlumatlar özlüyündə ümumidir və çox uğurlu şəkildə digər insanlara da aid edilə bilər. Nümunələri ilə gündəlik həyatda tez-tez rastlaşdığımız effekt 1948-ci ildə Forer adlı alimin universitetdə öz tələbələri ilə apardığı bir sınaq nəticəsində psixologiyaya qazandırılmışdır. Belə ki, professor tələbələrinə onların sınaq nəticələri əsasında psixoloji analiz etdiyini dedi və sonda hər bir tələbədən ortaya çıxan 9 nəticənin nə dərəcədə onları ifadə etdiyini 0-5 arası bir rəqəmlə qiymətləndirmələrini istədi. "Əvvəldə soyuq biri kimi görünsəniz də, qarşınızdakı insanı tanıdıqca istiqanlı və söhbətcil olursunuz", "əsl dost adlandıra biləcəyiniz və hər şeyi bölüşə biləcəyiniz yalnız 2-3 nəfər var", "öz yararınıza çevirə bildiyiniz halda çox güclü və vacib bir potensiala sahibsiniz" kimi analizlərin olduğu kağızlar əslində hər bir tələbədə eyni idi. Ancaq onlar bunu bilmirdilər və hər bir analizi xüsusilə onlara aidmiş kimi dəyərləndirdilər. Bir auditoriya dolusu tələbələrdən çıxan yekun nəticə 5 üzərindən 4.26 kimi ağlasığmaz bir rəqəm idi.
Gəlir effekti
Gəlir effekti (ing. income effect) — mikroiqtisadiyyatda bir məhsulun qiymətindəki dəyişiklik istehlakçının gəlirinə (istehlak qabiliyyətinə) təsir etdikdə və bu, bu məhsula tələbin dəyişməsi ilə müşayiət olunan təsir. == Tərifi == K.R. Makkonnell və S.L. Bryuya görə gəlir effekti məhsulun qiymətindəki dəyişikliyin istehlakçının gəlirinə (istehlakçı qabiliyyətinə) və istehlakçının alacağı məhsulun miqdarına təsiridir. Bir məhsulun qiymətinin aşağı düşməsi bu məhsulun alıcısının real gəlirinin artmasına səbəb olacaq. Müxtəlif malların, o cümlədən qiyməti aşağı salınan malların alış həcmi artdıqca alıcılıq qabiliyyəti artır.
Holl effekti
Sabit J cərəyan axan paralelepiped formalı keçiriciyə baxaq (kəsir ölçüləri a×b). Əgər keçirici B induksiyalı maqnit sahəsinə perpendikulər yerləşdirilərsə, Lorens qüvvəsinin təsiri ilə müsbət yükdaşıyıcılar şəkildə göstərilmiş C səthinə meyl edəcəklər. Nəticədə bu səthdə yükdaşıyıçıların "yığılması" elektrik sahəni yaradacaq. Bu elektrik sahə də öz növbəsində maqnit sahəsinin meyl etdirici təsirini kompensasiya edir. By zaman C və D səthlərinin arasında Holl gərginliyi yaranır. Holl effektinin tədqiqi yükdaşıyıcıların konsentrasiyanın təyin edilməsinə imkan verir. Bu effekt maqnit sahəsinin ölçülməsində istifadə olunan Holl qeydedici cihazlarının hazırlamasında geniş tətbiq olunur.
Kirlian effekti
Kirlian effekti — dəyişən yüksək tezlikli (10 - 100 kHz) elektrik sahəsinə yerləşdirilmiş canlı və ya cansız obyektlərin səthində elektrik boşalması nəticəsində müşahidə olunan 5-30 kV-luq şüalanma. Metod, bu effekti tədqiq etmiş rus mühəndisi Semyon Davidoviç Kirlianın (1898-1978) şərəfinə adlandırılmışdır. Lakin bənzər təcrübələr XIX əsrin sonlarında Y.O.Narkeviç-Yodko və Nikola Tesla tərəfindən də aparılmışdır. == Həyat enerjisi == Canlı orqanizmlər üçün şüalanmanın intensivliyi və quruluşu orqanizmin elektrik keçiriciliyindən, psixo-emosional vəziyyətindən, ürək-damar sisteminin fəaliyyətindən asılıdır. Bu xüsusiyyət Kirlian tərəfindən canlı və ya cansız bütün hər şeyin "həyat enerjisi"nə, "aura"ya sahib olmasının bir sübutu kimi irəli sürülürdü. Bu iddianı təsdiq edən fakt kimi bitki yarpağının bir hissəsi kəsilsə də, kirlian fotoşəkillərində yarpağın sanki kəsilməmiş kimi, bütöv halda şüalanmasını davam etdirməsi göstərilirdi. Bu da S.Kirlianın fikrincə, "şüalanmaların obyektlərin məlum olan fiziki xüsusiyyətlərindən irəli gəlmədiyini isbat edən bir dəlil kimi qəbul edilməlidir". Lakin fotoqrafiyanın nəticələri dəyişkəndir və təkrarlanan eksperimentin tezliyi artırıldıqda şüalanma daha tutqun, parlaq və intensiv olur ki, bu da alınan fotoşəkillərin tam aydın anlaşılmasına imkan vermir. == Kəşfin tarixi == Kəşf Semyon Kirlian tərəfindən 1939-cu ildə edilsə də, onu təsdiq edən müəlliflik şəhadətnaməsini 1949-cu ildə almışdır. Bu kəşf əvvəllər "elektroqrafiya", "elektrofotoqrafiya" adlarıyla məlum olan texnikanın yenidən tanınmasını təmin etdi.
Kobra effekti
Kobra effekti bir vəziyyətin xarakteristikası üçün tətbiq edilən idiomatik ifadədir, hansı ki, hər hansısa bir problemin həll edilməsi üçün qəbul edilmiş qərar bu problemi həll etmir, və birbaşa əksinə hədəflərə nəticəyə tez-tez aparır. "Kobra effekti" termini Hindistanda, ingilis müstəmləkə dövründə yaranıb. İngilislər, həddindən artıq kobra çoxalmasını aşkar etmişdilər. Qubernator zəhərli heyvanlardan qurtulmaq üçün, hər ilan başına görə mükafat təyin etmişdi. Əvvəlcə, onları məhv etməsindən sonra, ilanların miqdarı tez azaldı. Ancaq sonra hindlilər tez uyğunlaşdılar: mükafat almaq üçün, kobraları yetişdirməyə (saxlamağa) başladılar. Sonda, öldürülmüş kobra üçün mükafat ləğv ediləndən sonra, ilan saxlayanlar, qiymətdən düşmüş ilanları iradəyə buraxmışdılar, və məlum oldu ki, zəhərli kobraların miqdarı yalnız azalmadı, hətta artdı. Analoji vəziyyət Vyetnamda, fransız müstəmləkə idarəsi dövründə, Hanoy şəhərində yaranmışdı. Onda müstəmləkə hakimiyyəti, hər öldürülmüş siçovula görə mükafat ödəyərək, siçovulların məhv edilməsi proqramını hazırladı. Nəticədə, əhali, qazanmaq üçün, siçovulları yetişdirməyə (saxlamağa) başladı.
Kompton effekti
Kompton effekti— fotonların sərbəst elektronlar tərəfindən uyğun olmayan səpilməməsi, qeyri-sabitlik fotonların səpilmədən əvvəl və sonra müdaxilə etməməsi deməkdir. Effekt foton tezliklərinin dəyişməsi ilə müşayiət olunur, enerjinin bir hissəsi səpdikdən sonra elektronlara ötürülür. == Tarix == 1922-ci ildə Artur Kompton fotonların mövcud olmasını sübut edən və onlar haqqında elmi təsəvvürləri daha da dərinləşdirən bir hadisəni təcrübədə müşahidə etdi. == Kompton effekti nəzəriyyəsi == Foton sərbəst elektronla səpələndikdə, ν {\displaystyle \ \nu } və ν ′ {\displaystyle \ \nu '} foton frekansları (səpilmədən əvvəl və sonra müvafiq olaraq) əlaqələrlə bağlıdır: ν ′ = ν 1 1 + h ν m e c 2 ( 1 − cos ⁡ θ ) , {\displaystyle \nu '=\nu \;{1 \over {1+{h\nu \over {m_{e}c^{2}}}(1-\cos \theta )}},} θ {\displaystyle \ \theta } — səpələnmə bucağı (səpilmədən əvvəl və sonra foton yayılma istiqamətləri arasındakı bucaq). Dalğa uzunluğuna gəldikdə: λ ′ − λ = λ k ( 1 − cos ⁡ θ ) , {\displaystyle \ \lambda '-\lambda =\lambda _{k}(1-\cos \theta ),} λ k = h m e c {\displaystyle \lambda _{k}={h \over {m_{e}c}}} — Kompton elektron dalğasının uzunluğu λ k = 2 , 4263 ⋅ 10 − 12 {\displaystyle \lambda _{k}=2,4263\cdot 10^{-12}} Metrə bərabərdir. Kompton səpilməsindən sonra foton enerjisinin azalması "Kompton növbəsi" adlanır. Klassik elektrodinamik çərçivəsində Kompton effekti izahı mümkün deyil, çünki bir elektromaqnit dalğasının bir yüklə (Tomson saçılması) dağılması onun tezliyini dəyişmir. Kompton effekti mikropartiküllərin partikül dalğasının ikililiyinin sübutlarından biridir və fotonların mövcudluğunu təsdiqləyir. Dəstəkləyici bir elektron tərəfindən səpilmə halında Compton təsirində enerji qorunması qanunu aşağıdakı kimi yazıla bilər: : h c λ + m e c 2 = h c λ ′ + m e c 2 1 − v 2 c 2 . {\displaystyle \ {hc \over {\lambda }}+m_{e}c^{2}={hc \over {\lambda '}}+{\frac {m_{e}c^{2}}{\sqrt {1-{\frac {\displaystyle v^{2}}{\displaystyle c^{2}}}}}}.} == İstinadlar == == Ədəbiyyat == “Ümumi fizika kursu.
Kulic effekti
Kulic effekti — Biologiya və psixologiyada bu terminin ifadə etdiyi fenomen ondan ibarətdir ki, erkək fərdlər cütləşməyə hazır olan yeni-yeni dişi fərdlərlə rastlaşdıqda onların cinsi aktivliyi davamlı olaraq yüksək səviyyədə qalır. Bu fenomen sınaq olunan bütün heyvanlarla bağlı özünü doğruldub. == İzahı == Yeni dişi fərdlə rastlaşma erkək fərdin beynində dopamin neyromediatorunun ifrazında artıma, bununla da limbik sistemin yenidən və yenidən fəallaşmasına səbəb olur. Bundan sonra erkəklər yalnız yeni dişi ilə deyil, əvvəlki dişilərlə də cütləşmə potensialını yüksək səviyyədə saxlayırlar. Laster və Qorzalka bu fenomenin dişilərdə necə təzahür olunduğunu yoxlamaq üçün eksperimentlər aparmış, onun dişilərə də aid olduğunu (lakin erkəklər qədər deyil) aşkar etmişlər. == Terminin tarixi == "Kulic effekti" adlanması Amerikada populyar olan lətifə ilə bağlıdır. Lətifənin məzmunu: 1920-ci illərdə ABŞ prezidenti olmuş Kalvin Kulic həyat yoldaşı ilə birlikdə quş fermasını ziyarət edərkən xanım Kulic fermerdən soruşur: - Necə olur ki, az sayda xoruz bu qədər toyuğun mayalı yumurta verməsini təmin edə bilir? Fermer: - Xoruzlar hər biri öz funksiyasını gün ərzində yüz dəfələrlə yerinə yetirir, ona görə. Bu cavabı eşidən xanım Kulic zarafatla deyir: - Siz bunu cənab Kulicə daha ətraflı izah etsəniz, pis olmaz. Bu atmacanı eşidən prezident fermerdən soruşur: - Xoruzlar hər dəfə eyni toyuğu mayalandırır?
Kəpənək effekti
Kəpənək effekti — bir sistemin başlanğıcında baş verə biləcək kiçik bir dəyişiklik, böyük dəyişikliklərə səbəb ola bilər. "Kəpənək effekti" termini riyazi bir termindir, hesablamalar zamanı rəqəmlərdən birində edilən cüzi dəyişiklik böyük fərqlərə səbəb ola bilər. Adı Edward N. Lorenzin verdiyi bu nümunədən yaranmışdır. "Amazon meşələrindəki bir kəpənəyin qanad çırpması ABŞ-də fırtına qopmasına səbəb ola bilər". Digər bir nümunədə isə, "bir kəpənəyin qanad çırpması dünyanın yarısını ağuşuna ala biləcək bir qasırğanın yaranmasına səbəb ola bilər" deyilir.
Kəpənək effekti (film, 2004)
Kəpənək effekti (ing. The Butterfly Effect) — 2004-cü ildə ABŞ-də çəkilmiş filmdir. Baş rollarını Eşton Kutçer, Emi Smart, Erik Stolts bölüşdürür. == Məzmun == Filmin baş qəhrəmanı hesab edilən Evan əqli problemləri olan bir uşaqdır, pis hadisələr yaşamışdır amma əqli problemlərinə görə bu yaşadıqlarını tam olaraq xatırlaya bilmir. İllər sonra Evan Treborn artıq bir hafizə problemi olmayan normal bir gənc olur. Bir gün uşaqlıqda tutduğu gündəliyini təsadüfən tapır və oxuyur, zamanda səyahət edərək uşaqlığının xatırlaya bilmədyi qaranlıq qisimlərinə dönür. Uşaqlığına səyahəy zamanı, həmin anda baş verən hadisələrə müdaxiləsi hazırda yaşadığı zamandakı həyatına böyük təsir göstərir və hər dəfə geri dönərkən yaxınlarından kiminsə zərər gördüyünə şahid olur və yenidən zamanda səyahət edərək, keçmişə qayıdaraq ətrafındakıların normal bir həyat yaşması üçün mübarizə aparır...
Lotos effekti
Lotos effekti — su damcılarının yarpağın səthində hərəkət edərək yad hissəcikləri tutması effektidir. Lotos effekti aşağı dərəcəli səth islanmasıdır, lotos bitkilərinin yarpaq və ləçəklərində və nastursiya, qamış kimi bitkilərdə müşahidə olunur. Bu effekt təbiətdə yalnız bitkilərdə deyil, həmçinin həşəratların (məsələn, kəpənəklərin qanadları) qanadlarında da müşahidə olunur. Belə ki, həşəratların qanadları yağışdan islanmır və onların uçmasında heç bir problem yaranmır. Lotos effektini göstərən (özündə əks etdirən) materiallar superhidrofob materiallar adlandırılır. Bu effekt onunla əlaqələndirilir ki, su damcısı belə materiallarla təmasda şarabənzər forma alaraq səthin üzərində sürüşərək (diyirlənərək) bütün yad cisimləri və tozu, çirki özunə yığır. Superhidrofob materiallar eyni anda bir neçə xassə ilə xarakterizə olunur: su damcısı belə materiallarda 1500-dən böyük islanma bucağı yaradır, 2-3 mm diametrli damcılar diyirlənir, su ilə təmasda səth üzərində öz-özünə təmizlənmə sahəsi yaranır. Təbiətdə Səthin Lotos effekti və ya superhidrofobluğu unikal deyil, bir çox bitki və həşəratlara da məxsusdur. Lotos effekti təbiətdə uzun zamanlar müşahidə olunsa da, bu hadisənin alimlər tərəfindən sistemli tədqiqinə demək olar ki, 10 il bundan qabaq başlamışlar, lakin müxtəlif superhidrofob xassəli materialların alınması məhz yeni nanomaterialların və nano və mikrotexnologiyanın inkişafı ilə əlaqədardır.
Lövbər effekti
Lövbər effekti (ing. Anchoring effect) — Qərarvermə prosesi zamanı fərdin əldə etdiyi ilkin informasiyanı rəhbər tutması halı. Bu vəziyyət ilkin məlumatın doğru olduğuna inanmaq, ya da sonraki məlumatları əvvəlki məlumata görə dəyərləndirməyə, müqayisə etməyə səbəb olur. == Lövbər effekti üçün nümunələr == Bu məhsulu başqa saytda 30 manata görmüşdüm, burda 20 manatadır. Bu, çox ucuzdu. Qonşumuz evini 100 minə sata bildisə, deməli, mən də sata bilərəm. Ailəmizdəki insanların ortalama ömür müddəti uzundur, deməli, mən də çox yaşayacam. Arıq olan dostlarım hər səhər qaçır, deməli, mən də hər səhər qaçmalıyam. Mən uşaq olanda anam məni saat 10-da yatırırdı, onda, mənim də uşağım saat 10-da yatmalıdır.
Mandela effekti
Mandela effekti — yalnız bir və ya bir neçə nəfər deyil, dünyadakı bir çox insanın mövcud məlumatları tamamilə səhv xatırlamasıdır. == Tarixi == 2009-cu ildə Fiona Brum keçmiş CAR prezidenti Nelson Mandelanın 1980-ci illərdə həbsxanadakı ölümünü necə xatırlaması haqqında bir konfransda danışırdı. Ancaq Mandela 1980-ci illərdə deyil, 2013-cü ildə vəfat etmişdir. Brum xatirələri haqqında başqalarıyla danışanda məlum oldu ki, Brum tək deyil. Digərlərinin iddialarına görə, Mandelanın 1980-ci illərdə ölüm xəbərini və dul arvadının ölümlə bağlı nitqini xatırlayırlar. Brum belə əhəmiyyətli bir hadisənin bu qədər geniş auditoriya tərəfindən səhv xatırlanması və olmamış bir hadisə haqqında təfərrüatları ilə danışılmasından şok oldu. Sonralar "Mandela effekti" adını verdiyi bu fenomeni və buna oxşar hadisələri müzakirə etmək və araşdırmaq üçün bir sayt qurdu.
Mpemba effekti
Mpemba effekti – isti suyun soyuq sudan daha tez donması prosesi. 1963-cü ildə tanzaniyalı şagird Erasto Mpemba tərəfindən kəşf edilmiş və onun şərəfinə adlandırılmışdır. Effektin yaranmasına bir neçə amil təsir göstərir. 1963-cü ildə tanzaniyalı şagird Erasto Mpemba və onun dostları məktəbdə dondurma istehsal etmək üçün qaynar süddə şəkəri həll etdilər. Əslində, Erasto soyuducuya qaynar südü qoymadan əvvəl gözləməli idi, ancaq tələsdi və Erastonun qaynar südü digərlərindən daha tez dondu. Erasto müəlliminə baş verənləri izah etdi, lakin müəllimi ona inanmadı. Öz maraqlarından imtina etməyən Erasto təcrübələrini davam etdirdi. Fizika mövzusunda bir konfrans üçün məktəbi ziyarət edən professora "Nə üçün 35 °C və 100 °C su olan eyni qablardan isti su olan qab daha tez dondu?" deyə sual verdi. Fizika professoru Denis Ozborn ilk olaraq sualı anlamadı və Erastodan sualı təkrarlamasını istədi. Erasto təcrübəsini professora danışdı.
Nernst-Ettinqshauzen eninə effekti
1886-ci ildə maqnit sahəsində yerləşən, temperatur qradienti olan keçiricidə maqnit sahəsinə və istilik axına perpendikulyar istiqamətdə elektrik sahəsinin yaranması kəşf olunub. Boyunca sabit istilik axını olan paralelepiped formalı keçiriciyə baxaq. Əgər keçiricini B induksiyalı maqnit sahəsinə perpendikulər yerləşdirilərsə, Lorens qüvvəsinin təsiri ilə müsbət yükdaşıyıcılar Şək.1 göstərilmiş C səthinə meyl edəcəklər. Nəticədə bu səthdə yükdaşıyıçıların "yığılması" elektrik sahəni yaradacaq. Bu elektrik sahə də öz növbəsində maqnit sahəsinin meyl etdirici təsirini kompensə edir, C və D səthlərin arasında potensial fərqi yaranır.

Digər lüğətlərdə