Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Afrika ensizburun timsahı
Afrika ensizburun timsahı (lat. Crocodylus niloticus) — əsl timsahlar sinfinin nümayəndələrindən biri. Afrikada yayılmış timsahların dörd növündən biri. Son tədqiqat məlumatları nəticəsində DNT göstəricilərinə görə ayrı bir Mecistops cinsinə ayrılır. == Görünüşü == Afrika ensizburun timsahı adını Orinoko timsahına bənzər ensiz burun sayəsində almışdır. Ölçüləri ümumiyyətlə 2,5 m-dən çox olmur, bəzən uzunluğu 4 m-ə qədər olan fərdlərə də rast gəlinir. Boyunun arxasındakı qoruyucu sümük lövhələri 3–4 cərgədə boyunca uzanır və bu növü iki cərgəyə sahib olan Crocodylus cinsinin nümayəndələrindən fərqləndirir. Bu xüsusiyyətinə görə bu növə zirehli timsah (alm. Panzerkrokodil‎) də deyilir. Afrika ensizburun timsahın xallı dərisi onu əsl timsahlardan daha çox alliqatorlara və ya qaviallara bənzədir.