Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Endirey
Endirey — rus tələffüzündəki kimi Andreyevo adlandırılan qədim Enderi kəndi tarixən Aksay tərkilərinə (tərki şamxal kimi şöhrətli hakim titulu olub "bəy", "xan" deməkdir. Məşhur Tarkovskilər soyunun ulu babaları bu yerlərin sahibi, hakimi olmuşlar) məxsus idi. Kənd Ak Taş çayı üzərində Xasavyurtdan azca aralıda yerləşir. Övliya Çələbi Enderi kəndiylə bağlı öz "Səyahətnaməsi"ndə yazırdı: "Ak taş kənarında Enderi əşirətinin otlaqları uzanırdı". == Əhalinin etnik tərkibi == Kəndin yerli əhalisi türk xalqlarından olan (qıpçaq qoluna mənsub) qumuqlar olmuşlar. Müqtədir araşdırmacılarımızdan olan prof. Dr. Ahmet Caferoğlunun göstərdiyi kimi "özünün geopolitik vəziyyəti üzündən ölkələri VII yüzillikdən etibarən Xəzər dövləti hüdudları içərisinə alınmış və Oğuz-Qıpçaq türk boylarının burada qaynayıb qarışması nəticəsində bir türk uruğu kimi təşəkkül etmiş kumuklar şimali-şərqi Qafqaz ilə Xəzər dənizinin qərb sahillərində, Azərbaycan sərhədlərindən şimala doğru uzanan ərazidə yaşayırlar. Ardınca mərhum Caferoğlunun təsvir etdiyi kimi, kumuklar toplu halda Dağıstan MR-ə daxil olan Xasavyurt, Babayurt, Kızılyurt, Buynak, Qayakənd, Qaytaq əyalətlərində yaşamaqla yanaşı, ayrıca Mahaç Qala, İzberbaş, Dərbənd şəhərlərində və dağınıq halda Çeçenistanda, Qərbi Osetiya kəndlərində yaşayırlar. == Xasay xan Usmiyev == Azərbaycan tarixində müəyyən yer tutan Xasay xan Usmiyev bu kənddəndir.