Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Erase/Rewind Official Remix
Erase/Rewind Official Remix – Sabrina Salernonun çıxardığı sonuncu albomdur.
Erase/Rewind Official Remix (albom)
Erase/Rewind Official Remix – Sabrina Salernonun çıxardığı sonuncu albomdur.
Ay erası
Yerdə sıxılma nəticəsində ilkin nüvədə və mantiyada yüksək təzyiq yaranmışdır. Bunun nəticəsində radiaktiv elementlərin (uran, radium, torium, plutonium) zəncirvari parçalanma reaksiyaları baş vermişdir ki, bunun da nəticəsində temperatur qalxmışdır. Yerin daxilində olan mantiya əriyərək odlu kütləyə çevrilmişdir. Ərinti maddələri bərl yer qabığı olmadığından rahatlıqla səthə qalxmışdır. Beləliklə, yer səthini tamamiylə lava axınları tutmuşdur. Ayda da belə bir püskürmələr baş verdiyi üçün bu mərhələ Ay erası adını almışdır. Hazırda Ayın səthində soyumuş lavalar, nəhəng vulkan kraterləri və konusları qalmaqdadır.
Kanko erası
Kanko (寛弘) – Yaponiyada era. Çoho erasından sonra, Çova erasından isə əvvəl gəlir. Era 1004-cü ilin iyulundan 1012-ci ilin dekabrına kimi davam etmişdir. Bu erada hökmdarlıq etmiş imperatorlar İçico-tenno və Sanco-tenno idi. Murasaki Şikibu öz gündəliyini bu erada yazmışdır. == Era dəyişikliyi == 1004-cü ildə eranın adı bir sıra hadisələri vurğulamaq üçün dəyişdirilmişdir. Əvvəlki eranın başa çatmasından sonra 1004-cü ilin 7-ci ayının 20-ci günündə Kanko erası başlamışdır. == Hadisələr == 17 mart 1008 - Keçmiş imperator Kazan 41 yaşında vəfat etdi. 16 iyul 1011 - İmperator İçico hökmdarlığının 5-ci ilində səltənətdən imtina etdi. Qısa müddət sonra İmperator Sanco taxta çıxdı.
Kaynozoy erası
Kaynazoy və ya kaynozoy erası (rus. Кайнозойская эра, ing. Cainozoic; yun. kainos-yeni və zoe-həyat) — yer qabığı laylarının ümumi stratiqrafik cədvəlində ən yuxarıda yerləşib, Yerin geoloji tarixinin ən yeni erasına müvafiq gəlir. 67 milyon il əvvəl başlayıb, hazırda da davam edir. paleogen, neogen və dördüncü dövr (antropogen) sistemlərinə ayrılır. Kaynozoy erası alp qırışıqlığı ilə əlaqədar olan və Sakit okeanın sahil boyu, Cənubi Avropada və Asiyada ən yüksək dağ sistemlərini əmələ gətirən, intensiv dağ əmələgətirmə hərəkətləri ilə səciyyələnir. Neogenin axırı dördüncü dövrün əvvəlində Avropa, Asiya və Şimali Amerikada qalın materik buzlaşması ilə müşayiət olunan kəskin soyuqlaşma baş vermişdir. Canlı aləmdə məməlilər hakim mövqe tutur. Heyvanlar və bitkilər müasir vəziyyətinə yaxın olmuşdur.
Paleozoy erası
Paleozoy və ya paleozoy erası — davamiyyəti 290 milyon ildir. Paleozoy erası başlanğıcı erkən kembriyə təsadüf edir. Bitkilər arasında riniofitlər (ilk yerüstü bitkilər), plaunabənzərlərin və qatırquyruqukimilərin çox hissəsi, həmçinin prohimnospermidlər yalnız paleozoyda mövcud olmuşdur. Fuzulinidlər (foraminiferlər), arxeosiatlar, mərcanlardan tabulatoideyalar, hemeolitodeyalar və dördşüalılar, düz qabıqlı başıayaqlıların əksəriyyəti, hiolitlər, tentakulitlər, trilobitlər, mamırabənzərlərin və qıfıllı braxiopodların əksər dəstələri, dərisitikanlıların bir çox sinifləri, həmçinin qraptolitlər və balığa oxşayan çənəsiz qəlsəməlilərin əksəriyyəti (telodontlar, müxtəlif zirehlilər, sümükçanaqlılar, çanaqsızlar), çənəli qəlsəməlilərdən – ən qədim balıqlar (akantodlar və lövhəlidərililər) kimi canlılar yalnız paleozoyda rast gəlinir. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
Proterozoy erası
Proterozoy və ya proterozoy erası — arxey erasından sonra, vaxt etibarilə çox uzun çəkən eradır. Proterozoy erasının çöküntülərində yalnız ibtidai yosun və bakteriya qalıqlarına təsadüf olunur.
Reyva erası
Reyva erası (令和時代, Reiwa jidai) – Yaponiyada hazırkı era. Reyva erasının 1 may 2019-cu ildə başlamışdır. Həmin gün İmperator Akihitonun böyük oğlu Naruhito Yaponiyanın 126-cı imperatoru kimi taxtda oturmuşdur. 30 aprel 2019-cu ildə isə İmperator Akihito Payızgülü taxtından imtina etmiş və Heysey erasını başa çatmışdır. 2019-cu il iki eraya ev sahibliyi etmişdir: 30 aprel Heysey 31 olmuş, 1 mayda isə Reyva 1 olmuşdur. == Arxaplan == Yaponiya hökuməti eranın adını canlı yayımlanan mətbuat konfransı vasitəsilə açıqlamışdır: baş katib Yoşihide Suqa lövhədə eranın adını kancilərlə nümayiş etdirmişdir. Baş nazir Şinzo Abe Reyvanın "gözəl şəkildə bir araya gələn insanlar tərəfindən ortaya çıxarılan mədəniyyəti əks etdirdiyini" demişdir. Yaponiya Biznes Federasiyasının keçmiş sədri Sadayuki Sakakibara, Kioto Universiteti professoru və Nobel laureatı olmuş alim Şinya Yamanaka və mükafat qazanmış romançı Mariko Hayaşi də daxil olmaqla 9 nəfərlik ekspert qrupu bu adı 5 namizəd içindən seçmişdir. Reyva sözünün kanci yazılışı qədim şeir antologiyası olan Manyoşudan, xüsusilə də harmoniyanı təmsil edən Yaponiyanın müqəddəs ume güllərindən alınmışdır. == Nüanslar == İlk dəfədir ki, Yaponiyada bir era adı Çin ədəbiyyatından yox, klassik yapon ədəbiyyatından götürülür.
Buz dövrü 3: Dinozavrların erası (animasiya, 2009)
Buz dövrü 3: Dinozavrların erası (ing. Ice Age: Dawn of the Dinosaurs) - 2009-cu ildə istehsal olunmuş animasiyadır. == Məzmun == Sid öz ailəsini qurmaq istəyir. O, yumurtaları tapır. Tezliklə bu yumurtalardan dinozavr balaları çıxır. Qəzəblənmiş ana dinozavr balalarını tapır və onları Sidlə birlikdə dinozavrların yaşadığı yeraltı dünyasına aparır. Onun dostları gecikmədən Sidi xilas etməyə yollanırlar... == Xarici keçidlər == "Buz dövrü 3: Dinozavrların erası" — Internet Movie Database saytında.
Buz dövrü 3: Dinozavrların erası (film, 2009)
Buz dövrü 3: Dinozavrların erası (ing. Ice Age: Dawn of the Dinosaurs) - 2009-cu ildə istehsal olunmuş animasiyadır. == Məzmun == Sid öz ailəsini qurmaq istəyir. O, yumurtaları tapır. Tezliklə bu yumurtalardan dinozavr balaları çıxır. Qəzəblənmiş ana dinozavr balalarını tapır və onları Sidlə birlikdə dinozavrların yaşadığı yeraltı dünyasına aparır. Onun dostları gecikmədən Sidi xilas etməyə yollanırlar... == Xarici keçidlər == "Buz dövrü 3: Dinozavrların erası" — Internet Movie Database saytında.
Buz dövrü 3: Dinozavrların erası (cizgi filmi, 2009)
Buz dövrü 3: Dinozavrların erası (ing. Ice Age: Dawn of the Dinosaurs) - 2009-cu ildə istehsal olunmuş animasiyadır. == Məzmun == Sid öz ailəsini qurmaq istəyir. O, yumurtaları tapır. Tezliklə bu yumurtalardan dinozavr balaları çıxır. Qəzəblənmiş ana dinozavr balalarını tapır və onları Sidlə birlikdə dinozavrların yaşadığı yeraltı dünyasına aparır. Onun dostları gecikmədən Sidi xilas etməyə yollanırlar... == Xarici keçidlər == "Buz dövrü 3: Dinozavrların erası" — Internet Movie Database saytında.
Ərşə
Ərşə kəndi — Qarabağın Arazbar qəzasında qərar tuturdu. Orta çağda feodal ara savaşları səbəbiylə dağıdılıb. XVIII əsr el şairi Aşıq Lələ deyir: 1727-ci ilə aid Osmanlı qaynağında bu qədim yurd yeri haqqında yazılır: "Arasbar qəzasına tabe olan Ərşə kəndi. Kənddə heç kim yaşamır. Otuziki tayfasından Eymirli oymağı burada əkinçiliklə məşğul olur, üşr və bəhrəni torpaq sahibinə verir. Dənli bitkilərdən əldə edilən gəlir: 47.000 ağça". XVIII əsrin əvvəllərində Otuziki elinin Ozan oymağı da bu yurdda binələyirmiş. Avşar elinin Ərşəli adlı oymağı, Ərdəbil yörəsində, Muğanda Ərşə adlı nahiyə vardı.
Arame
Arame və ya Aramu (e.ə 858–844-cü illər), Urartunun ilk tanınmış kralı idi.
Artse
Artse (erm. Արծն; yun. Ἄρτζε) — X–XI əsrlərdə şərqi Anadoluda mövcud olmuş tarixi şəhər. == Tarixi == Artse Bizans imperiyasının Feodosipol şəhərinin 55 kilometr (34 mil) şərqində, Basiani vilayəti daxilində, Ermənistan və İberiya ilə olan sərhəddə, Araz çayının sol sahilində yerləşirdi. Şəhərin adı Eskorial taktikası (təq. 971/975-ci il) əsərində Bizans strateqinin yeri olaraq qeyd edilir. Şəhər 979-cu ildə Barda Sklirin üsyançı ordusunun Pankaliya döyüşündə məğlub edilməsində kömək etdiyinə görə III David Kuropalata verilmişdir. Buna baxmayaraq, III Davidin ölümündən sonra şəhər 1000-ci ildə İberiya katepanlığının bir parçası olmuşdur. Şəhər haqqındakı məlumat Siciliyalı İohannın yazılarındandır. O, qeyd edir ki, Artse Suriya, Ermənistan və başqa yerlərdən tacirləri cəlb edən böyük bir ticarət mərkəzi idi.
Berane
Berane (mont. Беране/Berane) — Monteneqroda şəhər. Monteneqroda şəhər. Eyniadlı bələdiyyənin mərkəzidir. Əhalisi 11.776 nəfərdir.
Brask
Brask (fr. və oks. Brasc) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Ser-Sernen-syur-Rans kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12035. Kommuna təxminən Parisdən 550 km cənubda, Tuluza şəhərindən 100 km şimal-şərqdə, Rodezdən isə 45 km cənubda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 203 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 110 yaşında (15-64 yaş arasında) 79 nəfər iqtisadi cəhətdən, 31 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.8%, 1999-cu ildə 67.6%).
Drake
Emmanuel Dreyk del Kastillo (fr. Emmanuel Drake del Castillo, 1855 — 1904) — ispan mənşəli fransız botaniki.
Encase
Encase — sübutların toplanması və analizi üçün ABŞ Maliyyə Nazirliyinin gizli xidməti. FTB və MTA-nin işlərinə yardım üçün yaradılmışdır. Hazırda açıq satışda olan kommersiya alətidir. İnformasiyanın müxtəlif fayl sistemlərində, müxtəlif əməliyyat sistemlərində, informasiya daşıyıcılarının tipindən asılı olmayaraq axtarışını həyata keçirir.
Erato
Erato (yun. Ἐρᾰτώ, lat.
Erble
Erble (fr. Herblay) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament — Val-d'Uaz, rayon — Arjantey, kanton — Erble. Əhalisi — 26 289 nəfər (2009). Bələdiyyə Paris şəhərinin təxminən 21 km şimal-qərbində, Serji bələdiyyəsinin 9 km cənub-şərqində yerləşir.
Eresk
İrisk — İranın Cənubi Xorasan ostanının Büşruyə şəhristanının İrisk bəxşində şəhər və onun mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,657 nəfər və 783 ailədən ibarət idi.
DBase
dBase kompüterlər üçün verilənlər bazası ehtiyaclarını ödəmək üçün Ashton Tate tərəfindən buraxılmış inteqrasiya olunmuş verilənlər bazası meneceri olan 4-cü nəsil proqramlaşdırma dili və proqram təminatıdır. == Tarixçə == Orijinal dBase Wayne Ratliff tərəfindən hazırlanmışdır. 1978-ci ildə Reaktiv Sürmə Laboratoriyasında işləyərkən Ratliff CP/M montaj proqramlaşdırma dili ilə kompüterdə istifadə üçün verilənlər bazası yaratdı. Onun burada məqsədi futbol komandalarının matç nəticələrini izləmək olub. O, daha sonra iş yerində biznes proqramı hazırlayıb və onu "Vulcan" adlandırıb. 1980-ci ilin əvvəlində Ashton-Tate-nin müdiri Corc Tate və Ratliff ilə kommersiya müqaviləsi imzaladı. Vulkanın adı "dBase" olaraq dəyişdirildi və proqram çox qısa müddətdə böyük uğur qazandı. == Funksiyalar == Proqram təminatında böyük və kiçik hərflər arasında heç bir fərq yoxdur və əmrlərin/funksiyaların ilk dörd hərfini yazmaq kifayətdir. Dəyişənlər on hərfdən çox ola bilməz, lakin istəsən daha uzun yazıla bilər; tərtibçi yalnız ilk on hərfi nəzərə alır. dBase güclü tipli bir dil deyil.
Reise, Reise
Reise, Reise (alm. Səyahət, səyahət‎/ing. Artım) — Rammstein qrupunun dördüncü albomudur. Çıxışdan bir müddət sonra albom platinalı olub.
Ferae
Ferae (hərfi mənası: vəhşi heyvanlar) — heyvanların qranddəstəsi.
Krass
Mark Lisini Krass (e.ə. 115, Qədim Roma – 8 iyun e.ə. 53 və ya 9 iyun e.ə. 53, Harran[d], Parfiya) — Roma siyasi və hərbi xadimi. Xəsisliyi və dövlət vəsaitini dağıtması Krass haqqında bədnam təsəvvür yaratmışdı. E.ə. 71 ildə Spartak üsyanının yatırılmasına rəhbərlik etmişdi. E.ə 60 cı ilin sonunda Sezar, Pompey və Krass triumvinat düzəltmişlər.E.ə. 70 və 55 illərdə Pompeylə birgə konsul, e.ə. 65 ildə senzor seçilmişdi.
Narse
Narse (Qafqaz Albaniyası)
Ranse
Sen-Jan-de-Qonvil (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Ernst
Ernst — ad. Ernst Ştayniq — Almaniya güləşçisi, Avropa Çempionatları mükafatçısı.
Bəxtiyar Ersay
Bəxtiyar Ersay (8 fevral 1969, Çemişgezek[d], Tuncəli ili) — Türkiyə hərbi xadimi, general-polkovnik, Türkiyənin Azərbaycandakı Xidmət Qrupunun Komandanı Azərbaycan Müdafiə Nazirinin müşaviri. == Həyatı == Bəxtiyar Ersay haqda məlumatlar çox azdır. Yalnız onun əslən Türkiyənin Tunceli bölgəsinin Çemisgezek mahalından olduğu bildirilir. Ersay ilk hərbi təhsilini İşıklar hərbi liseyində alıb. Daha sonra isə Türkiyə Quru Qoşunları Hərbi Məktəbinə qəbul olub. Hərbi məktəbi artilleriya üzrə başa vurub və leytenant rütbəsi alıb. O, kapitan rütbəsində hərbi akademiyanı bitirib. Hərbi ataşşe olaraq Tunisdə xidmət etdiyi illərdə də diqqət mərkəzində olub. Müəmmar Qəddafinin ölümü ilə Liviya və Tünisdə başlayan qarmaqarışıq hadisələr zamanı minlərlə türk vətəndaşının bu ölkədən sağ-salamat təxliyəsini təmin edən əməliyyatın başında general Ersay dayanıb. Bəxtiyar Ersay Türkiyədə Balyoz hadisələri zamanı həbs edilib, barəsində 16 il həbs qərarı çıxarılıb.
Araşa
Araşa, Barreyru — d i — Araşa (Araxa, Barreiro de Araxa) – Braziliyada, Minas-Jerays ştatında niobium-nadir torpaq elementləri yatağı. Niobiumun ehtiyatına görə dünyada ən iri yataqdır. 1954-cü ildə kəşf edilmişdir. 1960-cı ildən açıq üsulla istismar olunur. Nb2O5-in ehtiyatı 17 mln. ton (filizdəki orta miqdarı 2,5%), nadir torpaq filizlərinin ehtiyatı isə təqribən 500 mln. tondur (nadir torpaq elementləri oksidlərinin filizdəki miqdarı 2,8%). Yataq Minas-Jerays nadir metal əyalətində yerləşir və karbonatitlər massivinin zənginləşmiş laterit aşınma qabığı ilə əlaqədardır. Yan süxurlarını kembriyəqədərki kvarsitlər və muskovitli şistlər təşkil edir. Aşınma qabığının qalınlığı 100–200 m, bəzən daha çoxdur.
Craşen
Craşen — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd.
Edişə
Edişə (Cəlilabad)
Ərazi
Ərazí — Hər hansı bir sərhəd cərçivəsi ilə əhatə edilmiş səth.
Ərizə
Ərizə və ya petisiya (ing. petition) — bir adam və ya birliyin düşüncə və şikayətlərini, ya da müəyyən bir mövzudakı istəklərini səlahiyyətli orqanlara (əksəriyyətlə rəsmi) göndərilməsini təmin edən yazı.
Əriştə
Əriştə — undan (məsələn, buğda, düyü və ya qarabaşaq unundan) hazırlanan әrzaq (xәmir mәhsulu). Əriştə hazırlamaqdan ötrü xәmiri kündәlәyir, oxlovla yuxayayanda nazik lavaş kimi yayıb, sonra üst-üstә qatlayıb zolaq (dilim) şәklindә kәsirlәr. Əriştə müxtəlif ölkələrin mətbəxlərinin (məsələn, Çin, İtaliya və s.) vacib hissəsidir. Azәrbaycanda əriştədәn müxtәlif xörәklәr: әriştәli isti duru xörәk, әriştәaşı, әriştәçilov, әriştәplov vә s. hazırlanır. Əriştәaşı bişirmәk üçün әvvәlcәdәn Əriştə kәsilib qurudulur vә sacda qovrulur, sonra qaynar suda bişirilib aşsüzәndәn keçirilir, yağ töküb dәmә qoyulur. Əriştәaşına müxtәlif xuruş da әlavә edilir. Anadoluda qışlıq yemək olaraq istehlak edilər. Şorbasından makaronuna qədər bir çox şəkildə istehlak edilər. == Tarix == Əriştənin yazılı mənbələrində ən erkən qeydi Şərqi Han dövrünə (b.e.
Ərəfsə
Ərəfsə (Culfa)
Ərəşi
Ərəşi — təxəllüs.