Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Life is Strange
Life Is Strange (azərb. Həyat qəribədir‎) — Fransanın Dontnod Entertainment şirkəti tərəfindən hazırlanan və Square Enix tərəfindən Linux, Microsoft Windows, OS X, PlayStation 3, PlayStation 4, Xbox One, Xbox 360, iOS və Android platformaları üçün buraxılan epizodik macəra oyunu. Videooyun 5 hissədən ibarət olub, 2015-ci il boyunca periodik olaraq yayımlanmışdır. Oyunun baş qəhrəmanı olan 18 yaşlı fotoqrafiya tələbəsi Maks Kolfild (ing. Max Caulfield) zamanı geriyə çəkmək bacarığına malikdir. Bu unikal güc sayəsində o, əvvəlki qərarlarını və onun nəticələrini dəyişə bilir. Oreqon ştatındakı “Arcadia Bay” adlı dənizkənarı şəhərdə yaşayan Maks, uşaqlıq dostu Kloi ilə yenidən bir araya gəlir. Onlar birlikdə müəmmalı şəkildə itkin düşən başqa bir tələbə yoldaşı Reyçel Emberin başına nə gəldiyini öyrənməyə çalışırlar. Cavab axtararkən Maks həm də şəhəri yerlə-yeksan edəcək tornado ilə bağlı təkrarlanan görüntülər görür. “Life is Strange”in hazırlanmasına 2013-cü ilin aprel ayından başlanmışdır.
Life is Strange: Double Exposure
Life is Strange: Double Exposure — "Deck Nine Games" tərəfindən hazırlanmış və "Square Enix" tərəfindən buraxılacaq videooyun. Bu, "Life is Strange" seriyasının bir hissəsidir. 2013-cü ildə çıxan seriyanın ilk oyununun baş qəhrəmanı olan Maks Kolfild geri qayıdışını edəcək. O, zamanı geriyə çəkmə gücünə sahib idi. İndilikdə 28 yaşı tamam olub. Bu oyun 13 iyun 2024-cü ildə elan edilib və 29 oktyabr 2024-cü ildə işıq üzü görəcək.
Song Machine, Season One: Strange Timez
Song Machine, Season One: Strange Timez — Böyük Britaniya virtual musiqi qrupu Gorillaz-ın yeddinci studiya albomu. 23 oktyabr 2020-ci ildə Parlophone və Warner Records tərəfindən buraxılıb.
Prix Femina Etranger
Femina — Fransanın Ədəbiyyat üzrə nüfuzlu mükafatı.
Stranger In Moscow
Stranger In Moscow – Maykl Ceksonun HIStory: Past, Present and Future, Book I albomundan çıxardığı beşinci və axırıncı sinql. Mahnı Epic Records şirkəti tərəfindən 1996 – cı ildə yayımlanmışdır.Mahnı əvvəlcə Avropada, daha sonra isə ABŞ-də yayımlanmışdır. Mayklın böyük uğur qazanan mahnı, bir çox Avropa ölkələrində birinciliyi əldə etmişdir. Maykl Cekson mahnını Moskva şəhərində bəstələmişdir. Belə ki, Maykl bu mahnıda Dangerous World Tour çərçivəsində Moskvada yerləşdiyi otel otağında ikən düşündüklərini qələmə almışdır. Qeyd edək ki, bu səfəri zamanı Moskvada Rusiya dövlət orqanları tərəfindən Maykla qarşı hörmətsizliklər edilmiş və Moskvadan ayrılarkən Maykl bir daha Moskvaya dönməyəcəyinə söz vermişdir. Mahnının klipi də olduqca uğurlu alınmışdır. Belə ki, ağ-qara şəkildə çəkilən klipdə Maykldan başqa hər şey çox yavaş hərəkət edir və xüsusi effekt yaradır. Beləliklə də mahnının musiqisi və sözlərindəki məna dolğun şəkildə tamaşaçıya çatdırılır.
Stranger in the Alps
Stranger in the Alps — ABŞ müğənnisi Fibi Bricersin debüt studiya albomu. 22 sentyabr 2017-ci ildə Dead Oceans tərəfindən buraxılıb.
Şorangə
Şorangə (lat. Salsola) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinə aid bitki cinsi. Adətən qaidə hissəsindən geniş şaxələnmiş, uzunluğu 15–45 sm olan yarımkoldur, aşağı budaqları sərt, çopur, odunlaşmışdır. Birillik zoğları uzun, qısa, sarımtıl, qıvrım tüklüdür. Yarpaqları növbəli xətvari düzülüşlü yarımsallaqdır. Çiçəkləri sünbülvari çiçək qrupunda yerləşmiş, meyvələri sarımtıl, tüklü, enli qanadlı, böyrəkvaridir. İyul-sentyabr aylarında çiçəkləyir və meyvə verir. Azərbaycanda Xəzər ovalığında, Abşeronda, Qobustanda çınqıllı və gilli yamaclarda, şoranlaşmış düzənlik yerlərdə seyrək halda təsadüf edilir.
Boz şorangə
' (lat. ) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü. == Ümumi yayılması == Qafqaz. == Azərbaycanda yayılması == Naxçıvan düzündə adətən az və ya çox şoranlaşmış quru gilli və ya gilli-daşlı yamaclarda təbii yayılmışdır. == Statusu == Azərbaycanın nadir bitkisidir.VU D2. == Bitdiyi yer == Duzlaşmış gilli-daşlı yerlərdə yayılmışdır. == Təbii ehtiyatı == Arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Hündürlüyü 20-35 sm, bozumtul rəngli, budaqlı yarımkoldur. Yaşlaşmış budaqları oduncaqlı, cavan birillik zoğları tez sınan, bozumtul-sarı, xırda tükcüklü, bəzən çılpaq və hamardır. Yarpaqları oturaq, xətvari, növbəli, yarımsilindrik, codtəhər, küt, ağımtıl-boz tükcüklərlə sıx örtülmüşdür.
Kövrək şorangə
Şərq şorangəsi (lat. Salsola orientalis) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir. VU D2 Azərbaycanın nadir bitkisidir. == Bioloji xüsusiyyətləri == Hündürlüyü 15-20 sm, çılpaq, qonur qabıqla ör tülmüş, tez sınan budaqları olan yarımkoldur. Yarpaqları yarımsilindrik, xətvarı, uzunluğu 15–25 mm, eni 2-2,5 mm, göyümtül, kütdür. Çiçəkləri tək olub, çiçəkaltlığı yarpaq qoltuqlarında sünbülvari çiçək qruplarında toplanmışdır. Qanadları tündal qırmızı və ya bənövşəyi rənglidir və aşağı üç qanadı daha enli, yumru, digərləri əks-yumurtavarıdır. Tozluqların çıxıntısı lansetvarıdır. == Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri == May ayında çiçəkləyir və oktyabr ayında isə meyvə verir.
Qaba şorangə
Şərq şorangəsi (lat. Salsola orientalis) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir. VU D2 Azərbaycanın nadir bitkisidir. Hündürlüyü 15-20 sm, çılpaq, qonur qabıqla ör tülmüş, tez sınan budaqları olan yarımkoldur. Yarpaqları yarımsilindrik, xətvarı, uzunluğu 15–25 mm, eni 2-2,5 mm, göyümtül, kütdür. Çiçəkləri tək olub, çiçəkaltlığı yarpaq qoltuqlarında sünbülvari çiçək qruplarında toplanmışdır. Qanadları tündal qırmızı və ya bənövşəyi rənglidir və aşağı üç qanadı daha enli, yumru, digərləri əks-yumurtavarıdır. Tozluqların çıxıntısı lansetvarıdır. May ayında çiçəkləyir və oktyabr ayında isə meyvə verir.
Ağacvari şorangə
Ağacvari şorangə (lat. Salsola arbuscula) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü. == Təbii yayılması == Mərkəzi və Ön Asiyada rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 30-100 sm olan,şaxələnmiş budaqlı koldur. Yarpaqları ensiz-xətvari, ətlidir. Çiçəkləri bir ədəd yarpaq qoltuqlarında sünbülvari və ya süpürgəvari çiçək qrupuna yığılmışdır. == Ekologiyası == Çox vaxt duzlu, çınqıllı və qumluca torpaqlarda, səhralarda və yarımsəhralarda bitir. == Azərbaycanda yayılması == Xızı rayonu ətrafında rast gəlinir. == İstifadəsi == Xırdabuynuzlu heyvanlar üçün qış yemidir. Dəvələr şoran otunu il ərzində yeyir.
Pisiyli şorangə
Pisiyli şorangə (lat. Salsola foetida) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü.
Ulduzvari şorangə
Ulduzvari şorangə (lat. Salsola stellulata) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü. Qafqazda, Avropada, Qərbi Sibirdə yayılmışdır. Orta Asiyada təsvir edilmişdir. Hündürlüyü 10-12 sm olan, qaidə hissədən şaxələnmiş və aşağı hissədən budaqları oduncaqlaşmış yarımkolcuqdur. Yarpaqları oturan, yarımsilindrvarıdır, uzunluğu 5-10 mm, ucları kütdür. May ayında çiçəkləyir. Çiçəkyanlığının yarpaqları uzun tükcüklərlə örtülmüşdür. Sentyabr-oktyabr aylarında meyvə verir. Meyvələri pərdəvari qanadlı, böyrəkvari, adətən narıncı rəngdədir.
Sarımtıl-yaşıl şоrangə
' (lat. ) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü. Qafqazda (Ermənistan) təbii arealı vardır. Naxçıvan MR-də Babək və Culfa rayonları ətrafından (Darıdağ) təsvir edilmişdir. Azərbaycanın nadir bitkisidir. EN A2c+3c; B2ab (ı,ıı,ııı,ıv). Quru, daşlı, gilli yamaclarda təbii halda bitir. Azərbaycanda kiçik bir arealda yayılmışdır. Çılpaq və qaidə hissəsindən budaqlanmış, hündürlüyü 20-50 sm olan yarımkolcuqdur. Cavan zoğları sarımtıl- yaşıldır.