Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Etiraf
Etiraf (Tolstoy)
Etika
Etika (yunanca: ἠθικόν, qədim dilində isəŞ ἦθος — əxlaq, ənənə mənalarını verir. Fəlsəfənin ən böyük hissələrindən biri olub insan mənəviyyatını əhatə edir. Çiçero (3 yanvar, b.e.ə. 106; † 7 dekabr b.e.ə. 43) ilk dəfə olaraq "etikanı" tərcümə edərək öz dövründə "fəlsəfə mənəviyyatı" anlayışını daxil etmişdir. Etika – [yun. ethika, ethos – adət, xasiyyət] İctimai şüur formalarından biri kimi əxlaq, tərbiyə və mənəviyyat haqqında fəlsəfi nəzəriyyə. Məsələn, materialist etika, Hegel etikası. Hər hansı sinfin, cəmiyyətin, ictimai təşkilatın əxlaq qaydaları.Etika və ondan yaranan fənlər (hüqüq, dövlət və sosial fəlsəfə) praktiki fəlsəfə qrupuna daxil edilirlər. Çünki onlar insan davranışı ilə bağlıdırlar.
Etiraf (1992)
== Məzmun == Filmin baş qəhrəmanı-keçmiş tələbə (Elşən Rüstəmov) həbsxanadan çıxandan sonra dostlarının və oturub durduğu dəstə başçısının xəyanəti ilə qarşılaşır. Gənc bununla barışmayıb qisas almağı qət edir. O, heç bir günahı olmayan iki nəfəri qətlə yetirir. Özü də istəmədən cinayətkara çevrilir və… çıxış yolunu özünə qəsd etməkdə görür. == Film haqqında == Film Misir yazıçısı Nəcib Məhfuzun "Oğru və it" romanı əsasında çəkilib. == Festivallar və mükafatlar == 1) 1996-cı ildə Aşqabadda VII Beynəlxalq "Firuzə Baharı" kinofestivalı Kinematoqrafda intellektual istiqamətə görə filmə Priz və Diplom verilmişdir.
Etiraf (Tolstoy)
Etiraf (rus. Исповедь) — Lev Tolstoyun romanı. == Məzmun == Bu əsərin baş qəhrəmanı Tolstoyun özüdür. Dünya şöhrətli əsərlər müəllifi bu dəfə öz həyatı haqqında yazır. Keçirdiyi həyat yolunu yanlışları ilə, doğruları ilə oxuculara etiraf edir. Həyatın həqiqi mənasının axtarışında olan Tolstoyun keçdiyi gərgin, sıxıntılarla dolu həyat yolunu insan həyəcansız oxuya bilmir. Kitabı oxuduqca, bədiiliklə yanaşı aparılan elmi-fəlsəfi təhlilləri gördükcə insan Tolstoy zəkasına, onun hərtərəfli elminə heyran qalır.
Etiraf kapellası
Vatikanda Müqəddəs Pyotr Papa bazilikası (it. Basilica Papale di San Pietro in Vaticano, lat. Basilica Sancti Petri) — Roma daxilində Papalıq anklavı olan Vatikan şəhərində yerləşən İtalyan İntibahı dövrünə aid kilsə. Əsasən Donato Bramante, Mikelancelo Buonarotti, Karlo Maderno və Covanni Lorenso Bernini tərəfindən dizayn edilmiş kilsə, İntibah memarlığının ən məşhur nümunələrindən və dünyanın ən böyük kilsələrindən biridir. Katolik kilsəsinin ana kilsəsi və ya Roma yeparxiyasının kafedralı olmamasına baxmayaraq, Müqəddəs Pyotr bazilikası katolisizmin ən müqəddəs ziyarətgahlarından biri hesab edilir. O, "xristian dünyasında unikal mövqeyə malik" və "xristian dünyasının ən möhtəşəm kilsələrindən biri" kimi təsvir edilir. Katolik ənənəsinə görə kilsədə İsanın on iki həvarilərindən biri olan və ilk Roma Papası hesab edilən Müqəddəs Pyotr dəfn edilmişdir. Buna görə də, Erkən xristianlıq dövründən etibarən əksər Roma Papaları burada dəfn olunub, Roma imperatoru Böyük Konstantinin hakimiyyəti dövründən isə ərazidə kilsə olub. IV əsrdə inşa edilmiş Köhnə Müqəddəs Pyotr bazilikasını əvəz etmiş hazırkı bazilikanın inşasına 18 aprel 1506-cı ildə başlanılmış və inşaat işləri 18 noyabr 1626-cı ildə tamamlanmışdır.Müqəddəs Pyotr bazilikası məşhur ziyarətgah və mərasim yeridir. Roma Papası il ərzində bazilika və ya onun qarşısındakı Müqəddəs Pyotr meydanında bir neçə liturgik mərasim keçirir ki, bu da 15.000–80.000 arası insan cəlb edir.
Normativ etika
Normativ etika — fəlsəfi intizam, mövcud əxlaq normalarını, əxlaqi təlimləri öyrənən etika bölməsidir. Nəzəri etikanın bir hissəsi - normalar elmidir. Normativ etikaya iki baxımdan baxıla bilər: idrak və qeyri-idrak. Eyni zamanda, qeyri-idrakçı bir mövqe baxımından normativ etika əxlaqi şüurun bir elementi kimi qiymətləndirilir və təsvir etikası əxlaq haqqında bilik olaraq buna qarşı çıxır. Koqnitiv baxımdan normativ etika əxlaqdan fərqlənmir və beləliklə, öz araşdırma obyekti olduğundan nizam və əxlaq haqqında biliklər qarışıqdır. Bəzi müasir idrak alimləri norma etikasının elmi nəzəriyyə kimi qəbul edilməməsi lazım olduğunu iddia edirlər, çünki onun mövzusu ciddi şəkildə ümumiləşdirilməyib sistemləşdirilə bilməz. == Normativ etika sahələri == Hər hansı bir rasionalistik əxlaq normativ etikanın, o cümlədən tətbiq olunan etikanın və konkret mənəvi təlimlərin sahələrindən biri sayıla bilər. === Tarixi istiqamətlər === ==== Stoaçılıq ==== Erkən ellinizm dövründə meydana gələn və qədim dünyanın sonuna qədər təsirini qoruyan bir fəlsəfi məktəb. Məktəb adını Stoa Poykile (yun. στοά ποικίλη, hərfən «boyalı portiko»), adından almışdır, burada stoaçılığın banisi olan Zenon Kitiyski əvvəlcə müstəqil müəllim kimi fəaliyyət göstərmişdir.
Tibbi etika
Tibbi etika — tibb işçilərinin öz peşə vəzifələrini yerinə yetirən zaman riayət etməli olduqları mənəvi‐etik normalar toplusudur.
Etika normaları
Etika (yunanca: ἠθικόν, qədim dilində isəŞ ἦθος — əxlaq, ənənə mənalarını verir. Fəlsəfənin ən böyük hissələrindən biri olub insan mənəviyyatını əhatə edir. Çiçero (3 yanvar, b.e.ə. 106; † 7 dekabr b.e.ə. 43) ilk dəfə olaraq "etikanı" tərcümə edərək öz dövründə "fəlsəfə mənəviyyatı" anlayışını daxil etmişdir. Etika – [yun. ethika, ethos – adət, xasiyyət] İctimai şüur formalarından biri kimi əxlaq, tərbiyə və mənəviyyat haqqında fəlsəfi nəzəriyyə. Məsələn, materialist etika, Hegel etikası. Hər hansı sinfin, cəmiyyətin, ictimai təşkilatın əxlaq qaydaları.Etika və ondan yaranan fənlər (hüqüq, dövlət və sosial fəlsəfə) praktiki fəlsəfə qrupuna daxil edilirlər. Çünki onlar insan davranışı ilə bağlıdırlar.
Etika qaydaları

Etiraf (Lev Tolstoy)
Etiraf (rus. Исповедь) — Lev Tolstoyun romanı. == Məzmun == Bu əsərin baş qəhrəmanı Tolstoyun özüdür. Dünya şöhrətli əsərlər müəllifi bu dəfə öz həyatı haqqında yazır. Keçirdiyi həyat yolunu yanlışları ilə, doğruları ilə oxuculara etiraf edir. Həyatın həqiqi mənasının axtarışında olan Tolstoyun keçdiyi gərgin, sıxıntılarla dolu həyat yolunu insan həyəcansız oxuya bilmir. Kitabı oxuduqca, bədiiliklə yanaşı aparılan elmi-fəlsəfi təhlilləri gördükcə insan Tolstoy zəkasına, onun hərtərəfli elminə heyran qalır.
Etiraf (film, 1992)
== Məzmun == Filmin baş qəhrəmanı-keçmiş tələbə (Elşən Rüstəmov) həbsxanadan çıxandan sonra dostlarının və oturub durduğu dəstə başçısının xəyanəti ilə qarşılaşır. Gənc bununla barışmayıb qisas almağı qət edir. O, heç bir günahı olmayan iki nəfəri qətlə yetirir. Özü də istəmədən cinayətkara çevrilir və… çıxış yolunu özünə qəsd etməkdə görür. == Film haqqında == Film Misir yazıçısı Nəcib Məhfuzun "Oğru və it" romanı əsasında çəkilib. == Festivallar və mükafatlar == 1) 1996-cı ildə Aşqabadda VII Beynəlxalq "Firuzə Baharı" kinofestivalı Kinematoqrafda intellektual istiqamətə görə filmə Priz və Diplom verilmişdir.
Etiraf (film, 2011)
«Etiraf» (fr. Elles) — Polşalı rejissor Malojata Şumovskanın 2011-ci ildə çəkilmiş filmi. Film Elle jurnalında işləyən və qadın fahişəliyindən yazan jurnalist qadın Annadan (Jülyet Binoş) bəhs edir. Baxmayaraq ki, gənc qızlar reklamda maraqlı deyillər, Anna iki tələbəni intervyu verməyə sövq edə bilir: onlardan biri Alisiya (Coanna Kuliq) — ambissiyalı iqtisadiyyat fakültəsində təhsil alan qızdı. O anadan olduğu Polşanı tərk edərək, Fransaya təhsil almağa gəlmişdi. Digəri isə Şarlottadır (Anais Demustye). O əyalətdən uzaqlaşmaq üçün Parisə gəlmişdi. Malqojata Şumovskanın "Etiraf" erotik drama filmi əsl fransız üslubunda nəinki hələ qədim zamanlardan bəri mövcud olmuş satılmış sevgi problemini, həmçinin kişilərin öz həyat yoldaşlarına xəyanətini bütün açıq-saçıqlıqla nümayiş etdirilmişdi. Filmdə əsasən musiqi səslənilmir, yalnız bəzən situasiyanın psixologizmini gücləndirmək üçün klassik melodiyalar aşağı səslə verilir. Filmin yaş məhdudiyyəti 18+, bu da filmdə açıq səhnələrin çox olması ilə anlanmaq olar.
Ehtikar
Möhtəkirlik — əhaliyə lazım olan məhsulların ucuz qiymətə alınıb saxlandıqdan sonra baha qiymətə satılması, eləcə də ərzaq məhsullarını satmayıb bazarda qıtlıq yaratmaq, sonra isə baha qiymətə satmaq. == İslamda möhtəkirlik == İslam peyğəmbərindən nəql olunan hədislərdən aydın olur ki, möhtəkirliyi yalnız xəyanətkarlar və günahkarlar edə bilərlər: "Xəyanətkarlardan başqa heç kəs möhtəkirlik etməz.""Günahkardan başqa kimsə möhtəkirliyə əl atmaz."Nəhcül-bəlağədə Əli ibn Əbu Talib Malik Əştəri Misirə vali təyin etdiyi fərmanında Möhtəkirliyin qarşısının alınmasının zəruriliyi haqda qeyd olunur: "Bütün bunlarla yanaşı bil ki, onların çoxu – tacirlər və sənətkarlar – alverdə həddindən artıq amansızdırlar və xoşagəlməz xəsislikləri var. Onlar daha çox xeyir götürmək məqsədilə möhtəkirlik edər və onlara öz istədikləri kimi baha qiymət qoyarlar. Bu da xalq kütləsi üçün zərərli, rəhbərlər üçünsə eyb və rüsvayçılıqdır.
Etibar
Etibar — Azərbaycanlı kişi adı. Xoşbəxt, firavan, müvəffəqiyyət mənasındadır. Bu adı olan tanınmışlarEtibar MəmmədovEtibar Məmmədov (siyasətçi) — Azərbaycan siyasətçisi. Etibar Məmmədov (jurnalist) — Azərbaycan jurnalisti. Etibar Məmmədov (bioloq) - ParazitoloqEtibar Aslanov — Etibar Babayev — Etibar ƏliyevEtibar Əliyev (hüquqşünas) — hüquq üzrə elmlər doktoru, professor. Polis polkovniki. Etibar Əliyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.Etibar Hümbətov — Etibar Nəzərli — Etibar İsmayılovEtibar İsmayılov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Etiket
Etiket (fr.etiquette – mərasim, təşrifat) — 1)ictimai yerdə, başqa şəxslərin yanında, onlarla ünsiyyətdə olduqda davranış qaydaları; 2)malın, eksponatın və s.-nin üstünə yapışdırılan, üzərində onun adını, qiymətini və digər parametrlərini göstərməklə malı müşayiət edən yarlıq; 3)monarxların saraylarında diplomatik dairələrdə və s.-də qəbul edilmiş davranış qaydaları; 4)hər hansı bir cəmiyyətdə qəbul edilmiş davranış və nəzakət forması; 5)özünü necə aparmaq barədə qoyulmuş ciddi və möhkəm qaydalar. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Etiraz
Etiraz — nisbi olaraq bir hadisəyə və vəziyyətə qarşı əks istiqamətdə reaksiya göstərməkdir. Ümumiyyətlə bu reaksiya göstərmə forması, müxalif görüşü sözlə ifadə etmə yanında o görüşü toplumsallaştırma və bir qrupla birlikdə ifadə etmə xarakteri də daşıya bilər. Bundakı məqsəd ictimaiyyət nəzdində səsini daha çox duyurabilmek və rəhbərliyə qarşı daha təsirli bir duruş sergileyebilmektir. Bu, birbaşa ifadə və təsir etmənin və aktivizmi bir yoludur.
Erika
Erika (lat. Erica) — erikakimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Erika:The Plant List saytında takson barədə məlumat.
Tikab
Təkab (fars. تکاب‎) — İranın Qərbi Azərbaycan ostanında şəhər. Şəhər Təkab şəhristanının inzibati mərkəzidir. Türk mənşəli Tikantəpə toponimi dəyişdirilmiş və Təkab adlandırılmışdır. == Tarix == 1938-ci ildə Rza xan Palani Pəhləvinin toponimlərin farslaşdırılması proqramına uyğun olaraq tarixi adı Tikantəpə olan şəhərin adı dəyişdirilərək Təkab olmuşdur. == Əhali == 2006-cı il siyahıya alınmasına əsasən əhalisi 43,702 nəfərdir. Şəhərin əsas əhalisi azərbaycanlılardan, az qismi isə kürdlərdən ibarətdir. Tikantəpə şəhərinin 42 məhəlləsi vardır. Şəhərin Şərifava məhəlləsi kürdlərdən ibarətdir, Qırnav məhəlləsində isə kürdlər azərbaycanlılarla birlikdə yaşayırlar: 1962-ci ildə şəhərin çıxışındakı körpünün yaxınlığında kasıb bir kürd ailəsi məskunlaşdı. Ailənin atası Şərif adlı kişi idi.
Tikal
Tikal — Mayya sivilizasiyasının ən böyük şəhərlərindən biri, Mutul Krallığının paytaxtı. Qvatemalanın Peten bölgəsində yerləşir. == Tarix == Tikalda hindu məskəni hələ e.ə. VII əsrdən mövcud idi. B.e. I–IX əsrlərdə şəhər Mayya sivilizasiyasının mühüm mərkəzlərindən idi. Tədqiqatçıların hipotezinə əsasən, bu zaman Tikalda əhalinin sayı 100–200 min nəfər təşkil edirdi. X əsrin sonlarında bir sıra qiyam hadisələri nəticəsində şəhər yerli camaat tərəfindən tərk edilmişdi. Tikal adının mənası mayya dilindən tərcümədə "ruhların səslərinin eşidildiyi yer" mənasını verir. Heroqlifik yazılarda şəhərin daha qədim adı olan Yaş-Mutul (yaşıl bağ) qeyd olunur.
Etibar Şirinov
Etibar Şirinov (operator)
Etibar Əhmədov
Etibar Əhmədov (dirijor)
Etibar Əliyev
Etibar Əliyev (hüquqşünas) — hüquq üzrə elmlər doktoru, professor. Polis polkovniki. Etibar Əliyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Etibar Əliyev (deputat) — Azərbaycan Milli Məclisinin deputatı.
Etibar Əmiraslanov
Əmiraslanov Etibar Əmiraslan oğlu – Bozqurd batalyonunun komandiri. == Həyatı == 1961-ci ildə Tovuz rayonunun Əlibəyli kəndində anadan olub. Orta təhsilini Əlibəyli kənd orta məktəbində alıb. 1979 cu ildə sovet ordu sıralarına hərbi xidmətə çağrılıb. Hərbi xidmətinin ilk illəri Ukraniyanın Lvov şəhərində keçir. Bir müddətdən sonra isə hərbi xidmətini Əfqanıstanda davam etdirmişdir. Bir ay Kabul şəhərində xidmətdə olduqdan sonra onu yeni yaradılmış briqadanın tərkibində Cəlalabad şəhərinə göndərilib. Hərbi xidmətdə su maşının sürücüsü kimi çalışan Etibar öz cəsur və qəhrəman təbiəti ilə öz əsgər yoldaşlarından fərqlənirdi. Beləki, hərbi hissələr üçün su daşıyan maşının sürücüsü olan Etibarın batalyonu bir gün əfqan ordusu tərəfindən puskuya düşüb məhv edilsə də Etibar bu batalyondan sağ çıxan iki əsgərdən biri olur.
Etibar Əsədli
Etibar Sahib oğlu Əsədli (tam adı: Etibar Əsədli; 12 may 1992, Bakı) — Azərbaycanlı bəstəkar, pianoçu. == Həyatı == Etibar Əsədli - Beynəlxalq müsabiqələr laureatı, bəstəkar və pianoçu. Bakı şəhərində anadan olub, ilk təhsilini də burada alıb. 5 yaşından musiqiyə olan həvəsindən artıq piano dərsləri almağa başlayır, 1998-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə daxil olur. 11 il klassik piano təhsilindən sonra Bakı Musiqi Akademiyasının Bəstəkarlıq fakültəsinə daxil olur. Bu illərdən Bakı Caz Festivallarında və Avropa Caz festivallarında uğurlu çıxışlar edir. ABŞ, İngiltərə, Fransa, Avstriya, İsveçrə, Rusiya, Türkiyə, Koreya, Çin və digər ölkələrdə fərqli layihələrdə konsertlər ifa edib. Hal-hazırda Fransanın Paris şəhərində yaşayır. İlk Azərbaycanlı tələbə olaraq Fransanın məşhur CMDL (Centre des Musique Didier Lockvood) Caz təhsil mərkəzinin məzunudur. Eyni zamanda Fransanın məşhur caz ulduzları ilə müxtəlif layihələrdə iştirak edir.
Etihad Airways
Etihad Airways (Ərəb: الإتحاد, əl-itiħād), Birləşmiş Ərəb Əmirliklərinin bayraq daşıyıcı və ikinci böyük hava yolu şirkəti. 2003-ci ildə qurulan Etihad Airways, uçuşlarını Abu Dabi Beynəlxalq Havalımanından həyata keçirir. 120-dən çox nöqtəyə 117 təyyarə flotuyla uçuş edən Etihad Airways, əsasən Asiya və Avropa ölkələrinə uçur. Ayrıca Okeaniya, Afrika və Şimali Amerikaya da uçuşlarıda vardır. 2012-ci ildə Etihad Airways, 23%-lik artımla 10.3 milyon adamı daşımışdır.
Atıkan adası
Atıkan adası — Oxot dənizinə aid olan Şelixov körfəzinin cənub hissəsində yerləşən ada. İnzibati cəhətdən Rusiyanın Maqadan vilayəti ərazisinə daxildir. Yams adalarında ikinci ən böyük adadır. == Toponim == SSRİ-nin Şimal-Şərqi Toponimik lüğətinə görə, Atıkan adı even dilindən olan "qoca qadın", "nənə" sözlərindən yaranmışdır. == Coğrafiya == Matıkil adasının miniatür surətidir. Şəffaf divarları və sıldırım talusu olan qayalı zirvəli tirələr sudan səthə çıxır. Silsilə şimal-qərbdən cənub-şərqə yönəldilmişdir, yamaclar dənli və mamır bitkiləri ilə örtülmüşdür. Adanın cənub ucunda dərin, geniş bir mağara vardır. Onun yaxınlığında avtomatik mayak quraşdırılmışdır. Dənizdən adaya eniş çox təhlükəlidir, praktiki olaraq çimərliklər yoxdur.