ETİRAZ

is. [ ər. ] Bir fikri, təklifi, qərarı və ya hərəkəti qəbul etməyərək onun əleyhinə çıxma, qəti narazılığını bildirmə.
Özündən qıl riyanı tərk, əgər vardır hünər səndə; Deyil əhli-riyayə etirazın bir hünər, vaiz. S.Ə.Şirvani.
Səriyyə xalanın bütün etirazları puça çıxdı. S.Rəhman.

□ Etiraz etmək – qəti razı olmadığını bildirmək, razılaşmamaq, qəbul etməmək.
Ey səlamət əhli, al rüxsarə baxma zinhar! Etiraz eylə məlamətdən, məni-rüsvayə bax! Füzuli.
Qətibə bu fikrə etiraz etdi… M.S.Ordubadi.
Anası … qızının səfərinə etiraz etmək istədi. Ə.Məmmədxanlı.

Antonimlər (əks mənalı sözlər)

  • ETİRAZ ETİRAZ – ETİRAF Səriyyə xalanın bütün etirazları puça çıxdı (S.Rəhimov); Qadının etirafı və yaxud təsdiqi mənim marağımı təskin etmirdi (S

Etimologiya

  • ETİRAZ Ərəbcədir, razı sözü ilə kökdaşdır. Razı olmamaq, narazı qalmaq deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
ETİRAF
ETMƏ

Digər lüğətlərdə