Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
WebCite
WebCite — tələb olunan veb-səhifə arxivini yerinə yetirən bir internet xidmətidir. Sonradan, arxivləşdirilmiş səhifəyə url vasitəsilə istinad edilə bilər. İstifadəçilər hər hansı bir zamanda və heç bir məhdudiyyət olmadan arxiv səhifəsini əldə edə bilərlər. Belə arxivləşmə akademik baxımdan xüsusilə vacibdir. WebCite redaktorlar tərəfindən dəstəklənən və pulsuz olaraq istəyən hər kəs tərəfindən istifadə edilə bilən qeyri-kommersiya konsorsiumudur. "İnternet Arxivi" layihəsindən fərqli olaraq, WebCite robotları avtomatik olaraq bütün səhifələri arxivləşdirmək üçün istifadə etmir. WebCite arxivləri yalnız birbaşa istifadəçi sorğusu ilə saxlayır. == Tarixi == 1997-ci ildə Günter Eysenbax tərəfindən qəbul edilən WebCite, İnternet xidmətinin keyfiyyətinə nəzarət məqalələri veb — səhifələrə istinadən intensivliyi ölçə biləcəyi bir məqalə olduğu zaman açıqlandı. Eyni ildə webcite.net saytında bir pilot xidmətə başlandı. Bundan çox sonra, Google və İnternet Arxivi bazara gəldi, bu da WebCite tipli bir xidmətə ehtiyacın azaldığını göstərir.
Gentiana excisa
Gövdəciksiz acıçiçək (lat. Gentiana acaulis) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinin acıçiçək cinsinə aid bitki növü.
Bulbophyllum exile
Bulbophyllum exile (lat. Bulbophyllum exile) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Elite (serial, 2018)
Elite (isp. Élite) — İspaniya istehsalı dram internet serialı. == Məzmun == Məktəblərin çökməsindən sonra üç işçi sinifi dostları Samuel, Nadia və Kristiana İspaniyanın əən məşhur məktəbi olan Las Enkinas tərəfindən təqaüd verilir. Təqaüdlər, məktəbin çökməsi ilə əlaqəli olan inşaat şirkəti tərəfindən dəstəklənir. Üç dost əvvəlcə varlı şagirdlər tərəfindən təklənir. Məktəb ili irəlilədikcə həyatları, yaşayış tərzləri, hirslilik və qısqanclıq savaşı içində keçmişdir.
Steins;Gate Elite
Steins;Gate Elite (シュタインズ・ゲート エリート, Shutainzu Gēto Erīto) – 2018-ci ildə Yaponiyada buraxılmış elmi fantastika vizual romanı və interaktiv film videooyunu. "Science Adventure" seriyasına daxildir. Oyun 2009-cu ildə buraxılmış "Steins;Gate" oyununun yenilənmiş, animasiya edilmiş remeykidir. Oyunun hazırlanması zamanı 2011-ci ildə yayımlanmış anime serialının səhnələrindən, eləcə də, White Fox studiyası tərəfindən hazırlanmış yeni animasiyalardan istifadə olunmuşdur. Oyun Çiyomaru Şikura tərəfindən vizual roman janrını inkişaf etdirmək məqsədilə yaradılmışdır. O, xüsusilə, tam animasiya olunmuş "Yarudora" oyun seriyasından təsirlənmişdir, lakin yüksək xərclər və uzun istehsal müddəti səbəbilə mövcud animasiyalardan istifadə etməyə qərar vermişdir. Oyun tənqidçilər tərəfindən bəyənilmişdir. == Ümumi baxış == "Steins;Gate Elite" elmi fantastika janrında olan vizual roman və interaktiv film oyunudur. 2009-cu ildə buraxılmış "Steins;Gate" oyununun yenilənmiş versiyasıdır. "Science Adventure" seriyasına daxil olan digər oyunlardan fərqli olaraq tam animasiya olunmuşdur.
Xəlitə
Xəlitə ya Ərinti iki və daha artıq metallardan alınmış, metal xassəli makroskopik bircinsli sistemdir. Xəlitələr əsas elementin adı ilə adlanır (məsələn: dəmir xəlitəsi, çuqun xəlitəsi, alüminium xəlitəsi və s.). Xəlitəyə daxil edilən elementlərə legirləyicilər, prosesə isə legirləmə deyilir. == Alınması == Xəlitələr iki üsulla alınır: 1. Metallarla birlikdə əridilərək qarışdırılır və soyudulur 2. Metal tozlarının qarışığı yüksək təzyiq və temperaturda bişirilir (tozvari metallurgiya üsulu). == Quruluşu == Xəlitələr kristallik halda çoxlu sayda kiçik, bir-birinə nisbətən müxtəlif səmtlərə malik kristallardan (dənəciklərdən) ibarət olan polikristallik cismdir. Kristal xəlitələrin fazaları bərk məhlul və ya iki və daha artıq elementin kimyəvi birləşməsindən təşkil olunur. Xəlitənin strukturu fazaların forması, ölçüsü və qarşılıqlı yerləşməsi ilə təyin olunur. Xəlitələrin əldə olunması onun ərinti şəklində olan təşkiledicilərinin ardıcıl bərkiyərək kristal və ya amorf strukturu yaratması ilə baş verir.
Xəritə
Xəritə — Yer kürəsi və ya digər planetlərin bütövlükdə və ya ayrı-ayrı hissələrinin iki və ya üçölçülü şərti işarələrlə kiçildilmiş təsviridir. Xəritənin məqsədindən və miqyasından asılı olaraq, orada təsvir olunacaq obyektlərin seçilməsinə və ümumuləşdirilməsinə kartoqrafik generalizasiya deyilir. == Etimologiyası == Xəritə ərəb mənşəli söz olub (خريطة) yer səthinin coğrafi vəziyyətinin kağız və s. üzərində təsviri mənasını verir. == Təsnifatı == Ərazi əhatə etməsinə görə xəritələri 3 qrupa bölürlər: Dünya və yarımkürələrin xəritələri; Materik və okeanların xəritələri; Dövlətlərin və onların hissələrinin xəritələri.Məzmununa görə xəritələr ümumcoğrafi və tematik xəritələrə bölünürlər. Ümumcoğrafi xəritələrdə – yer səthinin ümumi mənzərəsi əks etdirilir. Tematik xəritələrdə – hər hansı bir təbii komponent hadisə daha aydın təsvir olunur (məsələn: iqlim, geologiya).Xəritələr bir çox xüsusiyyətlərinə görə bir-birindən fərqlənir. Miqyasına görə xəritələr şərti olaraq 3 qrupa bölünür: Miqyası 1:200000 və ondan böyük olan (1:50000, 1:25000, 1:10000) böyük miqyaslı xəritələr; Miqyası 1:200000-dən 1:1000000-dək olan orta miqyaslı xəritələr; Miqyası 1:1000000-dan kiçik olan kiçik miqyaslı xəritələr.Xəritə tərtib etmək üçün əvvəl Yer planetinin forma və ölçüləri təyin olunur, planetin fiziki səthi həndəsi baxımdan öyrənilir, formaca "geoid" olan Yer planeti həndəsi fiqur olan Yer ellipsoidi ilə əvəz olunur. Daha sonra riyazi metodlarla yer ellipsoidi müstəvi üzərinə köçürülür. Xəritənin hər bir nöqtəsinə Yer üzərində yalnız bir nöqtə uyğun gəlir.
İçite
İçite Xatun — türk və altay mifologiyasında sağlamlıq tanrıçası. Xəstəlikləri önləyər, insanlara sağlamlıq verir. Yaşlı və müdrik görünüşlü bir qadındır. Sahib olduğu güc köməyilə dərdi xəstənin bədənindən qovar. Qırmızı saçlı, inci dişli, gələcəkdən xəbərlər verə bilən, insanları bəladan qoruyan bir varlıqdır. Ətrafı sıx meşələrlə qablı bir gölün içində yaşar. == Etimologiya == (İy/İz/İç) kökündən törəmişdir. İye/İçə yəni qoruyucu ruh və sahib mənalarıyla əlaqəlidir. Bundan başqa Ece/Ece yəni kraliça və bacı sözləriylə də yaxından əlaqədardır. Türkcədə inyeksiya etmək (şpris etmək) mənasını verən "İçitmek" adlı sözlə bənzərliyi də ilgi maraqlıdır.
Last Exit To Brooklyn (Modern Talking)
Last Exit To Brooklyn (azərb. Sonuncu dəfə Bruklinə daxil olmaq‎) — Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.
Bərk xəlitə
Bərk xəlitə - tərkibində volfram, titan, tantal karbidləri və kobalt qarışığından ibarət metal-keramik tərkibli alət materialıdır. Tərkibində olan bu karbidlər yüksək kəsicilik xassələrini təmin edirlər. Bu xassələr tezkəsən alət polada nisbətən qat-qat yüksəkdir. Bərk xəlitənin özlülüyü aşağıdır. Kobalt bərk xəlitədə özlülüyə və möhkəmliyə təsir edərək sementləşdirici rolunu oiynayır. Onun miqdarı artdıqca xəlitənin əyilməyə və zərbəyə qarşı möhkəmliyi də artır. Ümumilikdə bərk xəlitələr əyilmədə və kəsilmədə aşağı, sıxılmada isə yüksək möhkəmlik göstərirlər. Bu effektdən istifadə edərək kəsici alətlərin qabaq bucağı mənfi qiymətdə hazırlanır ki, kəsmədə sıxılma deformasiyası yaransın. Bərk xəlitədən hazırlanmış alətlər 800÷900 °C temperaturda öz kəsicilik xassələrini saxlayırlar. Metal-keramik bərk xəlitələr tərkibindəki karbidlərin sayına görə: bir (BK), iki (TK) və ya üç karbidli (TTK) olurlar.
Coğrafi xəritə
Xəritə — Yer kürəsi və ya digər planetlərin bütövlükdə və ya ayrı-ayrı hissələrinin iki və ya üçölçülü şərti işarələrlə kiçildilmiş təsviridir. Xəritənin məqsədindən və miqyasından asılı olaraq, orada təsvir olunacaq obyektlərin seçilməsinə və ümumuləşdirilməsinə kartoqrafik generalizasiya deyilir. == Etimologiyası == Xəritə ərəb mənşəli söz olub (خريطة) yer səthinin coğrafi vəziyyətinin kağız və s. üzərində təsviri mənasını verir. == Təsnifatı == Ərazi əhatə etməsinə görə xəritələri 3 qrupa bölürlər: Dünya və yarımkürələrin xəritələri; Materik və okeanların xəritələri; Dövlətlərin və onların hissələrinin xəritələri.Məzmununa görə xəritələr ümumcoğrafi və tematik xəritələrə bölünürlər. Ümumcoğrafi xəritələrdə – yer səthinin ümumi mənzərəsi əks etdirilir. Tematik xəritələrdə – hər hansı bir təbii komponent hadisə daha aydın təsvir olunur (məsələn: iqlim, geologiya).Xəritələr bir çox xüsusiyyətlərinə görə bir-birindən fərqlənir. Miqyasına görə xəritələr şərti olaraq 3 qrupa bölünür: Miqyası 1:200000 və ondan böyük olan (1:50000, 1:25000, 1:10000) böyük miqyaslı xəritələr; Miqyası 1:200000-dən 1:1000000-dək olan orta miqyaslı xəritələr; Miqyası 1:1000000-dan kiçik olan kiçik miqyaslı xəritələr.Xəritə tərtib etmək üçün əvvəl Yer planetinin forma və ölçüləri təyin olunur, planetin fiziki səthi həndəsi baxımdan öyrənilir, formaca "geoid" olan Yer planeti həndəsi fiqur olan Yer ellipsoidi ilə əvəz olunur. Daha sonra riyazi metodlarla yer ellipsoidi müstəvi üzərinə köçürülür. Xəritənin hər bir nöqtəsinə Yer üzərində yalnız bir nöqtə uyğun gəlir.
Geokimyəvi xəritə
Geokimyəvi xəritələr — müəy­yən rayonun əsas geoloji məlumatlar fonunda bəzi xarakterik kimyəvi elementlərin süxur, su və bitkilərdə yayılmasını göstərən xəritələr. Dəqiq geokimyəvi xəritə filiz yataqları, süxurların filizyanı dəyişmiş zonaları, daxili oreollar, yataqlarda olan kim­yəvi elementlərin səpinti axınları və b. əks etdirilir. Ana süxular, biogeokimyəvi (torpaq horizontları və bitkilərin analizinə görə planalma), hidrogeokimyəvi (suların və dib çöküntülərin tədqiqatı), landşaft (kompleks tipli: torpaq, qrunt, bitki və suların tədqiqi) geokimyəvi xəritə növləri ayrılır. Geokimyəvi xəritə tərtibi süxurların hərtərəfli geokimyəvi tədqiqinə, onların geokimyəvi ixtisaslaşmaya görə tiplərə ayrılmasına əsaslanır. Bu xəritələrdə filizləşmə indikatorlarına əsasən geoloji komplekslər və ayrı-ayrı geoloji cisimlər ayrılır, habelə daha dəqiq axtarış işləri aparmaq üçün perspektivli sahə və rayonlar göstərilir.Geokimyəvi xəritələrin ümumi və xüsusi tipləri vardır. Ümumi geokimyəvi xəritələrdə xəritə üzərində bütün analitik göstəricilər əks etdirilir. Xüsusi geokimyəvi xəritələr ərazinin metallogeniyasını və yaxud da sənaye əhəmiyyətini ifadə edir. Onların iki növü mövcuddur: monoelementli və polielementli. Polielementli növlərdə metallogeniyaya aid elementlər qrupu (məs, Cu, Pb, Zn və s.) və yaxud da axtarış əhəmiyyətinə malik indikator elementlər (məs, As, Sb, S, F və s.) göstərilir.
Geoloji xəritə
Geoloji xəritə - hər hansı bir sahənin geoloji quruluşunun topoqrafik xəritədə qrafik təsviri. Belə xəritələrdə şərti işarələrlə Yer səthinə çıxan müxtəlif geoloji yaşlı çökmə, püskürmə və metamorfik süxurlar, qırılma pozulmaları göstərilir. Maqmatik süxurlar tərkib və yaşına görə ayrılır. Geoloji xəritə miqyaslarına görə icmal (1:1000000-dan kiçik), kiçik (1:1000000 və 1:500000), orta (1:200000 və 1:100000), böyükmiqyaslı və ya mükəmməl (1:50000) və daha böyükmiqyaslı olur. İcmal geoloji xəritələr böyük əraziləri, qitə və bütün Yer kürəsi, digər xəritələr isə ayrı-ayrı region və rayonlar üçün tərtib edilir. == Həmçinin bax == Topoqrafik xəritə == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Google Xəritə
Google Xəritələr (ing. Google Maps; keçmiş Google Local) veb xəritə tətbiqetməsidir, Google tərəfindən hazırlanır, pulsuzdur (qeyri-kommersiya məqsədilə), bir çox xəritə əsaslı xidmətləri özündə birləşdirir (Google Maps saytı, Google Ride Finder, Google Transit) və üçüncü tərəfə Google Maps API-lərindən istifadə etməklə xəritələri digər veb-səhifələrdə yerləşdirmək imkanı verir. Bu xidmət həmçinin küçə xəritələri, nəqliyyat marşrutlarının planlaşdırmalarını təklif edir.. Google Maps-in peyk xəritələri dərhal yenilənmir, onların adətən bir neçə ay, bəzən isə bir neçə il yaşı olur.
Miqyas (Xəritə)
Miqyas — Yer səthinin kartoqrafik təsvirlərdə neçə dəfə kiçildildiyini göstərən kəsr ədədi. == Miqyasın xəritədə istifadə yolları == Sadəcə miqyas:Onun bütün şəkli 1 N 1000 {\displaystyle 1 \over N1000} belədir. O ölkələrdə işlənir ki metrik sistemlidirlər və belə göstərir ki 1mm xəritə üzərində,N metr yer üzərinə bərabərdir. Örnək: 1 25000 {\displaystyle 1 \over 25000} yəni 1mm xəritədə bərabərdir 25m yerdə. Mürəkkəb miqyasMetrik sistemi istifadə etməyən ölkələrdə işlənir, ABŞ və İngiltərə də bu ölkələrdəndirlər. Örnək: 2 i n 5 M i {\displaystyle 2in \over 5Mi} yəni 2inç xəritədə bərabərdir 5mayl yerdə. Xətti miqyasBir boyu bəlli cizgidir ki, neçə bərabər bölməyə bölünür və bölmənin hər bölümu bəlli əndazəsi var, hər bölmə bəlli bir ölçünu xəritə üzərində göstərir. Bu miqyasın üstünlüyu o biri miqyaslara görə budur ki hava dayişmələri və zaman boyunca xəritənin əndazəsi dəyişir və onunla bərabər cizgi miqyasında əndazəsi dəyişir. == Miqyas baxımından xəritələr == Çox böyük miqyaslı xəritələrMiqyasları 1 500 {\displaystyle 1 \over 500} və 1 100 {\displaystyle 1 \over 100} arasında dəyişilir, bu miqyasda xəritələrə plan deyilir. Böyük miqyaslı xəritələrMiqyasları 1 10000 {\displaystyle 1 \over 10000} və 1 500 {\displaystyle 1 \over 500} arasında dəyişilir.
Paleogeomorfoloji xəritə
Paleogeo­mor­foloji xəritə – (rus. палеогеоморфо­логи­чес­кая карта, ing. palaeogeomor­pholo­gical map) geoloji keç­mişdə mövcud olmuş relyefi əks etdirən geomorfoloji xəritə.
Sinoptik xəritə
Sinoptik xəritə – üzərində rəqəmlər və şərti işarələrlə hava (temperatur, təzyiq, buludluq, küləyin istiqaməti, sürəti və s.) haqqında məlumat verilmiş xəritə. Sinoptik xəritə meteoroloji stansiyalarda müəyyən vaxt ərzində aparılan müşahidələrin məlumatına əsasən gündə bir neçə (2-8) dəfə tərtib edilir. Sinoptik xəritə havanın təhlili və qabaqcadan xəbər verilməsi (proqnozu) üçün əsas materialdır. == Sinoptik meteorologiya == Meteorologiyanın bölməsi. Hava proqnozu üsullarını işləyib hazırlamaq məqsədilə hava şəraiti və onun dəyişkənliyini müəyyən edən atmosfer proseslərini öyrənir.
Topoqrafik xəritə
Topoqrafik xəritə — iri miqyasda tərtib olunan coğrafi xəritə. Xəritə vərəqində kartoqrafik təsvirin, əlavə məlumatların və başqa elementlərin yığcam şəkildə yerləşdirilməsinə xəritənin kompanovkası deyilir. Obyektlər topoqrafik xəritələrdə aşağıdakı kimi müxtəlif rənglərlə və işarələrlə təsvir olunur: Su obyektləri – hidroqrafik obyektlər (göllər, su anbarları, sahil xətləri, çaylar, kanallar, bulaqlar və s.) mavi rənglə; Bitki örtüyü yaşıl rənglə (hətta meşənin çeşidi (qurumuş, cavan və s.) tərkibi (enli iynəyarpaq) şərti işarələrlə, meşədə üstünlük təşkil edən ağacların adı isə ixtisarla verilir); Qrunt işarələri topoqrafik xəritələrdə bataqlığın, şoranlığın və qumluqların şərti işarələri ilə göstərilir. Yaşayış məntəqələri - şəhər, qəsəbə, kəndlər daimi və müvəqqəti yaşayış yerlərinə bölünməklə təsvir olunur. Yollar və rabitə vasitələri topoqrafik xəritələrdə xətti və miqyassız şərti işarələrlə təsvir olunur. Relyef horizontallarla təsvir olunur. == Topoqrafik xəritələrin növləri == Məzmunu, müfəssəlliyi və həndəsi baxımdan yüksək dəqiqliyi ilə fərqlənir. Topoqrafik xəritə icmal topoqrafik, xüsusi (həqiqi) topoqrafik və topoqrafik planlara bölünür: Kiçik miqyaslı topoqrafik xəritə - 1:1000000, 1:500000, ikinci qrupa 1:200000, 1:100000 Orta miqyaslı topoqrafik xəritə1:500000, 1:25000 İrimiqyaslı Topoqrafik xəritə 1:10000, 1:5000 həm də bu xəritələr 1:2000, 1:1000, 1:500 miqyaslı xəritələr aid edilir.Topoqrafik xəritənin coğrafi məzmununa bütün təbii və sosial iqtisadi obyektlər daxildir. Bütün obyektlər qəbul edilmiş şərti işarələrlə göstərilir. Topoqrafik xəritədən xalq təsərrüfatında, elmi işlərdə və hərbi məqsədlə istifadə olunur.
Xəritə (İnformatika)
Xəritə (ing.map, ru.карта)- 1. Obyektin strukturunun təsviri. Məsələn, yaddaş xəritəsi obyektlərin yaddaşda yerləşməsini (düzülüşünü) göstərir, simvol xəritəsi isə proqramda simvolun adları ilə proqramda yaddaş ünvanları arasında assosiasiyaları sadalayır. 2. Bir obyektin və ya qiymətin başqasına çevrilməsi. Məsələn, kompüter qrafikasında xəritə üçölçülü obyektin müstəvidə və ya ikiölçülü görüntünün sfera üzərində təsvirini göstərə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Ekogeoloji xəritə (ekogeologiya)
Ekogeologiya — geoloji elmlərin litosferin ekoloji funksiyalarını, biotun, xüsusilə insanın həyat fəaliyyəti ilə əlaqədar olaraq təbii və texnogen amillərin təsiri altında onların formalaşması və zaman-məkan dəyişmələrinin qanunauyğunluqlarını öyrənən yeni istiqaməti. Nəzəri baxımdan ekoloji geologiya predmeti bütün komponentləri ilə birlikdə litosferdir; praktiki baxımdan isə sonuncunun əsasən təbii və texnogen təsir zonasını əhatə edən səthəyaxın (litosferin üst horizontları) hissəsidir. V.T.Trofimov və D.Q. Zilingə (1999) görə, ekoloji geologiya üç tip məsələni (morfoloji, retrospektiv və proqnoz) tədqiq edir. Morfoloji məsələlər analiz edilən sistemin tərkibini, halını və xassələrini, bütövlükdə onun ekogeoloji mühiti ilə bağlı olan aspektləri əhatə edir. Retrospektiv məsələlər keçmişə yönəlməklə tədqiqat obyektinin formalaşma tarixini, onun müasir keyfiyyətinin formalaşmasının öyrənilməsi (bərpası) ilə məşğul olur. Proqnoz məsələləri müxtəlif təbii və texnogen mənşəli səbəblərin təsiri altında tədqiq olunan sistemin davranışı və inkişaf tendensiyası ilə bağlıdır. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Yapon xəritə simvolları
Bu Yapon xəritə simvollarının siyahısıdır. Bu simvollar Yapon dilində chizukigou (地図記号) adlanır.
Yapon xəritə simvollarının siyahısı
Bu Yapon xəritə simvollarının siyahısıdır. Bu simvollar Yapon dilində chizukigou (地図記号) adlanır.