cité

f şəhər, qəsəbə; ~ universitaire universitet şəhərciyi

citadin
citoyen
OBASTAN VİKİ
CiteSeerX
CiteSeerx — elmi nəşrlər və preprintlər üçün elektron kitabxana və axtarış sistemi. == Tarix == CiteSeer sistemi 1997-ci ildə NEC firmasının üç əməkdaşı — Stiv Lorens, Kurt Bollaker və Li Qils tərəfindən elmi ədəbiyyatı indeksləşdirmək və ayrı-ayrı nəşrlərin əhəmiyyətini ölçmək üçün sitat indeksini avtomatik hesablamaq üçün hazırlanmışdır. 2003-cü ildən bu layihə Pensilvaniya Dövlət Universiteti tərəfindən idarə olunur. Layihənin adı ingiliscə sightseer (maraqlı yerlərə səyahət edən turist) və cite (sitat) sözlərinin birləşməsindən ibarətdir. Bu gün CiteSeer kitabxanasında HTML, PDF və PostScript formatlarında olan 750 mindən çox sənəd haqqında məlumat var.
Citellus
Sünbülqıran (lat. Citellus, yaxud Spermophilus) — sincablar fəsiləsindən gəmiriçi heyvan cinsi. Bədəninin uzunluğu 20—40 sm, quyruğu, adətən bədəninin yarısının uzunluğundan qısa olur. Açıq-qum rəngində, tünd-qonurumtul-boz rəngdədir. Üst tərəfdən xallı, yaxud xırda ləkəli və tünd zolaqlıdır. Şimal yarımkürəsinin düzənlik, tundra və dağların açıq landşaftında məskən salır. Dünyada 20 növü var. Gündüz həyatı keçirir. Qış yuxusuna gedir. Əsasən, koloniyalarla yaşayır.
Citendra
Ravi Kapur və ya səhnə adı ilə Citendra (7 aprel 1942, Amritsar, Britaniya Hindistanı) - hindistanlı aktyor, kino və teleprodüserdir. 1942-ci ildə Hindistanda doğulub. "Balaji Telefilms" və "Balaji Motion Pictures" şirkətlərinin təsisçisidir. 1964-cü ildə ekranlara çıxan “Daş üzərində poema” filmindən sonra ilk kommersiya müvəffəqiyyəti əldə etmişdir. Lakin 1967-ci ildə “Borc” filmindən sonra Citendranın populyarlığı artır. “Mast Baharon Ka Main Aashiq” musiqi nömrəsi üçün götürdüyü köynək və ayaqqabılar onun vizit kartına çevrilir. Ardınca “Caravan və Humjoli” filminə çəkilir. Citendra filmlərdəki enerji dolu rəqslərinə görə “Bollivudun hoppanan Ceki” ləqəbini alır. Onun filmoqrafiyasında 200-dən artıq baş rola çəkildiyi filmi mövcuddur. O, Şridevi, Rina Roy, Cayaprada, Nitu Sinh, Hema Malini, Sulakşana, Pandit, Bindiya Hovsami, Mouşumi Çatterci və Rekha kimi məşhur aktyorlarla tərəf müqabili olmuşdur.

Digər lüğətlərdə