Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ekmania
Ekmania (lat. Ekmania) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Mehmana
Mehmana — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Çıldıran kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Mehmana kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Tarixi == Yaşayış məntəqəsinin əvvəlki əhalisi yunanlar (rus. "qreki") olduğu üçün kənd əvvəllar Qreklər adlandırılırdı. Çar Rusiyasi Azərbaycanın şimalını işgal etdikdən sonra burada gəlmə erməni ailələri yerləşdirilmişdi. Güman etmək olar ki, kəndin adı meyməna sözündəndir. Meyməna və ya barangar Səfəvilər dövründə ordunun sağ cinahina deyilirdi. == Tarixi == Mehmana kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Mehmana kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir.
Meymand
Meymand (Fars)
Meyxana
Meyxana — Azərbaycana məxsus, zərb alətinin müşayiəti ilə oxunan və ya deklamasiya edilən metrikləşdirilmiş musiqi-poetik janrı. Meyxanada iki və daha artıq meyxanaçı müşairə şəklində bədahətən söyləyir. Meyxananın quruluş xüsusiyyətləri bayatı, qoşma, gəraylı və başqa xalq, eləcə də, aşıq poeziyasının formalarına dəqiq olmasa da, meyxanının özünəməxsusluğu janra əlvanlıq artırır. Meyxanaya bu təkraredilməz görkəmi verən amil – müşayiətdə zərb alətinin metroritmik əsasının ostinat formullu təşkilidir. == Etimologiya == "Meyxana" sözü iki söz — "mey" (fars dili dialektlərinin birində "şərab", "sərxoşluq") və "xana" ("otaq" anlamı verir) sözlərinin birləşməsindən ibarətdir. == Tarixi == === XX əsrin erkən illəri === Meyxanaçı Kərimin sözlərinə görə, meyxananın tarixi XVIII əsrin axırında yazıçı Seyid Hüseyn Sadiqin qardaşı Mirpaşa ilə bağlıdır. Bəzi musiqi mütəxəssisləri meyxananın təşəkkül tarixinin qədimlərə getdiyini bildirirlər. Tarix elmləri doktoru Təvəkkül Səlimov meyxanaların "ən azı 550–600 illik ənənəyə söykəndiyini" qeyd edir. Professor Nizami Tağısoy isə meyxanaların qam-şaman ənənələrindən və ozan-aşıq sənətindən yarandığını bildirir: Meyxana ilə təmaslaşan elementlər xalq tamaşalarından olan "Kos-kosa" oyununda da müşahidə edilir. Novruz bayramı ilə əlaqədar ifa olunan "Kosa-kosa" kimi yığcam süjet və struktur əlamətləri ilə seçilən xalq tamaşasında əksini tapan, incə yumorla cilalanan mətn, mətnə oynaq və emosional təsir aşılayan ritm, xüsusən də ifanın təkrarlanan nəqərat hissəsi meyxanaya məxsus elementləri yada salır.Tənqid-təbliğ teatrı səhnəsində 1922–1923-cü illərdə söylənilmiş meyxanalar – Əliağa Vahid və Bağır Cabbarzadə, daha sonralar Mirpaşa və Əli İslam, Ağasəlim Çildağ və Həkim Qəni duetləri deyişmənin ən gözəl nümunələri hesab edilə bilər.
Ramana
Ramana (nadir hallarda Romanı, Romana) — Bakı şəhərinin Sabunçu rayonu inzibati rayonu ərazisində qəsəbə. == Tarixi == Ramana Abşeron zonasının ənənəvi kəndlərindən olub Qala kəndi ilə yanaşı regiondakı ən qədim yaşayış məskənlərindən biridir. Bu qəsəbənin ən məşhur tikilisi XIV əsrdə inşa edilmiş Ramana qalasıdır. 1893-cü ilin məlumatına görə, Ramana kəndində 873 nəfər yaşamışdır. Bu gün isə qəsəbə sakinlərinin sayı təxminən 13.000 nəfərdir. Azərbaycan tarixçisi Sara Aşurbəyova (1906–2001) "История города Баку" adlı kitabında belə bir versiya irəli sürür ki, Ramana kəndinin əsasını I əsrin 84–96-cı illərində Roma imperiyasının XII İldırım sürətli legionunun hərbçiləri qoymuşlar. Bu legion e.ə. 58-ci ildə Roma diktatoru Qay Yuli Sezar (e.ə. 100–44) təsis etmişdir. Legion 5000 piyadadan, 300 süvaridən ibarət idi.
Emanat
Emanat — Azərbaycanda fəaliyyət göstərən ən iri ödəniş sistemlərindən biridir. == Tarixi == Emanat 2012-ci il sentyabr ayında fəaliyyətə başlamış və 2013-cü il mart ayında Emanat brendi ilə Azərbaycan ödəniş bazarına daxil olmuşdur. Emanat şirkəti hazırda özünəxidmət nağd ödəniş terminalları şəbəkəsini elektron idarə edir. Hazırda Azərbaycanda 3000-dən artıq Emanat ödəniş terminalına rast gəlmək olar. Ödəniş terminallarında hazırda 1000-dən çox xidmət mövcuddur. 2012-ci il sentyabr — Fəaliyyətə başlamışdır 2013-cü il mart — Ölkə bazarına daxil olmuşdur == Xidmətlər == Kommunal ödənişlər Mobil ödənişlər Bank xidmətləri Dövlət ödənişləri TV ödənişləri İnternet provayderləri Telefon ödənişləri Mağazalar şəbəkəsi E-pulqabı ödənişləri Təhsil xidmətləri Əyləncə və oyunlar Xeyriyyə və yardım Ödəmə kartları Sığorta və səhiyyə Hüquq xidmətləri Turizm və səyahət Karqo və nəqliyyatDigərləri == Missiyası və Dəyərləri == Şirkətin özünəməxsus aşağıdakı missiyaları və dəyərləri mövcuddur.
Ekman
Erik Leonard Ekman (isv. Erik Leonard Ekman, 14 oktyabr 1883, Stokholm – 15 yanvar 1931) — İsveç botaniki. == Elmi fəaliyyəti == Erik Leonard Ekman qıjıkimilər və toxumlu bitkilər üzrə ixtisaslaşmışdır.. == Şərəfinə adlandırılmış taksonlar == Ekmania Gleason Ekmaniopappus Borhidi Elekmania B.Nord. Ekmaniocharis Urb. Myrtekmania Urb. Ekmanochloa Hitchc.
Elman
Elman — kişi adı. Elman Rüstəmov — Azərbaycan Respublikası Mərkəzi Bankın və Azərbaycan Şahmat Federasiyasının sədri. Elman Hüseynov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Elman Nəsirov — Politoloq, Siyasi şərhçi Elman Qədirov — İctimai Televiziya və Radio Yayımları Şirkətində baş direktorun radio üzrə müavinidir. Jurnalist Elman İsgəndər — biologiya elmləri doktoru, professor, Elman Əliverdiyev — "Azərelektromaş" Elmi-İstehsalat Birliyinin baş direktoru, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1987). Elman Eldaroğlu — jurnalist, naşir, şair-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Eyvan
Eyvan — İranın İlam ostanının şəhərlərindən və Eyvan şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 27,752 nəfər və 6,010 ailədən ibarət idi.
Vyana
Vyana (alm. Wien‎, ing. Vienna) — Avstriyanın paytaxtı və ən böyük şəhəri, eyni zamanda ölkənin 9 əyalətindən sahə baxımından ən kiçiyi. Təxminən 1 650 000 nəfərlik əhalisi ilə ölkənin ən sıx şəhəridir. Ətraf bölgələri ilə birlikdə Vyanada təxminən 2 milyon insan yaşayır ki, bu da Avstriya əhalisinin təxminən dörddə biridir. Əhali baxımından Vyana Avropa İttifaqının ən böyük onuncu şəhəridir. Vyana Birləşmiş Millətlər Təşkilatının dörd rəsmi mərkəz nümayəndəliyindən birinə malikdir. Şəhərdə olan digər əhəmiyyətli beynəlxalq quruluşlar OPEK, ATƏT və Beynəlxalq Atom Enerjisi Agentliyidir. Əsrlər boyu Havsburqlar sülaləsinin məskunlaşma yeri olan şəhər, bu müddət boyunca Avropanın mədəni və siyasi mərkəzlərindən birinə çevrilmişdir. Şəhər London, Nyu-York və Parisdən sonra iki milyon əhalisiylə dünyanın ən böyük dördüncü şəhəri olsa da, Birinci dünya müharibəsindən sonra əhalisinin dörddə birini itirmişdir.
Dactylorhiza romana subsp. romana
Roma boşləçəyi (lat. Dactylorhiza romana) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin boşləçək cinsinə aid bitki növü. == Arealı == Aralıq dənizi sahillərindən Mərkəzi Asiyaya qədər yayılmışdır. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kök yumruları 2-4 qanadlıdır, uzunluğu 3 sm-ə qədərdir. Gövdənin hündürlüyü 15-30 sm-dir. Yarpaqları 5-12 sayda olub, gövdənin aşağı hissəsində yerləşir, tərs-yumurtaşəkilli və ya uzunsov-lansetşəkilli, xətvari, uzunluğu 8-12 sm, kütdür, yuxarı yarpaqları ensiz, qısadır. Çiçək qrupu sıx, qısa, silindrik, çoxçiçəkli, bəzən tərs-yumurtaşəkilli, uzunluğu 3-8 sm-dir. Çiçəkləri açıq-sarı və ya tünd-qırmızı, bənövşəyi, bəzən agımtıl rəngdədir. Çiçək dodağı girdə-dördkünclü, üçqanadlı, uzunluğu 5-7 mm, yan tərəfdəki qanadı oval, kənarlar bir qədər dişlidir, orta qanadı kvadratşəkilli, qurtaracağında çıxıntılar var.
Adolf Eyxman
Otto Adolf Eyxman (alm. Otto Adolf Eichmann‎; 19 mart 1906[…], Zolingen[d], Prussiya, Almaniya imperiyası – 1 iyun 1962, Ramla[d], İsrail) — Almaniya zabiti, Gestapo məmuru, yəhudlərin kütləvi şəkildə məhv edilməsinə birbaşa cavabdeh şəxs.Ona SS-Oberqrupanfüreri Reynhard Heydrix tərəfindən II Dünya müharibəsi zamanı Nasistlərin işğalı altında olan Şərqi Avropadakı yəhudilərin getto və ölüm düşərgələrinə kütləvi surətdə köçürülməsində istifadə edilən maddi-texniki bazanı asanlaşdırmaq və idarə etmək vəzifəsi tapşırılmışdı. O, "Yəhudi məsələsinin son həllinə" cavabdeh olan Gestaponun IV B 4 şöbəsinin rəhbəri, SS Oberşturmbannfureri olmuşdur. Müharibədən sonra məhkəmədən qaçaraq Cənubi Amerikada gizlənmişdir. Burada İsrail kəşfiyyatı "Mosad"ın agentləri onu izləmiş, qaçıraraq İsrailə aparmış, orada məhkum olunaraq ölüm cəzası almış və edam edilmişdir. Məktəbi bitirdikdən qısa müddət sonra Eyxman 1914-cü ildə ailənin köçdüyü Avstriyada atasının mədən şirkətində çalışmışdı. 1927-ci ildən başlayaraq səyar kerosin ticarəti ilə məşğul olmuş, 1932-ci ildə həm Nasional Sosialist Alman Fəhlə Partiyasına, həm də SS-yə qoşulmuşdur. 1933-cü ildə Almaniyaya qayıtmış, burada Təhlükəsizlik xidmətinə SD daxil olmuşdur. Orada o, yəhudi işlərinə, xüsusən nasistlərə zorakılıq və iqtisadi təzyiq ilə təşviq etdiyi mühacirətə cavabdeh olan şöbə müdiri təyin edilmişdi. 1939-cu ilin sentyabrında İkinci Dünya müharibəsi başlayandan sonra Eyxman və heyəti yəhudilərin şərqə ya da uzaq şərqə və ya xaricə mühacirət ediləcəyi ümidi ilə gettolarda cəmləşməsini təşkil etmişdilər.
Ageratina etlana
Ageratina etlana (lat. Ageratina etlana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Aymani Aydəmirova
Aymani Aydəmirova (8 mart 1965) — müğənni, aktrisa, Çeçenistan Respublikasının xalq artisti, İnquşetiya Respublikasının xalq artisti, Rusiya Federasiyasının əməkdar artisti. Çeçenistan Respublikasının Əməkdar İncəsənət Xadimi, Çeçenistan Respublikasının Əməkdar Mədəniyyət İşçisi. Çeçenistan Dövlət Filarmoniyasının bədii rəhbəri. Milləyyətcə çeçendir. == Bioqrafiyası == Aymani Aydəmirova 1965-ci il martın 8-də anadan olmuşdur. Yaradıcılıq fəaliyyətinə 1981-ci ildə Çeçen-İnquş Dövlət Filarmoniyasının solist-vokalistinin işinə girərək başlayır. Müğənni karyerasının ilk günlərindən xalq mahnılarının istedadlı ifaçısı kimi diqqəti cəlb edir. Krasnodar Mədəniyyət İnstitutunu xor dirijoru ixtisası üzrə bitirmişdir. Təhsil aldığı müddətdə Kuban Kazak Xorunda işləyir. 1990-cı ildə "Jovxar" (İnci) adlı qız qrupunu qurur.
Aymara dili
Aymara dili (Aymar aru) — aymaralar tərəfindən danışılan dil. Aymara ispan dili ilə birlikdə Boliviyanın rəsmi dilidir. Peru, Argentina və Çilidə də danışılır. Aymara dili qədim dövrlərdə Uari imperiyasının dili idi, lakin sonradan onlar inkalar tərəfindən fəth edilmişdir. Bəzi dilçilər iddia edirlər ki, Aymara onun qonşusu olan Keçua dili ilə bağlıdır. Bununla belə, bu iddia mübahisəlidir. Bu dillər arasında oxşarlıqlar olsa da, əksər dilçilər bu oxşarlıqların bu dillərin uzun müddət qarşılıqlı əlaqədə olması, eyni və ya qonşu əraziləri tutması ilə əlaqədar olduğu ilə razılaşırlar. Aymara dili bir milyondan çox danışan bir neçə hind dillərindən biridir. Bu dildə təxminən 3,1 milyon insan danışır. Aymara dilinin qrammatikası ilk dəfə 1603-cü ildə Ludoviko Bertonio tərəfindən tərtib edilmişdir.
Dactylorchis romana
Roma boşləçəyi (lat. Dactylorhiza romana) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin boşləçək cinsinə aid bitki növü. == Arealı == Aralıq dənizi sahillərindən Mərkəzi Asiyaya qədər yayılmışdır. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kök yumruları 2-4 qanadlıdır, uzunluğu 3 sm-ə qədərdir. Gövdənin hündürlüyü 15-30 sm-dir. Yarpaqları 5-12 sayda olub, gövdənin aşağı hissəsində yerləşir, tərs-yumurtaşəkilli və ya uzunsov-lansetşəkilli, xətvari, uzunluğu 8-12 sm, kütdür, yuxarı yarpaqları ensiz, qısadır. Çiçək qrupu sıx, qısa, silindrik, çoxçiçəkli, bəzən tərs-yumurtaşəkilli, uzunluğu 3-8 sm-dir. Çiçəkləri açıq-sarı və ya tünd-qırmızı, bənövşəyi, bəzən agımtıl rəngdədir. Çiçək dodağı girdə-dördkünclü, üçqanadlı, uzunluğu 5-7 mm, yan tərəfdəki qanadı oval, kənarlar bir qədər dişlidir, orta qanadı kvadratşəkilli, qurtaracağında çıxıntılar var.
Dactylorhiza romana
Roma boşləçəyi (lat. Dactylorhiza romana) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin boşləçək cinsinə aid bitki növü. == Arealı == Aralıq dənizi sahillərindən Mərkəzi Asiyaya qədər yayılmışdır. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kök yumruları 2-4 qanadlıdır, uzunluğu 3 sm-ə qədərdir. Gövdənin hündürlüyü 15-30 sm-dir. Yarpaqları 5-12 sayda olub, gövdənin aşağı hissəsində yerləşir, tərs-yumurtaşəkilli və ya uzunsov-lansetşəkilli, xətvari, uzunluğu 8-12 sm, kütdür, yuxarı yarpaqları ensiz, qısadır. Çiçək qrupu sıx, qısa, silindrik, çoxçiçəkli, bəzən tərs-yumurtaşəkilli, uzunluğu 3-8 sm-dir. Çiçəkləri açıq-sarı və ya tünd-qırmızı, bənövşəyi, bəzən agımtıl rəngdədir. Çiçək dodağı girdə-dördkünclü, üçqanadlı, uzunluğu 5-7 mm, yan tərəfdəki qanadı oval, kənarlar bir qədər dişlidir, orta qanadı kvadratşəkilli, qurtaracağında çıxıntılar var.
Ekmania lepidota
Ekmania (lat. Ekmania) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Elyana Boal
Elyane Boal (d. 28 aprel 1998) — Kabo-Verdeni təmsil edən bədii gimnast. Elyana Boal 2016-cı ildə Kabo-Verdeni XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Elyane Boal 2016-cı ildə Kabo-Verde bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, fərdi yarışların təsnifat mərhələsində 38.640 xal topladı və sonuncu, 26-cı yeri tutaraq mübarizəni dayandırdı.
La-Romana
La-Romana (isp. La Romana) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Vinalopo-Mica ərazisinin 43,3 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 2602 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 40 km uzaqlıqda yerləşir.
Melissa romana
Dərman limonotu, bədrənc (lat. Melissa officinalis) və ya Xanım tərəsi — bədrənc cinsinə aid bitki növü. == Sinonim == Faucibarba officinalis (L.) Dulac Melissa altissima Sm. Melissa bicornis Klokov Melissa cordifolia Pers. Melissa corsica Benth. Melissa foliosa Opiz ex Rchb. Melissa graveolens Host Melissa hirsuta Hornem. Melissa occidentalis Raf. ex Benth. Melissa officinalis subsp.
Meymand (Fars)
Meymənd — İranın Fars ostanının Firuzabad şəhristanının Meymənd bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,615 nəfər və 2,138 ailədən ibarət idi.
Meymand (Nir)
Meymand (fars. ميمند‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 319 nəfər yaşayır (74 ailə).
Meyvana (Sərdəşt)
Meyvana (fars. ميونه‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 82 nəfər yaşayır (15 ailə).
Nassauvia remyana
Calopappus (lat. Calopappus) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Calopappus acerosus Meyen === Sinonim === Calopappus acanthifolius J.Rémy Nassauvia acanthifolia (J.Rémy) G.F.Grandjot Nassauvia acanthifolia (J.Rémy ex Remy) G.F.Grandjot & K.Grandjot Nassauvia acerosa (Meyen) Wedd. Nassauvia remyana Wedd. == Ədəbiyyat == Crisci, J. V. & S. E. Freire. 1986. El género Calopappus (Compositae, Mutisieae). Caldasia 15(71–75): 57–69. Marticorena, C. & M. Quezada. 1985.
Məymanə
Məymanə ㅡ Əfqanıstanın Fəryab vilayətində şəhər. Mayoru Əhməd Cavid Qayvandır. == Tarix == Məymanə xanlığı: Buxara - Herat yolunun üzərində yerləşdiyindən asılı olaraq, fövqəladə bir strateji önəmi var.Əhalisi iki yüz mindən çoxdur ki bunun da hamısı Özbəklərdir.İnzibati mərkəz Məymanə şəhəridir. Bu yer 1874-cü ildə mühasirə döyüşləri ilə məşhur idi. Şəhərin ticarət önəmi getdikcə artaraq, Buxaraya açılan qapı rolunu oynayır.. == Əhalisi == XIX əsrdə şəhərin əhalisi 15-18 min nəfər idi.1958-ci ildə şəhərdə 30 min, 1979-cu ildə - 38.250, 1982-ci ildə - 56.973 nəfər yaşayırdı..2004-cü ildə şəhərin əhalisi 75.900 nəfər, 2015-ci ildə isə 149.040 nəfərə çatıbdır.. === Milli tərkibi === Məymanədə yerli Özbəklər üstünlük təşkil etsə də, az sayda Türkmənlər, Taciklər, Puştunlar və Bəluclar da yaşayırlar.
Əmman
Amman — İordaniyanın paytaxtı, Amman muhafazasının inzibati mərkəzi. == Tarixi == Amman şəhəri ölkənin şimal-qərbində Zerka vadisində, Ölü dənizdən 40 km şimal-şərqindədir. Şəhər Bibliya əsatirlərinə əsasən Rabbat-Ammon kimi tanınır. Aşşur və Əhəmənilər dövlətlərinin tabeliyində olmuşdur. Ellinizm və Roma imperiyası dövründə Filadelfiya adlanırdı. Roma imperiyasının, Selevkilər və Ptolemey dövlətlərinin tərkibinə daxil idi. 635-ci ildən Ərəb xilafətinin tərkibində olmuşdur. Xilafətin süqutundan sonra (10-cu əsr) müxtəlif dövlətlərin ərazisinə qatılmış və tənəzzülə uğramışdır. 1516-cı ildən Birinci Dünya müharibəsinin sonuna qədər Osmanlı imperiyasının tərkibində idi. 1921-ci ildən Transiordaniya əmirliyinin, 1946-cı ildən Haşimi Krallığının (İordaniya), 1950-ci ildən isə İordaniya Haşimi Krallığının paytaxtı olmuşdur.