Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Eynulla Ağayev
Ağayev Eynulla Xankişi oğlu – nasir, 1955-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Eynulla Ağayev 1907-ci il dekabrın 31-də Bakının Ramana kəndində, neftçi ailəsində doğulmuşdur. İbtidai təhsilini kənd məktəbində almışdır. 1926-cı ildə Sabir adına 23 saylı ikinci dərəcəli məktəbdə təhsilini davam etdirmişdir. Hərbi xidmət illərində Nuxa və Dağlıq Qarabağda cinayətkarlara qarşı mübarizədə iştirak etmişdir. Sonra Suraxanı neft mədənlərində fəhləlik etmişdir. Hələ orta məktəbdə oxuduğu vaxtdan ədəbiyyata güclü meyl göstərirdi. İlk şerlərini, məqalə və qeydlərini "Gənc işçi", "Kommunist", "Yeni yol" qəzeti redaksiyalarına göndərirdi. İlk hekayəsi "Balıqçı Kamil" 1928-ci ildə Tiflisdə buraxılan "Qızıl şəfəq" jurnalının 12-ci sayında çap olunmuşdur. Bundan sonra o ədəbi dərnəklərdə müntəzəm iştirak etmiş, 1931-ci ilin noyabnnda "Kommunist" qəzetinin partiya şöbəsinə ədəbi işçi qəbul olunmuşdur.
Eynulla Cəbrayılov
Eynulla Eynulla oğlu Cəbrayılov (8 aprel 1935–14 sentyabr 1992) — xanəndə. == Həyatı == E.Cəbrayılov 1952-ci ildən ömrünün sonuna kimi Kürdəmir rayonu Mədəniyyət İdarəsində çalışmış, eyni zamanda, respublikanın musiqi həyatında yaxından iştirak etmişdir. 1956 və 1957-ci illərdə Azərbaycan gənclərinin birinci və ikinci festivallarının laureatı olmuşdur. == Yaradıcılığı == Şirvan musiqi mühitində yetişən Eynulla Cəbrayılov bu bölgənin ustad sənətkarlarının ənənələrindən bəhrələnir, muğam və aşıq sənətinin sirlərinə yiyələnir. O, ifaçılığında bu iki sənətin xüsusiyyətlərini qovuşdurmağa nail olur. Gənc yaşlarından peşəkar xanəndə kimi respublikada tanınan E.Cəbrayılovun Aşıq Şakir və nəfəs alətləri ifaçısı Həsrət Hüseynovla birgə çıxışları xüsusilə əlamətdar olmuşdur. E.Cəbrayılov aşıq havalarını ("Nazlana-nazlana", "Bala nərgiz", "Kimə yalvarım" və s.) böyük şövqlə oxuyan xanəndə kimi məşhurlaşmışdır. Bu havalar bu gün xanəndələrin repertuarında kök salmışdır. E.Cəbrayılov geniş diapazonlu, rəngarəng tembrli güclü səsə malik xanəndə olmuşdur. Onun ifasında "Rast", "Segah-Zabul", "Mirzə Hüseyn Segahı", "Çahargah" və başqa muğamlar AzRT Fondunda saxlanılır.
Eynulla Fətullayev
Fətullayev Eynulla Emin oğlu — tanınmış azərbaycanlı jurnalist, "haqqın.az" və "virtualaz.org" saytlarının baş redaktoru,"Gündəlik Azərbaycan" qəzetinin (2005–2007) baş redaktoru. Tənqidi yazılarına görə Azərbaycan hökuməti tərəfindən təqib olunmuşdur. Azərbaycan Respublikasının əməkdar jurnalisti. == Həyatı == Eynulla Fətullayev 1976-cı il sentyabrın 25-də Bakıda anadan olub. Jurnalistikaya gənc sosial demokrat, "İstiqlal" qəzetinin yazarı kimi gəlmişdir. 1990-cı illərin ortalarında Yeni Azərbaycan Partiyasına üzv olub, bir müddət əmək və əhalinin sosial müdafiəsi nazirinin köməkçisi işləyib. YAP-dan istefa verəndən sonra müstəqil yazarlığa başlayıb. Azərbaycan Silahlı Qüvvələrində xidmət edənədək bir müddət ANS televiziyasında analitik proqramların aparıcısı olan E. Fətullayev sonradan Elmar Hüseynovun nəşr etdiyi "Monitor" jurnalında çalışıb. 2005-ci ildə E. Hüseynovun qətlindən sonra "Monitor" bağlananda E. Fətullayev "Realnı Azerbaydjan", "Gündəlik Azərbaycan" qəzetlərini və "Azerbaydjan v mire" jurnallarını yaradıb. 2006-cı ilin oktyabrında o, davamlı təzyiqləri əsas gətirərək nəşrlərini bağladığını elan edib.
Eynulla Lətifov
Eynulla Niyətulla oğlu Lətifov (8 sentyabr 2001, İkinci Nügədi, Quba rayonu – 20 oktyabr 2020, Xocavənd) — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Lətifov Eynulla Niyətulla oğlu — 8 sentyabr 2001-ci ildə Quba rayonu İkinci Nügədi kəndində doğulub. Uşaq yaşlarından hərbi sahəyə böyük maraq göstərib. == Hərbi xidməti == Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. 44 günlük müharibədə Füzuli və Cəbrayıl rayonlarındakı döyüşlərdə iştirak edib. Xocavənd uğrunda gedən döyüşlərdə həlak olub. == Təltifləri == Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.Azərbaycan Respublikası Prezidentinin 05 noyabr 2022, 17:28 Sərəncamı ilə III dərəcəli vətənə xidmətə görə ordeni ilə təltif edilmişdir.
Eynulla Mədətli
Eynulla Mədətli (tam adı: Eynulla Yadulla oğlu Mədətli; 18 aprel 1954, Naxçıvan) — 1990–1995-ci illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı. Azərbaycanın İran İslam Respublikasının Təbriz şəhərində Baş konsulu və Azərbaycan səfirliyinin müşaviri (Tehran,1996–2001). Azərbaycan Xarici İşlər Nazirliyinin müşaviri (2001–2002). Azərbaycanın Pakistan İslam Respublikasında və Əfqanıstanda (iqamətqahı İslamabad olmaqla) Fövqəladə və Səlahiyyətli səfiri (2002–2010). Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri (2010–2015). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda aparıcı elmi işçi (2016–2017), 2017-ci ildən Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru. == Həyatı == == Elmi əsərlər == "Azərbaycan həqiqətləri İran tarixşünaslığında" Bakı, 2011, "XX əsrin əvvəllərində Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında" Bakı, 2017, "İranda Azərbaycan tarixi məsələləri" Bakı, 2020, "Bir millət-iki dövlət: fəlsəfi-tarixi təhlili" Həmmüəllif, Bakı, 2020. "Heydər Əliyev-İlham Əliyev: Azərbaycançılığın zəfər yolu" Bakı, 2021, "Tarix və tarixşünaslıq məsələləri" Bakı, 2022. == Mükafatları == Azərbaycan Respublikası diplomatik xidmətinin 90 illiyi yubiley medalı (2009). 2014-cü ildə Azərbaycan ilə Ukrayna arasında humanitar münasibətlərin inkişaf etdirilməsi, dərinləşdirilməsi və genişləndirilməsində xidmətlərinə görə "İlin adamı" proqramının Ali Akademik Şurasının qərarına əsasən diplomatiya sahəsində beynəlxalq mükafata layiq görülüb.
Eynulla Əliyev
Eynulla Əliyev (tam adı: Əliyev Eynulla Dadaş oğlu; d. 1937, Bilgəh, Bakı, Azərbaycan SSR, SSRİ – ö. 2001, Özbəkistan) — Azərbaycan əsilli Özbəkistan rəssamı və heykəltaraşı. == Həyatı == Eynulla Əliyev 1937-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərinin Bilgəh kəndində anadan olmuşdur.Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində oxumuş, xalq rəssamı Tokay Məmmədovun sinfində təhsil almışdır. Daha sonra Daşkəndə getmiş və ali təhsilini 1960-1966-cı illərdə A.N.Ostrovski adına Daşkənd Teatr İncəsənəti İnstitutunda almış, Heykəltaraşlıq fakültəsini bitirmişdir. Təyinatla Səmərqənd şəhərində işləməyə göndərilmiş, ömrünün sonunadək burada yaşamış və yaratmışdır.2001-ci ildə Özbəkistan Respublikasında vəfat etmişdir. == Yaradıcılığı == Eynulla Əliyev Özbəkistanda keçirilmiş bir sıra sərgilərdə fəal iştirak emiş, 1968-ci ildə Özbəkistan Rəssamlar İttifaqının üzvü, 1969-cu ildə isə Özbəkistan Rəssamlar İttifaqının Səmərqənd filialının sədri seçilmiş və 1986-cı ilə qədər ona rəhbərlik etmişdir.Heykəltaraş Eynulla Əliyev daş, mis, bürünc və ağacdan bir sıra unikal heykəllər yaratmışdır. Daşkənd metropoliteninin 2 stansiyasının, bir sıra dövlət ictimai və elmi müəssiələrində, Daşkənd, Səmərqənd, Buxara, Nukus və digər şəhərlərin mehmanxanalarının dekorativ tərtibatının işlənməsində iştirak etmişdir.O, müəlliflər qrupunun tərkibində Daşkəndin Milli parkında ucaldılan görkəmli özbək şairi Əlişir Nəvainin abidəsinin hazırlanmasında fəal iştirakçı olmuşdur.Onun yaradıcılıq işləri ABŞ, Finlandiya və bir sıra MDB ölkələrinin, həmçinin Özbəkistanın 20-dən çox sərgilərində nümayiş olunmuşdur.27 sentyabr 2010-cu ildə Daşkənddə Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin binasının əsaslı təmir və bərpadan sonra açılışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistanın Baş naziri Şavkat Mirziyayev mədəniyyət mərkəzinin sərgi salonunda Eynulla Əliyevin əsərlərindən ibarət sərgiyə baxmışlar. == Mükafatları == Həmzə adına Özbəkistan SSR Dövlət Mükafatı (1977). == Ailəsi == Eynulla Əliyev Azadə Əliyeva ilə evli olmuşdur.
Bone-yi Xeyrüllah
Bone-yi Xeyrüllah (fars. بنه خيراله‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Mərkəz bəxşinin Hövmə dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kənddə əhali yaşamır.
Beydullah Xanmaqomedov
Beydullah Xanmaqomedov (18 avqust 1927 – 28 sentyabr 1999, Mahaçqala — Sovet və rus dilçisi, qafqazşunas, Tabasaran dili üzrə mütəxəssis, Tabasaran dili dərsliklərinin və lüğətlərinin müəllifi, dünya ədəbiyyatı əsərlərinin Tabasaran dilinə tərcüməçisi. == Bioqrafiyası == 1927-ci ildə Xiv rayonunun Kondik kəndində tabasaranlı və ləzgi ailəsində anadan olmuşdur. Ata babası Cənubi Dağıstanda məşhur bir torpaq sahibi olan Hacı-Kutaya Xiv rayonunun ən varlı şəxsi olur. Ana babası isə tarixçi, filosof, şair və pedaqoq Mirzə Həsən Əlqədari olmuşdur. Xiv orta məktəbini bitirdikdən sonra, 1942-1945 -ci illərdə rayon torpaq şöbəsində əlavə işçi, sonra Xiv rayonunda heyvandarlıq texnikisi vəzifəsində çalışmışdır. 1945-ci ildə Pedaqoji İnstitutun Dil və Ədəbiyyat Fakültəsinə daxil olur. İnstitutu bitirdikdən sonra Tabasaran rayonunun Tinit orta məktəbinə rus dili və ədəbiyyatı müəllimi, 1952-ci ildə isə Xiv orta məktəbinə göndərilir. 1953-54-cü illərdə Təhsil və Gənclər Siyasəti Nazirliyinin dəvəti ilə Daquçpedqizdə Tabasaran dilinin redaktoru işləmişdir. Sonra SSRİ Elmlər Akademiyası Dilçilik İnstitutunda aspiranturanı bitirmişdir. 1958-ci ildə SSRİ Elmlər Akademiyası Dilçilik İnstitutunda "Tabasaran dilinin deklensiya sistemi ləzgi və agul dillərinin azalma sistemləri ilə müqayisədə" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
Heybullah Əsdiyev
Heybullah Məzahir oğlu Əsdiyev (14 oktyabr 1993; Qaysa, Balakən rayonu - 16 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Heybullah Əsdiyev 1993-cü il oktyabrın 14-də Balakən rayonunun Qaysa kəndində anadan olub. 2000-2011-ci illərdə Ü.Hacıbəyov adına Qabaqçöl qəsəbə tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Heybullah Əsdiyev 2011-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2011-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Heybullah Əsdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Heybullah Əsdiyev oktyabrın 16-da Madagizin azad edilməsi zamanı şəhid olub. Balakən rayonunun Qaysa kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Heybullah Əsdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Heybullah Əsdiyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Əmrullah (Bostanabad)
Əmrullah (fars. امرالله‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 389 nəfər yaşayır (63 ailə).
Əynular (Abdallar)
Əynular və yaxud Abdallar — Uyğurların subetnik qruplarından biri. Çinin Sincan bölgəsində yaşayan türk xalqları. Tyanşanın cənub yamacları, Sincan-Uyğur Muxtar Rayonunun Xotan, Lop, Qarakaş, Yarkənd, Yenihisar, Yenişar mahallarında məskunlaşıblar. Onlar əynu dilində danışırlar və əsasən ələviliyə sadiqdirlər. Təxminən 30.000-50.000 əynu olduğu təxmin edilir. Təkləməkan səhrasının ətrafı onların daha sıx məskunlaşma yeridir. Çinlilər onları əynu, uyğurlar isə abdal adlandırır. == Tarixi == Əynuların əcdadlarının İrandan və ya daha çox qərb bölgələrindən gəldiyi ehtimal olunur. Digər bir fərziyəyə xalqın və danışdıqları əynu dilinin yaranması farsca lüğəti İran dillərinin bir vaxtlar bölgənin əsas ticarət dilləri olmasının və ya fars tacirlərinin yerli qadınlarla evlənməsinin nəticəsidir.Uyğurlar onlara qaraçılar deyirlər. Sayı 30 minə yaxındır, dəqiq məlumat yoxdur.
Roza Eynula
Roza Kamal qızı Eynula və ya Eynullayeva (doğ. 10 sentyabr 1987, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan əsilli Cənubi Koreya şahmatçısı. Qadınlar arasında FİDE ustası. == Həyatı == Roza Eynula 10 sentyabr 1987-ci ildə Bakı şəhərində anadan olub. 14 yaşlı qızlar arasında Azərbaycan çempionudur. 1998-2000-ci illər aralığında qızlardan ibarət Azərbaycan yığmasının üzvü olub. Sonralar ABŞ-yə köçüb və bu ölkəni təmsil etməyə başlayıb. 16 yaşında olarkən 21 yaşlı qızlar arasında ABŞ çempionu olub.Hazırda Cənubi Koreyada yaşayır və bu ölkəni təmsil edir. 2018-ci ildə Gürcüstanın Batumi şəhərində keçirilmiş 43-cü Ümumdünya Şahmat Olimpiadasında qadınlardan ibarət Cənubi Koreya yığmasının heyətində ikinci lövhədə çıxış edib. == İstinadlar == == Xarici keçidlər == Roza Eynula.
Baba Şeydullah (Qürvə)
Baba Şeydullah (fars. باباشيداله‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 501 nəfər yaşayır (113 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Həsən Xeyrullah Əfəndi
Həsən Xeyrullah Əfəndi (1834, Konstantinopol – 1898, Taif, Məkkə bölgəsi[d]) — Osmanlı alimi və şeyxülislamı. Sultan Əbdüləzizin imamlarından olduğu üçün İmam-ı sultani olaraq anılır. == Həyatı == Təxminən 1834-cü ildə İstanbulda dünyaya gəldi. Əsl adı Həsən Xeyrullah olub, Kasımpaşalı Osman Əfəndinin nəvəsi və tərsanədə çalışan Həmdullah Əfəndinin oğludur. İlk dini təhsilini Hacı Hafiz Əhməd Əfəndi və Əyinli Mehmed Qasım Əfəndidən aldı. Səsinin gözəlliyi və Quran-ı Kərimi səlis oxuması səbəbilə qısa zamanda digərlərindən seçildi və saraya alındı. Sultan Əbdülməcid dönəmində 9 il boyunca ikinci imam olaraq xidmət etmiş, 1861-ci ildə Sultan Əbdüləzizin cülusundan sonra isə Hacı Mehmed Şükrü Əfəndinin yerinə birinci imam (imam-ı sultani) olaraq təyin edilmişdir. Sultan Əbdüləzizin Bursa səyahətinə qatıldı, Gəmlik və Molava qəzalarının mülkləri ona hədiyyə edildi. Bir müddət sonra İstanbul qazılığına, 6 oktyabr 1861-ci ildə isə Anadolu qazəsgərliyinə namizəd göstərildi. Sultan Əbdüləzizin Avropa səyahətinə imam-ı sultani ünvanıyla qatıldı və bu səyahəti əsnasında Fransa kralı III Napaleon tərəfindən qiymətli daşlarla bəzəli tütün qabı hədiyyə edildi.
Kürəkənzadə Feyzullah Əfəndi
Kürəkənzadə Feyzullah Əfəndi (1700, Bursa – 27 dekabr 1761, Bəyoğlu) — Osmanlı alimi, bəstəkarı və şeyxülislamı. Atası Sultan Osman və Sultan Mustafa səltənətlərinin şeyxülislamlarından Əhməd Əfəndidir. == Həyatı == 1700-cü ildə Bursada dünyaya gəldi. Atası o əsnada Bursa qazısı olan, Sultan Osman və Sultan Mustafa səltənətlərinin şeyxülislamlarından Əhməd Əfəndidir. Təhsilini tamamlayıb müdərris lik dərəcəsi ladı və müxtəlif mədrəsələrdə xidmət etdi. Ailəsinin nüfuzundan istifadə edərək sürətlə dərəcələri artdı və 1730-cu ildə öncə Qalata, ardından həmin il Bursa qazısı oldu. İstanbul qazılığına təyinatından bir neçə ay sonra 1739-cu ildə Anadolu qazəsgərliyinə gətirildi. Ancaq bu vəzifədə 9 ay qala bildi və azad edildikdən sonra 10 il boyunca dövlət vəzifələrindən uzaq qaldı. Bunda atasının vəfatı ilə nüfuzunun azalmasının rolu mühümdür. 1750-ci ildə və 1754-cü ildə 2 dəfə Rumeli qazəsgəri oldu.
Seyid Feyzullah Əfəndi
Seyid Feyzullah Əfəndi (1639, Ərzurum – 3 sentyabr 1703, Ədirnə) — Osmanlı alimi, şair və şeyxülislamı. == Həyatı == 1639-cu ildə Ərzurumda dünyaya gəlmiş, əsl adı Mehmeddir. Atası Ərzurum müftüsü Seyid Mehmed Əfəndi, anası isə Şərifə Xatundur. İlk təhsilini atasından almışdır. Ərzurumda ikən ərəbcə, farsca və din təlimi dərslərini almışdır. Müəllimi Mehmed Vani Əfəndinin təkidiylə 1664-cü ildə İstanbula, daha sonra Ədirnəyə gələn Feyzullah Əfəndi ardından müəlliminin kürəkəni oldu. Şeyxülislam Minkarizadə Yəhya Əfəndinin müdərrislik təklifini müəllimi və qaynatası olan Mehmed Əfəndinin rəyi ilə qəbul etməyərək həccə getdi. (1687–1688) Döndükdən bir müddət sonra Mehmed Əfəndinin vasitəsiylə IV Mehmedin oğlu Şahzadə Mustafaya lələ təyin olundu. (1669) Bundan sonra Feyzullah Əfəndi üləma zümrəsində sürətli bir şəkildə irəliləməyə başladı. Üsküdar Mihrimah Sultan, Sahn-ı Səman və Aya Sofiya mədrəsələrində müdərrislik etdi.
Əbusəidzadə Feyzullah Əfəndi
Əbusəidzadə Feyzullah Əfəndi (16 yanvar 1631, Konstantinopol – 21 oktyabr 1698, Konstantinopol) — Osmanlı alimi, şair və şeyxülislamı. == Həyatı == 16 yanvar 1631-ci ildə İstanbulda dünyaya gəlmişdir. Məşhur Osmanlı üləma ailəsinə mənsubdur. Xoca Sadəttin Əfəndinin oğlu Əsad Əfəndinin şəcərəsindən olub, şeyxülislam Əbu Səid Mehmed Əfəndinin oğludur. Ailə ənənəsinə uyğun olaraq ilk təhsilini atasından aldı. Atasının şeyxülislamlığından istifadə edərək uşaq yaşlarından müxtəlif mədrəsələrə müdərris təyin edildi. İlk müdərrisliyi isə hələ 15 yaşında ikən Üsküdar Mihrimah Sultan mədrəsəsi oldu. Ardından 1650-ci ilədək müxtəlif mədrəsələrdə xidmət etdi. Beləliklə, 20 yaşına çatanda artıq mədrəsə həyatında ən yüksək pilləyə çatmışdı. Daha sonra qazı vəzifəsinə gətirildi və 1651-ci ildə Qalata qazısı oldu.
Ətaullah əfəndi Şanızadə
Mehmed Ətaullah əfəndi Şanızadə (d.1771-ö.1826)—Osmanlı tarixçisi və modern tibbin öncüsü, şair. == Həyatı == Mehmed Ətaullah əfəndi Şanızadə 1771-ci ildə İstanbulda dünyaya gəlmişdi. Doğum tarixi tam olaraq dəqiq deyilsə də əsasən 1771-ci ildə doğulduğu qəbul edilir. Ancaq qaynaqlar, Şanizadənin 18 məhərrəm 1200-cü ildə (21 noyabr 1785) tədris icazənaməsini alıb müdərris olduğunu qeyd etdiyinə və on dörd-on beş yaşları müdərrislik üçün biraz erkən sayılacağına görə doğum tarixinin bundan bir neçə il daha geriyə getdiği söylənə bilər. Özəlliklə fiqh sahəsindəki bilgisiylə tanınan atası Hacı Mehmet Sadıq Əfəndi müdərrisliklərdə olmuş, Mədinə qazılığı sırasında vəfat etmiş (1791), bir çox risaləsi yanında məhkəmələrdə mötəbər bir əsər olaraq qəbul görən "Bədayius-sukuk"ü (Sakk-i Şanizadə, Şanizadə Sakki [İstanbul, 1284]) yazmışdır. Ailənin Şanizadə deyə anılması babasının atası Əhməd Əfəndinin “Daraqçı” ləqəbiylə tanınmasındandır. Kəlimə daha sonra Farsca qarşılığı olan “Şani” biçiminə dönmüşdür. Şanızadə, elmiyə məsləyinə intisap etdikdən sonra Halıcıoğlu Mühəndisxanəsi və Süleymaniyə Tibb Mədrəsəsində təhsilini davam etdirdi. Daha öncə öyrəndiyi Ərəb və Fars dilləri ilə bərabər İtalyanca, Fransızca və Rumcanı da öyrəndi. Özəlliklə Latıncanı çox yaxşı bildiyi söylənir.
Hacı Mustafa Sunullah Əfəndi
Hacı Cəfər Mustafa Sunullah Əfəndi (1553, İskilip, Çorum ili – 10 aprel 1612, Konstantinopol) — Osmanlı dövlət xadimi, şair, müdərris, qazı və şeyxülislam. == Həyatı == 1553-cü ildə İstanbulda dünyaya gəlmişdir. Sultan Süleyman dövrünün başqazılarından İskilipli Molla Cəfər Çələbinin oğludur. Atasından və Zənbillizadə Fudayl Çələbidən dərslər aldı və daha sonra əmisi oğlu Əbussuud Əfəndinin müridi olaraq 1569-cu ildə mədrəsə təhsilini tamamladı. Müdərris olaraq 1571-ci ilin fevralında Beşiktaşdakı Xeyrəddin Paşa mədrəsəsinə təyin edildi. 1576-cı ilin aprelində Mahmud Paşa mədrəsəsinə, 1580-ci ildə Şah Sultan mədrəsəsinə, 1580-ci ilin sentyabrında Hangah mədrəsəsinə, 1582-ci ilin sentyabrında Sahn-ı səman mədrəsəsinə müdərris təyin olundu. Sonuncu vəzifəsində 3 il qaldıqdan sonra 1585-ci ilin oktyabrında Şahzadəbaşı mədrəsəsinə, 1588-ci ilin iyulunda Üsküdardakı Validə-i Atik mədrəsəsinə müdərris oldu. Sunullah Əfəndi bundan sonra ənənəvi olaraq qazılığa keçdi və Bursada çıxan böyük yanğından sonra Əbussuudzadə Mustafa Əfəndinin yerinə 1590-cı ilin sentyabrında Bursa qazısı oldu. Ardından 1591-ci ilin aprelində Ədirnə və 2 may 1592-ci ildə İstanbul qazılığına gətirildi. Həmin il 19 iyulda Anadolu başqazısı, 13 iyul 1593 tarixində isə Rumeli başqazısı seçildi.
Qaraca-i Feyzullah (Mərənd)
Qaraca-i Feyzullah (fars. قراجه فيض اله‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,851 nəfər yaşayır (449 ailə).
Bağça (Behi-yi Feyzullah Bəyi)
Bağça (fars. باغ چه‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı, Behi-yi Feyzullah Bəyi dehistanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 179 nəfər yaşayır (40 ailə).
Qışlaq-i Seyidlər-i Seyfullah (Biləsuvar)
Qışlaq-i Seyidlər-i Seyfullah (fars. قشلاق سيدلرسيف اله‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 17 nəfər yaşayır (5 ailə).