Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kap fırtınaquşu
Kap fırtınaquşu (lat. Daption capense) — (Daption) Fırtınaquşular fəsiləsinə və Fırtınaquşukimilər dəstəsinə aid olan dəniz quşu. Öz cinsinin Daption yeganə nümayyəndəsi. Əsasən onlar Antarktidanın sahil zolağında və subantarktik bölgələrdə yerləşən adalarda yuva qururlar. Üstəlik onların yuva qurmasını Kergelen arxipelaqında, Herd adası və Makdonald adalarında və Yeni Zelandiya sahillərində müşahidə etmək olur. Onların ümumi çəkisi 250–300 q arasında dəyişir. Hündürlüyü 36 sm, qanadları arasında məsafə 89 sm-dir. Bu ölçülərinə hörə onlar kiçik fırtınaquşulara daxildirlər. Qanadları enli, quyuqları qısa və dairəvidir. Qanadlarında ağ ləkələr mövcuddur.
Nəhəng fırtınaquşu
Nəhəng fırtınaquşu (lat. Macronectes) — Fırtınaquşukimilər dəstəsinə, Fırtınaquşular fəsiləsinə aid cins. Arealı — Cənub yarımkürəsi, Subantarktika və Antarktika. Cinsə üç növ daxildir: Nəhəng şimal fırtınaquşu (Macronectes halli) — Cənubi Georgiya, Çatem adası, Kergelen, Kroze adaları, Makkuori adası. Nəhəng cənub fırtınaquşu (Macronectes giganteus) — Antarktida, Folklend adaları, Cənubi Georgiya, Cənubi Şetland adaları, Cənubi Orkney adaları, Cənubi Pataqoniya. Macronectes tinae — Yeni Zelandiya (Şimali adası). Pliosen, 3,36-3,06 milyon il əvvəl. Nəhəng fırtınaquşu cinsinə daxil növlər fırtınaquşular fəsilədinə daxil olan ən iri quşlardır. Qanadları arasında məsafə 2 metr, bədəninin uzunluğu 90 sm, çəkiləri isə 3–5 kq-dır.
Nəhəng cənub fırtınaquşu
Nəhəng cənub fırtınaquşu (lat. Macronectes giganteus) — olduqca iri, yırtıcı quş. Növ Fırtınaquşular (Procellariidae) fəsiləsinə, Fırtınaquşukimilər (Procellariiformes) dəstəsinə daxildir. Növ ilk dəfə alman həkimi, botanik və zooloqu İohan Qmelin Fridrix (alm. Johann Friedrich Gmelin‎, 1748–1804) tərəfindən 1789 ildə Odlu Torpaq arxipelaqına daxil olan İsla-de-los-Estados adasında aşkarlamışdır. Nəhəng fırtınaquşu cinsinə daxil olan iki növdən biridir. Yamayış arelı əsasən Cənub okeanı akvatoriyası üzərində yerləşən məkandır. Nəhəng şimal fırtınaquşu ilə arealının üst-üstə düşməsinə baxmayaraq nisbətən cənubda yayılmışdır. Nəhəng fırtınaquşu cinsinə daxil olan iki növ öz fəsiləsinin ən iri quşlarıdır. Qanadları arasında məsafə 185–205 sm, çəkisi isə 2,63–5,24 kq təşkil edir.
Nəhəng şimal fırtınaquşu
Nəhəng Şimal fırtınaquşu (lat. Macronectes halli) — olduqca iri, yırtıcı, dəniz quşu. Fırtınaquşukimilər dəstəsinə (Procellariiformes), Fırtınaquşular fəsiləsinə (Procellariidae) daxil olan növ. Növ Avstraliyalı Qreqori Metyuson (ing. Gregory Mathews, 1876–1949) tərəfindən 1912 ildə qeydə alınmışdır. Nəhəng fırtınaquşu (Macronectes) cinsinə daxil olan iki növdən biridir. Əsasən Cənub okeanının Antarktida haqqında konvensiyada nəzərdə tutulan ərazidən şimalda yaşayır. Böyük mənada Nəhəng cənub fırtınaquşunun arealı ilə kəsişsədə nisbətən şimalda belə görülür, Nəhəng cənub fırtınaquşu ilə birlikdə öz fəsiləsinin ən iri quşlarıdır. Cənubi Georgiya ərazisində yuxa quran quşların dimdiyi 85–100 mm, qanadı 482–564 mm. Gözün ətrafı yetkin quşlarda parlaq-boz, yaşımtəl, cavan fərdlərdə qəhvəyi olur.
Cumuldaq fırtınaquşuları
Cumuldaq fırtınaquşuları (lat. Pelecanoididae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin fırtınaquşukimilər dəstəsinə aid heyvan fəsiləsi.
Fırtınaquşukimilər
Fırtınaquşukimilər (lat. Procellariiformes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinə aid heyvan dəstəsi.
Fırtınaquşular
Fırtınaquşular (lat. Procellariidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin fırtınaquşukimilər dəstəsinə aid heyvan fəsiləsi.