Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fədakar (film, 2015)
Fədakar aktyor. Muxtar Maniyev (film, 2015)
Fədakar aktyor. Muxtar Maniyev — rejissor Elvin Vəlimətovun 2015-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə görkəmli kino aktyoru, Azərbaycanın xalq artisti Muxtar Maniyevin 80 illik yubileyinə həsr olunur. == Film haqqında == Filmdə "Koroğlu", "İnsan məskən salır", "Uşaqlığın son gecəsi", "Bizim Cəbiş müəllim", "O qızı tapın", "Var olun qızlar...", "Nəsimi", "Ömrün səhifələri", "Xoşbəxtlik qayğıları", "Qərib cinlər diyarında", "Qızıl uçurum", "Yol əhvalatı", "Gümüşü furqon", "Bəyin oğurlanması", "İşarəni dənizdən gözləyin", "Ölsəm... bağışla", "Bəxt üzüyü", "Həm ziyarət, həm ticarət..." filmlərinin kadrlarından istifadə edilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Müəllif: Sevda Ağazadə Rejissor: Elvin Vəlimətov Operator: Elşən Bədəlov Montaj: Rəşad Rəhimov, Araz Əjdərov Videomateriallar: Həsən Cəbrayılov, Cavid Babayev Rejissor assistentləri: Samir Məlikov, Mikayıl Əjdəroğlu Musiqi tərtibatı: Əliabbas Qasımov Geyim: İradə Həyatova İnzibatçı: Etibar Almazov Mətni oxudu: Ədalət Məmmədov Redaktor: Səyavuş Məmmədov === Rollarda === Almaz Amanova Hüseynəli Ağayev Rəhim Hümbətov === Filmdə iştirak edənlər === Muxtar Maniyev (aktyor, xalq artisti) Adil İsgəndərov (şəkil; teatr və kino rejissoru, aktyor) Hüseyn Seyidzadə (arxiv; kinorejissor) Arif Babayev (şəkil; rejissor, aktyor) Şamil Mahmudbəyov (şəkil; kinorejissor) Əlisəttar Atakişiyev (şəkil; kinorejissor, operator, ssenarist, rəssam) Muxtar Dadaşov (şəkil; operator, rejissor, ssenarist, aktyor) Rasim Ocaqov (şəkil; kinorejissor, kinooperator) Oqtay Mirqasımov (şəkil; rejissor, ssenarist, prodüser) Eldar Quliyev (şəkil; rejissor, ssenarist, aktyor) Tofiq İsmayılov (şəkil; kinorejissor, kinodramaturq, nasir) Fikrət Əliyev (şəkil; rejissor, ssenari müəllifi, aktyor) Əbdül Mahmudov (şəkil; rejissor, aktyor, ssenari müəllifi) Cahangir Mehdiyev (şəkil; rejissor, aktyor, ssenari müəllifi) Ceyhun Mirzəyev (şəkil; rejissor, aktyor) Yuli Qusman (şəkil; ssenari müəllifi.
Benalar
Benalar, vabenalar - Tanzaniyanın cənub-şərqində (İrinda vilayəti), Rufici və Böyük Ruaha çaylarının hövzəsində bantular qrupundan xalq. Sayları 693 min nəfərdir (2005). Kinqalar, hehelər, poqololar (poqorolar), sanqular, matumbilər və dendenulelərə yaxındırlar. bantu dillərinin G zonasına aid olan bena (kibena, ekibena) dilində danışırlar. Yazıları latın qrafikası əsasındadır. Suahili və nyamvezi dilləri də yayılmışdır. Dindarların əksəriyyəti ənənəvi dini etiqadlarını saxlayırlar, müsəlman və xristianlar da var. Benaların Şərqi Afrika xalqları üçün səciyyəvi olan ənənəvi mədəniyyətləri vardır. Ənənəvi məşğuliyyətləri qırılıb-yandırılmış sahələrdə əkinçilik (maniok, qarğıdalı, çəltik, darı, batat, paxlalı bitkilər və s.) köçəbə maldarlıq (davar) və ovçuluqdur. Şəhərlərdə və sizal plantasiyalarında mövsümçülük yayılmışdır.
Fenakit
Fenakit — mineral, Be2[SiO4]. == Haqqında == Fenakit - Triqonal. Kristalları: romboedrik, bəzən prizmatik. İkiləşmə {100} üzrə. Ayrılma {110} üzrə qeyri-mükəmməl. Aqreqat: druzlar, şüaşəkilli, dənəvər. Rəngsiz, sarı və b. Parıltısı şüşəli. Sərtliyi 7,5. Xüsusi çəkisi 3.
Venalar
Vena (lat. venae) ― kapillyarların toplaşmasından əmələ gələrək, qanın cərəyanı istiqamətinə, divarlarının quruluşuna, həcmlərinə, vəziyyət və miqdarlarına görə arteriyalardan fərqlənirlər. Venalarda qan, arteriyalardakı qanın cərəyanına əks olaraq, mühitdən mərkəzə (ürəyə) doğru axır. Təkcə qaraciyər qapısında qaraciyər arteriyasında və qapı venasında axan qanın cərəyanı bir istiqamətdə (yəni hər ikisi qaraciyərə doğru) olur. Venaların divarı arteriyalardakı kimi üç qişadan təşkil olunmuşdur: daxili – intima qişası, orta (əzələ) qişa və xarici (birləşdirici toxuma) qişa. Ancaq divarların qurluşuna görə arteriyalardan bundadır ki, burada əzələ və elastik liflərin miqdarı olduqca azdır; əksinə birləşdirici toxuma ünsürləri çoxdur. Ona görə venalar elastik xassəyə malik deyildirlər və kəsilərkən ağızları tez qapanır. Bəzi venaların (məsələn, beynin yumşaq qişası, dalaq və qaraciyər venalarının) divarlarından əzələ qatı olmur. Venaların divarlarının elastik və əzələ liflərinin az olması nəticəsində qanın təzyiqi və sürəti onlarda çox azalır. Bunun kompensasiya etmək üçün venaların həcmi böyüyür, miqdarı çoxalır və daxilində qanın geriyə axmasına mane olan xüsusi vena qapaqcıqları əmələ gəlir.
Sevakar
Sevakar — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd olmuşdur.
Feaklar
Feaklar və ya fiakiyalılar (q.yun. Φαίᾱκες, Φαίηκες, lat. Phaeaces) — qədim yunan mifologiyasında Sxeriya adasında yaşayan xalq. Feaklar Homerin "Odisseya"sında xatırlanır. Onlar hiperboreyalılar, efioplar və lotofaqlar kimi tanrılara yaxın olan mübarək xalqlardan biri hesab olunurdular. Bu insanların Poseydon tərəfindən himayə edildiyinə inanılırdı. Feaklar Zevs, Afina, Hermes və qədim yunan panteonunun digər tanrılarına inanırdılar. Feaklar yaxşı dənizçilər idilər, onların gəmiləri fırtınada və ya dumanda itməməyə imkan verən naviqasiya sistemi ilə təchiz edilmişdi. Adlarını Kerika və Poseydonun oğlu və Alkinusun atası Feakdan almışdılar. Homerin "Odisseya"sına görə, feakların gəmilərinin sükanları yox idi, çünki onlar sükançıların fikirlərini başa düşə bilirdilər və özləri zehni olaraq göstərilən marşrutlar üzrə üzürdülər.
Adsız venalar
== İstinadlar ==
Devid Benatar
Devid Benatar — (ingiliscə David Benatar) cənubi afrikalı filosof və yazıçı, Keyptaun universitetinin professoru. "Better Never to Have Been: The Harm of Coming into Existence" əsərindən sonra məşhurluq qazanmışdır. O, bu əsərində antinatalizm mövqeyindən çıxış edərək irəli sürür ki, doğulmaq hər mövcud insan üçün zərərdir, və nəticədə duyğulu varlıqların dünyaya gəlişi bir çox mənəvi problemlərlə doludur. == Benatar Asimmetriyası == Devid Benatar hesab edir ki, nə qədər ki zərər yetirilməsi etik cəhətdən yanlış hərəkətdir, onda ona qarşı mübarizə aparmaq lazımdır, və beləliklə də yeni həyatların yaranmasına qarşı etik bir vacibiyyət olmalıdır, çünki yeni bir canlının dünyaya gəlməsi ( istənilən növ canlı ) öz-özlüyündə elə həmin canlıya zərər verir. Benatarın fikrincə istənilən duyğulu varlıqların mövcudluğu, onun həyat şəraiti daimi yaxşılaşsa belə, əzaba məhkumdur. Benatarın arqumentlərindən biri demoqrafik etika ilə bağlı olan "Benatar asimmetriyası"-dır və aşağıdakı tezislərə əsaslanır: Əzabın mövcudluğu — qəzəb Zövqün mövcudluğu — fayda Əzabın yoxluğu — fayda, bu fayda kimsə tərəfindən yoxlanılmasa belə Zövqün yoxluğu pis deyil, əgər bu zövqün yoxluğundan zərər çəkən kimsə yoxdusa. Bu tezislər belə izah edilir ki, fərdin mövcudluğu özündə həm əzabı, həm də zövqü birləşdirir. Həmçinin fərdin yoxluğu neqativ nəticələrə səbəb olmur və bütün əzablardan qaçmağa imkan yaradır. Mövcud olmayan subyekt fayda əldə etmir, çünki onun fayda əldə etməyə ehtiyacı qalmır. Devid Benatara görə istənilən əzab dünyaya gəlmənin zərərini etiraf etmək üçün kifayətdi.
Pat Benatar
Pet Benatar (ing. Patricia Mae Andrzejewski; 10 yanvar 1953, Bruklin, Nyu-York ştatı) — Polşa əsilli ABŞ müğənnisidir. 4 dəfə Qremmi mükafatına sahib olmuşdur. Onun ən yaxşı mahnıları sırasında «Love Is a Battlefield», «Hit me with your best shot», «We belong», «Heartbreaker» və «Invincible» kimi mahnılar seçilir. Pet Benatar Mezzo-soprano səsinə malikdir. Pet Benatar 10 yanvar 1953-cü ildə ABŞ-də Nyu-York ştatının Bruklin ərazisinin şimalında yerləşən Qrinpoint rayonunda tənəkəçi Endryu Andrzejevski (ing. Andrew Andrzejewski) və kosmetoloq Mildred Andrzejevski (ing. Mildred Andrzejewski) ailəsində doğulmuşdur. Onun 3 yaşı tamam olduqda ailəsi Nyu-Yorkun Lindenhörst ərazisinə köçürlər. Petin atası polşalı, anası isə ingilis, irland və alman əsilli idi.
Pet Benatar

Love Is a Battlefield (Pat Benatar)
Love Is a Battlefield(azərb. Sevgi döyüş meydanıdır‎) — 1983-cü ildə Polşa əsilli ABŞ müğənnisi Pet Benatar tərəfindən ifa edilən sinqldır. Musiqinin sözləri Holli Nayt və Mayk Çepmenə məxsusdur. Sinql ABŞ Billboard Hot 100 hit-paradında 5-ci yer, ABŞ "Billboard Hot Mainstream Rock Tracks" hit-paradında 1-ci yer, Niderland Dutch Top 40 və Avstraliya ARIA Charts hit-paradlarında 1-ci yer, Almaniya German Singles Chart hit-paradında 3-cü yer tutmuşdur. Mahnı Mart ayında 1985-ci ildə Böyük Britaniya UK Singles Chart hit-paradında 17-ci mövqe qazanmışdır. "Love Is a Battlefield" sinqlı Kanadada qızıl sertifikatı qazanmışdır. Mahnının prodüseri Neyl Ceraldo və Piter Kolemandır. Bu sinql Pat Benatarın ən yaxşı dörd sinqlından biridir. "Love Is a Battlefield" mahnısının bir çox kaver versiyası çıxmış və orijinal versiyanın uğurunu təkrarlaya bilməmişdir. == "Live from Earth" albomu == 1979-cu ildə çıxarılan In the Heat of the Night (azərb.
Love Is a Battlefield (Pet Benatar)