Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fəridəddin Gəncşəkər
Fəridəddin Gəncşəkər və ya Baba Fərid (fars. حضرت بابا فرید الدّین مسعود گنج شکر‎, pənc. حضرت بابا فرید الدّین مسعود گنج شکر, ਫ਼ਰੀਦ-ਉਦ-ਦੀਨ ਗੰਜਸ਼ਕਰ) (1173–1266) və ya (1188 (584 Hicri) – 7 may, 1280 (679 Hicri)) — Pakistan və Hindistanın görkəmli din xadimi, şair, filosof, alim. == Həyatı == Baba Fərid adı ilə tanınmış Fəridəddin Məsud Şəkərgənc 1173-cü ildə Hindistanın Pəncab əyalətində nüfuzlu ailədə dünyaya göz açmışdır. Onun nəsil şəcərəsi bir versiyaya əsasən, Həzrət Əliyə (ə), digərinə görə isə, Həzrət Ömərə (r.a.) çəkir. Kiçik yaşlarından etibarən ailəsi tərəfindən dini qanunlara uyğun tərbiyə edilmişdir. "Şəkərgənc" təxəllüsü almasının səbəbi haqqında xalq arasında rəvayətlər mövcuddur. Onlardan birində qeyd edilir ki, anası Məryəm Bibi ona namaz qılmağı öyrədərkən, səccadənin altına bir qədər şəkər qoyur və namaz bitdikdən sonra şəkəri ona mükafat verirmiş. Lakin bir gün "şəkər qoymaq" ananın yadından çıxsa da, orada şəkər peyda olur. Məhz bu hadisədən sonra ona "Şəkərgənc" (şəkər xəzinəsi) adı verilmişdir.
Fəridəddin Əttar
Fəridəddin ibn Məhəmməd Əttar (fars. فرید الدین عطار, Farid od Din Əttər; 1145–1229) — Orta əsr fars şairi və mütəsəvvüfü. Sufizm nəzəriyyəçisi. == Həyatı == Fəridəddin Əttar 1136-cı ildə Nişapurda anadan olub. Onun anadan olduğu tarixlə bağlı tədqiqatçılar yekdil rəyə gələ bilməyiblər. A. Knış bu tarixi 1119, (A. D, Knış. Musulmanskiy mistisizm. Moskva-Sankt-Peterburq, "Dilə", 2004), Y. Bertelts isə 1150-ci il olaraq göstərir (E. G. Bertels. Sufizm i sufiyskaə literatura. Moskva, "Nauka", 1965.).
Rəşidəddin
Fəzlullah Rəşidəddin (1247, Həmədan – 18 iyul 1318, Təbriz) — tarixçi, həkim, dövlət xadimi. 1247-ci ildə Həmədandan , yəhudi ailəsində anadan olmuşdur . 30 yaşında İslamı qəbul edən Rəşidəddin çox keçmədən Elxani dövlətinin qüdrətli 3 hökmdarının vəziri olmuşdur. Fəzlullah Rəşidəddin monqol basqın və dağıntılarından sonra Elxanilər dövlətində sabit sosial və iqtisadi sistemin qurulmasına cavabdeh idi. O, həm də mühüm sənət və memarlıq himayədarı idi. Rəşidəddin Misir və Suriya, Çindən alim və tələbələri cəlb edən o cümlədən bir çox əsərlərini nəşr etdirdiyi Rəb-i Rəşidi kompleksinin qurucusudur. O, həm də məhsuldar müəllif idi. Alimin əsərlərinin bir neçəsi günümüzə qədər gəlib çatmışdır. Fəzlullah Rəşidəddin tərəfindən yazılmış Cəmi ət-Təvarix əhatə dairəsinin genişliyinə görə ilk dünya tarixi sayılır. O həmçinin elmin müxtəlif sahələrindən bəhs edən 24 cildlik "Əl-əhya vəl-əsar" adlı ensiklopedik əsərin müəllifidir.
Fəzlullah Rəşidəddin

Rəşidəddin Sinan
Rəşidəddin Sinan (ərəb. رشيد الدين سنان‎, translit. Rəşid əd-Din Sinan), həmçinin Dağ ağsaqqalı (ərəb. شيخ الجبل‎, translit. Şeyx əl-cəbəl; lat. Vetulus de Montanis; 1130 və ya 1126, Bəsrə – 1192 və ya 1193, Masyaf, Həma mühafəzəsi) — Nizari İsmaili Dövlətinin Suriya qolunun missioneri və lideri, Səlib yürüşləri tarixində əhəmiyyətli fiqur. == Həyatı == Rəşidəddin Sinan 1232–1135-ci illər aralığında, İraqın cənubunda yerləşən Bəsr' şəhərində, zəngin bir ailədə anadan olmuşdur. Sinanın sadəcə bəzi fraqmentləri bu günə qədər qorunub saxlanmış olan avtobioqrafiyasında verilən məlumatlara görə, o, xaşxaşilərin mərkəzi olan Ələmut qalasına qardaşları ilə olan mübahisədən sonra gəlmiş və xaşxaşi məşqləri keçirmişdir. Qalanın rəhbəri olan Həsən Əla Zikrihis Salam 1162-ci ildə onu Suriyaya göndərir. Orada Diriliş günü keçirilir və Sinan Əl-Qaim elan edilir.
Rəşidəddin Vətvat
Rəşidəddin Məhəmməd ibni Məhəmmədil-Vətvat (1088 və ya 1087, Bəlx, Bəlx vilayəti – 1182) — İslam alimi, mühəddis, şair. == Həyatı == Rəşidəddin Məhəmməd ibni Məhəmmədil-Vətvat 1080-ci ildə Bəlx şəhərində anadan olmuşdur. Orta çağın ən ötülməz şeirşünaslarından sayılan Rəşidəddin Vətvat (1080–1178) "Hədaiq əs-sehr fi dəqaiq əş-şeir" ("Şeirin incəliklərinin sehrli bağçaları") risaləsində ən nəfis söz möcüzələrindən bəhs edərkən 4 dəfə Qətrandan iqtibaslar edirdi. == Yaradıcılığı == Rəşidəddin Vətvat "Töhfətus-siddiq", "Fəslül-xitab", Ünsul-ləhfan" adları ilə ilk üç xəlifənin sözlərini topladığı kimi "Mətlubu külli talib" adı ilə Həzrət Əlinin (ə) də yüz sözünü toplamış, hər birini farsca bir qitə ilə tərcumə etmişdir.
Şərifəddin (Sulduz)
Şərifəddin (fars. شريف الدين‎) - İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 90 nəfər yaşayır (20 ailə).
Əfdalzadə Həmidəddin
Əfdalzadə Həmidəddin Əfəndi (v. fevral 1503, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. == Həyatı == Sultan II Murad dövrü alimlərindən Əfzələddin əl-Hüseyninin oğludur. İlk təhsilini atasından almış, daha sonra mədrəsəyə daxil olaraq burada din təhsilini tamamlamışdır. Müdərrislik fəaliyyətinə isə Bursada Kaplıca mədrəsəsində başladı. Fateh Sultan Mehmed səltənətinin ilk illərində vəzifədən alındı və yeni paytaxta – İstanbula gəldi. Rəvayətə görə, şəhərdə gəzintiyə çıxan Sultan II Mehmedlə təsadüfən tanış olmuş və ertəsi gün 50 axca maaşla Bursadakı Muradiyə mədrəsəsinə müdərris təyin olunmuşdur. 23 mart 1473 tarixində sultanın əmriylə Sahn-ı səman mədrəsələrindən birinə müdərris oldu. Bioqrafiyasına görə, bu vəzifədə ikən Sultan II Mehmed səfərə çıxmış, bu əsnada paytaxtda yayılan vəba epidemiyası səbəbilə ailəsi ilə birlikdə yaxınlıqdakı bir kəndə çəkilmişdir. Yayılan epidemiyaya baxmayaraq həftədə 4 gün İstanbula gələrək dərs deməyə davam etmişdir.
Əmir Şərifəddin
Əmir Şərifəddin (ind. Amir Sjarifuddin Harahap, Amir Sjarifoeddin Harahap, 27 aprel 1907, Medan — 19 dekabr 1948, Surakarta) — İndoneziya siyasi xadimi. == Həyatı == 30-cu illərdə Hollandiya müstəmləkə jandarmeriyasının Yavada, Sumatrada və İndoneziyanın başqa adalarındakı hər bir şö'bəsinin seyfində belə və ya buna oxşar anget tapmaq olardı... Hollandiya hakimiyyət orqanları 20-ci illərin ortalarında İndoneziya gənclərini tə'sir altına almaq məqsədilə İndoneziyalı tələbələri Haaqa və Amsterdamın ali məktəblərində oxumağa geniş cəlb edirdilər. Lakin İndoneziya gənclərinin əksəriyyəti və ən yaxşı hissəsi həmişəki kimi Hollandiya hakimiyyətini əslində olduğu kimi müstəmləkəçi və zalim hesab edirdi. 1928-ci ildə Hollandiyadan qayıdan Şərifəddin ölkənin ictimai həyatında, vətənin azadlığı uğrunda mübarizədə fəal iştirak edir. Müxtəlif milli təşkilatlarda işləyən Şərifəddin Hollandiya müstəmləkəçiliyinə qəti və barışmaz düşmən olduğunu göstərmişdi. Qorxmazlıq, energiya, vətənin azadlığı işinə sədaqət xalq arasında Əmir adlandırılan Şərifəddinə ümumi hörmət və məhəbbət qazandırmışdı. Təbiidir ki, milli istiqlaliyyət uğrunda, xalqın səadəti uğrunda mübarizə Şərifəddini kommunistlərlə yaxınlaşdırmışdı. Həmin dövr kommunist partiyası qüvvələrinin möhkəmləndiyi, xalq arasında onun nüfuzunun artdığı dövr idi və partiyanın qeyri-leqal vəziyyətdə olması da buna maneçilik törətmirdi.
Rəşidəddin Həmədani
Fəzlullah Rəşidəddin (1247, Həmədan – 18 iyul 1318, Təbriz) — tarixçi, həkim, dövlət xadimi. 1247-ci ildə Həmədandan , yəhudi ailəsində anadan olmuşdur . 30 yaşında İslamı qəbul edən Rəşidəddin çox keçmədən Elxani dövlətinin qüdrətli 3 hökmdarının vəziri olmuşdur. Fəzlullah Rəşidəddin monqol basqın və dağıntılarından sonra Elxanilər dövlətində sabit sosial və iqtisadi sistemin qurulmasına cavabdeh idi. O, həm də mühüm sənət və memarlıq himayədarı idi. Rəşidəddin Misir və Suriya, Çindən alim və tələbələri cəlb edən o cümlədən bir çox əsərlərini nəşr etdirdiyi Rəb-i Rəşidi kompleksinin qurucusudur. O, həm də məhsuldar müəllif idi. Alimin əsərlərinin bir neçəsi günümüzə qədər gəlib çatmışdır. Fəzlullah Rəşidəddin tərəfindən yazılmış Cəmi ət-Təvarix əhatə dairəsinin genişliyinə görə ilk dünya tarixi sayılır. O həmçinin elmin müxtəlif sahələrindən bəhs edən 24 cildlik "Əl-əhya vəl-əsar" adlı ensiklopedik əsərin müəllifidir.
Şeyx Vəhidəddin Xan
Şeyx Vəhidəddin Xan (1 yanvar 1925, Azamqarh[d] – 21 aprel 2021, Dehli) — İslam alimi. == Həyatı == Şeyx Vəhidəddin Xan 1925-ci ildə Hindistanın Əzmağar bölgəsində dünyaya göz açmışdır. Ömrünün 60 ilini dinə dəvətə və İslam fikrini yaymağa həsr etmişdir. Öz gözəl, elmi üslubu ilə qeyri-müsəlmanlara xitab etmişdir. Məhəmməd peyğəmbər (Allahın salamı və xeyir-duası ona olsun!) belə buyurmuşdur: "Xeyir qiyamət gününə qədər məndə və ümmətimdədir." Bəli, bu şəxs Allahın xüsusi qabiliyyət verdiyi və öz məziyyətləri ilə seçilən bir İslam mütəfəkkiridir. Yazdığı əsərlər qeyri-müsəlmanların daha çox yaşadığı bir ölkədə — Hindistanda rəğbət qazanmışdır. Müxtəlif mövzularda 200-ə yaxın əsəri vardır. Əsasən düşüncə, dəvət, təfsir, hədis, fiqh, "sirət" və başqa mövzularda əsərlər qələmə almışdır. "Yeni əsrin qapısında" adlı ilk əsərini 1950-ci ildə yazmışdır. Son kitabı 2006-cı ildə qələmə aldığı "Hindistan və Pakistan gündəlikləri"dir.