Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fərqanə
Fərqanə (özb. Farg'ona [Фарғона]) — Özbəkistanda şəhər. Şərqi Özbəkistanda Fərqanə vadisində yerləşir. Qırğızıstan və Tacikistan sərhədlərindədir. Əhalisi 182,800 nəfərdir (1999). 420 km qərbində Daşkənd, 75 km şərqində Əndican şəhərləri var. Böyük İskəndərin çatdığı ən son bölgə olduğu təxmin edilir. Mahmud Qaşqarlı, Türk dilinin ən əski və dəyərli sözlüklerinden Divanu Lügati't-Türkdə; "Oğuzlarla Oğuzlara uyanlara görə "kənd", Türklərin böyük bir qisminə görə "şəhər" deməkdir. Bundan alınaraq "Fərqanə" qəsəbəsinə "Özkənd" adı verilmişdir, "kəndimizin şəhəri" deməkdir." və burada "الا Ala" "Fərqanəyə yaxın bir yaylaq adı." Ala adında bir yayla olduğunundan söz eder. Bejshu'nun Çinə Kronik üçüncü bölümündə (VII. yüz il başlarında) Fərqanə, Boxan adı ilə tanınır.
Fərqanə Mehdiyeva
Fərqanə Habil qızı Mehdiyeva (19 fevral 1964, Ərəbqardaşbəyli, Salyan rayonu – 2 may 2020, Bakı) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (–2020), "Ulduz" jurnalının poeziya şöbəsinin rəhbəri (–2020). Prezident təqaüdçüsü. == Həyatı == Fərqanə Mehdiyeva 19 fevral 1964-cu ildə Salyan rayonunun Ərəbqardaşbəyli kəndində doğulub. Əvvəlcə Bakı Mədəni-maarif texnikumunun Rejissorluq fakültəsini fərqlənmə diplomu ilə, daha sonra N.Tusi adına Pedaqoji Universitetin Filologiya fakültəsini bitirib. Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. Fərqanə Mehdiyeva 2 may 2020-ci ildə Bakıda uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişmiş, 3 mayda Bakıxanov qəsəbəsində dəfn olunmuşdur. == Yaradıcılığı == Yaradıcılığa erkən yaşlarından başlayıb. 1981-ci ildən respublika mətbuatında, radio, televiziya verilişlərində vaxtaşırı çıxışlar edib. İlk kitabı "Çəkdiklərim mənə bəsdi" 1999-cu ildə işıq üzü görüb. Sonrakı illərdə “Deyirlər dünya şirindi”, “Payızın yanında gözlərsən məni”, “İkimiz darıxsaq” kitabları ilə şeirsevərlərin ürəyinə yol tapıb.
Fərqanə Qasımova
Fərqanə Qasımova (6 avqust 1979, Şamaxı) — Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının əməkdar artisti. == Həyatı == Fərqanə Qasımova 6 avqust 1979-cu ildə Şamaxı rayonunda anadan olmuşdur. 1996–2000-ci illərdə Milli Konservatoriyanın Opera və Xanəndəlik fakültəsində təhsil alıb, hazırda Konservatoriyanın aspirantıdır 2002-ci ildən bəri A. Zeynallı adına musiqi məktəbində müəllimədir. 1996-cı ildən başlayaraq, atası – xanəndə A.Qasımovla birgə H.Əliyev adına sarayın (1998, 2000, 2005, 2006-cı illərdə), M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının (2004) səhnəsinə çıxıb. Dünyanın bir çox musiqi festivallarında, konsertlərdə – Rusiyada (Moskva, 2000), Almaniyada (Aaxen, 1999), İsveçrədə (1998), Fransada (Paris, 2001), Avstriyada (Vyana,1999-2005), Belçikada (1999), İngiltərədə (London, 2000), Yaponiyada (Tokio, 2005), İtaliya (Parma, 2007), Polşada (Vroslav, 2007) və s. – iştirak edib. 2002-ci ildə Belçikada keçirilən qadın ifaçıların festivalında ilk dəfə olaraq müstəqil səhnəyə çıxıb. 2004-cü ildə Danimarkada növbəti solo konserti baş tutub. Hazırda möhtəşəm beynəlxalq layihənin – məşhur vialonçel ifaçısı YoYo Manın adıyla bağlı olan "Böyük İpək yolu" layihəsinin iştirakçısı, dünya musiqiçilərindən yığılmış "İpək yolu" ansamblının üzvüdür. 1999–cu ildə Avropada A. Qasımovla birgə "Dərin okean məhəbbəti" adlanan diski çıxıb.
Fərqanə Quliyeva
Fərqanə Tələt qızı Quliyeva (29 aprel 1957 – 22 sentyabr 2022) — Aktrisa. == Həyatı == Fərqanə Quliyeva 29 aprel 1957-ci ildə anadan olub. Orta məktəb illərində Kitab Evində bədii qiraətlə məşğul olub, Şən və Hazırcavablar Klubunda çıxış edib. F.Quliyeva 1975-1979-cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil alıb. Sənətin incəliklərini görkəmli teatr rejissoru, pedaqoq, SSRİ Xalq artisti Yevgeni Matveyevdən öyrənib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Bakı Xoreoqrafiya Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub. Teatr və kino sənətinə aid bir çox sahələr üzrə dərs deyib. O, “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi bir çox filmlərdə (“Gözlə məni” (1980-Gülgəz), “Gümüşü furqon” (1982-qarayanız qız), “Qaladan tapılan mücrü”(1982-qaraçı), “Tilsim” (2005-Pakizə), “İki yad adam” (2017 qısametrajlı bədii film) filmlərində maraqlı obrazlar yaradıb. Eyni zamanda xarici film istehsalçılarının (“Silah” (2008, rejissor Aleksandr Kasatkin / Rusiya) serial) filmində də rol alıb. Bir çox animasiya filmlərini (“Qarğa balası və özgə yuvası” (2005), “Ayna (II) (2006), “Siçan və pişik” (2007), “Cəsur təyyarə” (2009), “Ultionis (2011), “Cırtdan və Təpəgöz” (2012), “Cırtdan və sehirli xalat (2016) və s.) səsləndirib.
Fərqanə hadisələri
Fərqanə hadisələri (türk. Fergana Olayları) — 1989-cu ilin 1-5 iyun tarixlərində Özbəkistan Sovet Sosialist Respublikasının Fərqanə vadisi olaraq adlandırılan bölgəsində yaşayan Axısqa türklərinə qarşı yerli özbəklər tərəfindən gercəkləşdirilmiş poqrom. Hadisələr nəticəsində, dəqiq necə nəfərin öldürüldüyü məlum olmasa da, həmin ildən etibarən Özbəkistanda yaşayan 100 minə yaxın axısqa türkü bölgəni tərk edərək, qonşu ölkələrin ərazilərinə sığınmışdır. == Hadisə == 1944-cü ildə etnik mənsubiyyətləri səbəbindən Türkiyə-SSRİ sərhədi üçün təhdid olaraq qəbul edilən Axısqa türklərinin Mərkəzi Asiyada yerləşən sovet respublikalarına köçürülməsinə qərar verilmişdir. Köçürülmə prosesinin 1944-cü ilin 14 noyabr tarixində başladılmış cəmisi 24 saat ərzində yekunlaşıdırılmışdır. Həmin tarixdə Gürcüstan Sovet Sosialist Respublikasının Ahalsıx bölgəsində yaşayan 86 min axısqa türkü başda Qazaxıstan Sovet Sosialist Respublikası, Qırğızıstan Sovet Sosialist Respublikası və Azərbaycan Sovet Sosialist Respublikasının ərazilərinə köçürülmüşdür. İnsanların mal-qara üçün nəzərdə tutulmuş yük vaqonlarında 10 günə yaxın yol getməsi nəticəsində, ən azı 18 min nəfər axısqa türkünün köçürülmə prosesi zamanı həlak olduğu ehtimal olunur. Özbəkistan Sovet Sosialist Respublikası axısqalıların ən kompakt yaşadığı Sovet Respublikası olmuşdur. Belə ki, 1988-ci ilin məlumatına əsasən bu Respublikada 110 minə yaxın etnik axısqa türkü yaşamaqda idi. Fərqanə vadisi, axısqalıların Özbəkistanda ən kompakt yaşadığı yer olmuşdur.
Fərqanə vadisi
Fərqanə vadisi (özb. Farg‘ona vodiysi, qırğ. Фергана өрөөнү, tac. водии Фaрғонa) — Orta Asiyada Qərbi Türkistan olaraq adlandırılan bölgədə yerləşən vadi. Tyan-Şan, Zərəfşan və Hissar dağları ilə əhatələnib. Fərqanə vadisi hazırda Rusiyanın siyasi və hərbi cəhətdən müdaxilə etdiyi qaynar nöqtələrdən biridir. Ərazidə su problemi yaşanmaqdadır.
Fərqanə vilayəti
Fərqanə vilayəti — Özbəkistanda vilayət.
Fərqanə yemişanı
Fərqanə yemişanı (lat. Crataegus ferganensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Orta Asiyanın endemik bitkisidir. == Botaniki təsviri == Hündürlüyü 3 m-dək olan ağacdır. Yaşlı nüsxələrdə hündürlüyü 5,9 m, gövdəsinin diametri 6,8 sm olur. Vegetasiya dövrü may ayından oktyabr ayınadək davam edir. Surətlə böyüyür. İyun ayında 7 gün ərzində çiçəkləyir. Meyvələri avqust ayında yetişir. == Ekologiyası == Dağ yamaclarında və çaylarının sahillərində, kolluqlarda bitir.
Fərqanə zanbaqcası
Valuyev zanbaqcası (lat. Fritillaria walujewii) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaqca cinsinə aid bitki növü.
Fərqanə vilayəti (dəqiqləşdirmə)
Müasir Fərqanə vilayəti — Özbəkistanda vilayət
Neftçi Fərqanə FK
Neftçi (Fərqanə) — Özbəkistanın futbol klubu 1962-ci ildə yaranıb.
Fərqanə-qıpçaq dili
Fərqanə qıpçaq dili və ya qıpçaq-özbək dili — VII əsrin ortalarından başlayaraq Mərkəzi Asiya ərazisində şərqi qıpçaq dilindən ayrılması nəticəsində formalaşmış qırğız-qıpçaq dili (Cənubi Altay dilinin ayrılması əvvəllər güman edilir). Sonralar qalan şərqi qıpçaq dialektləri müasir qırğız dilinin əsasını təşkil etmişdir. Yevgeni Polivanovun fikrincə, Fərqanə-qıpçaq dili hələ 1920-ci illərdə ayrıca idiom kimi fəaliyyət göstərmişdir. Müasir dövrdə Fərqanə qıpçaq dilinin ən azı bəzi dialektləri qıpçaq-noqay arealının idiomları ilə oxşarlıqlar göstərir.
Fərqanə qıpçaq dili
Fərqanə qıpçaq dili və ya qıpçaq-özbək dili — VII əsrin ortalarından başlayaraq Mərkəzi Asiya ərazisində şərqi qıpçaq dilindən ayrılması nəticəsində formalaşmış qırğız-qıpçaq dili (Cənubi Altay dilinin ayrılması əvvəllər güman edilir). Sonralar qalan şərqi qıpçaq dialektləri müasir qırğız dilinin əsasını təşkil etmişdir. Yevgeni Polivanovun fikrincə, Fərqanə-qıpçaq dili hələ 1920-ci illərdə ayrıca idiom kimi fəaliyyət göstərmişdir. Müasir dövrdə Fərqanə qıpçaq dilinin ən azı bəzi dialektləri qıpçaq-noqay arealının idiomları ilə oxşarlıqlar göstərir.
Fərqanə vilayəti (Rusiya imperiyası)
Fərqanə vilayəti (rus. Ферганская область) — Rusiya imperiyasının inzibati ərazi vahidi. İnzibati mərkəzi Skobelevdir. Vilayət Hakim Senatın 5 (17) mart 1876-cı il tarixli 8424 saylı fərmanı ilə Rusiyaya birləşdirilmiş Kokand xanlığından yaradılmışdır; Eyni vaxtda vilayət hökuməti də yaradıldı. 30 aprel 1918-ci ildə bölgə Türküstan Muxtar Sovet Sosialist Respublikasının tərkibinə daxil oldu. 1924-cü il oktyabrın 27-də milli-ərazi demarkasiyası nəticəsində Fərqanə vilayəti Qara-Qırğız Muxtar Dairəsi ilə Özbəkistan SSR arasında bölündü. 1929-cu ildə Tacikistan SSR Özbəkistan SSR ərazisindən ayrıldıqdan sonra, Fərqanə vilayətinin cənub hissəsi sonuncu olaraq ayrıldı. == Əhalisi == Əhali əsasən Fərqanə vadisində yaşayırdı, burada dağların ətəyində əhalinin sıxlığı o zamankı İngiltərədəki kimi olan bütöv bir mədəni oazis silsiləsi yerləşirdi. Dağlar daha az məskunlaşmışdı və yüksək dağlar - Alay və Pamir - demək olar ki, boş qalmışdı. Pamir istisna olmaqla - 17 nəfər, bütün bölgədə 1 km²-ə 9,7 nəfər, mədəni oazislərdə - ən azı 135 nəfər; Pamirdə 1 sakinə təxminən 26 km² sahə düşür.
Maruqame
Meruqame (丸亀市, Marugame-shi) — Yaponiyanın Kaqava prefekturasında yerləşən şəhər. 2014-cü ilin məlumatına görə şəhərin əhalisi 110.466 nəfərdir, hər km² ərazidə 988,16 nəfər yaşayır. Şəhərin sahəsi 111,79 km²-dir. Maruqame şəhəri allüvial düzənliyin mərkəzində yerləşir. == Tarix == Maruqame şəhəri Meydzi dövründə — 1899-cu ilin aprelində yaradılmışdır. Maruqame Yaponiyada şəhər kodu verilmiş 53-cü şəhər idi. 1940-cı illərdən 1950-ci illərə qədər (Söva dövrü) şəhərin şərqində yerləşən ərazi və bir neçə ada şəhərə birləşdirilmişdir. 1999-cu ildə (Heysey dövrünün 11-ci illiyi) Maruqame şəhəri 100 illik yubileyini qeyd etmişdir. 22 mart 2005-ci ildə Ayauta və Hanzan şəhərləri (keçmiş Ayauta rayonun tərkib hissəsi idilər) Maruqame şəhərinə birləşdirilmiş və müasir Maruqame şəhəri yaradılmışdır. Keçmiş Ayauta şəhəri 1959-cu ildə (Söva dövrü) Kumatama və Okada qəsəbələrinin birləşdirilməsi ilə yaradılmışdır.
Fariğan
Fariğan — İranın Hörmüzgan ostanının Hacıabad şəhristanının Fariğan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,862 nəfər və 491 ailədən ibarət idi.
Maruqame (şəhər)
Meruqame (丸亀市, Marugame-shi) — Yaponiyanın Kaqava prefekturasında yerləşən şəhər. 2014-cü ilin məlumatına görə şəhərin əhalisi 110.466 nəfərdir, hər km² ərazidə 988,16 nəfər yaşayır. Şəhərin sahəsi 111,79 km²-dir. Maruqame şəhəri allüvial düzənliyin mərkəzində yerləşir. == Tarix == Maruqame şəhəri Meydzi dövründə — 1899-cu ilin aprelində yaradılmışdır. Maruqame Yaponiyada şəhər kodu verilmiş 53-cü şəhər idi. 1940-cı illərdən 1950-ci illərə qədər (Söva dövrü) şəhərin şərqində yerləşən ərazi və bir neçə ada şəhərə birləşdirilmişdir. 1999-cu ildə (Heysey dövrünün 11-ci illiyi) Maruqame şəhəri 100 illik yubileyini qeyd etmişdir. 22 mart 2005-ci ildə Ayauta və Hanzan şəhərləri (keçmiş Ayauta rayonun tərkib hissəsi idilər) Maruqame şəhərinə birləşdirilmiş və müasir Maruqame şəhəri yaradılmışdır. Keçmiş Ayauta şəhəri 1959-cu ildə (Söva dövrü) Kumatama və Okada qəsəbələrinin birləşdirilməsi ilə yaradılmışdır.